28-05-2021, 13:31 | Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının ikinci günü başlayıb - FOTO

Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının ikinci günü başlayıb - FOTO

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının ikinci günü başlayıb.

Trend bildirir ki, yarışların ikinci günündə qarışıq cütlüklər arasında, kişilər arasında fərdi proqramda və aerodans üzrə və qrup hərəkətlərdə təsnifat mərhələsi keçiriləcək. Daha sonra komanda hesabında müküfatlandırma mərasimi baş tutacaq.

Bundan başqa, üçlüklər, fərdi proqramda qadınlar arasında aerostep üzrə final mərhələsi və bu növlər üzrə qaliblərin mükafatlandırılması keçiriləcək.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biridir.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edəcək.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edəcək.

24-05-2021, 08:17 | İdman gimnastlarımızdan medallarla zəngin həftəsonu

İdman gimnastlarımızdan medallarla zəngin həftəsonu

22 və 23 may tarixlərində Macarıstanın paytaxtı Budapest şəhərində idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Bu yarışda ölkəmizi kişi idman gimnastikası üzrə yığma komandanın üzvləri Mənsum Səfərov, Anar Həsənov, Aydın Əlizadə, Ramin Dəmirov və Rəsul Əhmədzadə təmsil edib.

Bu yarışda gimnastlarımız komanda hesabına 10 medal yazdırıblar.

Medallardan təkcə 6-sı Aydının payına düşür. Çoxnövçülük yarışlarında gümüş medal qazanmış Aydın, bu gün keçirilmiş final mərhələsində halqalarla fəxri kürsünün 1-ci, dayaqlı tullanma, sərbəst hərəkətlər, turnikdə çıxışına görə 2-ci, paralel qollarda isə 3-cü pilləsinə yüksəlib.

Rəsul çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medal, dəstəli at üzərində hərəkətlərə görə isə gümüş medal qazanıb. Onun komanda yoldaşı Ramin isə halqalar üzərində hərəkətlərdə 2-ci olub.


24-05-2021, 08:06 | Gimnastlarımız onlayn beynəlxalq yarışdan 11 medal qazanıblar

Gimnastlarımız onlayn beynəlxalq yarışdan 11 medal qazanıblar



Bədii gimnastika üzrə yığma komandamızın üzvləri Bolqarıstan Gimnastika Federasiyasının təşkil etdiyi bədii gimnastika üzrə onlayn turnirdə iştirak ediblər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, sayca 3-cü olan bədii gimnastika üzrə "Prize of Julieta Shishmanova" turnirində ölkəmizi yığmamızın üzvləri Arzu Cəlilova, Nərminə Səmədova, Alina Məmmədova və Kamilla Seyidzadə təmsil edib.

Qızlarımız bu yarışdan 11 medal qazanıblar. Belə ki, böyüklər arasında çıxış edən Arzu top, halqa və gürzlərlə çıxışına görə 2-ci, çoxnövçülük nəticəsinə əsasən 3-cü yerdə qərarlaşıb. Onun Komanda yoldaşı Nərminə lentlə 3-cü olub, halqa ilə çıxışına görə isə 4-cü yerdə qərarlaşıb.

Gənclər yaş qrupunda iştirak etmiş Kamilla Seyidzadə tam bir medal dəstini əldə edib: topla çıxışına görə 1-ci, lentlə 2-ci və çoxnövçülükdə 3-cü yerdə qərarlaşıb. Onunla eyni yaş qrupunda yarışmış Alina isə həm çoxnövçülük, həm halqa, həm də gürzlərlə 2-ci olub.

24-05-2021, 07:53 | Boyat yeməklərdən istifadə edilməsinin ziyanı

Boyat yeməklərdən istifadə edilməsinin ziyanı


Bəzən süfrədə yeyilməyən və istifadə edilməyən xörəkləri israf olunmaması üçün sonrakı günə saxlayırlar. Əslində bu, ta qədimdən belədir. Əvvəllər qidaların köhnəlməməsi üçün sərin yer seçilirdisə, indi müasir soyuduculardan istifadə olunur. Mütəxəssislər bildirirlər ki, yeməkləri düzgün saxlamamaq, onları hətta ikinci dəfə qızdırıb boyat şəkildə istehlak etmək orqanizmdə ciddi fəsadlara səbəb olur. Bişirilən yeməklərin tərkibi emal prosesindən çıxmış məhsullardır. Həmin məhsullar bir müddət saxlanılanda hansı proseslər baş verir?

Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu sualın cavabında AZƏRTAC-a deyib: "Termiki emal olunmuş yemək nə qədər sərində saxlanılsa da, onun tərkibində olan bitki və ya heyvani mənşəli hüceyrələrin dağılması nəticəsində maddələr öz-özünə parçalanmağa başlayır. Bunun nəticəsində əvvəlcədən toksiki olmayan maddələr zəhərli parçalara bölünməyə başlayır. Boyat yeməyin dadında dəyişiklik hiss olunmasa da, həmin proses gedir".

Onun dediyinə görə, bir neçə gün qalmış qidaların dadı pozulmasa da, onları qətiyyən yemək düzgün deyil: "Əslində dad o zaman pozulur ki, qida maddəsinin tərkibinin çox hissəsi sıradan çıxmış olsun. Həmin maddələr orqanizmə daxil olan kimi qaraciyəri yükə salır. Tərkibində parçalanmış radikallar olan, zülalların, amin turşularının və yağların oksidləşmə nəticəsində konserogen maddələr əmələ gəlmiş qida məhsulları ortaya çıxır. Ondan istifadə edəndə dadındaki dəyişiklik aşkar hiss olunmasa da, zəhərli maddələrin əmələ gəlməsi demək olar ki, həyatımızı da qısaldır".

Yeməklərin boyatımaması üçün ilk olaraq onları qədərində hazırlamaq lazımdır. Yumurta, balıq, ət, toyuq, göbələk kimi riskli məhsullar iki saatdan artıq süfrədə qalmamalıdır. Əgər həmin məhsullar iki saatdan artıq soyuducuya qoyulmadan ev temperaturunda və açıq şəkildə qalıbsa, ikinci dəfə qızdırıb istehlak edilməsi məqsədəuyğun deyil. Bir gün sonraya qalıb rəngini dəyişən çörəyin də istehlakına diqqət yetirmək lazımdır. Şöbə müdiri deyib: "Təcrübə göstərir ki, iki-üç gündən sonra hətta soyuducuda saxlanılan çörəyin üstündə kif, göbələk əmələ gəlir. Təzə vaxtı biz onu görmürük. Onda görürük ki, göbələk kaloniyası çörəyin üzərinə toplaşır. Bəzən onu təmizləyib, üzünü kəsəndən sonra qalan hissəsindən istifadə edirlər. Bu, qətiyyən düzgün deyil, çünki üzərində göbələk varsa, deməli, həmin çörək parçası, yaxud hansısa qida məhsulu bütövlükdə göbələk infeksiyasına məruz qalıb. Onun istifadəsi zamanı orqanizm göbələk hücumu ilə üzləşir".

Mütəxəssislərin fikrincə, soyuducuda saxlanılan bəzi yeməklərin tərkibində də müəyyən dəyişikliklər baş verir və ziyanlı maddələr əmələ gəlir. Həmin qidaların orqanizmdə mənimsənilməsi çətinləşir və tədricən xoşagəlməz fəsadlara səbəb olur. Ona görə də gündəlik qida rasionu düzgün seçilərək qəbul olunmalıdır ki, orqanizmə lazım olan vitamin və minerallar təzə halda istehlak edilsin.


24-05-2021, 07:48 | Bahar katarı xəstəliyinin yaranma səbəbi və müalicəsi

Bahar katarı xəstəliyinin yaranma səbəbi və müalicəsi


Bahar katarı mövsümlə əlaqədar ortaya çıxan, hər iki gözdə müşahidə olunan allergik reaksiyadır. Xəstəlik uşaq və yeniyetmələrdə, xüsusilə oğlan uşaqlarında rast gəlinir, əsasən yaz aylarında başlayır və payıza qədər davam edir. 3-6 yaşlarında başlanan şikayətlər 20 yaşa qədər artıq aradan qalxır. Nadir hallarda 20 yaşından sonra da davam edə bilər. Ailə anamnezində atopik xəstəlik olanlarda daha çox rast gəlinir.

Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva bu barədə AZƏRTAC-a məlumat verərək deyib: "Allergik konyunktivit gözdə qəflətən başlayan qaşıntı, yanma, göz qapaqlarında zəif ödem-şişkinlik, gözdə qızartı və sulanma ilə müşahidə olunan, allergenlərə qarşı yaranmış konyunktivitin iltihabi reaksiyasıdır. Onun kliniki formalarından pollinoz, "bahar katarı", dərman allergiyası, xroniki allergik konyunktivit, atopik keratokonyunktivit və iri papilyar konyunktivitlər ayırd edilir. Pollinoz ağac, çiçək, bitki tozcuqlarına qarşı allergik reaksiya olaraq yaranır. Atopik keratokonyunktivit isə əsasən atopik dermatit, bronxial astma və allergik rinit şikayətləri olanlarda rast gəlinir. İri papilyar konyunktivit adətən linza istifadə edənlərdə müşahidə olunur.

Göz qaşıntısı ən əsas əlamətdir, bu şikayətə yanma, sulanma, gözdə "yad cisim" hissi, işığa həssaslıq və hətta göz qapaqlarında spazm əlavə olunur. Konyunktivada qızartı və ödem, üst qapaq konyunktivitində, daha doğrusu, konyuktiva ilə buynuz qişanın sərhəddi ətrafında follikullar və papillalar inkişaf edir. Yan-yana düzülmüş həmin follikullar çay daşlarını xatırladır. Hipertrofiya, yəni qalınlaşmış papillalar qapağın cüzi sallanmasına səbəb ola bilər. Spesifik əlamət sayılan iri follikullarda ağ infiltratlar da müşahidə oluna bilir. Xəstələrin 50 faizində buynuz qişa zədələnir və bu zaman onların şikayətlərinə batma, sulanma, işığa həssaslıq, gözdə "yad cisim" hissi və ağrı əlavə olunur".

Həkim-oftalmoloqun dediyinə görə, yüngül klinika ilə keçən hallarda gözə soyuq islatma, günəşdən qorunma və simptomatik müalicə kifayət edir: "Həmin tədbirlər kömək etmədikdə xəstəliyin kəskinləşdiyi yaz aylarında steroid preparatlar təyin olunur. Xəstəlik xroniki olduğuna görə hormonal preparatların verə biləcəyi katarakta, gözdaxili təzyiq yüksəlməsi, infeksiya inkişafı və s. kimi ağırlaşmalar həmin qrupdan olan preparatların istifadəsinə məhdudiyyət qoyur. Məhz buna görə həmin xroniki xəstəlikdən əziyyət çəkənlər hər il yazdan əvvəl profilaktik müayinədən keçməli və lazımi tədbirlərə vaxtında başlamalıdırlar".


24-05-2021, 07:34 | Bundesliqaya yüksələn komandalar müəyyənləşdi

Bundesliqaya yüksələn komandalar müəyyənləşdi


Futbol üzrə Almaniya ikinci Bundesliqasında 2020/21 mövsümünə yekun vurulub.

Mövsümü 67 xalla başa vuran "Bohum" həm çempion olub, həm də əsas Bundesliqaya vəsiqə qazanıb.

Bohumlularla yanaşı, "Qroyter" də növbəti mövsümdən elitada mübarizə aparacaq. Fürt şəhərinin təmsilçisi 64 xalla ikinci olub.

İkinci Bundesliqada bürünc medalları qazanan "Holştayn" (62 xal) isə elitaya vəsiqə qazanmaq üçün pley-off oyununa çıxacaq. Sözügedən komanda əsas Bundesliqada bu mövsümü 16-cı pillədə başa vuran "Köln"lə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyun mayın 26-da, cavab görüşü isə ayın 29-da baş tutacaq. Qalib tərəf əsas Bundesliqada, məğlub olan isə ikinci liqada mübarizə aparacaq.

Xatırladaq ki, 2020/21 mövsümün yekununa əsasən, "Verder" və "Şalke" klubları əsas Bundesliqanı tərk edib. Bremen təmsilçisi 41 il sonra elitanı tərk etmək məcburiyyətində qalıb. "Şalke" isə 33 illik fasilədən sonra aşağı liqada mübarizə aparacaq.(matc.az)


24-05-2021, 07:22 | Premyer Liqada mövsümə yekun vuruldu


Premyer Liqada mövsümə yekun vuruldu

Bu gün İngiltərə Premyer Liqasında sonuncu - 38-ci turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, bütün qarşılaşmalar eyni vaxtda oynanılıb.

Çempion "Mançester Siti" son turda doğma meydanda "Everton"u qəbul edib və darmadağına sevinib. Turnir cədvəlinin ikinci sırasında yer alan "Mançester Yunayted"in rəqibi "Vulverhempton" olub. "Qırmızı şeytanlar" səfərdən qələbə ilə dönüblər.

"Liverpul" doğma meydanda "Kristal Pelas"ı qəbul edib və inamlı qələbə qazanıb. Nəticədə, "qırmızılar" mövsümü üçüncü pillədə başa vurublar. "Çelsi" isə çətin "Aston Villa" səfərindən xalsız dönüb və medalçılar sırasına düşə bilməyib. Amma bu, "zadəganlar"ın UEFA Çempionlar Liqasına vəsiqə qazanmasına mane olmayıb. Son turda evdə "Tottenhem"ə məğlub olan "Lester Siti" beşinci yeri tutub. "Vest Hem" isə "Sauthempton"u darmadağın etməklə mövsümü altıncı pillədə başa vurub. Nəticədə, "Lester Siti" ilə "Vest Hem" Avropa Liqasına vəsiqə qazanıb. Yeddinci yerlə kifayətlənən "Tottenhem" isə İngiltərəni Avropa Konfrans Liqasında təmsil edəcək.

Son üç pilləni tutan "Fulhem", "Vest Bromviç" və "Şeffild Yunayted" Premyer Liqanı tərk edib.

İngiltərə Premyer Liqası
38-ci tur
23 may

Liverpul - Kristal Pelas 2:0
Qol: Mane, 36; 74.

Şeffild Yunayted - Bernli 1:0
Qol: Makqoldrik, 24.

Fulhem - Nyukasl 0:2
Qol: Uillok, 23. Şar, 88.

Mançester Siti - Everton 5:0
Qol: De Bruyne, 11. Q.Jezus, 14. Foden, 53. Aquero, 71; 76.

Lids - Vest Bromviç 3:1
Qol: Rodriqo, 17. Fillips, 42. Bemford, 78 - Robson-Kanu, 90.

Lester - Tottenhem 2:4
Qol: Vardi, 18-pen; 52-pen - Keyn, 41. Şmeyxel, 76. Beyl, 87; 90+6.

Vulverhempton - Mançester Yunayted 1:2
Qol: Semedo, 39 - Leanqa, 13. Mata, 45+4-pen.

Vest Hem - Sauthempton 3:0
Qol: Fornals, 30; 33. Rays, 86.

Aston Villa - Çelsi 2:1
Qol: Traore, 43. El Qazi, 52 - Çiluell, 70.

Arsenal - Brayton 2:0
Qol: Pepe, 49; 60.




24-05-2021, 07:09 | Kassalarda sizi necə aldada bilərlər? - Bir-iki mal alınıbsa... - VİDEO

Kassalarda sizi necə aldada bilərlər? - Bir-iki mal alınıbsa... - VİDEO


Rusiyalı mütəxəssis Alisa Xramova müştəriləri kassada aldatmağın ən geniş yayılmış üsulunu açıqlayıb.

"Çekdəki artıq mallar, kassada aldatmağın ən geniş yayılmış üsullarından biridir. Bir və ya iki mal alınıbsa, fırıldaqçılıq etmək kifayət qədər çətindir, amma çeşidlər çoxdursa, alıcını aldatmaq olduqca asandır", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, fırıldaqçı kassirlər adətən özləri çekə əlavə mallar vururlar. Bəzən elə də olur ki, qalığı səhv qaytarırlar.

"Bütün mallar kassada skan edildikdən sonra, kassir qaydalara görə, alışın ümumi dəyərini, sonra alıcıdan alınan pulun və qalığın məbləğini açıqlamalı və sonra onu çeklə birlikdə verməlidir", - deyə Xramova qeyd edib.

Eyni zamanda, başqa bir oğurluq üsulu da məhsuldakı barkodun dəyişdirilməsidir. Bu vəziyyətdə bahalı məhsul, ucuz olanın barkodundan istifadə edərək kassada skan edilir. Digər hallarda, kassirlər iki məhsulun birinin qiymətinə alına biləcəyi 1+1 kimi kampaniyalar barədə müştərilərinə məlumat vermir və ya bilərəkdən xatırlatmırlar. Satıcı iki məhsulu çekə daxil edir, lakin alıcı kampaniyadan bixəbər olaraq bir məhsulla gedir, onu aldadan kassir isə ikinci məhsulu özünə saxlayır.

Bir başqa aldatma yolu da müştərinin yığdığı kart əvəzinə özününkünü skan edir, bu zaman ballar müştəriyə deyil, ona verilir.(oxu.az)


24-05-2021, 06:58 | "Borussiya"da beş ayrılıq



Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu beş futbolçusu ilə yollarını ayırıb.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə İbrahima Traore, Oskar Vendt, Valentino Lazaro, Xulio Vilyalba və Maks Qrünün komandadan ayrıldığı diqqətə çatdırılıb. Onların klubla müqavilə müddəti başa çatıb. Tərəflər yeni sözləşmə imzalamayıblar.

Qeyd edək ki, Mönhenqladbax "Borussiya"sı Bundesliqada geridə qalan mövsüm ərzində 34 oyuna 49 xalla 8-ci pilləni tutub və avrokuboklara vəsiqə qazana bilməyib. Oskar Vendt 22 oyun keçirib, 1 qol vurubsa, Valentino Lazaro da 22 oyunda 2 qolla yadda qalıb. Zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyən İbrahima Traore cəmi 7 qarşılaşmada forma geyinib. Maks Qrün ilə Xulio Vilyalba isə ümumiyyətlə forma şansı qazanmayıb.(matc.az)


24-05-2021, 00:30 | Qadın idman gimnastlarımız Kiyevdən medallarla dönür


Qadın idman gimnastlarımız Kiyevdən medallarla dönür


Bu həftəsonu Kiyevdə (Ukrayna) idman gimnastikası üzrə beynəlxalq turnir təşkil edilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi qadın idman gimnastikası üzrə yığma komandanın üzvləri Marina Nekrasova, Milana Minakovskaya və Nazənin Teymurova təmsil edib.

Komandanın lideri Marina sevimli aləti dayaqlı tullanma üzrə hərəkətlərdə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Müxtəlif hündürlüklü qollarda çıxışına görə o, 3-cü olub, çoxnövçülükdə isə medalın bir addımlığında dayanıb.

Yarışda gənclər arasında yarışan Nazənin Teymurova isə 4 medal qazanıb. Sərbəst hərəkətlərdə gümüş əldə edən gimnastımız, çoxnövçülük, dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb.

Böyüklər arasında daha bir təmsilçimiz Milana isə sərbəst hərəkətlərdə 5-ci, müxtəlif hündürlüklü qollarda 6-cı və çoxnövçülükdə 9-cu olub.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.