8-05-2021, 07:27 | Günboyu yorğun, halsızsan? - Enerji itkisinin səbəbləri

Günboyu yorğun, halsızsan? - Enerji itkisinin səbəbləri

https://www.medicina.az/gunboyu-yorgun-halsizsan-enerji-itkisinin-sebebleri

Günboyu yorğun, halsızsan? - Enerji itkisinin səbəbləri
16:00236 Baxış
Günboyu yorğun, halsızsan? - Enerji itkisinin səbəbləri

Son zamanlar qəhvə, energetik içki, yeməklə belə özünü enerjili hiss etməyən, daim yorğun, əzgin olan insanların, xüsusən gənclərin sayı artır.

Sutkanın saatından asılı olmayaraq yorğunlunğun nədən qaynaqlandığını araşdırıb:

1.Yuxunu analiz et

Bu banal bir yoxlamadır. Yorğun olan insan ilk növbədə nə qədər yatdığını, yuxu saatını xatırmalalıdır.

Əgər siz sutkada 8-9 saatdan az yatırsızsa və bu aylardır davam edirsə, o zaman başqa səbəblərə keçməyin.

Əgər insan 6 saat 15 dəqiqə belə yatırsa, bunu kifayət qədər hesab edirsə, səhv edir. Alimlər təsdiq edib ki, gündə 6 saat yatan insan özünü günboyu az da olsa yuxulu hiss edəcək. İndi gəlin görək 4-5 saat yatanların halı necə olmalıdır?

Gecə yuxusunun norması 7-9 saatdır. Siz gərək sutkada 7-8-9 saat yatıb, sonra halınızı analiz edin.

2.İdman enerji verdiyi kimi ala da bilir

Əgər idman zalında günü keçən qadın, kişi özünü yorğun hiss edirsə, deməli idmanda normanı aşır.

Faydalı məşq gündə 50 dəqiqədir. Həftəlik norma isə 150dəqiqədir. Əgər insan özünü yorğun hiss edirsə, deməli, o idmanda enerjisini tükədir.

Ona görə məşqlər arası fasilə verib orqanizm dincəlməlidir. Əgər səbəbi bunda görürsüzsə, trenerə bu barədə deyin və yükü azaldın, o zaman vəziyyətə baxın.

3.Yeyib-içdiyinizi incələyin

Qəbul etdiyiniz çay, içki, dərman belə szizi yorğun edə bilər. Əgər qidanızda zülal, yağ, karbohidrat yoxdursa, yorğunluq qaçılmazdır. Əgər normadan artıq içirsizsə, hətta pivə belə zəiflik, yuxululuq, yorğunluq gətirə bilir.

İçdiyiniz dərmanların təlimatını oxuyun, orda əks təsirlər kimi əzginlik, yuxululuq və s. qeyd olunur. Ən adi dərman belə orqanizmi halsız edə bilər. Dərmandan şübhələnirsizsə, müalicə bitənə kimi dözün və ya həkimə yan təsirlər barədə məlumat verin, dərmanı dəyişin.

Yeməyiniz zəifdirsə, o zaman balanslaşdırılmış, güclü qidalanmaya keçin. Vitamin, mikroelementlərin qəbuluna fikir verin.

4. Xəstəlikdən nə vaxt şübhələnməli?

Əgər yuxarıdakı səbəblər istinisnadırsa, qaydaya salandan sonra da vəziyyət düzəlmirsə, yorğunluğa səbəb olan daxili səbəb, yəni orqanik xəstəlikləri həkimlə birgə tapmağın vaxtıdır.

Hansı xəstəliklərdən baş verə bilər?

-Ümumi bir qan analizi verib, hemoqlobini yoxlatmaq. Anemiya, qanazlığı yorğunluğun birinci səbəbidir. Sizin toxuma və hüceyrələrinizdə oksigen çatışmır. Dİgər əlamətlərə diqqət: bənizin ağarması, əllərin soyuması, sarımtıl üz, təngnəfəslik, baş gicəllənmə. Sizdə dəmir çatışmazığı da ola bilər. Onu da xüsusi ferritin analizi ilə təyin edin.

- qanxanvari vəzin disfunksiyası, hormonal pozğunluqlar

Həm hipo, həm də hpertireoz yorğunluq verir.

-Nevroz,depressiya, psixoz - bu hallar da insanın gücünü azaldır. Depressiyada olan insan heş bir iş görmək istəmir. Əgər bütün analizlər normaldırsa, o zaman psixiatr və nevroloq müalicəsi almaq lazımdır.

-Xroniki yorğunluq sindromu və fibromialgiya - çox qarışıq bir diaqnozdur. Onu fərqləndirmək üçün peşəkar psixoloq və psixiatr lazımdır. İnsanda arzu, istək var, işə gedir, amma işlərini görməyə halı olmur. Səbəbsiz əzələ ağrıları da buna qoşulur.

- Vitamin, mineral, yağ defisiti - əsas vacib vitamin mineralları qanda yoxladın, xüsusən D vitaminini artırın.

Bütün bu hallarda masaj, yoqa, gimnastika, gəzinti, sakitləşdirici qəbulu, üzgüçülük, tənəffüs hərəkətləri yaxşı təsir edir.

Həmçinin diabet, ürək, ağciyər xəstəlikləri, dağınıq skleroz, piylənmə, xərçəng kimi xəstəliklər də yorğunluqla başlayır. /medicina.az/

8-05-2021, 06:40 | Gündə 3 stəkan qəhvə xərçəng riskini 52 faiz AZALDIR - Araşdırma

Gündə 3 stəkan qəhvə xərçəng riskini 52 faiz AZALDIR - Araşdırma

Araşdırmalara görə, qəhvə xərçəngin qarşısını almaqda böyük rol oynayır.

Türkiyəli həkim qastroenteroloq Vedat Göral bildirib ki, gündə 3-4 stəkandan çox qəhvə içənlərdə qaraciyər xərçənginə 52 faiz, qalın bağırsaq xərçənginə 36 faiz, mədə xərçənginə isə 13 faiz daha az rastlanılır:

"ABŞ və Yaponiyada aparılan çalışmalarda 12 il boyunca qidalanması izlənilən insanlardan mütəmadi qəhvə içənlərdə xərçəng xəstəliyinin azaldığı müşahidə edilib. Kimyaterapiya alıb qəhvə içənlərlə, kimyaterapiya alıb içməyənlərdə vəziyyətin fərqli olduğu sübut olunub. Qəhvə tərkibindəki polifenol, kahveol və kafestol kimi maddələrə görə xərçəngin qarşısını alır. Təbii ki, burada qəhvənin şəkərsiz olması önəmlidir. Qəhvə mütəmadi içilməlidir. Gündə ya da həftədə 1 stəkan içmək faydalı deyildir. Burada qəhvənin hazırlanması, içilməsi və növü də təsirlidir. Qəhvə xərçəng xəstələri üçün tövsiyə qidasıdır. Mədə və mədəaltı xərçəngini 13 faiz, qaraciyər xərçəngini isə 52 faiz azaldır. Eyni zamanda, qaraciyərin dostudur. O qaraciyər yağlanması, iltihab və serrozun qarşısını alır". /medicina.az

Milli.Az

24-04-2021, 07:57 | Qarındakı piyləri sürətlə əridən dəfnə yarpağı və darçın çayı

Qarındakı piyləri sürətlə əridən dəfnə yarpağı və darçın çayı

Dəfnə yarpağı və darçın birlikdə sehirli gücə malikdir.

Bu möcüzəvi qarışım sizə tez bir zamanda arıqlamağa, artıq piylərdən azad olmağa, dümdüz bir qarına sahib olmağa kömək edəcək

Lazım olan ərzaqlar:

1 litr su
2 çubuq darçın
10 dəfnə yarpağı

Hazırlanması:

Dəfnə yarpağını və darçını suya əlavə edib 10 dəqiqə qaynadın. Gündə 1 stəkan çay kimi için. Nəticəni elə ilk həftədə hiss edəcəksiniz.
Bu çayı bir ay ìçin və sizin ideal, dümdüz qarnınız olacaq. Dəfnə və darçın çayı həm də sizin sağlamlığınıza müsbət təsir edəcək.
Bu qarışım şirniyyata meylinizi azaldacaq. saqlamhəyat.az


24-04-2021, 07:51 | Rusiya sülhməramlıları Qarabağda nəyə hazırlaşırlar?

Rusiya sülhməramlıları Qarabağda nəyə hazırlaşırlar?

"Bir milyondan çox azərbaycanlı və erməni Böyük Vətən Müharibəsində faşizmlə mübarizə aparıb, onların yarıdan çoxu döyüş meydanında həlak olub".

Bunu Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Dmitri Perepelkin deyib.

"Azərbaycanla Ermənistanın Qələbədə böyük payını qeyd etmək istəyirəm. Böyük Vətən Müharibəsində Azərbaycan və Ermənistandan bir milyondan çox insan iştirak edib. Təəssüf ki, onların yarıdan çoxu döyüş meydanında həlak olub. İki yüz mindən çoxu orden və medallarla təltif olunub, iki yüz nəfərə yaxını Sovet İttifaqı Qəhrəmanı adı alıb", - Perepelkin xatırladıb.

Onun sözlərinə görə, mayın 9-da Qarabağdakı Rusiya sülhməramlı bölmələrində şəxsi heyətin Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunmuş təntənəli düzülüşü olacaq: "Bu il biz qələbənin 76-cı ildönümünü qeyd edəcəyik. Bu tədbir faşizmlə mübarizədə həlak olmuş bütün döyüşçülərin xatirəsinə həsr ediləcək".

Bundan başqa, mayın 9-da sülhməramlılar Böyük Vətən müharibəsi veteranlarına kömək məqsədilə bir sıra humanitar aksiyalar da keçirəcəklər.Virtualaz.org

24-04-2021, 07:35 | Qırışmağa meyilli olan quru dərini necə qorumaq olar..bunu bilirdinizmi..

Qırışmağa meyilli olan quru dərini necə qorumaq olar..bunu bilirdinizmi..


Hər bir insan öz dəri tipinə uyğun vasitələrdən istifadə etməlidir. Kosmetik vasitələr, Günəş şüaları, hamiləlik zamanı və dərmanların təsirindən dəridə müxtəlif ləkələr yaranır. Belə cildlərə pretinol, vitamin C, E, üzüm çəyirdəyi, tut, biyan köklü vasitələrlə qulluq etmək məsləhətdir. Belə dərilərə tərkibində cildi ultrabənövşəyi A və B tipli Günəş şüalarından qoruyan sink-oksid və titan-dioksid filtrləri olan qoruyucular sürtülməlidir. Daha yaxşı nəticələrin alınması üçün isə orta dərinlikdə pilinq etmək tövsiyə edilir. Dermatoloqların araşdırmalarına görə, məsamələri kiçik, incə üst dəriyə sahib, yağ ifrazatı normal olan, az nəmli quru cildlər erkən qırışmağa meyilli olur. Soyuq hava, külək, ultrabənövşəyi şüalar, pis hava şəraiti dəriyə mənfi təsir göstərir. Quru dərilərə erkən yaşlardan şüurlu şəkildə qulluq göstərməklə erkən yaşlanmanın qarşısını almaq mümkündür.

Quru dərilərə qulluq etdikdə ölü dəri hüceyrələri aradan götürülür, çirk və makiyaj təmizlənilir. Vitamin E, superoxide dismutase, yaşıl çay ekstraktı, co-enzyme Q-10 aktiv tərkibli sərbəst oksigen radikalları aradan qaldırılır, allantoin, bisabolol, maya eksrtaktı kimi aktiv tərkibli maddələrdən istifadə olunur. Maskalardan dəri tipinə görə istifadə etdikdə qulluğun təsiri daha yaxşı olur. Hyaluronik turşu və qliserin quru dərini nəmləndirir, jojoba yağı, primula yağı (primrose oil) avokado yağı ilə massaj etdikdən sonra isə ultrabənövşəyi şüalara qarşı tam qoruyan sink-oksid və titan-dioksid filtrləri ehtiva edən qoruyuculardan istifadə edilir.(milli.az)


24-04-2021, 07:30 | Bu 2 yağ koronavirusa qarşı effektivdir – Evdə və çöldə istifadə edin


Bu 2 yağ koronavirusa qarşı effektivdir – Evdə və çöldə istifadə edin

Təbii efir yağları viruslara qarşı çox effektivdir, əgər onların həqiqətən təbiisini tapsanız, çünki sintetik yağlar kosmetik yağdan başqa bir işə yaramır.

Rusiyalı endokrinoloq Nataliya Zubareva koronavirusa qarşı 2 vacib efir yağını açıqlayıb.

Bunlar lavanda və çay ağacı yağıdır.

Efir yağları az miqdarda olur və tünd şüşədə satılır, kəskin efir qoxusu gəlir. Təmiz yağlarda bitkinin botatik tibbi adi yazılır, məsələn Lavandula officinalis.

Efir yağları içində bu yağlar antiseptik və immunitet stiumuləedici təsir göstərir.

"Hazırda bu yağlardan evdə və çölə çıxarkən maskaya çəkmək, biləyə çəkmək, buruna çəkməklə istifadə edə, aromalampada yandırıb ətrini evə verə bilərsiz.Eləcə də qaynar suya bir neçə damla damızdırıb, inhalyasiya oluna bilər. Yağlar uşaqlarda ehtiyatla istifadə olunmalıdır".//medicina.az//



24-04-2021, 07:25 | Yüksək təzyiq xəstəsi yumurta yeyə bilərmi? - Fəsadları

Yüksək təzyiq xəstəsi yumurta yeyə bilərmi? - Fəsadları

Yüksək təzyiq xəstələri bir çox qidalardan uzaq durmalıdır. Bunların içində yumurta barədə də çox deyilir. Təzyiqin müalicəsində birinci vasitə qida, pəhrizdir. Yağlı, duzlu, şirin qidalar azaldılmalıdır.

Hipertonik insan əgər yumurta yeyərsə təzyiqi qalxarmı? Təzyiq xəstəsi gündə necə ədəd yumurta yeyə bilər.

Bəzi mütəxəssis həkimlər yumurtada olan zülal və xolesterinin təzyiqi qaldırdığına istinad edib, onu təzyiq xəstələrinə qadağan edib.

Digərləri isə hesab edir ki, yumurta böyrəkləri yükləyir, çəkini artırır, bu da ürəyə zərərdir.

Digər tərəfdən yumurta orqanizm tərəfindən 100% mənimsənilir, mineral və vitaminlərlə, amin turşuları ilə zəngindir. Və bu qida təzyiq xəstələri üçün qadağan edilə bilməz.

Yumurtada olan xolesterin isə yaxşı xolesterindir və damar divarlarını qalınlaşdırmır.

Alimlər nə deyir?

Kanada və Çin alimlərinin apardıqları tibbi təcrübələr təzyiq xəstəsinə yumurtanın zərəri barədə mifləri dağıdıb.

Əksinə, yumurta hipetonik xəstəliyin yaranmasının qarşısını ala bilər.

Yumurtada olan amin turşular və peptidlər damar genişləndirici təsir edir, bu da hipertoniya dərmanlarındakı kimi effekt verir.

Təzyiq xəstələri yağda qızardılmış omlet, qayğanaq yox, suda bişmiş soyutma yumurta yeməlidir. Kərə yağında bişmiş yumurta bu adamlar üçün zərərli ola bilər.

Gündə 2, maksimum 3 ədəddən artıq yumurta yemək olmaz. //medicina.az//

24-04-2021, 07:15 | Ramazanın 11-ci gününün duası, imsak və iftar vaxtı

Ramazanın 11-ci gününün duası, imsak və iftar vaxtı

Aprelin 24-ü Ramazan ayının 11-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 04:12-də, iftar isə saat 19:43-dədir.

Ramazan ayının 11-ci gününün duası:

"Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".

Tərcüməsi:

"İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!"


Allah orucunuzu qəbul etsin!

23-04-2021, 08:26 | "Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb

"Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb


İsveçli hücumçu Zlatan İbrahimoviç İtaliyanın "Milan" futbol klubu ilə müqaviləni yeniləyib.

Bu barədə komandanın mətbuat xidməti bildirib.

Məlumata əsasən, 39 yaşlı oyunçu ilə yeni müqavilə bir mövsüm uzadılıb.

Z.İbrahimoviç "Milan"da 2020-ci ildən bəri oynayır, bundan əvvəl o 2010-2012-ci illərdə komandanı təmsil edib.

23-04-2021, 08:19 | Yol polisi Daşkəsəndə reyd keçirib - FOTO

Yol polisi Daşkəsəndə reyd keçirib - FOTO

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.