12-05-2021, 06:40 | Yeni nəsil Apple Watch-da...

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qandakı şəkərin miqdarını ölçməyə imkan verən texnologiyanı inteqrasiya etməyi planlaşdırır. Nəticə etibarilə bu texnologiya Apple Watch modellərinin artıq sahib olduqları bir sıra digər özəlliklərin siyahısını genişləndirə bilər. Belə ki, şirkətin smart saatları qandakı oksigen miqdarını ölçən, nəbzi təyin edən və elektrokardioqram prosesini yerinə yetirən texnologiyalara artıq sahibdirlər. Məlumatda qeyd olunub ki, smart saatlara qandakı şəkər miqdarını ölçməyə imkan verən texnologiyanı inteqrasiya etməklə şirkət şəkər xəstəliyindən əziyyət çəkən insanların həyatlarını daha da sadələşdirəcək.
Belə ki, hal hazırda şəkər xəstələri bunun üçün hər dəfə barmaqdan qan nümunəsinin götürülməsi prosesindən keçirlər. Yeni texnologiya isə bunu aradan qaldıra bilər. Məlumatda qeyd edilib ki, Apple şirkəti bu məsələdə yeni növ ötürücüləri yaratmış Rockley Photonics adlı şirkətin ən böyük sifarişçilərindən biridir. Şirkətin yaratdığı yeni növ ötürücülərin 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Yeni texnologiya müəyyən tezlikdə olan infraqırmızı işığı dəridən keçirdərək qandakı şəkər miqdarını təyin edə bilir. Məlumatda həmçinin qeyd edilib ki, Apple şirkəti Watch Series 7-də təkcə bu yeniliyi reallaşdırmayacaq. Belə ki, şirkət həmçinin qandakı alkoqol miqdarını ölçməyə imkan verən texnologiyanı da smart saata inteqrasiya etmək barədə düşünür. (milli.az)
12-05-2021, 06:38 | Yeni “HP Omen 17” noutbuku “Intel Core i9-11900H” prosessoru ilə təchiz ediləcək

"HP" şirkəti oyun həvəskarları üçün "Omen 17" portativ kompüterinin yeni nəslini buraxmağa hazırlaşır. Noutbukun əsasını "Intel Tiger Lake" aparat platforması təşkil edəcək.
Populyar "Geekbench" saytında noutbukun "OMEN 17-ck0xxx" adlı versiyası yer alıb. Həmçinin 4,9 giqahers takt tezlikli səkkiz hesablama nüvəsinə malik "Core i9-11900H" prosessorunun istifadə edildiyi bildirilir. Əsas takt tezliyi 2,5 giqahers səviyyəsində göstərilib.
"DDR4-3200" operativ yaddaş dəstəyi təmin olunur. Test edilən portativ kompüter 32 giqabaytlıq operativ yaddaşla təchiz edilib.
Məlumata görə, yeni noutbuk 30-cu seriyalı "NVIDIA GeForce RTX" diskret qrafik sürətləndiricisi ilə təchiz ediləcək. Diaqonal ölçüsü 17,3 düym təşkil edəcək ekranın təsvir ölçüsü və yeniləmə tezliyi qeyd olunmayıb.
Noutbuka "Windows 10 Pro" əməliyyat sistemi quraşdırılıb. Müşahidəçilərin fikrincə, qurğunun rəsmi təqdimatı bu rüb keçiriləcək.
Yeni noutbukun "PCIe" interfeysli sürətli bərkcisimli toplayıcı və "Wi-Fi 6" simsiz rabitə adapteri ilə təchiz olunacağı ehtimal edilir. Qurğu tamölçülü klaviaturaya malik olacaq.(ictnews.az)
12-05-2021, 06:36 | Amazon meşələri planeti CO2 ilə zəhərləməyə başlayıblar

Son onillik ərzində Amazon meşələri, udduqları CO2-dən 20% daha çoxunu atmosferə ifraz ediblər. Müxtəlif ölkələrdən olan alimlərin hesabatları onu göstərir ki, insanlar artıq Yer kürəsinin ən geniş tropik meşəliyinə ümid edə bilməzlər. Yer kürəsinin bütün tropik meşələrinin yarısı məhz Amazon çayının yerləşdiyi regionda mövcuddur. Digər bitkilər ilə müqayisədə tropik meşələr CO2-nin udulmasında və saxlanılmasnda daha effektivdirlər. Əgər Amazon meşələri CO2 mənbəyinə çevrilsələr, yaranacaq iqlim böhranının qarşısını almaq daha da qəliz olacaq. Bu barədə Phys.org saytı xəbər verib.
2010-cu ildən 2019-cu ilə kimi Amazoniyanın Braziliya hissəsi 16.6 milyard ton CO2 ifraz edib və bu qazın yalnız 13.9 milyard ton miqdarını udub. CO2 emissiyası meşələrin kəsilməsi və ya yanması nəticəsində baş verib. "Biz bu cür nəticəni gözləyirdik. Lakin biz indi dəqiq rəqəmlərə sahibik və həmin rəqəmlər onu göstərir ki, Amazoniyanın Braziliya hissəsi CO2 emissiyasının böyük mənbəyidir. Bu dəyişikliyi dayandırmağın artıq mümkünsüz olacağı vəziy
milli.az
12-05-2021, 06:34 | Təhlükəli xəstəliklə qan qrupu arasında əlaqə aşkar edilib

İsveçrə alimləri bəzi xəstəliklərə meyl ilə qan qrupu arasındakı əlaqəni müəyyənləşdirib. Tədqiqatçılar beş milyon xəstənin xəstəlik tarixçəsini araşdıraraq, birinci qan qrupu olan insanların daha çox laxtalanma xəstəliklərindən, ikinci qrup xəstələrin isə daha çox trombozdan əziyyət çəkdiyini aşkar edib.
üçüncü qan qrupu olan insanların böyrəkdə daş əmələ gəlmə ehtimalı digərlərindən daha azdır. Daha əvvəl həkim Aleksandr Myasnikov ikinci qan qrupu olan insanların mədə xərçəngi olması riskinin yüksək olduğunu bildirmişdi.(deyerler.org)
12-05-2021, 06:32 | Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək. Sosial şəbəkə ilə kontent yaradıcıları arasında bağlanacaq müqaviləyə əsasən Clubhouse 3 ay ərzində hər ay audioşou yaradıcılarına 5000$ ödəyəcək. Bu barədə The Verge sayt xəbər verib. Sosial şəbəkə bu cür kontentləri yaradacaq namizədləri artıq seçib. Onların siyahısı ilə bu linkdən tanış olmaq olar. Clubhouse bildirib ki, seçilmiş müəlliflər 10 may tarixindən başlayaraq sosial şəbəkə daxilində xüsusi audişouları təqdim edəcəklər.
Nəticədə Clubhouse həmin şouların yaradıcılarına 3 ay ərzində hər ay 5000$ vəsait ödəyəcək. Clubhouse təmsilçiləri onu da qeyd ediblər ki, təqdim olunacaq audioşouların müəllif hüquqları onların yaradıcılarına məxsus olacaq. Təqdim olunacaq kontent məşhur olarsa Clubhouse onun maliyyələşdirilməsinin davamını nəzərdən keçirdəcək. Nəzəri cəhətdən bu cür addım Clubhouse-a yeni istifadəçiləri cəlb edə bilər. Belə ki, son zamanlarda bu sosial şəbəkəyə maraq getdikcə azalır.
Qeyd etmək lazımdır ki, Clubhouse hələ də yalnız iOS istifadəçiləri üçün aktivdir və ora hələ də xüsusi dəvət vasitəsilə daxil olmaq olar. Buna baxmayaraq tətbiqin Android versiyası hazırlanma mərhələsindədir və Clubhouse təmsilçilərinin sözlərinə əsasən tətbiqin Android versiyası yaxın aylarda istifadəyə veriləcək. Clubhouse-un ani olaraq sürətlə məşhurlaşmasından sonra digər sosial şəbəkələr və servislər də öz platformalarında audio vasitəsilə ünsiyyət funksiyasını istifadəyə verdilər.(milli.az)
12-05-2021, 06:27 | Clubhouse-un loqosundakı yeni sima kimdir?

2021-in ilk rübündə həyatımıza daxil olan və an zamanlı səsli söhbət otaqları qurmağı təmin edən Clubhouse-un ən ikonik xüsusiyyətlərindən biri sabit bir loqodan istifadə edilməməsi olub. Clubhouse platforma ikonu olaraq öz loqosunu dizayn etmək əvəzinə sənətçi üzlərindən istifadə edir.
Son yenilik ilə platformanın ikonundakı yeni sima aktivist, sənətçi Drue Kataoka olub.
Drue Kataoka kimdir?
Platforma ikonlarında sənətçi rəsmlərindən istifadə edən Clubhouse bu ay yeni loqosu olaraq bir səs sənətçisi və aktivist Drue Kataoka-yı seçib. Lavi sənəti ilə tanınan Kataoka əslən yapon mənşəlidir. 5 yaşına qədər Yaponiyada yaşayan Kataoka, daha sonra ailəsi ilə birlikdə Kaliforniyaya köç edib. Lisey təhsilini Sacred Heart School-da, universitet təhsili isə Stanford Universitydə alıb. Atası politoloq, anası isə Stanford University-də kommunikasiya bölməsində mühazirəçi idi. Bu, təsirlər nəticəsində Drue Kataoka öz fikirləri ilə birlikdə böyümək imkanı əldə edib.(milli.az)
Drue, təkcə sənəti ilə deyil, siyasi şərhləri ilə də tanınır. Bu çalışmaları ona 2012-ci ildə Davosda keçirilən Dünya İqtisadi Forumunun zirvəsində Gənc Qlobal Lider adını qazandırmışdı.
12-05-2021, 06:25 | BYD şirkəti Song Pro modelini yeniləyib - FOTO

BYD Song Pro krossoverinin ikinci nəsli Çin bazarına 2019-cu ildə daxil olub və dərhal alıcıların diqqətini cəlb edib. Hətta, pandemiyanın tüğyan etdiyi 2020-ci ildə, Nissan X-Trial və ya Mitsubishi Outlander modelləri ilə bənzər ölçülərə malik olan krossover 93 min nüsxədə satılıb. Bununla birlikdə, istehsalçı krossoveri yeniləmək qərarına gəlib.
4650 millimetr uzunluğunda malik olan yenilənmiş BYD Song Pro modeli zahiri cəhətdən demək olar ki, dəyişməyib. Yenilənmiş krossoveri genişləndirilmiş radiator barmaqlığı və yeni tərtibatlı bamperləri sayəsində tanımaq olar. Ancaq başqa maraqlı məqam var: modelin ön emblemi indi ayrı lövhədə deyil, radiator barmaqlığının yuxarı çubuğunda yerləşir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, bununla belə, avtomobilin salonu tamamilə yenilənib. Bütün oturacaqlar və qapı tutacaqları da daxil olmaqla, salondakı hər şeyi demək olar ki dəyişdirilib. Havalandırma sisteminin mərkəzi deflektorları aşağı endirilib, mərkəzi konsolun altında USB konnektorları olan geniş "anbar" quraşdırılıb, habelə iki rəngli tərtibat təklif olunur.
Ən vacib yenilik - ənənəvi cihazlar panelindən imtinadır: onun əvəzinə, sükan sütununda ən vacib məlumatları əks etdirən kiçik ölçülü ekran yerləşidirilib. Eyni zamanda, məsələn, Wey avtomobillərində olduğu kimi, proyeksiya ekranı hələ də təklif edilmir: ətraflı məlumat almaq üçün mediasistemin böyük ekranına nəzər salmaq lazımdır. 12,8-düymlük ekranı həm üfüqi, həm də şaquli vəziyyətdə yerləşdirmək olar - displey əl ilə 90 dərəcə döndürülür.
Texniki dəyişikliklər də var: 1.5-litrlik benzin turbomühərriki təkmilləşdirilib. Əvvəllər 160 at qüvvəsi və 245 Nm fırlanma anı hasil edən mühərrik, hazırda 185 at qüvvəsi və 288 Nm təklif edir. Altı pilləli preselektiv "robot" isə yerini daha davamlı iki muftalı yeddi pilləli transmissiyaya verib. Mexaniki transmissiya ümumiyyətlə olmayacaq. Benzin mühərriki ilə təchiz edilən modifikasiya ön ötürməlidir və 100 km/saat həddinə 10,8 saniyəyə sürətlənir. Bir qədər sonra, krossoverin tam ötürməli hibrid (324 və ya 473 at qüvvəli) və elektrik (163 və ya 184 at qüvvəli) versiyaları da yenilənəcəkdir.
Çində restaylinqdən əvvəlki BYD Song Pro modelinin qiyməti 13,700 dollardan başlayır, lakin yaya yaxın satışa çıxacaq yenilənmiş avtomobil daha bahalı olacaqdır. Çin markası Song Pro modelini digər ölkələrə ixrac etməyi planlaşdırmır.
11-05-2021, 08:01 | Soyuq barmaqlar bu təhlükədən xəbər verir

Barmaq uclarının həmişə soyuq olması damarların spazmını göstərir, ancaq səbəbi fərqli də ola bilər.
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nevroloq Pavel Xoroşev danışıb. "Buzlu" barmaqların nəyə işarə edə biləcəyindən söz açan həkimin sözlərinə görə, spazm səbəbi soyuqdəyməyə və ya Reyno sindromuna patoloji reaksiya ola bilər:
"Müalicə olunmasa, barmaqların kəsilməsinə və ətraflarda daha ciddi fəsadlara səbəb ola bilər. Barmaqların soyuması bədənin qan təzyiqi və ya dərmanlara qarşı reaksiyası da ola bilər. Əgər hər hansı səbəbdən bir insanın təzyiqi düşübsə, bədən bir yerdə ciddi qan axması olduğunu düşünür. Daxildəki qan axışını məhdudlaşdırmaq üçün damarlarda spazm yaranır. Əllərin soyuması üçün spazm kifayət qədər güclüdür". (publika.az)
11-05-2021, 07:56 | Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir

Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir.
Bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
Vladimir Vladimiroviç ilə biz daim dialoq aparır, müntəzəm əlaqə saxlayırıq. Biz həm ikitərəfli gündəlik çərçivəsində, həm də bizim regionda münaqişədən sonrakı inkişafla bağlı vəziyyət çərçivəsində çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Deməliyəm ki, əlbəttə, indiki vəziyyət, münaqişədən sonrakı vəziyyət bütün səviyyələrdə daha sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir. Mən onu da bilirəm ki, siz azərbaycanlı həmkarınızla çox sıx əlaqə saxlayırsınız. Bütün bunlar ona gətirib çıxarır ki, biz müsbət inkişafı, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsini, hərbi əməliyyatların yenidən başlanması risklərinin minimallaşdırılmasını və tariximizin bu qara səhifəsini çevirmək istəyini müşahidə edirik. Hər halda, Azərbaycan buna hazırdır. Yüksək səviyyədə dəfələrlə səslənmiş bəyanatlar kommunikasiya layihələrinin inkişafı məsələsində bizim mövqeyimizə dəlalət edir. Bu barədə noyabrda müharibənin yekunları üzrə Bəyanatda da deyilib və bu istiqamətdə çox fəal iş aparılır. Bildiyiniz kimi, bu yaxınlarda - iki həftə bundan əvvəl Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə üç ölkənin Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib. Mənim fikrimcə, həmin görüşdə birgə Bəyanatın mühüm bəndinin - nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq.
AZƏRTAC
11-05-2021, 07:52 | Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir

Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir.
Bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub. Bildiyiniz kimi, biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistan Respublikasının işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. Bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür. Bildiyiniz kimi, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən uzun müddət, mənim fikrimcə, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur. Bunları sadalamaqla vaxtınızı çox almaq istəmirəm. Sadəcə, demək istərdim ki, biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin".
AZƏRTAC


















