3-06-2021, 06:49 | 32 karateçimiz uzun fasilədən sonra yarışa çıxacaq

32 karateçimiz uzun fasilədən sonra yarışa çıxacaq


Azərbaycan karateçilləri Kiprin Limassol şəhərində uşaq, yeniyetmə və gənclər (12-17 yaşlılar) arasında mövsümün ilk Karate1 Gənclər Liqası turnirində iştirak edəcək.

Yarışa qatılan 37 ölkədən 760 idmançı arasında 32 karateçimiz də var. Onları yeniyetmə və gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edir. (oxu.az)

3-06-2021, 06:41 | Pəhriz qaydaları

Pəhriz qaydaları

Bəzən artıq bədən çəkisi olanlar necə olursa-olsun, ondan tez və qısa zamanda xilas olmağa çalışırlar. Hətta arıqlamaq həvəsi o həddə çatır ki, hər deyilənə inanır, hər eşitdiyinə əməl etmək istəyirlər. Təəssüf ki, tövsiyə olunanların böyük bir qismi heç bir əsası olmayan yanlış məlumatlardır.

Sağlam qidalanmanın əsas şərti olan su orqanizmdə yaranan toksik maddələrin atılması üçün lazımdır. Su həmçinin natrium, ftor, kalium və kalsium kimi minerallarla zəngindir. Ən faydalı içki olan su həm də kalorisizdir, ona görə də gün ərzində kifayət qədər su içilməsi məsləhətdir.

Vitamin və mineralların əsas mənbəyi meyvələrdir. Lakin artıq miqdarda qəbul edilən meyvə ilə alınan fruktoza orqanizmdə yağa çevrilir və müəyyən bölgələrdə piylənməyə səbəb olur.

Sağlam və nizamlı qidalanma yeməyin vaxtında yeyilməsi ilə başlamalıdır. Artıq çəki ilə mübarizədə yemək saatını ötürmək düzgün sayılmır.

Çox gec yatmaq, həmçinin axşamlar uzun müddət ac qalmaq da yeni günə pis başlamağa səbəb olur, nəticədə metabolizm zəifləyir. Axırıncı qidalanma yatmazdan ən azı 3-4 saat əvvəl olmalı, yəni gecə saat 12-də yatanlar ən geci saat 9-10 arası az miqdarda yemək yeməlidir.

Məşq zamanı ac olmaq daha artıq kalori itirmək anlamına gəlmir, əksinə, daha az kalori xərcləməyə səbəb olur. Lakin qida qəbul edəndən sonra da idman etmək düzgün deyil. Yeməkdən ən azı 1,5-2 saat sonra məşq etmək məsləhətdir.

Mineral su həzmə kömək edən və onu asanlaşdıran içkidir, yağ itkisinə səbəb olur. Lakin həddindən çox içiləndə iştahanı artıra bilər.

Orqanizmin hər gün az miqdarda yağa ehtiyacı var. Pəhriz saxlayarkən nəzərə almaq lazımdır ki, A, E və K vitaminləri yalnız yağda həzm olaraq orqanizmə sorulur. Həmçinin yağların əsas tərkib hissəsi olan və hamının zərərli hesab etdiyi xolesterol da orqanizm üçün çox vacibdir. Kişi və qadın cinsi hormonları, D vitamini məhz xolesteroldan əmələ gəlir. Bundan başqa yağlar gec həzm edildiyi üçün toxluq hissi verir.

Az miqdarda alma sirkəsi, limon suyu və qreypfrut şirəsi faydalı olsa da, sirkənin artıq miqdarda içilməsi mədə turşuluğunu artıra, qida borusunu zədələyə, ciddi sağlamlıq problemləri yarada bilər. Limon və ya qreypfrut suyu da eyni qaydada mədə xəstəliklərini kəskinləşdirə bilər.

Bəzi qidaların üzərindəki "light" və "pəhriz" emblemləri onların gün ərzində istənilən qədər yeyilməsi kimi başa düşülməməlidir. Sadəcə olaraq həmin qidalarla yağ və ya şəkərin miqdarı bir qədər azaldılıb.

Az qida qəbulu və ac qalmaq kökəlməklə nəticələnə bilər, çünki orqanizm zəif qidalanmanı qıtlıq kimi qiymətləndirir. Uzun müddət ac qaldıqdan sonra yeyilən qidaları müdafiə mexanizmi olaraq yağ şəklində toplamağa çalışır ki, təkrar aclıq olsa ondan enerji məqsədilə istifadə etsin.

Qara çörəkdən imtina etməklə arıqlayanda itirilən çəkinin yağla deyil, su ilə əlaqədar olduğundan şübhələnmək olar, çünki qara çörək kimi taxıl məmulatları tərkibində olan hidroksid molekulunun hesabına suyu orqanizmdə saxlaya bilir.

Çörəyi qızardanda sadəcə olaraq tərkibindəki suyun bir hissəsi buxarlanır. Su kalorisiz olduğundan çörəyi qızartmağın çəki atmaq cəhətdən faydası yoxdur.

Çəki itkisi sürəti orta hesabla həftədə 0,5-1 kiloqram olmalıdır. Bir həftə ərzində daha artıq arıqlamaq qeyri-sağlam çəki itkisi sayılır və bir çox xəstəliklərə səbəb ola bilər. (milli.az)

3-06-2021, 06:36 | Maskadan imtina etməyə tələsmək lazım deyil

Maskadan imtina etməyə tələsmək lazım deyil


Açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırılsa da, ondan tam imtina etmək hələ tezdir. Həkimlər bəzi həssas risk qrupunda olanların açıq havada, xüsusilə insanların sıxlıq təşkil etdiyi ərazilərdə, keçid və dayanacaqlarda, növbə və s. yerlərdə maskadan istifadə etməsini məsləhət görürlər. Bu, məcburiyyət olmasa da, sağlamlıq üçün vacibdir.

Həkim-terapevt Nahid Məhərrəmov deyib: "Əsasən əməliyyatdan təzə çıxanların, tez-tez soyuqlayanların və tez-tez xəstələnənlərin özlərini qorumaq üçün açıq havada maska taxması məsləhətdir. Yeni növ koronavirus (COVID-19) infeksiyası əsasən yuxarı tənəffüs yollarından infeksiya şəklində yoluxur. Ona görə də yuxarı tənəffüs yollarında infeksiya xəstəlikləri - tonzilit, faringit, burun tənəffüsü problemləri və yaxud allergiyası olanların, özündə qrip və virus əlaməti kimi hər hansı narahatlıq hissi edənlərin də açıq havada maskadan istifadə etməsi yaxşı olardı".

Açıq havada tibbi maskaları bəzən çənəsinə endirənlər, aksesuar kimi qollarına taxanlar, əllərində, ciblərində və çantalarında gəzdirənlər olur. Bu isə infeksiyaya yoluxmaq üçün zəmin yaradır.



3-06-2021, 06:32 | Alimlər beyin xərçəngi və sinir siqnalları arasında bağlılıq olduğunu müəyyən ediblər

Alimlər beyin xərçəngi və sinir siqnalları arasında bağlılıq olduğunu müəyyən ediblər

Alimlərin fikrincə, xərçəng şişlərinin yaranmasında təkcə hüceyrə mutasiyalarının deyil, müəyyən sinir siqnallarının da rolu var.

Tədqiqatlara görə, I tip neyrofibromatozda neyronların adi aktivliyi bu cür siqnal qismində ola bilər. İnsanda genetik xəstəlik olan neyrofibromatoz zamanı böyük ehtimalla şiş əmələ gəlir; bu, adətən xoşxassəli olur, lakin bədxassəli şişlər də yaranır. Şişlər periferik sinirlərdə və baş beyində əmələ gəlir.

Stenford Universitetindən və Sent-Luis Vaşinqton Universitetindən tədqiqatçılar genetik baxımdan neyrofibromatoza meyilli olan siçanlar üzərində eksperiment aparıblar. Doqquz həftəlik siçanlarda görmə sinirinin qlioması yaranıb, 12-16-cı həftələrdə isə onların hamısında şiş olub.

Lakin 9 və 16 həftəlik siçanları qaranlıqda saxlayanda, adi şəraitdən fərqli olaraq, qlioma ehtimalı qəfil aşağı düşüb. Siçanların hamısında genlər eyni olub. Deməli, məsələ işıqla bağlı olub - işıq görmə sinirlərini qıcıqlandırıb və onlarda şiş yaranmağa başlayıb.

Sonrakı eksperimentlər göstərib ki, siçanlar qaranlıq mühitdə bir qədər əvvəl - 6 həftəlik vaxtından 12 həftəliyinədək saxlanılsaydı, onlarda ümumiyyətlə şiş yaranmayacaqdı. "Nature" jurnalında qeyd edilir ki, əgər şişi olan daha yetkin, o cümlədən 12 həftəlik və daha böyük siçanlar qaranlıqda saxlanılsaydı, şiş onlarda sağalmasa da, böyüməyəcəkdi. Bu, bir daha təsdiq edir ki, şiş mutasiyası özlüyündə mütləq şəkildə şiş doğurmur, bunun üçün onu müşayiət edən şərait də olmalıdır.

Neyrofibromatoz mutasiyalı siçanlarda neyroligin-3 zülalının səviyyəsi yüksəkdir. Onun səviyyəsi görmə siniri aktiv olanda, yəni göz işığı hiss edəndə yüksəlir. Zülalın işini dayandıranda, görmə sinirinin aktivliyinə baxmayaraq, şiş daha gec yaranacaq və ölçüsü daha kiçik olacaq.

Alimlər qeyd edirlər ki, insan beyin şişlərində də neyroligin-3 zülalının səviyyəsi adidən yüksəkdir. İşığı, neyroligini və şişin inkişafını əlaqələndirən molekulyar mexanizmin təfərrüatları hələ ki tam aydın deyil. Lakin neyrofibomatozlu uşaqlarda şişin yaranmasına yol verməmək məqsədilə bu zülala təsir edə biləcək hansısa dərmanlar üzərində düşünmək olar.

AZƏRTAC

2-06-2021, 19:29 | “Space” TV-nin icraçı direktoru işdən çıxarıldı

“Space” TV-nin icraçı direktoru işdən çıxarıldı

"Space" TV-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev işdən çıxarılıb.

Telekanaldan xəbəri APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Kamil Şahverdiyev Rəşid Behbudov Fondunun direktorudur.

2-06-2021, 19:27 | Dövlət Komitəsi Azərbaycan-Rusiya sərhədində avtomobillərin saxlanılmasına aydınlıq gətirib

Dövlət Komitəsi Azərbaycan-Rusiya sərhədində avtomobillərin saxlanılmasına aydınlıq gətirib

Bu gün sosial şəbəklərdə Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə digər qonşu ölkələrə getmək istəyən bir neçə boş yük və yüngül minik nəqliyyat vasitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda saxlanılması və ölkəyə buraxılmamasına dair iddiaların yer aldığı videogörüntülər yayımlanıb. Rusiya-Azərbaycan sərhədindəki neytral ərazidə dayanan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən çəkilərək yayımlanan videogörüntülərdə nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən qanunsuz olaraq buraxılmadığı iddia olunur.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib ki, həmin nəqliyyat vasitələri gömrük sərhədindən Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyərkən həyata keçirilən pasport nəzarəti zamanı sürücülərin quru sərhədləri vasitəsilə ölkəyə gəlmək üçün müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib. Belə ki, mövcud pandemiya şəraiti ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən quru sərhədindən yalnız bu qurum tərəfindən verilən icazə sənədi əsasında və ya qanunvericilikdə müəyyən olunan hallarda keçmək mümkündür. Araşdırma zamanı həmin nəqliyyat vasitələrinin iddia edildiyi üzrə beynəlxalq yükdaşımalarla məşğul olduqlarına dair müvafiq sənədlərə malik olmadığı da üzə çıxıb.

Üstəlik həmin şəxslərin nəqliyyat vasitələrini Azərbaycan Respublikasında rəsmiləşdirmək məqsədilə ölkəyə gətirdikləri müəyyən edilib ki, bu halda da dövlət sərhədini keçmək üçün rəsmi qurumların icazəsi tələb olunur.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tətbiq edilən qaydalara əsasən gömrük sərhədini quru yolu ilə keçmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən xüsusi icazə sənədinin sərhəddə fəaliyyət göstərən qurumlara təqdim olunması mütləqdir. (milli.az)

2-06-2021, 14:29 | Kəlbəcərin Cəmilli kəndi

Kəlbəcərin Cəmilli kəndi


Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Cəmilli kəndindən videogörüntülər yayıb.

Həmin görüntüləri təqdim edir.


2-06-2021, 09:19 | Amerikalı milyarder dolları əvəz edəcək valyutanı açıqladı

Amerikalı milyarder dolları əvəz edəcək valyutanı açıqladı

Çin yuanı dünya ticarətində ən çox istifadə edilən valyutalardan biri olacaq.

Bu barədə amerikalı milyarder, "Bridgewater" fondunun təsisçisi Rey Dalio CNBC telekanalına müsahibəsində bildirib.

O, xüsusilə Çinin rəsmi rəqəmsal valyutasına diqqət çəkib. Sahibkarın proqnozuna görə, yuan amerikalı analoqundan daha həyat qabiliyyətli olacaq.

"Mən hesab edirəm ki, gələcəkdə insanlar valyutaları özləri seçəcəklər və daha möhkəm iqtisadi təməllərə malik valyutalar ən rəqabətədavamlı olacaq. Bu, bir çox ölkələr üçün təhlükə olacaq", - Dalio əlavə edib.

qafqazinfo


2-06-2021, 09:15 | Bu gün Bakıda ermənilərin məhkəməsi başlayır

Bu gün Bakıda ermənilərin məhkəməsi başlayır

Bu gün Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə keçiriləcək.

APA bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin icraatında olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı "Ballıca" adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

2-06-2021, 08:34 | İsaak Nyutonun misilsiz əlyazmaları "Christie's" hərracında satışa çıxarılacaq

İsaak Nyutonun misilsiz əlyazmaları "Christie's" hərracında satışa çıxarılacaq

Dünya şöhrətli alim İsaak Nyutonun (1642-1727) nadir əlyazmaları iyulun 8-də 600-900 min funt-sterlinqə (849 min - 1,1 milyon dollar) hərraca çıxarılacaq.

Bu barədə "Christie's" həracının ofisindən bildirilib.

Kolleksiyaçılara alimin "Təbii Fəlsəfənin Riyazi Prinsipləri" adlı əsərinin özünəməxsus iş versiyası təqdim ediləcəkdir. Latın dilində yazılmış elmi sənəd fizikin özü tərəfindən imzalanıb.

Hərracın Kitablar və əlyazmalar şöbəsinin müdiri Tomas Venninq bildirib ki, Nyutonun imzası ilə yazılmış elmi əlyazmalara çox nadir hallarda rast gəlinir və "Təbii Fəlsəfənin Riyazi Əsasları" imzalı versiyası iyirmi ildən çoxdur ki, açıq hərraca çıxarılmır: "Bu əsəri təqdim etmək xüsusi bir imtiyazdır. Əlyazmaya maraq, eyni zamanda, Şotlandiya riyaziyyatçısı və astronomu Devid Qregorinin (1659-1708) şərhləri ilə tamamlandığına görədir. Qregori 1694-cü ildə Kembricə səfəri zamanı Nyutonla birlikdə çalışıblar. Əlyazma 1860-cı illərə qədər Qregorinin arxivində saxlanılıb".

Qeyd edək ki, "Təbii Fəlsəfənin Riyazi Prinsipləri" cazibə və hərəkətin ümumdünya cazibə qanunlarını izah edir. Bu əsərdə Nyuton ümumdünya cazibə qanununun isbatını bacardı. Nəticədə, alimin 1687-ci ildə çap olunmuş əsəri bütün dünyada nəzəri fizika, mexanika və astronomiyanın əsasını təşkil etdi.

APA

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.