15-05-2021, 05:45 | XƏBƏRDARLIQ: Marketdən evinizə gətirdiyiniz "ölüm yağı" - XƏRÇƏNG YARADIR

Yağlardan istifadə zamanı nəyə diqqət etmək lazımdır?
Qida rasionunda yağların düzgün və yaxşı mənimsənilməsi üçün ümumi yağın 70%-i heyvan, 30%-i isə bitki yağı olmalıdır. Yağların isti emal zamanı qidalıq dəyərlərinin dəyişilməsi temperaturdan və isti emalın davametmə müddətindən asılıdır. Bunlar artıq olduqda, bioloji aktiv maddələrin artmasına səbəb olur.
200°C-dən yuxarı temperaturada qızdırdıqda və dəfələrlə istifadə edildikdə, yağlar kanserogen olur və bəd şişlər əmələgətirmə qabiliyyətinə malik olur. 20-30 q bitki yağı, insan orqanizminin doymamış yağ turşusuna olan gündəlik tələbatını ödəyir. Onların çatışmaması orqanizmin inkişafını zəiflədir və sağlamlığa mənfı təsir göstərir. Onların qida rasionunda gündəlik norması sutkada tələb olunan kaloriliyin 1%-ni, yaxud 7-8 qram təşkil edir.
Hansı yağı seçmək lazımdır?
Bu gün bazarlarda "bitki yağı" adı altında tərkibində palma yağı və palma qozu yağı olan ərzaq məhsulları kifayət qədərdir. Bir çox Avropa ölkələrində qadağan olunmasına baxmayaraq, ucuz olması səbəbindən dünyanın bir çox ölkəsində həmin yağ qida məhsulları və kosmetika sənayesində də tətbiq edilir. Palma yağı otaq temperaturunda bərkiyir və digər yağlarla yaxşı qarışır. O, günəbaxan yağı kimi yüksək temperaturda xarab olmur.
Digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir - tərkibində doymuş yağların faizi nə qədər yüksək olarsa, bitki yağı o qədər daha az zərərli sayılır.
İstehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmağa çalışsalar da, aparılmış araşdırmalar nəticəsində dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər. Həkimlər eləcə də şübhə etmirlər ki, palma yağı ateroskleroz əmələ gətirən qandakı "pis xolesterini" artırır.
Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, eyni zamanda ekologiyaya da ciddi ziyan vuraraq tropik meşələrin məhvinə səbəb olur.
Beynəlxalq təşkilatlar zərərli yağlara qarşı hansı tədbirlər görüblər?
Hələ 2003-ci ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağının sağlamlığa mümkün zərərlərinə diqqət çəkib. Lakin o zamandan bəri palma yağının dünyada istehsalı və istehlakı ikiqat artıb, 1995-ci ildən 2017-ci ilədək müddətdə isə palma yağı istehsalı dörd dəfə artıb. Bu cür artımın səbəblərindən biri məhsullarını bazarlara çıxarmaq üçün güclü lobbi yaratmış hazır yemək və yarımfabrikat istehsalçılarında görürlər. Məhz həmin istehsalçılar tərəfindən istehlakçıları aldatmaq məqsədilə palma yağının orqanizmə faydaları haqqında bir çox saxta məlumatlarla dolu məqalələr də dərc olunub. Hətta bu mövzulu doqquz məqalədən dördünün Malayziya Kənd Təsərrüfatı Nazirliyinin sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları tərəfindən hazırlanması belə aşkar edilib.
İnqrediyentlər siyahısında, palma yağı 200-dək alternativ ad altında göstərilə bilər. Sadəcə "bitki yağı kimi" yazılması ən böyük hiylələrdən biri hesab oluna bilər. Odur ki, yağ seçərkən diqqətli olun. (MediaBaku)
13-05-2021, 08:27 | Podaqra zamanı böyrəklərin zədələnməsi

Podaqra xroniki,proqressedici xəstəlik olub,purin mübadiləsinin pozulması və bədəndə artıq miqdarda sidik turşusunun artması və uratların dayaq-hərəki aparatda və daxili orqanlarda çökməsi ilə xarakterizə olunur.Xəstəlik zamanı sayılan patoloji proseslər böyrəklərə də təsirsiz ötüşmür.Belə ki,bu zaman uratlar böyrəklərdə də çöküntü verir və orqanı sistemli şəkildə zədələyir.Xəstəlik üçün aşağıdakılar xarakterikdir:
- hgiperurekemiya
- podaqrik arterit
- böyrək intersistensiyasının zədələnməsi
- böyrək damarlarının zədələnməsi
- böyrəkdaşının əmələ gəlməsi
Podaqra xəstəliyi zamanı 80% xəstələrdə böyrəklərin zədələnməsi müşahidə olunur.Bu zaman hiperurekemiya hədəf orqanlarda kristalzasiyaya və lekositar infiltirasiya baş verdikdə podaqraya transformasiya edir.O zaman ki,urokemiya aşağı həddə olur,bu zaman podaqra baş vermir.Yüksək hiperurikemiyanın podaqra xəstəliyinin əmələ gəlməsi üçün risk faktoru olması sübut edilmişdir.Belə ki,hiperurikemiyanın səviyyəsi 0,54mmol/l olduqda 90% müayinə olunmuş xəstələrdə podaqra qeydə alınmışdıər.Amma urikemiyanın səviyyəsi 0,48 mmol/l olan xəstələrin 17%-də podaqra qeydə alınmışdır.Çoxsaylı kiliniki müşahidələr kişilər üçün urikemiyann ən yüksək həddinin 0,36 mmol/8l,qadınlar üçün isə ən yüksək həddin 0,32 mmol/l olduğunu təsdiq etmişdir.
Podaqra xəstəliyinə adətən 25-50 yaşda,əsasən kişilərdə rast gəlinir.Qadınlarda xəstəliyə az və menopauza dövründə rast gəlmək olur.
Podaqraya ikincili xəstəlik kimi,bəzi qan xəstəliklərində,sitostatik qəbulu zamanı,bədxassəli şişlərə şüa terapiyasında rast gəlmək olur ki,bu zaman da böyrəklərin zədələnməsi eyni qayda ilə baş verir.
Podaqra zamanı böyrək zədələnməsi özünü aşağıdakı əlamətlərlə göstərir:
- sidik sindromu
- hematuriya
- yüngül proteinuriya
- leykosituriya
- oynaq zədələnmələri
- urat nefropatiyası
Xəstəliyin ikinci əsas əlaməti böyrəkdaşı sayılır ki,bu da sancılar və müstəqil daşdüşmə ilə müşahidə olunur.Bu zaman xəstələrdə daş mütəmadi olaraq əmələ gəlir və əksər hallarda da özü düşür.Bəzi hallarda daş və kristallar sidik yollarını tutaraq anuriyaya səbəb olur.Bəzi xəstələrdə hətta böyrəklərin podaqrik iltihabı baş verə bilir.Bu da xəstələrdə bəzi patologiyalarla özünü göstərir:
- bel hahiyəsində kəskin ağrılar
- yüksək bədən hərarəti
- hematuriya
Podaqra xəstəliyi səbəbli daşəmələgəlmə podaqranın müalicəsindən sonra keçib gedə bilir.
Milli.Az
13-05-2021, 08:25 | Kəskin podaqra artriti

Xəstəlik adətən bir-neçə il müddətində simptomsuz keçən yalnız hiperurikemiyadan sonra gecə vaxtı və ya səhər tezdən yataqdan qalxan zaman əmələ gəlir. Kəskin podaqra artriti travma, alkahol qəbulu, pəhrizdə pozuntular zamanı, cərrahi əməliyyatlarda, yanaşı xəstəliklərin kəskinləşməsində, lokal iltihabi proseslərdə aktivləşir.
Kəskin podaqra artriti zamanı əvvəlcə bir oynaqda ağrı, şikinlik və qızartı əmələ gəlir. Əlamətlər sürətlə inkişaf edir və xəstənin oynaqda hərəkəti məhdudlaşır. Xəstənin oynağına əl vasitəsilə azacıq təmas belə şiddətli ağrıya səbəb olur. Xəstəliyin ağırlaşması 2 gündən 7 günə qədər davam edir.
Xəstəlik yaşlılarda tutmalar, cavan adamlarda isə oliqoartirit və ya poliartirit tipində keçir. Kişilərdə əsasən ayaq oynaqları və böyük barmaq zədələnir. Qadınlarda isə əvvəlcə poliartrit inkişaf edir və ən çox əl oynaqları zədələnir.
Kəskin podaqra artriti zamanı xəstələrin bir çoxunda leykositoz və hərarətin yüksəlməsi müşahidə edilir. Kəskin podaqra artritinin xarakter xüsusiyyəti ağrıların qəflətən itməsi və xronik podaqra artriti inkişaf edənə qədər, tutmalar arası dövrdə qəti olmamasıdır. Bu müddətdə ağrının olması adətən oynaqda yanaşı gedən xəstəliklərlə əlaqədar olur. Xəstəlik müalicə olunmadıqda ağrılar tezləşir, daha uzun müddətli davam edir və prosesə digər orqanlar cəlb olunur.
Kəskin podaqra artriti tutmaları arasında intervallar müxtəlif olur. Müalicə olunmadıqda 1 il ərzində xəstələrin 60%-də baş verir. Ağrı tutmaları toxumaların (bağlar, oynaq kisəsi) iltihabı səbəbli müşahidə edilir.(milli.az)
13-05-2021, 08:12 | Qvardioladan çempionluq açıqlaması

İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola açıqlama verib.
BBC-yə danışan Qvardiola, Premyer Liqada çempion olmaları haqda fikirlərini bildirib:
"Digərlərinə bənzəməyən bir çempionluq oldu. Bu, qazandığımız ən çətin tituldur. Bu mövsümü heç vaxt unutmayacam. Bu komandanın baş məşqçisi olduğum üçün çox xoşbəxtəm. Qarşılaşdığımız məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, çempion olduq və sabitliyimizi qoruya bildik".
"Mançester Siti" Premyer Liqada sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib.
13-05-2021, 08:10 | Bu 2 barmağın uzunluğu XASİYYƏT və SAĞLAMLIĞINIZdan xəbər verir

Ana bətnində olan dölə həm qadın, həm də kişi hormonları təsir edir. Qadın orqanizmi az miqdarda olsa da kişi hormonlarını ifraz edir.
Ana bətnində olduğu zaman dölə kişi hormonu (testosteron) və ya qadın hormonları (estrogenlər) daha az və ya daha çox təsir edə bilər. Bu uşağın ana bətnində inkişafına, onun müxtəlif orqan və sistemlərinin formalaşmasına təsir edir. Uşaq doğulanda isə bu onun xasiyyətində və sağlamlığında özünü büruzə verir.
Milli.Az bildirir ki, araşdırmalar göstərib ki, ana bətnində olarkən testosteronun (kişi hormonu) təsiri daha çox olduqda doğulan körpədə şəhadət barmağı adsız barmaqdan daha qısa, estrogenlərin (qadın hormonları) təsiri daha çox olduqda şəhadət barmağı adsız barmaqdan daha uzun olur.
İndependent-in məlumatına görə, müxtəlif ölkələrdə aparılmış 200-dən artıq elmi araşdırma göstərib ki, barmaqların uzunluğu ilə bəzi xasiyyət və sağlamlıq göstəriciləri arasında əlaqə var.
Adsız barmaq şəhadət barmağından uzun olan insanlar (şəkildə A variantı)daha aqressiv olur, əksər hallarda öz məqsədlərinə çatır, daha çox pul qazanırlar. Uşaq vaxtı belə insanlar hiperaktiv olur və bu səbəbdən məktəbdə problemlərlə üzləşir. Lakin dəqiq elmlərdə (riyaziyyat, fizika və s.) onlar çox yaxşı nəticələr əldə edir. Bu qrup insanlar stressə daha davamlı olur, stress vəziyyətlərindən daha tez çıxır.
Adsız barmağı şəhadət barmağından qısa olan insanlar (şəkildə b variantı) daha sülhsevər və sakit olur, konfliktlərdən qaçır, daha az pul qazanırlar. Bu insanlarda 1-ci qrup insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinə, depressiyalara daha tez-tez təsadüf edilir. Bu insanlar humanitar fənlərə (dillər, tarix və s.) daha çox meyil göstərir.
Adsız və şəhadıt barmaqları eyni uzunluqdadırsa (şəkildə c variant), bu insanlar təmkinli və mehriban olur, onları özündən çıxartmaq çətindir, etibarlı dostdurlar, istənilən insanla ünsiyyət qurmağı bacarırlar. Bu qrup insanlarda depressiya, nevroz və s. bu kimi nevroloji pozulmalara digər 2 qrupla müqayisədə daha az hallarda təsadüf edilir. (saglamolun.az)
13-05-2021, 08:08 | Təkcə əsəblər üçün deyil - Pişikotunun 10 faydası

Pişikotu min illərdir tibdə istifadə olunan dərman bitkisidir. Pişikotu yuxusuzluq əleyhinə ən çox istifadə edilən 5-6 şəfalı bitkidən ən əhəmiyyətlisidir. Onu çiçəklərindən ətir hazırlanarkən istifadə olunur. Həmçinin yuxugətirici funksiyası da var.
Bu bitki əsəbi narahatlıq, mədə bağırsaq ağrıları, ürək narahatlıqlarında istifadə edilir. Yuxudan tez-tez oyanıb sonra yata bilməyənlər, kabus görənlərə faydalıdır.
Bundan əlavə, menopauza, menstruasiya öncəsi sindrom, baş ağrısı və əzələ ağrıları zamanı istifadə olunur. Çay kimi də istifadə edilə bilər. Çayı yuxusuzluq üçün istifadə olunursa, yatmadan yarım saat əvvəl içmək daha yaxşıdır.
Pişikotunun faydaları:
-Spazm əleyhinə. Bədəndə yaranan spazmanı, bağırsaqlarda ani ağrıları və sancıları yox edir.
-Əsəb mənşəli baş ağrılarına və miqrenə qarşı yaxşı təsir göstərir.
-Pişikotu infarkt riskini əngəlləyir. Əsəblə başlayan sinə və ürək ağrılarına qarşı tədbir olaraq pişikotu istifadə edilə bilər.
-Xüsusilə qış aylarında soyuqdəymə və qrip kimi xəstəliklərdə öskürək və asqırığın kəsilməsinə kömək edir.
-Görmə zəifliyi səbəbi ilə meydana gələn baş ağrısının kəsilməsini təmin edir.
-Pişikotu revmatizmaya da mane olur.
-Maddələr mübadiləsinin sürətli işləməsinə kömək edir. /medicina.az/
13-05-2021, 08:00 | Bu tərəvəz xərçəngə qarşı dərmandır - Marketlərdə satılır

Brokkoli kələmin üzərində yen elmii araşdırma aparılıb. Nəticədə isə bu tərəvəzin bilinməyən faydası aşkarlanıb.
Aparılan araşdırmaya görə brokkolinin tərkibində xərçəng hüceyrələrinin qarşısını alan probiotiklər var. Bu maddələrin sayəsində bu tip bədxassəli hüceyrələr geri çəkilməli olur.
Elm adamları brokkolidən bağırsaq xərçəngi zamanı da istifadə etməyin faydalarının olduğunu diqqətə çatdırıblar.
Araşdırma nəticələri ''Nature Biomedical Engineering" jurnalında dərc edilib. /medicina.az
13-05-2021, 07:56 | Dərindən əsnəmək hansı xəstəlikdən xəbər verir? - Həkim nevroloq

İnsanın dərindən əsnəməsi reflektor proses olub, beyini aktivləşdirmək və adətən oksigen aclığını tez təmin etmək üçün baş verir.
Lakin insan gün ərzində dəfələlər uzun və dərin əsnəmələr edərsə bunun altında ciddi nevroloji səbəblər var.
Həkim nevroloq Olqa Qolubinskaya bəzən əsnəməyin ciddi problemdən də xəbər verdiyini bildirib.
"Yaşlı adamlar tez-tez dərindən əsnəyirsə, bu ürək çatışmazlığı, ürək damarının tutulmasından xənər verə bilər. Gənclərdə psixi pozulmalar, yuxu pozulması, nevrozlar, depressiya zamanı gün boyu çoxsaylı əsnəmələr olur.
Əgər əsnəmə ilə yanaşı insanda asteniya, diqqət yayqınlığı, yaddaş zəifliyi, baş ağrısı, əhvalsızlıq, təzyiq və s. də müşahidə olunursa, bu insanlar kardioloq və nevroloqa müraciət etməli, vaxtında diaqnoz qoyulub, müalicə almalıdırlar. Əks təqdirdə sonra gec ola bilər". /medicina.az
13-05-2021, 07:55 | "Beşiktaş"ın futbolçusunun meneceri saxlanıldı

Türkiyə Super Liqasının 41-ci turunun "Beşiktaş" - "Fatih Karagümrük" matçından sonra gərginlik yaşanıb.
Qarşılaşmadan sonra "Beşiktaş"ın futbolçusu Raşid Gezzalın meneceri Hakan Qorxmazla "Fatih Karagümrük"ün futbolçusu Alessandro Ndao arasında mübahisə yaranıb.
24 yaşlı seneqallı hücumçu menecerdən polisə şikayət edib. Qorxmaz polis tərəfindən bölməyə aparılıb.
"Beşiktaş" - "Fatih Karagümrük" matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
13-05-2021, 07:53 | Çimərkən kisələnmək vacibdirmi? - Faydaları, zərərləri

Sağlam, qüsursuz və parlaq bir dəriyə sahib olmağın yollarından biri də kisələnməkdir. Bəs kisələnməyin fayda və zərərlərindən məlumatınız varmı?
Kisələnməyin faydalarını təqdim edir:
- Kisələnmək özünüzü hüzurlu və rahat hiss etmənizi təmin edir, stressi azaldır.
- Dəri altında qan dövranını sürətləndirir və hüceyrələrin çoxalıb yenilənməsinə yardımçı olur.
- Dərini ölü dəridən təmizləyir.
- Dəridəki məsamələri açır və dəriniz həmişə təmiz, canlı görünür.
- Sellülitləri yox edir.
- Dəridə sızanaq yaranmasının qarşısını alır.
- Dəriniz yağlıdırsa, kisə sayəsində yağlanmanın qarşısını ala bilərsiniz.
- Yenilənən hüceyrələr sayəsində immunitet sisteminizin güclənməsinə yardımçı olacaq.
- Əzələləri yumşaldır, qan dövranını yaxşılaşdırır
Bəs zərərləri nələrdir?
- Çox tez-tez kisələnmək dərinin qoruyucu təbəqəsinin yox olmasına və dərinin qıcıqlanmasına səbəb olur.
- Dəri nəmini itirib quruyur.
- Zərərli maddələrin dəridən içəriyə girməsinin qarşısını alan bir təbəqə var. Tez-tez kisələnsəniz, həmin təbəqə həssaslaşacaq. Nəticədə dəridə bir çox dəri xəstəliyi yarana bilər. Ancaq 15 gündən bir kisələnsəniz, heç bir ziyanı olmaz.
ailem.az


















