9-12-2020, 02:17 | Zəhərli və lazımsız maddələri orqanizmdən necə xaric etməli?


Zəhərli və lazımsız maddələri orqanizmdən necə xaric etməli?

Qəbul etdiyimiz qidalar vasitəsilə orqanizmimizə daxil olan zərərli maddələri aşağıdakı yollarla bağırsaqlardan xaric etmək olur.
1. Alma və darçın
Bütöv bir almanı dilimləyib 500 ml qaynar suya salın və 1 çay qaşığı üyüdülmüş darçın əlavə edin. Su soyuduqdan sonra onu gün boyu qəbul edin.
2. Limon şirəsi və bal
Təzə sıxılmış 1 limonun şirəsini 200 ml qaynar suya salın və üzərinə 1 çay qaşığı bal və 1 çay qaşığı zəncəfil salıb qarıdırın. Bu içkini hər səhər acqarına yeməkdən 30 dəqiqə əvvəl içmək qan damarlarını, qaraciyəri və bağırsaqları təmizləyir. Bu içki sizə həm də həyat enerjisi verəcək.
3. Zəncəfilli içki
3-4 sm uzunluğunda təzə zəncəfilin kökü xırdalanıb tökülür və 10 dəqiqə qaynadılır. Qaynadıqdan sonra içərisinə 1 çay qaşığı üyüdülmüş darçın və 3-4 xörək qaşığı bağayarpağı şirəsi əlavə edilir. Bu qarışımda gündə 3 dəfə 150-200 ml acqarına içmək bağırsaqları və qan damarlarını təmizləyir. Bu qarışım ümumi m[hkəmləndirici və tonuslandırıcı təsiri də vardır.
4. Çuğundur şirəsi darçın
1 çuğundur, 1 alma, 4 budaq kərəviz blenderdə üyüdülüb şirəsi sıxılır və gündə 2 dəfə 1 xörək qaşığı yeməkdən əvvəl içilir.
5. Sağlamlıq kokteyli
1 ədəd təzə sıxılmış portağal, 1 ədəd limonun şirəsi, 1 ədəd yerkökü şirəsi 100 ml mineral suya əlavə edilir. Kokteyldən hər gün acqarına içilir. Kokteyl xroniki zehni və fiziki yorğunluğu aradan qaldırır. Onun tərkibində çoxlu vitaminlər və antioksidantlar var.
6. Xiyar və kərəviz
1 ədəd xiyar xırda döğranır, üzrərinə 1 kərəvizin kökü xırdalanıb əlavə edilir və 300 ml su tökülür. Gün ərzində bu qarışım içilir. (milli.az)

9-12-2020, 02:14 | Endokrinologiya nədir?


Endokrinologiya nədir?

Endolrinologiya endokrin vəzlərin funksiyalarının və endokrin system xəstəliklərini öyrənən elmdir.
Endokrin system vəziləri hormonların sintezinə, fəaliyyətinə və ifrazına nəzarət edən orqanlardır. Hormonların metobolizmi, azalması və artması ilə də endokrinalogiya elmi məşğul olur.
Endokrin vəzlərə aşağıdakılar aiddir:
* trioid vəzi
* timus vəzi
* hipofiz vəzi
* böyrəküstü vəz
* epifiz vəz
* mədəaltı vəz
* cinsiyyət vəzləri
Endokrin vəzilər hormonlar ifraz edir. Bu hormonlar orqanizmin inkişafını, metobolozmini, böyüməyini, cinsi fəaliyyətini idarə edir. Hormonların az və ya çox ifraz olunması orqanizmdə müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.(milli.az)

9-12-2020, 02:12 | Udquna bilməyənlər nə etsin? - Çöpçü, yoxsa tikə çıxaran? - VİDEO


Udquna bilməyənlər nə etsin? - Çöpçü, yoxsa tikə çıxaran? - VİDEO


""Udqunanda boğazımda ağrı olur, loxmalar boğazımda qalır, yaxşı udquna bilmirəm, boğulma hissi olur". Xüsusilə pandemiyadan sonra bu şikayətlərlə müraciət edən xəstələrin sayı artdı".

Bu sözləri qastroenteroloq-hepatoloq Nazlı Qasımova deyib. Bildirib ki, bu şikayəti olan xəstələri mütləq müayinə etdikdən sonra qərar vermək lazımdır.

Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz:(medicina.az)

9-12-2020, 02:09 | “Qəbələ”nin potensial rəqibləri: “Benfika”, “Qalatasaray”, “Şerif”


“Qəbələ”nin potensial rəqibləri: “Benfika”, “Qalatasaray”, “Şerif”


UEFA-nın İcraiyyə Komitəsi 2020/21 mövsümü üçün Gənclər Liqasının formatını, tarixini və iştirakçıların adlarını təsdiqləyib.

Qurumun saytının məlumatına görə, olimpiya sistemi ilə təşkil olunacaq yarışda 64 komanda mübarizə aparacaq.

Turnirdə ölkəmizi Azərbaycan çempionu olan "Qəbələ"nin 19 yaşadək komandası təmsil edəcək. "Qırmızı-qaralar" Çempionlar yolunda qüvvəsini sınayacaq.

Çempionlar yolu: "Selta" (İspaniya), "Köln" (Almaniya), "Anje" (Fransa), "Çertanovo" (Rusiya), "Benfika" (Portuqaliya), "Qenk" (Belçika), "Qalatasaray" (Türkiyə), "Alkmaar" (Niderland), "Sparta" (Çexiya), PAOK (Yunanıstan), "Dinamo" (Xorvatiya), "Odense" (Danimarka), "Bazel" (İsveçrə), APOEL (Kipr), "Srvena Zvezda" (Serbiya), "Reyncers" (Şotlandiya), "Dinamo" (Belarus), "Hamarbü" (İsveç), "Rusenborq" (Norveç), "Kayrat" (Qazaxıstan), "Qurnyiq" (Polşa), "Qəbələ" (Azərbaycan), "Makkabi" (Hayfa, İsrail), "Ludoqorets" (Bolqarıstan), "Viitorul" (Rumıniya), "Jilina" (Slovakiya), "Olimpiya" (Sloveniya), "Dyör" (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya), "Şerif" (Moldova), "Apolloniya" (Albaniya), "Voterford" (İrlandiya).



Qeyd edək ki, turnirin ilk püşkatması yanvarın 27-də baş tutacaq. 1/32 final matçı martın 2-3-də keçiriləcək. Koronavirus pandemiyasına görə səfərlərin məhdudlaşdırılması və vaxt azlığı səbəbindən, cütün taleyinə bir matç əsasında aydınlıq gələcək.

9-12-2020, 02:00 | Ən yaxşı kameraya malik smartfon bəlli olub


Ən yaxşı kameraya malik smartfon bəlli olub


Videobloqer Markes Braunli "Asus ZenFone 7 Pro" qurğusunu ən yaxşı kameraya malik smartfon adlandırıb. Müvafiq videobloqerin "YouTube" kanalında əlçatandır.

Braunli sınaq çərçivəsində 2020-ci ildə istehsal edilmiş müxtəlif istehsalçıların 16 smartfonunu yoxlayıb. Siyahıda "Apple", "Samsung", "Xiaomi", "Huawei", "OnePlus", "Asus", "LG", "Google", "Sony", "Microsoft", "Oppo" və "Motorola" şirkətinin qurğuları yer alıblar. Bloqer hər bir aparatın kamerası ilə eyni şəkillər çəkib. Bundan sonra Braunli şəkilləri 4,4 milyon abunəçisi olan "Twitter" bloqunda yerləşdirib və istifadəçilərə hər bir fotoya səs verməyi təklif edib.

Bloqer qeyd edib ki, səsvermənin birinci raundunun nəticəsinə görə "OnePlus", "Google", "Microsoft", "LG", "Oppo", "Xiaomi" şirkətlərinin qabaqcıl smartfonları, həmçinin "iPhone 12 Pro Max" sınağı tərk edib. Yarımfinalda 4 cihaz ("Huawei Mate 40 Pro", "Asus ZenFone 7 Pro", "Xiaomi Mi 10 Ultra" və "Samsung Galaxy Note20 Ultra") qalıb.

Final səsverməsində "Asus" şirkətinin qabaqcıl cihazı qalib gəlib. Sonda bloqer deyib ki, hər bir foto avtomatik rejimdə çəkilib və sonradan redaktə edilməyib.(ictnews.az)

9-12-2020, 01:56 | Dəridəki qara izin xal və ya dəri xərçəngi olmasını necə ayırd etmək olar?

Dəridəki qara izin xal və ya dəri xərçəngi olmasını necə ayırd etmək olar?


Yer kürəsində hər 57 dəqiqədən bir melanomadan bir xəstə həyatını itirir. Melanoma dərinə əmələ gələn, qara rəngli xaldır. Bu xalın xoşxassəli və ya bədxassəli olmasını isə 5 təhlükəli əlamət bildirir. Dərinin ən iri orqan olmasına baxmayaraq orada əmələ gələn kiçik bir xal xərçəng xəstəliyi ola və insanın həyatına son qoya bilər. Bəzən dərimizdə kiçik qara xala qarşı laqeyd yanaşmamız bizim üçün çox təhlükəli sayıla bilir. Bu səbəbdən də dəridə əmələ gələn tünd rəngli xallara qarşı diqqətli yanaşmaq lazımdır.

Onkoloqlar bizə adi görünən döyənəyin, zədələnmələrin, mazolların, xalların ən pis onkoloji xəstəliyə çevrilmə ehtimalı olduğunu söyləyirlər. Bəzən isə bu zədələrə qarşı diqqətsiz yanaşmamız və ya onlara lazım olmayan qaydada toxunmamız onların ən pis xəstəliklərə çevrilməsinə səbəb olur.
Bəs dəridə olan xalları xərçəng xəstəliyindən necə ayırd etmək olar?
Statistikanın hesablamalar hər 57 dəqiqədn bir dünyada bir adamın melanomada öldüyünü qeyd edir. Melanoma dəri xərçəngidir. Bəzən insanlar melanomanı dəridə əmələ gələn qara xalla qarışdırırlar. Melanomanın 5 əsas əlaməti var.
1. Asimmetriya
Dərinəki tünd rəngli xalın ətrafı tam və sığallıdırsa o zaman xal, çopur və asimmetrikdirsə melanoma hesab edilir.
2. Sərhədlər
Qara xalın sərhədləri olur, melanomanın kənarları isə hamar olmur. Melanomanın hüdudları girintili-çıxıntılı, kələ-kötür olur.
3. Rəng
Tünd rəngli xala diqqətlə baxdıqda onun rənginin qəhvəyi olduğu dəqiq sezilir. Bu zaman xalın hər tərəfinin rəngi eyni olur. Melanomanın rəngi isə daha tünd və fərqli olur. Melanomanın bir tərəfi qara, digər tərəfi isə tünd qəhvəyi olur.
4. Diametr
Normal qara xal dairəvi olur və onun diametrini ölçmək mümkün olur. Melanomanın isə diametrini ölçmk mümkün deyildir.
5. Dəyişikliklər
Tünd rəngli xallar öz formasını və ölçüsünü dəyişmir. Melanomalar isə asimmetrik olaraq böyüyə bilirlər. Bəzən isə melanomalardan bir qədər kənarda başqa tünd rəngli xallar əmələ gələ bilir.
Mütəxəsislər dərisində tünd rəngli xal olan adamları dərilərini düz düşən günəş şüalarından, ultrabənövşəyi şüalanmadan qorunmağı məsləhət bilir.(milli.az)

9-12-2020, 01:54 | Smartfonlar üçün çoxdəfəli avtomatik bərpa olunan plyonka hazırlanıb

Smartfonlar üçün çoxdəfəli avtomatik bərpa olunan plyonka hazırlanıb


Alimlər smartfonlar üçün zədələnmələrdən sonra özü bərpa olunan plyonka hazırlayıblar. Onlar yeni hazırlamada jelatindən istifadə ediblər.
Pplyonka dəfələrlə bərpa oluna bilər. Çatlar bir neçə dəqiqə ərzində bərpa olur. Nəticədə plyonka öz xüsusiyyətlərini qoruyub saxlayır.

Alimlər iş zamanı jelatin və qlükozanı qarışdırıblar. Laboratoriya sınaqları nəticəsində məlum olub ki, plyonkadakı zədələnmələr otaq temperaturunda bir neçə saat ərzində və ya 60 selsi dərəcə temperaturda 10 dəqiqə ərzində bərpa olur.

Maraqlıdır ki, plyonka çoxsaylı mexaniki zədələnmələr və bərpadan sonra elektrik siqnalını ötürmək qabiliyyətini qoruyub saxlayır. Yeni hazırlamanın müəllifləri hesab edirlər ki, kommersiya istifadəsi vaxtı yenilik qurğuların sensor ekranlarının işləmə müddətini artıracaq.(ictnews.az)

9-12-2020, 01:51 | Bişmiş və çiy yumurtanı soyuducuda nə qədər saxlamaq olar?

Bişmiş və çiy yumurtanı soyuducuda nə qədər saxlamaq olar?


Suda bişmiş yumurtanı soyuducuda 20 gündən, otaq tempraturunda isə 3 gündən artıq saxlamaq olmaz. Çünki, onun daxili hissəsi otaq temperaturundan çürüyüb qarala bilir. Buna səbəb isə bişirilən zaman yumurtanın üst qoruyucu təbəqəsinin məhv olmasıdır.
Suda bişmiş yumurtanın xarab olması barədə nənələrimizin də məlumatı olub. Onlar da 2-3 gün saxlanılan bişmiş yumurtanı yeməyiblər. Yəni, saxlanılan yumurtanın insan orqanizmi üçün zərərli olmasını sübut etmək üçün alim olub araşdırmalar aparmaq lazım gəlmir.
Adətən yumurta suda bişirilib saxlanılmadan yeyilir. Yanlız bəzənmiş bayram yumurtalarını günlərlə saxlamaq lazım gəlir. Buna görə də nənələrimiz bayram yumurtalarını soğan qabığında bişiriblər. Çünki, soğan qabığı qatılmış suda bişən yumurtalar qoruyucu təbəqəsini itirmir. Mütəxəssislər adi suda bişmiş yumurtanın üstünü duru yağla yağlayıb soyuducuda saxlanılmasını məsləhət bilirlər. Bu üsulla suda bişmiş yumurtanı 5-10 gün saxlamaq mümkündür.(milli.az)

9-12-2020, 01:48 | Ayaqlarınızın artıq dəridən xilas olmasını istəyirsinizsə, o zaman mütləq oxuyun

Ayaqlarınızın artıq dəridən xilas olmasını istəyirsinizsə, o zaman mütləq oxuyun


Bu iki maddədən hazırlanan qarışım sizin ayağınızdakı mazollardan, qatılaşmış və qurumuş dəridən xilas edəcək. İstədiyinizi əldə etməyiniz üçünsə müalicəni 10 gün aparmalısınız. 10 gün sonra isə ayağınızın altının tər-təmiz olduğunun şahidi olacaqsınız. Bunun üçün siz aşağıdakılara əməl etməlisiniz.

Lazım olanlar:
* aspirin 10 ədəd
* tibbi spirt 250 qram
Aspirinlər əzilib toz halına salınır və tibbi spirtə qatılıb 1-2 gün müddətdə saxlanılır.
İstifadə qaydası:
Ayağın alt hissəsini bükəcək qədər tənzif götürülür. Tənzifin üzərinə qarışımdan sürtülür və ayağın altı bükülərək polietilen paketlə sarınır. Sarğının üstündən kip corab geyinilir və ayaqlar gecə boyu sarğıda qalır. Səhər ayaq yuyulur, yumşaldıcı krem və ya qliserin sürtülür.(milli.az)

9-12-2020, 01:46 | Bu müalicə maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən piy toxumalarını xaric edir

Bu müalicə maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən piy toxumalarını xaric edir


Bu müalicə maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən piy toxumalarını xaric edir, damarların divarında yığılıb qalmış artqları təmizləyir, damar divarlarının elastikliyini bərpa edir.Bununla da dəmləmə orqanizmi aşağıdakı xəstəliklərdən xilas edir:
* insult
* infarkt
* stenokardiya
* hipertoniya
* qulaqlarda səs
* görmənin zəifləməsi
* patoloji qocalma
Damarların təbbi yollarla təmizlnməsi, arteriya və venalardan artıq maddələrin xaric olunması da dəmləməni qəbul edən zaman müalicə olunan xəstəliklərin siyahısındadır.
Arteriya və venaların təmizlənməsi orqanizmdən artıq duzların və şlakların xaric olunması damarların elastikliyini artırır və orqanizmi cavanlaşdırır. Bu resepti tətbiq edənlərin görmə qabiliyyətlərində yaxşılaşma, qara ciyərində, bağırsaqlarında təmizlənmə, bronxlarında, nəfəs yollarında isə rahatlıq əmələ gəlir.
1-ci resept
120 qram qurudulmuş və xərdalanmış çobanyastığı çiçəyi, solmazçiçəyi, ağcqayın toxumu, dəvədabanı qarışdırılır. Bir xörək qaşığı bu qarışımdan yarım litr qaynar suya əlavə edilir və axşam dəmlənir. Dəmləmədən 200 ml axşam, 200 ml isə səhər qəbul edilr. Dadlandırmaq üçün dəmləməyə bal əlavə etmək olar. Müalicə 5 ildə 1 dəfə təkrar edilir.
2- ci resept
Bir stəkan şüyüd toxumu, 2 xörək qaşığı pişikotu (valerian)kökü, 2 stəkan təbii bal 2 litrlik termosa tökülür və üzərinə qaynar su tökülür. Dəmləmədən gündə 3 dəfə 1 stəkan olmaqla yeməkdən əvvəl qəbul edilir.
3-cü resept
Aqrimoniya və ya kivi şirəsi damarları təmizləyir.
4-cü resept
1 xörək qaşığı cigərotunun üzrəinə 200 ml qaynar su əlavə edilib 20 dəqiqə dəmlənir. Gündə 3 dəfə 3 xörək qaşığı içilir.
5-ci resept
200 qram qoz sürtkəcdən keçirilir, üzərinə 1 litr keyfiyyətli araq əlavə edilir. Qarışım sərin və qaranlıq yerdə 2 həftə saxlanılır. Sonra gündə 3 dəfə 20 damcı 1/3 nisbətində su ilə qatılıb qəbul edilir.
6-cı resept
Bir kök zəncirotunun yarpaqları və çiçəkləri rafinə edilməmiş günəbaxan yağına qatılır və qarışdırılır. Günün istənilən saatında istədiyiniz qədər yeyə bilərsiniz.(milli.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.