19-05-2021, 07:36 | Yaşar Bəşirov yenidən EKF-in İcraiyyə komitəsində - FOTO

Yaşar Bəşirov yenidən EKF-in İcraiyyə komitəsində - FOTO

Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov növbəti 4 il müddətində bu vəzifədə fəaliyyətini davam etdirəcək.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, o, Xorvatiyanın Poreç şəhərində EKF-in konqressində, təşkilatın 53 üzv ölkəsindən yığıncağa qatılan 43 dövlət nümayəndələri arasında seçkidə böyük üstünlüklə qalib gəlib. Rəsmi toplantının gündəliyinə keçməzdən qabaq, bir müddət əvvəl dünyasını dəyişmiş Türkiyə Karate Federasiyasının prezidenti və EKF-in İcraiyyə komitəsinin üzvü olmuş Esad Delihasanın xatirəsi anılıb.

Yığıncaqda bu ilin avqustunda Finlandiyanın Tampere şəhərində, 2022-ci ildə isə Çexiyanın paytaxtı Praqada Yeniyetmə və gənclərin Avropa çempionatının, eləcə də gələn il Türkiyənin Qazientep şəhərində böyüklərin qitə çempionatının rəsmi təqdimatı nümayiş olunub. 2020/2021-ci lin maliyyə hesabatı, 2021/2022-ci ilin büdcəsi və EKF İdman komissiyasının məruzəsi dinlənilib.

EKF prezidenti Antonio Espinos təşkilatın idaredici orqanına yeni seçilən üzvləri təbrik ediərək onlara uğurlar arzulayıb.


19-05-2021, 07:34 | SEO nədir və necə işləyir?

SEO nədir və necə işləyir?

Axtarış sistemlərinə optimallaşdırma ( SEO) neçə ildir ki, marketinqin, biznesin əsas mövzularından olduğuna görə onun haqqında çox yazıblar, çox danışıblar. Çoxunuz SEO-nun əsas prinsiplərini bilirsiniz, amma ötən illər ərzində bir çox dəyişikliklər baş verib. Əgər hesab edirsinizsə ki, bir neçə açar sözü düzgün seçməklə səhifənizi optimallaşdırmış olacaqsız, yanılırsız. Bu məsələ 10 il əvvəldə qalıb. Bu gün marketoloqlar trendlə ayaqlaşmaq və rəqiblərdən geridə qalmamaq üçün SEO barədə davamlı oxumalı və öyrənməlidirlər.

SEO nədir?

SEO İngilis dilində Search Engine Optimization ifadəsinin abbreviaturasıdır, Azərbaycan dilinə isə Axtarış sistemlərinə optimallaşdırma kimi tərcümə olunur. SEO vebsaytınızın axtarış motorları səhifələrində yuxarı sıralarda yerləşməsi üçün edilən texnikalardır ki, təqdim etdiyiniz məhsul və ya xidmətləri insanlar Google, Yahoo, Bing kimi axtarış motorları vasitəsilə daha tez tapa bilsinlər. Axtarış motoru şirkətləri davamlı olaraq axtarış alqoritmlərini dəyişdiyinə görə bu texnikalar da zaman keçdikcə dəyişir.

SEO necə işləyir?

SEO saytların səhifələrinin optimallaşdırılması, açar söz araşdırması etmək və saytda daxili linklər verməklə işləyir. SEO üzrə gördüyünüz işlərin bəhrəsini saytınız axtarış motorunda indeksləndikdən sonra görəcəksiniz.

Saytın səhifələrini optimallaşdırmağın yüzlərlə yolu var. Axtarış mühərrikləri etiketlər, açar sözləri, daxili link strukturu və linklər verilməsi (backlink) kimi elementlərə, o cümlədən, saytın strukturuna, dizaynına, ziyarətçilərin davranışlarına və digər saytdankənar faktorlara baxır ki, axtarış nəticələrində saytınızın hansı sırada çıxmasını təyin etsinlər.

Orqanik axtarış nədir?

Orqanik axtarış bir şəxsin axtarış motorunda hər hansı bir məlumatı axtardığı zaman ödənişsiz nəticələrə klikləməsidir. Əvvəllər SEO üçün saysız-hesabsız açar sözləri yazırdılar ki, axtarış edən insanlar onları tez tapsın. İndi isə bu addım sizə zərər verə bilər. Çünki axtarış motorları saytınızı açar sözü ilə doldurduğunuzu görəcək, əsas məqsədinizin axtaran şəxsin sorğusuna cavab vermək deyil, yuxarı yerlərdə sıralanmaq olduğu kimi qəbul edəcək.

Bu gün siz paylaşdığınız kontentin tərkibində açar sözləri elə işlətməlisiniz ki, qeyri-təbii olduğu düşünülməsin. Hər şey sizin açar sözün və yazdığınız mətnin uzunluğundan asılıdır. Amma nə olur-olsun, çalışın ki, təbii şəkildə yazasız.

SEO strategiyası nədir?

SEO strategiyası axtarış motorları vasitəsilə saytınıza daha çox ziyarətçi gətirmək üçün hazırladığınız geniş bir marketinq planıdır. Uğurlu SEO strategiyasında aşağıdakılar nəzərdə tutulmalıdır:

Saytdaxili strategiyalar -məqsədli şəkildə daxil edilmiş açar sözlərindən istifadə edilir

Saytdankənar strategiyalar - digər vebsaytlardan linklər vasitəsilə ziyarətçi gətirilir

Yeni sayt səhifəsi və ya bloq yazısı hazırlamamışdan əvvəl yəqin açar sözləri posta necə daxil etmək barədə düşünürsüz. Bu yaxşı ideyadır, amma SEO-nun təkcə bundan ibarət olduğunu düşünmək səhvdir. Hər hansı bir kontenti yaratdıqda əsas neçə dəfə açar söz daxil etmək barədə yox, auditoriyanız barədə düşünməlisiniz.

Uzun müddət ərzində saytınızın axtarış motorlarında yuxarıda sıralanmasını istəyirsinizsə, SEO marketinq strategiyanızı açar sözləri üzərində yox, paylaşdığınız mövzular ətrafında qurun. Hədəf auditoriyasını və onların maraqlarını başa düşsəniz, saytınıza lazım olan ziyarətçilər özləri gələcək.

Orqanik trafik nədir?

Orqanik trafik Google, Bing kimi axtarış motorlarından ödənişsiz olaraq gələn ziyarətçi axınıdır. Ödənişli axtarış marketinqi sizin orqanik trafikinizi artırmayacaq. Daha çox ziyarətçi cəlb etmək üçün inbound marketinq proqramından istifadə etməklə saytınızı optimallaşdıra bilərsiniz. Son on illikdə baş verən ən böyük dəyişikliklərdən biri istifadəçi davranışlarının axtarış motorları nəticələrinə təsir etməsidir. Bu gün isə sosial media sizin orqanik trafikinizə böyük təsir edə bilir. Bir neçə il əvvəl saytınızın sosial mediada axtarış zamanı tapılmasının heç bir əhəmiyyəti yox idi. Bu gün isə SEO-ya tvitlər, retvitlər, Google+ hesabının olması və digər sosial siqnallar təsir edir. Sosial axtarış həmçinin kontenti və sizinlə bağlı olan insanları (Facebook dostları, Twitter izləyiciləri və s.) əsas götürür. Bəzən sosial axtarış influenser tərəfindən paylaşılan kontenti də prioritetləşdirir. Sosial media axtarış sistemləri düşünür ki, şəbəkənizin vacib hesab edib paylaşdığı kontent sizin üçün maraqlı ola bilər, ona görə də sizin də qarşınıza həmin kontenti çıxarır.

Beləliklə də SEO barədə düşünəndə sosial media strategiyasını da mütləq nəzərə almaq lazımdır.

Birbaşa trafik nədir?

Digər vebsaytlardan, axtarış motorlarından və ya sosial mediadan gələnə trafikdən fərqli olaraq, birbaşa trafik ziyarətçilərin brauzerdə saytınızın URL-ini yazaraq birbaşa daxil olduğu trafikdir.

İstifadəçilərin təkcə sizin saytınızı axtarışda tapmağı o qədər vacib deyil, nəinki, saytınızda vaxt keçirməyi, kontentinizlə yaxından maraqlanmağı və yenidən sizin sayta daxil olmağı. Birbaşa trafik həm sizin saytınızın page authority-sini Google-un gözündə qaldırır, həm də sizi orqanik olaraq tapan istifadəçinin müştərinizə çevrilməsi üçün imkanlar yaradır.

SEO əslində ziyarətçilərin saytda nə qədər qalmasını və digər kontentlərə də baxmasını təmin etməlidir. Əgər ziyarətçi sizin saytınızı açar sözə görə tapırsa və saytınızda ona lazım olan kontenti tapa bilmirsə, bu trafikin sizin üçün əhəmiyyəti olmayacaq. Buna görə də ziyarətçi cəlb etməkdən daha çox ziyarətçilərinizin özü və axtardıqları məlumatlar barədə düşünməlisiniz.


SEO-nun vacibliyi

SEO ona görə vacibdir ki, insanlar internetdə onun sayəsində sizin paylaşdığınız məlumatı və saytlarınızı tapa bilir. Məhsul və xidmətlərinə daha çox müştəri cəlb edə bilmək üçün bizneslər ona xüsusilə əhəmiyyət verir.

Əvvəllər SEO-nun uğurlu olub-olmaması Google-un birinci səhifəsində sıralanmaqla ölçülürdü. Lakin əgər ziyarətçilər axtardığını sizin saytınızda tapa bilmirsə, irəli sıralarda olmağınızın, çox sayda trafikin biznesiniz üçün heç bir əhəmiyyəti olmayacaq. Bu trafikdən müştəri qazana bilmədiyinizə görə də həmin açar sözə görə yuxarı sıralarda sıralanmaq faydasızdır.

Bundan başqa, uğurlu olmaq üçün mütləq birinci səhifənin ilk 3 saytından biri olmaq şərt deyil. Digər sıralarda daha az trafik qazansaz da, yenə də insanlar sizin saytınıza daxil olacaqlar.

Nəticə olaraq bildirim ki, əsas olan sizə gələn trafikin kəmiyyəti yox, keyfiyyətidir.

Ödənişli axtarış motorları marketinqi (SEM) nədir?

Ödənişli axtarış motorları marketinqi klikə görə ödənişə (pay-per-click - PPC) əsaslanır. Kimsə axtarış verdikdə axtarış səhifəsinin yuxarısında və ya aşağısında yerləşdirilən reklam mətninə görə siz axtarış motoruna ödəniş edirsiniz. Bununla da vebsayt trafikiniz artır və daha çox müştəri qazana bilirsiniz.

Google axtarışında yuxarı yerlərdə çıxmaq üçün əvvəlcə Google Adwords-də qeydiyyatdan keçməlisiniz. Qeydiyyat üçün heç bir ödəniş etmək lazım deyil. Daha sonra isə müxtəlif açar sözləri seçəcəksiniz və hər dəfə istifadəçi sizin linkə keçid etdikdə Google-a ödəniş edəcəksiniz. Bu PPC adlanır. Sizin reklamınız görünüşünə görə orqanik axtarışda çıxanlardan fərqli olacaq. Ödənişli axtarış kampaniyasının orta qiyməti hər klikə görə 1 dollardan da az ola bilər. Amma bu qiymət də seçdiyiniz açar sözündən asılıdır. Açar sözü nə qədər məşhurdursa, bir o qədər bahalı olur.

Saytı axtarış sistemlərinə optimallaşdırmaq

Vebsaytınızın kontentini yoxlayın.

Keyword research tool (Açar sözünü araşdırma aləti)-dan istifadə edərək insanların sizi tapmasına səbəb olan açar sözlərini təyin edin.

Axtarışda tapıla bilmək üçün yeni açar sözləri düşünün.

Yeni kontent yaradın, köhnə kontentləri yeniləyin.

Vebsaytınızın göstəricilərini monitorinq edin.

Yaxşı göstəriciləri olan səhifələri yoxlayın.

Oxşar vebsaytlardan keçidlər almaq üçün imkanları araşdırın.

Trafikdə və axtarış motorlarındakı yerinizdə baş verən dəyişiklikləri izləyin.

SEO 10 il əvvəl nə demək idisə, indi də odur. Sadəcə bizim istifadə etdiyimiz taktikalar zaman keçdikcə dəyişməlidir. Nə dəyişir-dəyişsin, yadda saxlamaq lazımdır ki, axtarış sistemlərinin məqsədi öz istifadəçilərinə ən yaxşı saytları təqdim etməkdir. Siz də bu məqsədi öz strategiyanızın əsas hədəfi etsəniz, alqoritmlər nə qədər dəyişir-dəyişsin, sizin saytınız öz layiqli yerini tutacaq.

19-05-2021, 07:32 | Kondisionerə necə qulluq etməli

Kondisionerə necə qulluq etməli


Hər hansı digər mexanizm kimi kondisionerin də müasir profilaktik tədbirlərə, bəzən isə təmirə ehtiyacı olur.

Freonun tipi

Kondisionerin doldurulması üçün iki tip freon mövcuddur: mineral yağ əsaslı freon və sintetik əsaslı freon. Son illərdə birinci tip freondan istifadə edilmir, çünki o, atmosferin ozon təbəqəsi üçün təhlükəsiz deyil. Bu freonları qarışdırmaq olmaz. Ona görə də kondisioneri doldurarkən əvvəllər hansı tip soyuducu maddədən istifadə edildiyini dəqiq bilmək lazımdır. Hər hansı gözlənilməzlikdən sığortalanmaqdan ötrü müxtəlif freon tipləri üçün müxtəlif tipli doldurma klapanları mövcuddur, amma bəzi ustalar onlara asanlıqla başqa tip soyuducu maddəyə uyğunlaşdırılan dəyişdiricilər taxa bilirlər. Əgər istifadə olunan freonun tipi məlum deyilsə, köhnə soyuducu maddənin qalıqlarını sistemdən kənarlaşdırmaq lazımdır.

Freonun səviyyəsi

Resiverin yaxınlığında (resiver, bir qayda olaraq, radiatorun önündə yerləşir) gözlük olur, onun köməyi ilə freonun səviyyəsini müəyyən etmək olar: əgər gözlükdə qovuqcuqlar görünürsə, bu o deməkdir ki, freonun 20-30%-i işlənib. Əgər orada köpük görünürsə, deməli, freonun 50%-indən çoxu işlənib. Təəssüf ki, bu cür gözlük heç də bütün avtomobil markalarında olmur.

Qışda nə etməli

Əgər Siz qışda kondisionerdən istifadə etməmisinizsə, onun işində nöqsanlar adi hal olacaq. Kondisionerin uzun müddət işləmədən qalması ona ziyandır. Məsələ burasındadır ki, soyuducu maddə təkcə freondan deyil, həm də yağdan ibarətdir və uzunmüddətli fasilə zamanı yağ çöküntü verə bilər. Belə hallarda uzunmüddətli fasilədən sonra kondisioneri işlətdikdə soyuducu maddə və yağ birləşərək vahid kütlə əmələ gətirənə qədər kondisioner, praktiki olaraq, quru halda işləyəcək. Nəticə: hətta qışda da kondisioneri bəzən işə salmaq lazımdır, bu zaman yaxşı olar ki, bayırdakı temperaturla içəridəki temperatur arasında 5-15ºC fərqinə riayət edəsiniz. Onu da yaddan çıxarmayın ki, güclü yağış yağarkən və ya sizin yol yoldaşınız 50 qram konyak qəbul etdiyi zaman kondisioner tərləmiş şüşələrlə mübarizə aparmaqda sizə kömək edə bilər.

Zəif yerlər

Korroziya avtomobilin bütün detallarının düşmənidir, kondisionerin metal borucuqları da bu baxımdan istisna deyil. Həmçinin kondisionerin radiatoru, yaxud ustaların dili ilə desək, kondensor da kondisionerin zəif yeridir. Əgər kondensorda mexaniki zədə ilə əlaqədar olmayan sızma baş verərsə, onu təmir etməyə dəyməz, çünki tezliklə sızma başqa bir yerdə də baş verəcək. Əlbəttə ki, sistemin digər bir zəif yeri rezin kipləyicilərdir, zaman keçdikcə onlar çatlayır və germetikliyini itirir.

Təmir haqqında

Əgər freonun səviyyəsi sürətlə azalmağa başlayırsa, sızma yerini axtarmaq və tutmaq lazımdır. Bəzən usta sadəcə olaraq sistemi yenidən freonla doldurur. Əlbəttə, bu, işə yaraya bilər, amma yalnız müəyyən müddətə. Sızmanın yerini axtarmaq və sızmanı aradan qaldırmaq daha praktiki addımdır. Bəs bunu necə etməli? Bunun üçün bir neçə üsul mövcuddur:

* Vizual qaydada müəyyənləşdirmə: sızma yerində yağ ləkəsi əmələ gəlir, freon buxarlanır, yağın yeri isə qalır. Bu, istənilən avtomobil həvəskarının istifadə edə biləcəyi ən sadə və geniş yayılmış üsuldur.

* Qoxu əsasında müəyyənləşdirmə: bu zaman freon buxarlarına reaksiya verən cihazlardan istifadə olunur.

* Səs əsasında müəyyənləşdirmə: xüsusi cihaz sızma yerindən gələn səsi (fışıltını) qeydə alır.

ted.az bildirir ki, bu üsullar heç bir nəticə vermədikdə sistemə işartı saçan boyaq maddəsi əlavə edirlər. Tövsiyə edirik ki, belə boyaq maddəsini kondisionerin profilaktik müayinəsi zamanı əlavə edəsiniz. Sonradan sızma baş verdikdə, həmin maddə nasaz yeri tapmaqda sizə böyük köməklik göstərərək işinizi asanlaşdıracaq.

Yadda saxlayın ki, kondisionerin buxarlandırıcısını mütəmadi təmizləmək və ya salon filtrini (əgər varsa) dəyişmək lazımdır. Məsələ burasındadır ki, bayırdakı havada olan hər bir şey filtrdə toplanır, hətta oraya həşəratlar belə düşə bilər. Buna görə də yağış yağdığı zaman filtrdə nə cür "bataqlığın" yarana biləcəyini təsəvvür etmək çətin deyil. Bu cür həşəratların bədənindəki mikroorqanizmlərin və bakteriyaların xoşagəlməz qoxuya malik olduğunu qeyd etməyə, yəqin ki, lüzum yoxdur. Belə hallarda gigiyenik vasitələrdən istifadə etməkdən çəkinməyin. Bu gün bazarda avtomobilin isitmə sistemindən bakteriyaları və xoşagəlməz qoxunu təhlükəsiz üsulla xaric edən çoxlu sayda vasitələr təklif olunur.

19-05-2021, 07:28 | Dünyanın ən böyük kriptovalyuta birjasına qarşı vergi cinayəti iddiası

Dünyanın ən böyük kriptovalyuta birjasına qarşı vergi cinayəti iddiası

Son vaxtlar dünyada müzakirə olunan ən aktual iqtisadi mövzulardan biri də kriptovalyuta bazarında baş verənlərdir. Bu bazarın ən mühüm son yeniliklərindən biri İlon Maskın "Tesla" şirkətinin ödəmələrində bitkoindən istifadə edilməyəcəyi barədə bəyanatı olmuşdu.

Bunun ardınca kriptovalyuta bazarında da kəskin sarsılma müşahidə olunmuşdu. Daha sonra isə ABŞ Ədliyyə Nazirliyindən və Milli Gəlirlər İdarəsindən alınan xəbərlər kriptovalyuta birjaları üçün heç də xoş olmadı: ABŞ-da dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"yə qarşı təhqiqat başlandığı bildirildi.

ted.az bildirir ki, məhkəmə təhqiqatının mövzusu çirkli pulların yuyulması və vergi cinayətləridir.

"Binance" birjasının əməliyyatları ilə bağlı aidiyyəti dairələrdən məlumat vermələri tələb olunmuşdur.

19-05-2021, 07:25 | PUBG qurbanı, yoxsa terrorist İT-işnik?

PUBG qurbanı, yoxsa terrorist İT-işnik?

Rusiyanın terror əleyhinə komitəsinin məlumatına əsasən, Tatarstan Respublikasının Kazan məktəbində törədilmiş terror zamanı 7 məktəbli həlak olub. Terroru törətməkdə şübhəli bilinən 19 yaşlı İlnaz Qalyaviyev özünü Allah zənn edərək, 6 may tarixindən başlayaraq, Telegram kanalında belə paylaşımlar edib:

"Tanrı olaraq, istəyim budur ki, hər kəs özünü qulum kimi bilsin. İstədiyim hər şeyi etməlisiniz. Hər birinizin 10-dan çox adamı, daha sonra özünüzü də öldürməyinizi istəyirəm. Dünyada canlı varlıq olmamalıdır, bu,kainatın səhvidir. Hamınızdan qurtulmaq üçün insan şəklində dünyaya gəldim".

ted.az bildirir ki, nifrət dolu degenerat adamın, psixi xəstənin fikirləridir. "Adam" belə yazmağa əl gəlmir. Amma bu məsələdə daha çox diqqət çəkən məqam həmin adamın saatlar, hətta günlər öncə terroru törədəcəyinə dair mesaj verməsidir. Mesaj dərkən, hər şey açıq-aydın şəkildə onun Telegram kanalında əks olunmuşdu. "Adam" rəsmən geyinib-keçinərək özünü göstərirdi ki, "bax, öldürməyə gedirəm". Bəs hanı Telegramın tənzimləyici filterləri? Ekranın o üzündən "öldürmək", "terror" sözləri görünmürmü?

ABŞ-da seçkilər zamanı Trampa aid paylaşımlar avtomatik olaraq Feysbuk və Tvitterdə "yalan məlumat" kimi qeyd olunurdu, hətta silinirdi. Deməli, "ekranın o üzündən" baxan mexanızm var idi, hazırda olduğu kimi. Zatən bu, sadalanan sosial şəbəkələr üçün adi haldır.

Aydındır ki, Telegramın alqoritmi daha mürəkkəbdir və anonimlik prinsipinə əsaslanıb, buna görə də sözügedən sosial şəbəkə daha təhlükəsiz sayılır. Lakin bu gün baş verən hadisənin anonimliklə əlaqəsi yoxdur, onsuz da oxuduğu universitetdə "seraya mış", yəni sakit, heç kəsə dəyib-dolaşmayan İT fakültəsinin tələbəsi kimi tanınan terroristin kanalı tamamən ictimaiyyət üçün açıq idi, adı da "Boq"(Tanrı).

Əslində, tətbiqin tənzimləyici filtri olsaydı, bu cür insanlar artıq ayrı fayla yığılaraq, cəmiyyətdən müəyyən dərəcədə uzaqlaşdırılmış olacaqdı.

Həmin fayl, yəni şübhəli insanların siyahısı müvafiq dövlət orqanlarına təhvil verilər bilər, beləliklə sosial şəbəkələrdən başlayan terror aktların qarşısı alınmış olacaq.

Lap filter olmasın, bu kimi hallar dövlətin özü tərəfindən nəzarət altına alınmalıdır. Elə Rusiyanı götürsək, 2018-ci ildə həmin ölkədə Futbol üzrə dünya çempionatı keçirilən zaman terror aktlarını hazırlayan 1500 nəfərə yaxın insan nəzarət altına alınmışdı və bu, məhz Telegram vasitəsilə baş vermişdi. Yəni, nəzarət etmək mümkündür, amma bunun üçün xüsusi səbəb axtarılır. Halbuki, terrorçu yalnız böyük tədbirlərdən öncə yetişmir.

Ağılasığılan tədbir görmək əvəzinə, Rusiya hökuməti kompüter oyunlarına nəzarəti gücləndirmək istəyir. Sanırlar ki, terrorçunu oyunlar bəsləyib. PUBG oynaya-oynaya manyaklaşıb sanki. Belə məntiqlə, üzümüzdən uzaq, Azərbaycanın yarısı manyakdır.

Yaxşı, platformanın, dövlətin üzərində olan yükü ataq bir kənara, bəs insanlar özü hara baxır?

İctimai məsuliyyət, ictimai qınaq kimi terminlər var. Ruslara dəymədən özümüzkilərdən başlayaq. Təbii ki, bizimkilər elə terminləri anlamır, hər şeyə "şəxsi məsələ" prinsipi ilə yanaşıb, qarışmağı sevmir, amma bu, ölkə strukturununun qaçılmaz hissəsidir. İnsanlar bir həftə boyunca qorxuducu paylaşım edən terroristi şou yaradan artisti kimi izləyirdi və vəziyyəti bir az da olsa yaxşılaşdırmaq üçün ruslar demiş, heç barmaqlarını belə tərpətmirdi.

Tətbiq bu anormal hərəkətləri görmür, bəs sən özün hara baxırsan? Yalnız nəsə olan kimi hay-küy salırsan, sanki daha öncə hay-küy üçün səbəb yox idi. Bu hələ virtual biganəlikdir, realı da var, hansında kı göz görə-görə "öz işidir", "sukalıqdır"(ifadəmə görə üzr istəyirəm) deyib, ətrafımızdakı insanlara səhv etmək üçün fürsət yaradırıq. Uzağa getməyək, yol hərəkəti qaydalarını pozan sürücü barədə müvafiq orqanları məlumatlandırırıq? Təbii ki, xeyr. Halbuki, bu, ictimai qınaqdır və müsbət haldır.

Bunu anlamırıq, anlamaq də istəmirik.


19-05-2021, 07:21 | Arrival startapı Uber üçün elektrik taksiləri buraxacaq - FOTO

Arrival startapı Uber üçün elektrik taksiləri buraxacaq - FOTO

Rusiyanın keçmiş rabitə nazirinin müavini və Yota şirkətinin həmtəsisçisi Denis Sverdlov tərəfindən İngiltərədə yaradılmış Arrival startapı Uber şirkəti ilə müqavilə imzalayıb. Sənədə görə, Arrival startapı Uber taksi sürücülərinin ehtiyaclarını tam ödəyəcək elektromobil hazırlayacaqdır. Üstəlik, layihələndirmə zamanı onların istəkləri fəal şəkildə nəzərə alınacaqdır.

Əslində söhbət ilk Arrival minik elektrokarından gedir. Bir müddət bundan əvvəl, startap elektrik poçt furqonunun və şəhər elektrobusunun layihəsini təqdim edib. Şirkət artıq İngiltərə və ABŞ-da iki kiçik zavodu inşa edir.

Yeni elektromobil haqqında demək olar ki, heç nə məlum deyil, Arrival şirkəti yalnız avtomobilin salonunun bir neçə tizerini paylaşıb. Maraqlıdır ki, tizerlərdə elektrokarın sükanı sağ tərəfdə olan versiyası göstərilir, odur ki, ilk elektrokarları İngiltərədəki Uber sürücülərinin alacağını söyləmək olar. Elektromobilin istehsalına 2023-cü ilin üçüncü rübündə başlanmalıdır, istehsalçısı isə onun "əlçatan" qiymətə malik olacağını vəd edib.

Arrival nümayəndələrinin Electrek.co nəşrinə bildiridiklərinə görə, razılaşma Uber şirkətinin elektromobillərin yeganə alıcısı olduğuna dəlalət etmir. Yeni elektrokarı digər taksi xidmətləri də sifariş edə biləcəklər. Nəzəri cəhətdən, Arrival şirkətinə avtomobilin fərdi istifadəçilər üçün nəzərdə tutulmuş variantını buraxmağa heç nə mane olmur. Lakin, indiyə qədər startapın təqdim etdiyi hər bir layihə yalnız iri şirkətlərin ehtiyaclarını nəzərə alır.


Arrival startapı 2015-ci ildən bəri fəaliyyət göstərir.Hazırda şirkətdə təxminən 1300 nəfər çalışır. İstehsalçı əlavə investisiyalar cəlb etmək məqsədi ilə, səhmlərini birjada yerləşdirməyə hazırlaşır.
//autograph.az//

19-05-2021, 07:18 | “Windows” yeniləməsi kompüterləri sıradan çıxarıb

“Windows” yeniləməsi kompüterləri sıradan çıxarıb

"Windows 10" əməliyyat sistemi yeniləməsi kompüterlərin sıradan çıxmasına səbəb olub. Bu barədə "Windows Latest" nəşri məlumat yayıb.

jurnalistlər "Microsoft" korporasiyasına məxsus əməliyyat sistemi istifadəçilərinin çoxsaylı şikayətlərinə diqqət yetiriblər. Onların sözlərinə görə, kompüterlərlə bağlı problemlər "AMD" şirkətinin 9.3.0.221 nömrəli proqram təminatı quraşdırıldıqdan sonra başlayıb. "Windows yeniləmə mərkəzi" vasitəsilə yayılan proqram təminatı bir sıra fərdi kompüterlərə məcburi quraşdırılıb. Məsələn, naməlum səhv səbəbindən proqram təminatı "göy ölüm ekranı"nın (Blue Screen of Death, BSoD) görünməsinə gətirib çıxarır.

"AMD" proqram təminatı ilə bağlı problemlər haqqında ilk hesabatlar aprelin sonunda dərc olunub - nasazlıqlar "Windows 10" sisteminin beta versiyasının istifadəçiləri tərəfindən aşkarlanıb. Rəylərə görə, defekt proqram təminatı "Windows" yoxlama sistemindən yan keçərək əməliyyat sisteminin 2004 və "20H2" versiyalarının idarəetməsi ilə işləyən kompüterlərə quraşdırılıb.

"Microsoft" korporasiyası problemə hələ ki reaksiya verməyib. Lakin korporasiyanın adının çəkilməsini istəməyən əməkdaşı jurnalistlərlə söhbət zamanı etiraf edib ki, problemli yeniləmə artıq mühəndislər tərəfindən "Windows yeniləmə mərkəzi"ndən silinib.// ictnews.az//


19-05-2021, 07:12 | Dünyanın ən güclü qan qrupu elan edildi

Dünyanın ən güclü qan qrupu elan edildi

Ən güclü qan qrupu ürək-qan damar, beyin patologiyalarına daha dözümlü olan hesab edilir.

Alimlər digər qan qruplarına nisbətən ən güclü qan qrupunun I (birinci) olduğunu elan ediblər.

Onların araşdırmalarına görə, ürək-beyin qan dövranı problemləri bu qan qrupunun insanlarına az təsir edir.

"Birinci qan qrupunun daşıyıcıları daha dözümlüdür, aktivdir, qan damar sistemləri möhkəmdir,qan qatılaşması az olur, qocaldıqda əqli gerilik və demensiyaya az tutulur". //medicina.az//

17-05-2021, 08:23 | COVID-19 Belçika-Azərbaycan münasibətlərində müsbət dinamikaya mane olmayıb - Səfir

COVID-19 Belçika-Azərbaycan münasibətlərində müsbət dinamikaya mane olmayıb - Səfir



COVID-19 pandemiyası Belçika-Azərbaycan münasibətlərində müsbət dinamikaya mane olmayıb.

Bunu Trend-ə Belçikanın Azərbaycandakı səfiri Bert Şofs deyib.

O bildirib ki, uzun illər ərzində Azərbaycan və Belçika hökumətləri iqtisadiyyatın bir çox sahələrində, xüsusilə də energetika, infrastruktur, logistika, eləcə də tibb və əczaçılıq sahələrində əməkdaşlıq edir:

"Qeyd etmək lazımdır ki, bir ildən çox davam edən COVID-19 bu dinamikaya mane olmadı. Bütün dünyada ticarət missiyaları fiziki olaraq dayansa da, biznes davam edir və Belçika şirkətləri Azərbaycan bazarında fəaliyyətini davam etdirir".

Səfir qeyd edib ki, 2020-ci il dekabrın 31-i Azərbaycanla Belçika arasında enerji sahəsində münasibətlərlər üçün vacib tarix olub:

"Həmin gün "Cənub Qaz Dəhlizi"nin son seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) istismara verilib. Belçikanın "Fluxys" şirkəti TAP-ın səhmlərinin 19 faizinə sahibdir. Bundan başqa, SOCAR və "Fluxys" digər strateji enerji layihələri üzrə də tərəfdaşdır. Bərpa oluna enerji sahəsində 2021-ci il aprelin 5-də Naxçıvan Muxtar Respublikasında 5 meqavatt gücündə günəş elektrik stansiyasında montaj işləri başa çatıb. Beləklilıə, Belçika texnologiyası ilə inşa edilən günəş elektrik stansiyasının ümumi gücü 32 meqavatt təşkil edib".

Belçika şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində layihələrdə iştirakı məsələsinə gəldikdə B.Şofs bildirib ki, Belçika şirkətləri bütün zəruri sahələrdə öz xidmətlərini təklif etməkdə maraqlıdır:

"Son aylarda Azərbaycan hökuməti münaqişənin ziyan vurduğu ərazilərin bərpasına böyük diqqət ayırır. Mən əminəm ki, insanların və məhsulların hərəkətinə diqqət ayırmaqla regional inkişaf həm yerli əhalinin rifahı üçün vacibdir, həm də regionda gərginliyin azalmasına kömək edəcək. Bu sahədə Azərbaycana kömək etmək üçün Avropa İttifaqı Dünya Bankı və BMT ilə birgə "Bərpa və sülh quruculuğunun qiymətləndirilməsi" adlı xüsusi struktur yaradıb. Hazırda bu qurumlar və Azərbaycanın səlahiyyətli nazirlik və qurumları qiymətləndirməni başa çatdırır. Mən bu işlərin nəticələri barədə Belçika hökumətini və həmin layihələriin reallaşdırılmasında faydalı ola biləcək şirkətləri məlumatlandıracağam".

17-05-2021, 07:43 | Azərbaycanlı cüdoçu ABŞ çempionu oldu - FOTO

Azərbaycanlı cüdoçu ABŞ çempionu oldu - FOTO


Azərbaycanlı cüdoçu Zaur Cəlil Nevada ştatının Reno şəhərində keçirilən ABŞ çempionatının qalibi olub.

Usta cüdoçular arasında 73 kq çəki dərəcəsində çıxış edən idmançını ABŞ Cüdo Federasiyası qızıl medal və sertifikatla təltif edib.

500-dən çox tatami ustasının iştirak etdiyi yarışda Cəlil birincilik kürsüsünə Azərbaycan bayrağı ilə çıxıb. O, ABŞ-da cüdo yarışlarına qatılan yeganə azərbaycanlı olaraq öz çəkisində üçüncü dəfə ABŞ çempionu olub.

Cəlil 2006-cı ildə ABŞ-a gəldiyini və Minnesota ştatının Minneapolis şəhərində yaşadığını bildirib. O, iştirakçısı olduğu beynəlxalq yarışlarda 100-dək medal və kubokla təltif olunduğunu xatırladıb:

"Sumqayıt şəhərində anadan olmuşam, 6 yaşından cüdonu öyrənməyə başlamışam. Sonralar qaydasız döyüş və güləşlə də məşğul oldum. Azərbaycanda şəhər və respublika cempionatlarına qatılmışam və bir çox mükafatım var. ABŞ-a gəldikdən sonra isə Nyu-York şəhərində keçirilən cüdo yarışına qatıldım və 60 kq çəkidə ştat çempionu oldum. Daha sonra Roçester şəhərində yüksək nəticə göstərərək ilk qızıl medalımı qazandım.Yaşadığım Minnesota ştatının ardıcıl olaraq 14 dəfə ştat çempionu adını qazanmışam və ABŞ-da keçirilən qaydasız döyüş üzrə bir çox beynəlxalq yarışda birincilik əldə etmişəm".

Cəlil ştatalararası və beynəlxalq yarışlarda Azərbaycanı qürurla təmsil etdiyini söyləyib: "Qalib kimi çıxdığım bütün kürsülərdə Azərbaycan bayrağı mənimlə olub. Azərbaycanlı olmaq sərhəd tanımır və həmişə fəxr etmişəm ki, ölkəmi uzaq Amerikada layiqincə təmsil edirəm. Hətta, qatıldığım bir çox yarışda mənfur düşmənlərimizi təmsil edən idmançılar üzərində qazandığım qələbə mənim üçün ikiqat uğur olub. 2007-ci ildə ABŞ-ın Kaliforniya ştatında keçirilmiş cüdo çempionatında erməni idmançını məğlub etdim və onun finala çıxmasına imkan vermədim".

35 yaşlı idmançı hədəflərinin böyük olduğunu və artıq növbəti beynəlxaq yarışa hazırlaşdığını əlavə edib.
Report


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.