15-12-2021, 07:17 | Nə üçün siqaretdən imtina çəkinin artmasına səbəb olur. Yeni araşdırma

Nə üçün siqaretdən imtina çəkinin artmasına səbəb olur. Yeni araşdırma


Hamı bilir ki, siqaretdən imtina edən insanların əksəriyyəti bir müddət sonra kökəlir. Müşahidələr göstərir ki, siqaretdən imtina edəndən sonra 5 il ərzində insan 10 kq-a qədər çəki yığa bilər.

İndiyədək bunun səbəbi tibdə məlum deyildi. Medical Xpress xəbər verir ki, bu yaxınlarda Misir alimləri bunun səbəbini aşkar edə bilib. Məsələ burasındadır ki, siqaret çəkən insanlarda aclığa cavabdeh olan qrelin hormonunun səviyyəsi siqaret çəkməyən insanlarla müqayisədə daha gec aşağı düşür ki, nəticədə insan daha uzun müddət ərzində özünü tox hiss edir və daha az yemək yeyir.

15-12-2021, 07:14 | Antibiotiklərin növbəti ziyanı aşkar olunub

Antibiotiklərin növbəti ziyanı aşkar olunub

Hamı bilir ki, hal hazırda antibiotiklər tez-tez ciddi səbəb olmadan, "hər ehtimala qarşı" təyin olunur. Dünya alimləri bunu çox ziyanlı hesab edir.

Məhz antibiotiklərin səbəbli-səbəbsiz istifadəsi, düzgün olmayan qəbulu dünyada antibiotiklərə davamlı olan mikrobların əmələ gəlməsinə səbəb olub. Alimlərin fikrinə görə belə mikrobların sayı getdikcə artacaq və bu da bakterial infeksiyalardan ölümün artmasına səbəb olacaq.

Bu səbəbdən alimlər antibiotikləri yalnız zəruri hallarda təyin etməyi tövsiyə edirlər.

Son araşdırma antibiotiklərin yeni ziyanını aşkar edib. Amerika alimləri 8 minə yaxın uşağın tibbi məlumatlarını araşdırıb belə nəticəyə gəliblər ki, 1 yaşına qədər olan uşaqlarda antibiotiklərin qəbulu gələcəkdə qida allergiyalarının inkişafına təkan verə bilər.


Bağırsaqların mikroflorası qida məhsullarında olan yad zülalların orqanizm tərəfindən normal mənimsənilməsində böyük rol oynayır. Mikroflora pozulduqda orqanizm allergiyalara meyilli olur. Antibiotiklər bağırsaqların mikroflorasını pozur və bu da allergiyaların riskini artırır.


27-11-2021, 07:46 | Soyuq havalarda infarkt, insult riski artır

Soyuq havalarda infarkt, insult riski artır


Amerika alimlərinin araşdırmalarına görə, soyuq havada ürək tutmaları, ani ürək dayanması, infarkt kimi pozulmaların sayı çoxalır.

Bunun səbəbi soyuqda insan orqanizmində baş verən damarların sıxılmasıdır (spazm). Xüsusilə bu isti otaqdan soyuğa çıxanda baş verir. Nəticədə ürəyə olan yükləmə artır.

Belə spazm sağlam insanın orqanizmində baş verdikdə, bu ciddi mənfi nəticələrə səbəb olmur. Lakin ürək xəstəlikləri olan insanlarda bu ürək tutmasına və hətta infarkta səbəb ola bilər.

Bu səbəbdən həkimlər ürək xəstəlikləri olan insanlara soyuq havada daha isti geyinməyi, əlcək və papaq taxmağı tövsiyə edirlər. /medicina.az

27-11-2021, 07:30 | Tədqiqat: Tibbi maskadan istifadə koronavirusa yoluxmanı 53 faiz azaldır

Tədqiqat: Tibbi maskadan istifadə koronavirusa yoluxmanı 53 faiz azaldır


Qoruyucu tibbi maskadan istifadə COVID-19 infeksiyasına yoluxma hallarını nəzərəçarpacaq dərəcədə azaldır.

AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat beynəlxalq tədqiqatın nəticələrində öz əksini tapıb.

Böyük Britaniya da daxil olmaqla, bir sıra ölkələrin alimləri belə qənaətə gəliblər ki, tibbi maska koronavirusun yayılması ilə mübarizədə ən təsirli vasitədir. Bununla yanaşı, məsafə saxlamaq və əlləri yumaq da infeksiyanın yayılmasının qarşısını xeyli alır.

Dünyanın müxtəlif bölgələrində aparılan 30-dan çox müstəqil tədqiqat nəticəsində məlum olub ki, qoruyucu maska taxmaq yoluxmanın qarşısını 53 faiz, əlləri yumaq 50 faiz, məsafə saxlamaq isə 25 faiz alır. Alimlərin sözlərinə görə, əhalinin vaksinasiyası ilə yanaşı, belə qoruyucu tədbirlərin də davam etdirilməsi vacibdir.

Eyni zamanda, Avstraliyanın Viktoriya şəhərində yerləşən "Monash" Universiteti və Edinburq Universitetinin alimləri sərhədlərin, məktəblərin və ofislərin bağlanması da daxil olmaqla, bu cür məhdudiyyətlərin əhaliyə potensial mənfi təsirini qiymətləndirmək üçün ayrıca tədqiqata ehtiyac olduğunu vurğulayırlar. Hazırda dünyanın bir çox ölkəsində ictimai və qapalı məkanlarda maska taxmaq məcburidir.


Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer portalının məlumatına görə, indiyədək dünyada koronavirusa yoluxanların sayı 255 milyon 848 min nəfəri ötüb, ölənlərin sayı 5 milyon 141 min 709 nəfərə çatıb, 231 milyon 241 min nəfər isə sağalıb.

27-11-2021, 07:24 | Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq

Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq


Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq.

AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

"Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik" - deyə bəyanatda qeyd olunub.

26-11-2021, 13:32 | Türkiyə modern silahlar istehsal edərək dünyaya meydan oxuyur - Tarixçi-alim

Türkiyə modern silahlar istehsal edərək dünyaya meydan oxuyur - Tarixçi-alim


Qardaş ölkədə baş verən valyuta böhranının Ərdoğan hakimiyyətinə ən çətin dövrünü yaşatdığını iddia etmək düzgün deyil. Türkiyə tarixində Atatürkdən sonra belə hadisələr çox olub və buna baxmayaraq, türklər bunun öhdəsindən layiqincə gəliblər. Eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 20 illik iqtidarı dövründə bir çox çətinliklər yaşayıb. Hamısından qələbə ilə çıxa bilib.

Bu sözləri Axar.az-a tarixçi-alim, dosent Zaur Əliyev Türkiyədə baş verən son iqtisadi proseslər barədə danışarkən deyib.

"Dünyanın əksər ölkələrində pandemiyanın doğurduğu iqtisadi problemlər var. Bu o demək deyil ki, Türkiyədə baş verən valyuta böhranında Ərdoğan iqtidarı günahkardır. Mən tarixçiyəm, bilirəm ki, milləti və dövləti üçün böyük işlər görən şəxsiyyətlər bəzən kiçik böhran olan kimi ağır ittihamlara məruz qalıblar. Bizim öz tariximizdə bu gün Rəsulzadəni, Elçibəyi tənqid edən nə qədər insan var, amma onlar burunlarının uclarından kənarı görə bilmirlər. Eləcə də Türkiyədə Atatürk kimi şəxsiyyəti indi tənqid edənlər tapılır, halbuki Atatürk dağılmaqda olan böyük imperiyanın yerində güclü Türkiyə dövləti qura bildi", - alim bildirib.

Z.Əliyev qeyd edib ki, insan təbiətində nankorluq var:

"Ərdoğan Türkiyə üçün nələr edib, bunu bir görsünlər! Uzun əsrlərin böyük bir dövrünü, Osmanlı imperiyasını Ərdoğan tarixi irs kimi qəbul edib. Bu, açıq-aşkardır. Əslində burada qəbahətli heç nə yoxdur. Ərdoğan Türkiyəni Osmanlı dövlətinin əzəmətinə ucaldır".

Alimin sözlərinə görə, Ərdoğan Türkiyəni bölgənin əsas aparıcı dövlətlərindən birinə çevirib:

"Əvvəlki Türkiyəyə baxaq, indikinə də baxaq: Bu gün Türkiyə enerjidə xarici asılılığın azaldılması, yerli resurslardan istifadəsinin maksimum səviyyəyə yüksəldilməsi və iqlim dəyişikliyi ilə mübarizə hədəflərindən yola çıxaraq, yenilənə bilən enerji qaynaqlarının payını yüksəltmə və enerji səbətinə nüvə enerjini də əlavə etmə yolunda işlərini davam etdirməkdədir. Yenilənən enerji baxımından əhəmiyyətli bir potensiala sahib olan Türkiyə geotermal potensialı ilə dünyada 7-ci, Avropada isə 1-ci sırada iştirak etməkdədir. Buna əlavə, hidroelektrik qaynaqları, külək və günəş enerjisinin inkişaf etdirilməsi də prioritet seçilib. 2023-ci ilə qədər Türkiyənin cəmi enerji tələbinin 30%-nin yenilənə bilər enerji qaynaqlarından qarşılanması nəzərdə tutulur".

O bildirib ki, bu gün Türkiyə dünyaya modern silahlar istehsal edərək meydan oxuyur:

"Təkcə "Bayraqdar" dünyanın bütün ölkələrində tələb olunan texnoloji üstünlükdür. Ərdoğan ondan öncə ölkəni idarə edən prezidentlərdən fərqli olaraq qərar qəbul edərkən "Qərb nə deyəcək?" düşüncəsi ilə məsələlərə yanaşmır. O, Türkiyə üçün doğru olanlar barədə qərar qəbul edir, ölkəsinin dünyadakı tarixi nüfuzunu özünə qaytarır. Ərdoğan 2002-ci ildən Türkiyənin rəhbəri kimi fəaliyyət göstərir və bu illər ərzində ölkənin siması tamam dəyişib. Uzun illər Sevr və Lozanna konfranslarında qəbul edilən qərarların ağırlığını üstündə daşıyan Türkiyə Ərdoğanın hakimiyyəti illərində regional və beynəlxalq güc sahibi olan bir dövlətə çevrildi. "Ərdoğan nə edib" sualına tək bir cümlə ilə cavab vermək istəyirəm: Türkiyəni Böyük Səkkizlik səviyyəsində bir güc edib".

26-11-2021, 13:11 | Hərbi qulluqçulara sosial şəbəkələrlə bağlı qadağa qoyulur

Hərbi qulluqçulara sosial şəbəkələrlə bağlı qadağa qoyulur


Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilir.

Bu, "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsində əksini tapıb.

Yeni qanun layihəsinə əsasən, hərbi qulluqçulara tətil etmək, seçkili orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq, yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricı getmək, siyasi və dini təbliğatla məşğul olmaq, dövlət sirrini yaymaq, komandirlərin (rəislərin) qanunla müəyyən edilmiş qaydada verilmiş əmrlərini, sərəncamlarını və göstərişlərini müzakirə etmək və ya tənqid etmək, hərbi xidmətlə bağlı kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə komandirlərin (rəislərin) icazəsi olmadan birbaşa müsahibə vermək, hərbi xidmət vəzifələrinin icrasının dayandırılmasına yönəlmiş hərəkət (hərəkətsizlik) etmək, qadağan olunmuş əşya və ya texniki vasitələri (cihazları) hərbi hissənin ərazisinə və xidmət yerinə gətirmək və onlardan istifadə etmək, sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında hərbi xidmətlə bağlı məlumatları yaymaq, xidməti mənsubiyyətini açıqlamaq qadağan edilir.

Trend

26-11-2021, 13:08 | Koronovirusun ən çox mutasiyaya uğramış yeni variantı tapıldı

Koronovirusun ən çox mutasiyaya uğramış yeni variantı tapıldı


COVID-19-un ən çox mutasiyaya uğramış variantı aşkar olunub.

Oxu.az-a istinadən xəbər verir ki, yeni virus Botsvana, CAR və Honqonqda tapılıb.

Alimlər onun vaksinlərə qarşı dözümlü ola biləcəyini qeyd ediblər.

Bununla yanaşı, virusun çoxsayda mutasiyaya uğraması səbəbindən qeyri-sabit olduğu və sürətlə yayılmadığı bildirilib.

26-11-2021, 12:09 | Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ

Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ


Noyabrın 25-də "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş" çərçivəsində 43 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Bunu APA-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov bildirib. O qeyd edib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

26-11-2021, 11:58 | Ordumuz Zəngəzurda necə irəliləyib? - FOTO

Ordumuz Zəngəzurda necə irəliləyib? - FOTO


Ermənistan Müdafiə Nazirliyinin artıq keçmiş rəisi, general-mayor Arşak Karapetyanın bir sıra absurd və primitiv təxribatları ötən ilin noyabrında üçtərəfli sülh sazişinin imzalanmasından sonra regionda bərqərar olmuş sülhün nə qədər kövrək olduğunu üzə çıxarmış oldu.

Ermənistan tərəfindən ilkin razılaşmaların bəndlərinin gecikdirilməsi, sonra isə yerinə yetirilməməsi (hansı ki, münaqişədən sonrakı dövrdə uzunmüddətli qarşıdurmanın davamlı regional sülhə çevrilməsi üçün bir növ transformatora çevrilməli idi) siyasi həllin mahiyyətini təhlükə altına qoydu.

Milli.Az yerli mediaya istinadən xəbər verir ki, Ermənistan hakimiyyəti iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı ilk növbədə dialoq yolu ilə yekun qərar vermək əvəzinə, ənənəvi Paşinyan imitasiyasına əl atır. Ermənistan hökumətinin Azərbaycanın Qazax rayonunun işğal altında olan kəndlərini, Tovuz və Gədəbəyin ayrı-ayrı hissələrini, yaxud Naxçıvanın Kərki kəndini azad etməsini ləngitməsinin əsl səbəbi nədir? Azərbaycan Silahlı Qüvvələri elə edə bilər ki, Ermənistanla bütün ərazi məsələlərinin tezliklə siyasi həlli bu uğursuz formasiyanın hər bir vətəndaşının yeganə tələbi olsun. Bunu yaxın tarix göstərdi...

Kapitulyasiya elan edən ölkənin çarəsizliyinin bütün mənzərəsini təsvir edək.

Belə ki, Arşak Karapetyanın Qaragöl gölündə peyda olmasından və Azərbaycan Silahlı Qüvvələrinin təchizat yollarına qabion postu quraşdırmaq barədə həyasızcasına planından sonra Ermənistan ordusunun dörd dayaq məntəqəsi hərbçilərimizin nəzarətinə keçib. Demək olar ki, iki gün sonra, noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri daha iki postu zəbt edərək, düşməni qayıtmaq və ərazidəki istənilən prioritet əraziləri zəbt etmək imkanından məhrum edib.

Ustalıqla həyata keçirilən və ən əsası, qansız yerdəyişmənin nəticəsində cənub-şərq istiqamətində Çilligöl, Ermənistanın Verişen kəndi və Gorus şəhəri istiqaməti, həmçinin qərb istiqamətində göstərilən koordinatlara bərabər məsafədə - Şəki və İşxanasar şəhərlərinə vizual müşahidə və birbaşa atəş təsiri sektorları genişləndi.

Sonuncu deyilənlər ordu hissələrimizin dəniz səviyyəsindən 2794 metr hündürlükdə olan Kilsəli dağını və dövlət sərhədinin göstərilən perimetri boyunca bir sıra adı açıqlanmayan strateji əhəmiyyətli yüksəklikləri tutması nəticəsində mümkün olub.

Bunun sayəsində gölün şimal hissəsinə - Böyük İşıqlı vulkanik dağının arxasına aparan kommunikasiya yollarının təhlükəsizliyini təmin etmək və Sisian-Gorus avtomobil yolunun hissəsini birbaşa vizual nəzarətə götürmək mümkün oldu. Bu, Azərbaycan Silahlı Qüvvələrinə strateji zərurət yaranarsa, Ermənistanın bütün cənubunu paytaxtdan ayırmağa, Naxçıvana onsuz da qısa olan boğazı daraltmağa və ya de-fakto olaraq Laçın dəhlizinə çıxışı lokal şəkildə bağlamağa imkan verir.

Qeyd etmək lazımdır ki, bütün bu yerdəyişmələr və infrastruktur təkmilləşdirmələri qar yağıntılarından əvvəl aparılıb, bu isə, yamac ərazi boyunca təchizat yollarının təhlükəsizliyini təmin edir.

Erməni revanşistlərin noyabrın 16-da Azərbaycanın yeddi hərbçisinin ölümü və 10 hərbçisinin yaralanması ilə nəticələnən təxribatına baxmayaraq, ordumuz ölkələr arasında təbii sərhəd baryeri olan Şərqi Göyçə dağ silsiləsi üzərində tam nəzarətin qurulması ilə bağlı möhtəşəm planı sona qədər uğurla həyata keçirdi.

Məhv edilənlərin və əsir götürülmüş diversantların sayını bu günə kimi rəsmən elan edə bilməyən düşmənə sarsıdıcı dərs verən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulan bütün tapşırıqları şərəflə yerinə yetiriblər. Xüsusən qeyd edək ki, düşmənin qənimət kimi götürülən silah-sursat, nəqliyyat vasitələri və texniki vasitələri arasında təkcə sərhəd xəttində növbə çəkmək üçün deyil, həm də məhz diversiya-terror fəaliyyətlərinin aparılması üçün istifadə olunan nümunələr də var.

Nəticədə, Kəlbəcər istiqamətində yalnız bir hissədə, ən hündür nöqtəsi dəniz səviyyəsindən 3008 metr yüksəklikdə olan Qatarqaya dağından başlayaraq, Şərqi Göyçə dağ silsiləsi boyunca cənub adsız yüksəklikləri və dəniz səviyyəsindən 2900 metr yüksəklikdə olan Dəmirdağ dağına qədər Azərbaycan ordusu bütün strateji əhəmiyyətli nöqtələri tutaraq yeni dayaq məntəqələri yaratdı. Qısa müddət ərzində onlara rabitə yolları və təhlükəsiz daimi təchizat yolları çəkildi. Terror və təxribat aktları törətmək üçün düşmənin ərazimizə daxil ola biləcəyi ərazilərdə nəzarət quruldu.

Qərbi Azərbaycanın Zod, Azad, Zərkənd, Nərimanlı kəndləri bütün yol infrastrukturu ilə, yəni məhz Basarkeçər-Zod yolu hazırda Silahlı Qüvvələrimizin tam atəş nəzarəti altındadır. Yüksəkliklərdə qurulan yeni dayaq məntəqələri sayəsində Azərbaycanın Kəlbəcər rayonunun bir neçə kəndinin təhlükəsizliyi təmin edilib.

Qeyd edək ki, bölmələrimiz tərəfindən dövlət sərhədində mühüm məntəqələrin tutulması ilə paralel olaraq düşmənin əldəqayırma, yük maşınlarının kuzovunda yaradılan postları və sığınacaqları məhv edilib.

Eyni silsilə boyu dəniz səviyyəsindən müvafiq olaraq 3036 və 3051 metr hündürlükdə olan Kumurdağ və Kömürdağ dağlarının tutulması Azərbaycan Silahlı Qüvvələrinin Əzizli kəndi və Qərbi Azərbaycanın Nərimanlı kəndinə gedən yol istiqamətində vizual müşahidə və birbaşa atəş təsiri sektorlarını genişləndirməyə imkan verib, cənubda olan Maraldağına qədər 3426 metr hündürlükdə olan Kötüdağ və ətrafdakı adsız yüksəkliklər üzərində tam nəzarətin yaradılması mövqelərimizə cinahdan gələn təhlükələri neytrallaşdırıb.

Sərhəddə strateji əhəmiyyətli yüksəkliklərin tutulması əməliyyatının başa çatmasından sonra Yuxarı Şorca və Aşağı Şorca kəndləri, habelə onların Qərbi Azərbaycanın Daşkənd kəndi istiqamətində lokal avtomobil yoluna yeganə çıxışı ovuc içi kimi görünməyə başladı. Ordumuz qarşıya qoyulan tapşırıqları yerinə yetirməklə yanaşı, həm də ətraf ərazinin tam təhlükəsizliyini təmin edib, yeni dayaq məntəqələrinin daimi və fasiləsiz təchizatını yoluna qoyub.

Sadə dildə desək, demək olar ki, bütün əsas yol qovşaqları və giriş yolları, eləcə də sərhədə çox yaxın kəndlər bundan sonra silahlı qüvvələrimizin cəza tədbirləri görə biləcəyi qədər əlçatan məsafədədir.

Düşmənin təxribatlarına baxmayaraq, silahlı qüvvələrimiz demək olar ki, cəmi iki-üç günə sərhədlərin demarkasiyası və delimitasiyasının həllinin daha çox yaxınlaşılmasına nail oldular. Bununla regionda hərtərəfli sülhə gedən yolları sadəcə, məsafə baxımından deyil, zaman baxımından da yaxınlaşdırdı...

Milli.Az

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.