5-03-2024, 12:09 | Mədəkiçiltmədən sonra niyə çox ölüm halı olur? - Mütəxəssisdən Açıqlama

İnsanlar artıq çəkidən əziyyət çəkir. Bir çoxu diata və idman etməklə arıqlayır. Lakin bu çox zaman və əziyyət tələb edir. Bu səbəbdən də, bəziləri cərrahiyyə yolunu seçirlər.
Son illər mədəkiçiltmə əməliyyatlarının sayı artıb.Milli.Az bildirir ki, uzman doktor Elba Aliyev baku.ws-ə açıqlamasında bildirib ki, mədəkiçiltmə əməliyyatı kilo vermək istəyən pasientlər üçün ən effektli üsuldur:
"Heç bir diata və digər addımlar onun qədər effektli deyil. Yəni cərrahiyyə üsulu ilə effektli arıqlamaq mümkündür. Bunun da ən çox məsləhətlisi mədəkiçiltmə əməliyyatıdır".
Qeyd edək ki, mədəkiçiltmə əməliyyatı heç də həmişə xoş nəticələnmir. Bu əməliyyatdan sonra ölənlərin sayı da az deyil.
Bəs niyə mədəkiçiltmə əməliyyatından sonra ölüm halları niyə artıb?
Uzman həkim bildirir ki, bu əslində çox mürəkkəb bir əməliyyatdır və mədəkiçiltmə əməliyyatı zamanı vacib nüanslara diqqət yetirmək lazımdır:
"Hər bir əməliyyatdan sonra yarana biləcək fəsadlar var. Xüsusən kilolu xəstələr bir çox ağırlaşmalara açıqdır. Mütləq tromblaşma kimi ağırlaşmanın profilaktikası aparılmalıdır. Xəstələr əməliyyat öncə detallı müayinə olunmalıdır.
Endoskopiya icra olunmalıdır. Bir sıra hormanlara baxılmalıdır. Xəstənin psixoloji durumu araşdırılmalıdır. Xəstədə anoreksiya, nevroza kimi xəsətliklər varsa, bu xəstələr mütəxəssis konsultasiyasından keçməlidir. Bütün bunlardan sonra yetərli və güclü komanda tərəfindən əməliyyat icra olunmalıdır".
Bəs həkimlər mədəkiçiltmə əməliyyatı zamanı nəyi səhv edir?
Elba Aliyev deyir ki, ilk öncə həkimlər mədəkiçiltmə əməliyyatına uyğun pasient seçməlidir:
"Bunun üçün xüsusi göstərişlər var. Diabedi, şəkəri, hipertanik xəstəliyi olmayan xəstələrin bədən kütlə indeksi 40-ın üzərində olmalıdır.
Bütün əməliyyat riskləri xəstəyə başa salınmalıdır. Bu əməliyyatı icra etmək texniki baxımdan çətinlik yaratmasa da, özü-özlüyündə komanda işidir. Təcrübəli anestezioloq tərəfindən xəstə yönəltilməlidir".
4-03-2024, 10:17 | Bakıda çiyələk fantastik qiymətə satılır - VİDEO

Bazarlarda çiyələk, gilas və digər bu kimi qeyri-mövsümi meyvələrin qiymətləri xeyli yüksəkdir.
Xəzər TV-yə istinadən xəbər verir ki, kiloqramı 200-250 manata olan meyvələrin alıcısı da kifayət qədərdir.
Bəs bu meyvələrin insan orqanizmi üçün hansısa zərərləri ola bilərmi?
Satıcıların sözlərinə görə, mövsümi olmayan çiyələk, alça, gilas, qarpız kimi meyvələr baha olsa belə, kifayət qədər alıcısı var.
Qida mütəxəssisləri isə qeyd edir ki, qeyri-mövsümi meyvələr süni yolla yetişdirilir. Bu da insan sağlamlığı üçün zərərlidir.
Satıcılar bildirir ki, bu meyvələr ölkəyə Türkiyə, İran, İraq, Avstraliya və Yeni Zelandiyadan idxal olunur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
28-02-2024, 12:49 | 5 rayona prokuror təyin olundu - YENİLƏNİB

5 rayona prokuror təyin olunub.
Milli.Az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən 5 rayona prokuror təyin olunub.
Əmrə əsasən, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev və Qubadlı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Emil Kərimov həmin vəzifələrə təyin olunub.
-------
12:07
Qubadlı rayonuna yeni prokuror təyin edilib.
Bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Emil Kərimov Qubadlı rayon prokuroru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Emil Kərimov 2002-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub.
Əvvəllər Tərtər hərbi prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində mühüm işlər üzrə müstəntiq, Hərbi Prokurorluqda şöbə prokuroru, Hərbi prokurorun böyük köməkçisi və Hərbi Prokurorluqda şöbə və idarə rəisi vəzifələrində çalışıb.
Bundan başqa, əldə etdiyimiz məlumata görə Qubadlı rayonunda anadan olan və 14 yaşı olanda Qubadlı rayonu işğal olunduqdan sonra məcburən oradan çıxıb.
28-02-2024, 11:38 | “Qarabağ”ın soyunub-geyinmə otağında nə baş verib?

Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab oyunundan sonra "Qarabağ"ın soyunub-geyiinmə otağında yaşananlar bəlli olub.
Bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlayıb.
32 yaşlı qolkiper bildirib ki, yorulduğundan sevinməyə də imkan tapmayıb: "Braqa" ilə cavab oyunundan sonra soyunub-geyinmə otağında müsbət emosiyalar, sevinc, bayram atmosferi var idi. Müxtəlif adamlar otağa daxil olurdu. Amma o qədər yorulmuşdum ki, şəxsən məndə fiziki və emosional planda boşluq hiss edirdim. Ona görə də emosiyalar baxımından təmkinli idim. Bakıda baş verənləri görmədim, çünki küçəyə çıxmadım. Artıq gec olduğundan dərhal evə getdim. Amma metronun, stadionun yanında yaşananların videolarını gördüm. Azarkeşlər sevinirdilər, onlar buna layiq idilər".
28-02-2024, 11:35 | “Qarabağ”ın soyunub-geyinmə otağında nə baş verib?

Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab oyunundan sonra "Qarabağ"ın soyunub-geyiinmə otağında yaşananlar bəlli olub.
Bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlayıb.
32 yaşlı qolkiper bildirib ki, yorulduğundan sevinməyə də imkan tapmayıb: "Braqa" ilə cavab oyunundan sonra soyunub-geyinmə otağında müsbət emosiyalar, sevinc, bayram atmosferi var idi. Müxtəlif adamlar otağa daxil olurdu. Amma o qədər yorulmuşdum ki, şəxsən məndə fiziki və emosional planda boşluq hiss edirdim. Ona görə də emosiyalar baxımından təmkinli idim. Bakıda baş verənləri görmədim, çünki küçəyə çıxmadım. Artıq gec olduğundan dərhal evə getdim. Amma metronun, stadionun yanında yaşananların videolarını gördüm. Azarkeşlər sevinirdilər, onlar buna layiq idilər".
21-02-2024, 15:55 | Kamil Zeynallı Bakıya qayıdır

Kamil Zeynallının Bakıya qayıdacağı tarix bəlli olub.
Kamil Zeynallının bu gün Bakıya gələcəyi bildirilir.
21-02-2024, 12:37 | Acun açıqladı - Ronaldinyo "Survivor"da

Türkiyənin ölkəmizdə də sevilən "Survivor" proqramına məşhur futbolçu Ronaldinyo qatılacaq.
Bu barədə proyektin qurucusu Acun Ilıcalı məlumat yayıb.
O, bildirib ki, dünya şöhrətli futbol siması yarışmada qonaq qismində iştirak edəcək:
"Sercan Yıldırım və Ronaldinyo "Survivor 2024 All Star"da keçiriləcək matda iştirak edəcək.
Acun Ilıcalı açıqlamasında "Ronaldinyoya dedim ki, "Survivor"a gəl, ayaq tennisi oynayaq. Sağ olsun, etiraz etmədi. Sabah Dominikdə bizimlə olacaq".
19-02-2024, 12:52 | Mikayıl Cabbarovdan yeni təyinat

İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olunub.
qaynarinfo-ya istinadən xəbər verir ki, Osman Xaliyev 2021-ci ilin iyun ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Bu təyinatadək o, həmin qurumda İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini "İqtisadi kibernetika" ixtisası üzrə bakalavr,
2010-cu ildə isə "İdarəetmənin informasiya texnologiyası" üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.
O.Xaliyev 2010-2012-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib. 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən "Global Atlantic Partners LLC" şirkətində məsləhətçi vəzifəsində çalışıb.
2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.
16-02-2024, 11:49 | Daha bir idmançı müharibədə öldü

Rusiyanın işğalçı qüvvələrinə qarşı döyüşlərdə Ukraynanın 22 yaşlı idman ustası Stanislav Qulenkov həlak olub.
Stanislav cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun, yeniyetmə və gənclər arasında ölkə birinciliklərinin dəfələrlə qalibi olub.
Əslən Lutskdan olan Qulenkov 2023-cü il aprelin 20-də Donetsk vilayətinin Novokalinovo bölgəsində itkin düşüb. Yalnız indi döyüşçü-idmançının meyiti tapılıb və şəxsiyyəti müəyyən edilib.
16-02-2024, 11:44 | Gecəyə damğa vuran matçdan MARAQLI

Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" komandası ilə qarşılaşan "Qarabağ" 4:2 hesabı ilə rəqibinə qalib gəlib.
publika.az-a istinadən xəbər verir ki, sözügedən matçda maraqlı fotolar lentə alınıb.
Həmin görüntüləri təqdim edirik: