12-11-2020, 08:40 | İnstaqram"ın işində nasazlıqlar yaranıb

"İnstaqram" sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə edilir.
Bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.
Məlumata əsasən, nasazlıqlar ən çox ABŞ,Braziliya, Kolumbiya, Çili, Fransa, Ukrayna və Avstraliyada qeydə alınıb.
İstifadəçilərin təxminən 86 faizi tətbiqin xəbər lentində, 7 faizi "stories" bölməsində, 6 saytın işində problemlərlə qarşılaşıb.
12-11-2020, 08:14 | Daha bir yığmanın baş məşqçisi koronavirusa yoluxdu

İsveç yığmasının baş məşqçisi Yanne Anderssonda koronavirusa aşkarlanıb.
Bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
58 yaşlı mütəxəssis ötən həftənin sonundan karantindədir. Buna görə də o, Danimarka yığmasına qarşı keçirdikləri yoxlama oyununda da komandasına rəhbərlik edə bilməyib.
Qeyd edək ki, Andersson 2016-cı ildən İsveç yığmasını çalışdırır.
Yanne Anderssondan öncə Macarıstan yığmasının baş məşqçisi Marko Rossidə də koronavirus aşkarlandığı açıqlanmışdı.
12-11-2020, 08:06 | Bu 15 əlamət sizin xəstə olmağınızın göstəricisidir

İnsan orqanizmi çox mürəkkəbdir. Orqanizmdə hər saniyə müxtəlif proseslər gedir və bəzən biz özümüzə lazimi qədər zaman ayıra bilmirik. Hətta bəzən elə patologiyalar meydana gəlir ki, biz həkimə müraciət etdikdə iş-işdən keçmiş olur. Amma bəzi əlamətlər vardır ki, onlar insan bədənində olan xəstəliklərin ilkin siqnalları sayılır. Bu siqnallar hansılardır?
1. Dərinin quruluğu.
Bu orqanizmdə E vitamininin çatışmamazlığının göstəricisidir. Dəridə quruluq olduqda çoxlu miqdar qoz, balıq yağı və bitki yağları qəbul etmək lazımdır.
2. Saçların tökülməsi və keyfiyyətsiz dırnaqlar.
Bu orqanizmdə B qrup vitaminlərin və kalsiumun çatışmazlığının göstəricisidir. Bu zaman buğda, arpa və dənli bitkilərdən hazırlanmış şorbalar və çörək yemək lazımdır.
3. Diş əti qanamaları.
Bu orqanizmdə C vitamini çatışmazlığı olduğu zaman baş verir. C vitamini ən çox soğanda, sarımsaqda, sitrus meyvələrdə və tərəvəzlərdə olur. Mütəxəssislər diş ətində qanaxmalar olan adamlara bu qidalardan çox istifadə etməyi məsləhət bilir.
4. Əsəbilik və yuxusuzluq.
Bu kalium və maqniumun çatışmazlığından xəbər verir. Bu mikroelementlər isə qaysıda, ərikdə, qara gavalıda və çuğundurda olur.
5. Əzələlərdə gecələr baş verən qıcolmalar.
Bu orqanizmdə kaliumun və kalsiumun çatışmazlığını bildirir.
6. Qaz dərisinə bənzər dəri.
Bu əlamət orqanizmdə A və C vitamininin olmamasının göstəricisidir. Bu əlaməti aradan qaldırmaq üçün narıncı rəngdə olan meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır. Bu meyvə-tərəvəzlərə yerkökü, balqabaq, şaftalı, qaysı, pomidor və s. aiddir.
7. Duzlu qidalara meyl etmə.
Orqanizmdə iltihabi proseslər olduqda turşuya meyillik yaranır.
8. Şirniyyata meyl etmə.
Bu orqanizmdə enerji çatışmazlığı və sinir sistemində gərginlik olan zaman baş verir. Şirniyyata meyillilik hiss edildiyi zaman mütəxəssislər hər səhər yeməyi zamanı 1 xörək qaşığı bal və ya tünd şokolad yeməyi tövsiyə edirlər.
9. Atışdırmalıq qida istəyi.
Bu istək qaraciyər və mədə-bağırsaq xəstəlikləri zamanı baş verir. Atışdırmalıq qida mədə spazmını aradan qaldırır və mədəni sakitləşdirir.
10. Qidaya olan həvəsin azalması.
Bu depressiya hallarında baş verir.
11. Tum çırtlamağa olan həvəsin artması.
Bu orqanizmdə antioksidantların çatışmazlığının göstəricisidir.
12. Turş qidalara meyilliyin olması.
Orqanizm özü qaraciyərin və öd kisəsinin fəaliyyətini stimulyasiya etmək istədikdə turşu tələb edir. Bu zaman insanlar limon və digər turş qidaları yeməyə həvəsli olur.
13. Tünd qidalara meyilliyin olması.
Bu mədə-bağırsağın təmizlənməyə ehtiyacı olduğunun göstəricisidir. Belə olduqda mədə-bağırsağı təmizlətmək lazımdır.
14. Kəskin qidalara meyilliyin olması.
Kəskin qidalar həzmi normallaşdırır, stimulyasiya edir. Mütəxəssislər kəskin qidalardan acqarına istyifadə eməyi məsləhət bilmir.
15. Dəniz məhsullarına meyilliyin olması.
Dəniz məhsullarına meyilliliyin artması orqanizmdə yod çatışmazlığının göstəricisidir.(milli.az)
12-11-2020, 08:04 | Qida borusunun polipi

Qida borusunun polipi patomorfoloji cəhətdən epitel toxuması ilə formalaşır və qida borusunun xoşxassəli şiş xəstəliyi sayılır.Statistikanın hesablamalarına əsasən bu xəstəliyə ən çox orta yaşlı kişilərdə rast gəlinir.
Polip qida borusunun istənilən nahiyəsində əmələ gələ bilir,amma,ən çox təsadüf edildiyi nahiyə mədənin qida borusu ilə birləşən hissəsinə yaxın yerdə - sfinkter yaxınlığında əmələ gəlir.Qida borusunun polipinə qida borusunun aşağı 1/3 hissəsində daha çox rast gəlinir.Bu xoşxassəli şiş toxuması morfologiyasından asılı olaraq uzun ayaqcığa malik olur və ətraf toxumalara yayıla bilir.Polipin ayaqcıqları xəstəliyin ürək nahiyəsinə yayıla biləcəyinə görə təhlükəli hesab edilir.Ayaqcıqlar polipin yerləşdiyi yerdən asılı olaraq ürək və qırtlaq nahiyəyə doğru uzana bilir.
Polip yumşaq epitel toxumadan ibarət olub qırmızı rəngdə olur və endoskopiya zamanı toxunduqda qanayır.Polipin forması hadir hallarda dairəvi olur və əksər hallarda fibroqastroskopiya və mədənin digər müxtəlif müayinələri zamanı aşkar ediir.İri ölçülü poliplər xüsusi simpttomatikaya malik olur və müəyyən edilmiş xüsusi müalicə tələb edir.
Bəzən polipin yanında ona bitişik başqa bir törəməyə də rast gəlmək olur ki,bu polipoz adlanır.Bəzi hallarda polipin ayaqcığı uzanıb mədənini girəcəyinə doğru uzanır və orada da polip inkişaf edir.Bu zaman polip artıb-çoxalan göbələyə oxşayır,amma,xoşxassəli hesab edilir.Müalicə zamanı kəsilib götürülən polip qırmızı kələmə bənzəyir.Mütəxəssislər artıb-çoxalan polipin mədənin bədxassəli şişinə çevrilə biləcəyi ehtimalının çox olduğunu söyləyirlər.Həkimlər ən çox iri ölçüyə sahib olan poliplərin orqanizm üçün qorxulu olduğunu qeyd edirlər.Xırda ölçülü poliplər isə xəstənin ümumi halına mənfi təsir etmir.
Xəstəliyin baş verməsində aşağıdakı etioloji faktorların rolu olduğu söylənilir:
* selikli qişanın xroniki iltihabi xəstəlikləri
* mədə şirəsinin reflyus səbəbli sfinktora sıçraması
* spirtli içkilərdən çox istifadə
* genetik meyillilik
Polipin ümumi xarakteri onun ölçüsü,quruluşu,hipodinamikası,qidalanması və hansı xassəyə malik olmasından asılıdır.
Polip aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* udma zamanı çətinlik
* boğazda nəyinsə ilişib qalma hissi
* döş nahiyədə təzyiq hissi
* qıcqırma
* udma zamanı ağrının olması
Polipin diaqnozu endoskopik və rentgenoloji müayinələr zamanı təsdiq edilir.Müalicə cərrahi yolla aparılır.Müalicə ətraf toxumalara toxunmadan polipi xaric etməkdən ibarətdir.(milli.az)
12-11-2020, 08:01 | Bundesliqa klubunun bütün futbolçuları karantina yerləşdirildi

Almaniya Bundesliqasında çıxış edən "Hoffenhaym" klubunun bütün futbolçuları karantinə yerləşdirilib.
Bununla bağlı "Haber Global" məlumat yayıb.
Klubdan verilən açıqlamaya görə, buna səbəb klubun 5 üzvündə koronavirus testinin pozitiv çıxmasıdır. Bunlar futbolçular danimarkalı Robert Skov, israilli Munas Dabbur, eyni zamanda Sebastian Rudi, İşak Belfodil və texniki işçilərdən biridir.
Bildirilib ki, bu səbəbdən klubun məşqləri təxirə salınıb.
12-11-2020, 07:56 | Yod kletkası çəkmənin orqanizmə faydası varmı?

İnsan orqanizmində bir çox xəstəliklər zamanı biz xəstə nahiyəmizə yod kletkası çəkirik. İndi hər bir evin dərman qutusunda yod məhlulu var və demək olar ki, hamı yod kletkasından lazım olan vaxt istifadə edir.
Yod kletkası xəstəliklərin müalicəsində effektli sayılmır, amma ondan xalq arasında geniş istifadə edilir. Belə ki, yod kletkası müəyyən yüngül patoloji əlamətləri aradan qaldırmaqla xəstənin vəziyyətini yüngülləşdirir.
Yod kletkasından soyuqdəmə və osteoxondroz ağrıları zamanı daha çox istifadə edilir və faydalı olur. Bəs bunun səbəbi nədir?
Dəriyə yod çəkildiyi zaman dərialtı kapillyarlarda genişlənmələr baş verir ki, bu da həmin nahiyəyə qanın axınını sürətləndirir və ağrı hissi azalır. Dəridə kiçik iltihabi nahiyələrə yod sürtülən zaman iltihaba uğramış toxumalara da qanın axını sürətlənir və iltihab əlamətləri aradan qalxır. Amma yadda saxlamaq lazımdlr ki, yüksək temperatura olduqda dəriyə yod kletkası çəkmək olmaz.
Mütəxəssislər ehtiyacı olan adamın dərisinə birbaşa yod sürtməyi məsləhət bilmir. Çünki yoda qarşı allergiyası olan adamların dərisində müxtəlif patoloji əlamətlər meydana çıxa bilər. Bunun baş verməməsi üçün əvvəlcə dərinin kiçik bir hissəsinə yod sürtüb 10-15 dəqiqə gözləmək lazımdır. Əgər dəridə qızartı izi yoxdursa, o zaman ehtiyacı olan adamın dərisinə yod sürtmək olar.
Yod kletkasından ən çox aşağıdakı xəstəliklərdə istifadə edilir:
* radikulit
* osteoxondroz
* varikoz genəlmə
* tromboflebit
* astma, angina, bronxit
* mialgiya, nevralgiya
* gərilmələr, travmalar, qanaxmalar
* frunkul, karbonkul və abseslər
* mastit
* qalxanabənzər vəzi xəstəlikləri.
Yod kletkası çəkmək üçün 5%-li yod məhlulundan istifadə edilir. Bu zaman məhlul pambıq tampona batırılır və 1x1 sm ölçüdə kvadratlar şəklində ağrıyan nahiyəyə çəkilir.
11-11-2020, 15:38 | Xocavənd polis şöbəsi Hadrutda yerləşdirilib

Xocavənd polis şöbəsi Hadrutda yerləşdirilib.
Bunu Trend-ə Xocavənd icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov deyib.
E.Hüseynov bildirib ki, Hadrutda komendatura yaradılıb və komendant da Xocavənd rayon polis şöbəsinin rəisidir.
E.Hüseynov bildirib ki, Hadrutda müvafiq dövlət orqanları su, işıq, əmlak inventarlaşdırılması və digər məsələlər həyata keçirilir, yəni Prezident İlham Əliyev tərəfindən imzalanan işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərmana uyğun olaraq hər bir dövlət orqanı öz tapşırığını yerinə yetirir.
11-11-2020, 12:07 | DOST könüllülərindən möhtəşəm Qələbəmizlə bağlı maraqlı addım - VİDEO

Xalqımız Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və yenilməz Ordumuzun əldə etdiyi möhtəşəm Qələbənin sonsuz sevincini, qürurunu yaşayır. 30 ilə yaxındır erməni faşizminin əsarətində olan doğma torpaqlarımız işğaldan azad edildi, Vətənimizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı öz torpaqlarına sıx bağlılığını və o torpaqlarının əzəli-əbədi sahibi olduğunu, gücünü, sarsılmaz iradəsini, düşmənin başına yumruq kimi enərək mütləq Qələbəni təmin edən dəmir kimi möhkəm birliyini bütün dünyaya nümayiş etdirdi.
Bu möhtəşəm tarixi zəfər günündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST könüllüləri də ölkədə yaşanan ümumxalq qalibiyyət ruhuna və bayram əhval-ruhiyyəsinə uyğun maraqlı addım atdılar.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Trend-ə bildiriblər ki, onlar tarixə qızıl hərflərlə yazılan Qalibiyyətin bitib-tükənməz fərəhi ilə "QƏLƏBƏ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!" deyiblər.
DOST könüllüləri tərəfindən təşkil olunan fləşmobun videoçarxını təqdim edirik:
11-11-2020, 12:06 | Hər gün qatıq yesəniz...

Hər gün qatıq yesəniz aşağıdakıların şahidi olacaqsınız.
Mütəxəssislər hər gün qatıq yeməni məsləhət bilir və bunun aşağıdakılara səbəb olduğunu söyləyirlər. Hər gün qatıq yesəniz bədəninizdə bəzi dəyişikliklər baş verəcək:
* Çəkiniz azala bilər.
Qatığın tərkibi proteinlə zəngin olduğuna görə o bədəndə olan artıq piylərin əriməsinə yardım edir. Qatıq insanı uzun müddət tox tutur, onun şirniyyata olan həvəsini azaldır və iştahanı azaldır. Qatıq metobolizmi sürətləndirir və ən çox qarında yığılmış piylərin əriməsinə səbəb olur.
* Dİşləriniz sağlam olar.
Tərkibində olan protein və kalisum sayəsində gündəlik qatıq yeyən adamın dişləri sağlam olur.
* Həzm sisteminiz normaya düşür.
Qatıq həzm prosesini sürətləndirərək qəbizliyi aradan qaldırır. Hər axşam yatmazdan əvvəl bir stəkan qatıq içmək insan orqanizmi üçün çox faydalıdır. Bu bağırsağın işini sürətləndirir.
* Şirniyyata olan həvəsiniz azalar, şəkər aşağı düşər.
Əgər siz tez-tez acırsınızsa və ya diabet xəstəliyiniz varsa, qatıq sizin ən yaxın dostunuz olmalıdır. Hər gün qatıq yeyən adamlar arasında aparılan araşdırmalar qatığın qanda şəkəri düşürə bilmək qabiliyyətinə malik olduğunu sübut etmişdir. Bundan əlavə qatıq yemək insanın sirniyyata olan həvəsini də azaldır ki, bu da kökəlməyə meyilli adamların xeyrinədir.
* Göbələklərə qarşı təsir edir.
Qatıq təbii bir göbələk dərmanıdır. Belə ki, qatıq göbələk səbəbli meydana gələn mədə-bağırsaq xəstəliklərinin aradan qalxmasına səbəb
11-11-2020, 12:04 | Premyer Liqada koronavirusa daha 4 yoluxma

İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
2-8 noyabr aralığında 1646 nəfərdən koronavirus testi götürüldüyü, yalnız 4 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.
Bununla da 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 52-yə çatıb.
Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun 10 gün karantində qalacaqlar.


















