9-12-2020, 01:54 | Smartfonlar üçün çoxdəfəli avtomatik bərpa olunan plyonka hazırlanıb

Alimlər smartfonlar üçün zədələnmələrdən sonra özü bərpa olunan plyonka hazırlayıblar. Onlar yeni hazırlamada jelatindən istifadə ediblər.
Pplyonka dəfələrlə bərpa oluna bilər. Çatlar bir neçə dəqiqə ərzində bərpa olur. Nəticədə plyonka öz xüsusiyyətlərini qoruyub saxlayır.
Alimlər iş zamanı jelatin və qlükozanı qarışdırıblar. Laboratoriya sınaqları nəticəsində məlum olub ki, plyonkadakı zədələnmələr otaq temperaturunda bir neçə saat ərzində və ya 60 selsi dərəcə temperaturda 10 dəqiqə ərzində bərpa olur.
Maraqlıdır ki, plyonka çoxsaylı mexaniki zədələnmələr və bərpadan sonra elektrik siqnalını ötürmək qabiliyyətini qoruyub saxlayır. Yeni hazırlamanın müəllifləri hesab edirlər ki, kommersiya istifadəsi vaxtı yenilik qurğuların sensor ekranlarının işləmə müddətini artıracaq.(ictnews.az)
9-12-2020, 01:51 | Bişmiş və çiy yumurtanı soyuducuda nə qədər saxlamaq olar?

Suda bişmiş yumurtanı soyuducuda 20 gündən, otaq tempraturunda isə 3 gündən artıq saxlamaq olmaz. Çünki, onun daxili hissəsi otaq temperaturundan çürüyüb qarala bilir. Buna səbəb isə bişirilən zaman yumurtanın üst qoruyucu təbəqəsinin məhv olmasıdır.
Suda bişmiş yumurtanın xarab olması barədə nənələrimizin də məlumatı olub. Onlar da 2-3 gün saxlanılan bişmiş yumurtanı yeməyiblər. Yəni, saxlanılan yumurtanın insan orqanizmi üçün zərərli olmasını sübut etmək üçün alim olub araşdırmalar aparmaq lazım gəlmir.
Adətən yumurta suda bişirilib saxlanılmadan yeyilir. Yanlız bəzənmiş bayram yumurtalarını günlərlə saxlamaq lazım gəlir. Buna görə də nənələrimiz bayram yumurtalarını soğan qabığında bişiriblər. Çünki, soğan qabığı qatılmış suda bişən yumurtalar qoruyucu təbəqəsini itirmir. Mütəxəssislər adi suda bişmiş yumurtanın üstünü duru yağla yağlayıb soyuducuda saxlanılmasını məsləhət bilirlər. Bu üsulla suda bişmiş yumurtanı 5-10 gün saxlamaq mümkündür.(milli.az)
9-12-2020, 01:48 | Ayaqlarınızın artıq dəridən xilas olmasını istəyirsinizsə, o zaman mütləq oxuyun

Bu iki maddədən hazırlanan qarışım sizin ayağınızdakı mazollardan, qatılaşmış və qurumuş dəridən xilas edəcək. İstədiyinizi əldə etməyiniz üçünsə müalicəni 10 gün aparmalısınız. 10 gün sonra isə ayağınızın altının tər-təmiz olduğunun şahidi olacaqsınız. Bunun üçün siz aşağıdakılara əməl etməlisiniz.
Lazım olanlar:
* aspirin 10 ədəd
* tibbi spirt 250 qram
Aspirinlər əzilib toz halına salınır və tibbi spirtə qatılıb 1-2 gün müddətdə saxlanılır.
İstifadə qaydası:
Ayağın alt hissəsini bükəcək qədər tənzif götürülür. Tənzifin üzərinə qarışımdan sürtülür və ayağın altı bükülərək polietilen paketlə sarınır. Sarğının üstündən kip corab geyinilir və ayaqlar gecə boyu sarğıda qalır. Səhər ayaq yuyulur, yumşaldıcı krem və ya qliserin sürtülür.(milli.az)
9-12-2020, 01:46 | Bu müalicə maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən piy toxumalarını xaric edir

Bu müalicə maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən piy toxumalarını xaric edir, damarların divarında yığılıb qalmış artqları təmizləyir, damar divarlarının elastikliyini bərpa edir.Bununla da dəmləmə orqanizmi aşağıdakı xəstəliklərdən xilas edir:
* insult
* infarkt
* stenokardiya
* hipertoniya
* qulaqlarda səs
* görmənin zəifləməsi
* patoloji qocalma
Damarların təbbi yollarla təmizlnməsi, arteriya və venalardan artıq maddələrin xaric olunması da dəmləməni qəbul edən zaman müalicə olunan xəstəliklərin siyahısındadır.
Arteriya və venaların təmizlənməsi orqanizmdən artıq duzların və şlakların xaric olunması damarların elastikliyini artırır və orqanizmi cavanlaşdırır. Bu resepti tətbiq edənlərin görmə qabiliyyətlərində yaxşılaşma, qara ciyərində, bağırsaqlarında təmizlənmə, bronxlarında, nəfəs yollarında isə rahatlıq əmələ gəlir.
1-ci resept
120 qram qurudulmuş və xərdalanmış çobanyastığı çiçəyi, solmazçiçəyi, ağcqayın toxumu, dəvədabanı qarışdırılır. Bir xörək qaşığı bu qarışımdan yarım litr qaynar suya əlavə edilir və axşam dəmlənir. Dəmləmədən 200 ml axşam, 200 ml isə səhər qəbul edilr. Dadlandırmaq üçün dəmləməyə bal əlavə etmək olar. Müalicə 5 ildə 1 dəfə təkrar edilir.
2- ci resept
Bir stəkan şüyüd toxumu, 2 xörək qaşığı pişikotu (valerian)kökü, 2 stəkan təbii bal 2 litrlik termosa tökülür və üzərinə qaynar su tökülür. Dəmləmədən gündə 3 dəfə 1 stəkan olmaqla yeməkdən əvvəl qəbul edilir.
3-cü resept
Aqrimoniya və ya kivi şirəsi damarları təmizləyir.
4-cü resept
1 xörək qaşığı cigərotunun üzrəinə 200 ml qaynar su əlavə edilib 20 dəqiqə dəmlənir. Gündə 3 dəfə 3 xörək qaşığı içilir.
5-ci resept
200 qram qoz sürtkəcdən keçirilir, üzərinə 1 litr keyfiyyətli araq əlavə edilir. Qarışım sərin və qaranlıq yerdə 2 həftə saxlanılır. Sonra gündə 3 dəfə 20 damcı 1/3 nisbətində su ilə qatılıb qəbul edilir.
6-cı resept
Bir kök zəncirotunun yarpaqları və çiçəkləri rafinə edilməmiş günəbaxan yağına qatılır və qarışdırılır. Günün istənilən saatında istədiyiniz qədər yeyə bilərsiniz.(milli.az)
8-12-2020, 02:40 | Fernando Santuş Azərbaycanın yer aldığı qrupu dəyərləndirib

"Püşkatma təhlil üçün deyil, onlarla oynamaq və qalib gəlmək üçündür. Bizim üçün çətinlik olmamalıdır".
Bunu Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş deyib.
O, Azərbaycanla rəqib olduğu DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib: "AVRO-2020-nin seçmə mərhələsində Serbiya ilə oynamışıq. Düzdür, əvvəl onlarla, sonra Ukrayna ilə heç-heçələrlə işimizi çətinləşdirmişdik. Əsas yaxşı hazırlaşmaqdır. Həm də təqvim uğurlu olmalıdır. Dünya çempionu adına iddia etmək üçün mərhələni adlamalıyıq. Portuqaliya böyük favoritdir".(apasport.az)
8-12-2020, 02:35 | Qrupda şansımız ola bilər" - Canni De Byazi

Bu gün UEFA-nın Sürix şəhərində 2022-ci ildə Qətərdə təşkil ediləcək Dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:
"Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq. Qarşıda 4 aya yaxın vaxtımız var. Bu müddətdən hazırlıq üçün səmərəli istifadə etməliyik. Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, AÇ-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər".
8-12-2020, 02:32 | Koronavirusu ən təhlükəli şəkildə yayanlar açıqlandı

Rusiyanın biotəhlükəsizlik üzrə eksperti, tibb elmləri doktoru Nikolay Durmanov bildirib ki, virusun orqanizmində fəal şəkildə artdığı, amma bunun açıq şəkildə simptomlarının olmadığı pasiyentlər koronavirusu ən çox yayanlardır.
Ekspert virusun bu səbəbdən sürətlə yayıldığını qeyd edib.
Durmanov izah edib ki, bir qism pasiyentlərdə xəstəliyin xarici təzahürləri olmaya bilər. Mütəxəssisin sözlərinə görə, insan özü sağlam ola bilər, amma eyni zamanda onun ətraf mühitə böyük miqdarda virus yayması mümkündür.
Həkim qeyd edib ki, hər hansı insanın virusun ən çox yaymasını yalnız o, koronavirus testi verdikdə müəyyənləşdirmək mümkündür. Ancaq sonra onun təmasda olduğu bütün sağlam insanları yoxlamaq lazımdır, halbuki bu mümkün deyil.
Mütəxəssisin sözlərinə görə, bu baxımdan özünü qorumağın yeganə üsulu bütün insanlarla təmasda olarkən qaydalara riayət etməkdən, qoruyucu maskalar və əlcəklərdən hər yerdə istifadə etməkdən ibarətdir. (medicina.az)
8-12-2020, 02:26 | Koronavirusdan qorunmaq üçün bunu için

Şimali Karolina Universitetinin bioloqları koronavirusdan qorunmağa kömək edəcək daha çox məhsul tapıb.
Bəzi məhsulların tərkibindəki maddələr virusun bədəndə çoxalmasına mane olur. Alimlərin fikrincə, muskat üzümü, tünd şokolad və yaşıl çay proteaz fermentləri SARS-CoV-2-ni yaxşı bloklayır. Biologiya professoru De Yu Xie virusun Mpro adlı əsas proteaza sahib olduğunu izah edib.
"Bu, özünün çoxalması üçün lazımdır. Əgər ona təsir etmək mümkün olarsa, virus ölür. Yaşıl çay və üzümdəki maddələr Mpro funksiyasını boğmağa çox müvəffəq olub. Kakao tozu və tünd şokoladdakı birləşmələr proteaz aktivliyini təxminən yarıya endirir". (medicina.az)
8-12-2020, 02:23 | Həkim-infeksionist: Əvvəlcədən vitamin qəbul edilməsi...

Yeni növ koronavirus (COVID-19) infeksiyası hava-damcı yolu ilə yayıldığından qış aylarında daha çox arta bilər. Qarşıda soyuq ayların olduğunu nəzərə alsaq, infeksiyanın artımı gözlənilən və proqnozlaşdırılandır. Onun qarşısını almaq üçün görülən tədbirlər ümumi respirator infeksiyalara qarşı aparılan tədbirlərdən ibarətdir. Burada başlıca məsələ hər kəsin öz üzərinə düşən məsuliyyəti dərindən anlamaqdan və ona düzgün riayət etməkdən ibarətdir. İlk növbədə zərurət olmadığı təqdirdə evdən çıxmamaq lazımdır. Küçəyə çıxmaq xəstəliyə yoluxmağa və başqalarını yoluxdurmağa səbəb ola bilər. Hansısa zərurətdən küçəyə çıxdıqda mütləq maskalardan istifadə edilməlidir. Maskalar da bir neçə kateqoriyaya bölünür. Daha yaxşı olar ki, N95 maskalarından istifadə olunsun. Hazırda əhalinin əksəriyyəti cərrahi maskalardan istifadə edir. Əslində həmin maskaların istifadə müddəti 2 saatdır və onlar cərrahi məqsədlər üçün nəzərə tutulub. Onların qoruyuculuq funksiyası o qədər yüksək deyil. N95 maskasının da istifadə müddəti var. Bəzən ondan günlərlə, həftələrlə istifadə edilməsi əlavə problemlər yaranmasına səbəb olur.
AZƏRTAC- bildirir ki, bunu həkim-infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərindən bəhs edərkən deyib.
Həkim-infeksionist qeyd edib ki, ev şəraitində koronavirusdan müalicə olunan xəstə varsa, ailənin digər üzvləri 14 gün müddətində təcrid olunmalıdır: "Xəstənin ailənin sağlam üzvləri ilə təmasına yol verilməməli, ailədə hamı maska taxmalı, ümumi istifadədə olan otaqlar gün ərzində mütəmadi olaraq dezinfeksiya edilməlidir. Evin havası 2-3 saatdan bir dəyişilməli və digər profilaktik tədbirlər görülməlidir. Nə qədər ki, koronavirus infeksiyasına qarşı peyvənd hazırlanmayıb, o həmişə mövcud olacaq. Hazırlanan peyvənd kifayət qədər səmərəli olmasa, onda bu infeksiya ilə birlikdə yaşamaq qaydasına yiyələnməliyik.
Bunu mütləq nəzərə almaq lazımdır ki, bir xəstə üçün tətbiq olunan müalicə vasitəsi digəri üçün əks göstəriş ola bilər və hətta daha ağır nəticələrə aparıb çıxarar. Ona görə də özünümüalicə üsulundan çəkinmək lazımdır. Ev şəraitində müalicə olunan xəstəyə kompleks yanaşılır. Xəstənin rejimi, qidalanması, yaşı nəzərə alınır. Bundan başqa müalicələr xəstənin vəziyyətinə, yaşına, cinsinə, yanaşı xəstəliklərinə uyğun olaraq aparılır. COVID-19-a yoluxanlar arasında ağır gedən patologiyalar şəkərli diabet, autimmun və onkoloji xəstələr, böyrək çatışmazlığından əziyyət çəkənlər, daha çox piylənməsi olanlardır və onların infeksiyaya yoluxması daha ağır nəticələrə səbəb ola bilər. Müalicəyə başlayanda xəstənin vəziyyəti qiymətləndirilməli və bundan sonra müalicələrə başlanılmalıdır. Müalicənin prinsipləri həddindən artıq çoxdur. Onu qeyd etmək istəyirəm ki, bu gün cəmiyyət üçün daha təhlükəsi olan asimptomatik xəstələrdir və onlarda kliniki əlamətlər müşahidə olunmur. Onlar əsasən 20-25 yaşına qədər olanlardır və immunitetləri möhkəm olduğuna görə xəstələnmirlər, lakin virusu yayırlar. Həmin xəstələr ictimaiyyət içinə çıxdıqda təmasda olduğu hər kəsi virus infeksiyasına yoluxdururlar və test verməyənə qədər həmin şəxslərə qarşı heç bir müalicə tətbiq edilmir".
Onun dediyinə görə, müalicə prosesi zamanı antibiotik və antiviral dərmanların tətbiqinə tələsmək düzgün deyil: "Təəssüf ki, bu gün insanlar saysız-hesabsız antibiotiklər və antiviral dərmanlar qəbul edirlər. Məsələn, vaxtilə qripin müalicəsində tətbiq olunan virus əleyhinə dərmanlardan COVID-in müalicəsində də istifadə edirlər, lakin nəzərə almırlar ki, bu gün COVID-ə təsir edən antiviral preparat yoxdur. Ona görə də özbaşına tətbiq edilən həmin preparatlar əlavə təsirlərə səbəb olur və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur.
Dövlət xəstəxanasında müalicə olunanlara verilən dərmanlar həkim müayinəsi aparılmadan təyin edilmir. Evdə müalicə alan xəstələr poliklinikaya müraciət etdikdən sonra onun vəziyyəti qiymətləndirilir, yanaşı xəstəlikləri öyrənilir və buna uyğun olaraq da xəstəyə dərmanlar verilir. Həkim təyinatı olmadan özbaşına qəbul edilən dərmanlar əlavə təsirlərə səbəb olur. Yaxud bəzi xəstələr vitamin komplekslərinə üz tutur, məsələn, D vitaminin qəbul edir. Doğrudur, COVID-19 xəstələrində D vitaminin səviyyəsi aşağı düşür, amma əvvəlcədən vitamin qəbul edilməsi onun gələcəkdə xəstələnməməsinə təminat vermir. Gələcək ağırlaşmaların baş verməməsi üçün yenə də mütləq həkimə müraciət edilməlidir".
8-12-2020, 02:20 | Daha çox yaşamaq istəyirsinizsə, bu vərdişləri TƏRGİTMƏYİN

Alimlər insan ömrünü 10 il uzada biləcək sağlam vərdişlər aşkar ediblər.
Mütəxəssislər Aralıq dənizi pəhrizinə riayət etməyi tövsiyə edirlər.
Tədqiqatlar göstərir ki, meyvə, tərəvəz və buğda ilə zəngin olan pəhrizlər xərçəng, ürək-damar xəstəlikləri, depressiya, metabolik sindrom və beyin pozulma riskini azaldır.
Alimlərin fikrincə, çox yaşaya bilmək üçün zərərli vərdişləri, xüsusilə siqaret çəkməyi tərgitmək lazımdır. Çünki siqaret çəkmək ömrü 10 il azaldır.
Eyni zamanda orta dozada spirtli içki qəbul etmək erkən ölüm riskini 17-18% azalda bilər.
Daha çox yaşamaq üçün stress səviyyəsini azaltmaq lazımdır. Araşdırmalara görə, xoşbəxt insanlar 3,7 faiz daha az ölür. sputnik"


















