22-10-2020, 12:55 | General-mayor Artur Vanetsyan: yalanı, tost qaldırmağı, informasiya boşluğu yaratmağı dayandırın

Ermənistanın keçmiş xüsusi xidmət rəisi, "Vətən" partiyasının rəhbəri general-mayor Artur Vanetsyan cəbhədəki ağır vəziyyət barədə danışıb və əhalini ümumi səfərbərliyə çağırıb.
Bu barədə Artur Vanetsay Facebook səhifəsindən müraciət edən zaman bildirib.
“Gənclər, vətən təhlükədədir. Yalnız üç həftə ərzində tamamilə mümkün olmayan arxa xidmətlə məşğul olanların olduğunu bilirəm. Lakin biz bir daha zərbələr endirməliyik. Bizim ön cəbhədə yağışda, soyuqda dayanan dostlarımızın dəstəyinə və dəyişdirilməsinə ehtiyac var".
Vanetsyanın sözlərinə görə, “hazırkı məqamda yalanlar, tostlar və məlumat boşluğu reallığı əks etdirməyən sakitlik yaradır”.

“Ancaq inanın ki, həqiqətən nəyinsə üzərində işləmək üçün çox şey var. Gəlin, birlikdə vətəni qoruyacağıq, gənclərə ehtiyacımız var. Hamını gözləyirəm, vaxt çox qiymətlidir", - o deyib.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında özünümüdafiə dəstələrinin yaradılması tələbi ilə müraciət edib.
Qeyd edək ki, Dağlıq Qarabağdakı Ermənistan ordusunun əhəmiyyətli hissəsi Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı məğlub olub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri artıq döyüşə getməkdən imtina edir və mövqelərini tərk edir. Azərbaycan Ordusu sürətlə irəliləyir, işğal olunmuş kəndləri bir-birinin ardınca azad edir.(Virtualaz.org)
10-10-2020, 10:04 | Azərbaycanla oyunöncəsi böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində yer aldığı qrupda növbəti oyun keçirilib.
apasport.az-bildirir ki, Gürcüstan liderlər qrupunda qərarlaşan İsveçrəni qəbul edib.
Qoridəki Tengiz Burjanadze adına stadionda baş tutan qarşılaşma qonaqların üstünlüyü şəraitində keçib. Rəqib qapısından 3 cavabsız top keçirən İsveçrə xallarının sayını 21-ə yüksəldib və yenidən liderliyi ələ keçirib. Gürcüstanın isə aktivində 9 xal var.
Qeyd edək ki, 2-ci qrupda Azərbaycan millisi 6 xalla 5-ci pillədə qərarlaşır. Dünən Slovakiyaya 1:2 hesabı ilə məğlub olan yığmamız oktyabrın 13-də Gürcüstanın qonağı olacaq.
10-10-2020, 09:10 | Bir yaşında uşaq nələri bacarmalıdır?

Normal inkişaf etmiş bir yaşlı uşağın çəkisi 9,5-10,5 kq ağırlığında və boyu 74-76 sm uzunluğunda olmalıdır.Bu ölçülər uşağın genetik əlamətlərinə əsaslanaraq az miqdarda azala və ya arta bilər.Bir yaşı olan uşaq nələri bacarmalıdır?
12 aylığında olan uşaq əlinin köməyi ilə gəzə və iməkləyə bilir.
12 aylıq uşaq bir əlində iki kiçik əşyasnı saxlaya bilir.
12 aylıq uşaq əlindəkini qarşısında olan adama uzadıb verə və ya onun əlindən nəyi isə ala bilir.
12 aylıq uşaq barmağı ilə istədiyi əşyanı göstərə bilir.
12 aylıq uşaq arxasını yastığa söykəmədən otura bilir.
12 aylıq uşaq oyuncaq kubları üst-üstə yığa bilir.
12 aylıq uşaq əli ilə öpüş göndərə bilir.
12 aylıq uşaq əlindəki qaşığı ağzına aparmağa çalışır.
Bu dövrdə uşaqların psixologiyasında aşağıdakılaar baş verir:
Bir yaşındakı uşaq 20 qısa söz söyləyə,və hər gün gördüyü bəzi əşyaların adını deyə bilir.İkihecalı sözləri hecalarla tələffüz eləməyə çalışır,ona deyilən səsləri söyləyir.Bu yaş dövründə olan uşaqlar həmyaşıdları ilə oynaya bilirlər,amma əksər hallarda onlar arasında komfliktlər baş verir.
Bir yaşında olanlar ailə üzvləri və ya yad adanların arasında olan fərqi bilirlər.Onlar valideyinlərinin,pişiyin və ya itin dalı ilə gəzməyi xoşlayırlar.Bu dövrdə uşaqlar özlərinin bacardığı işdən fərəhlənə bilirlər.
Bir yaşdan başlayaraq uşaqlara xoşagəlməz şeylərdən uzaq durmağa qadağanların qoyulmasını əsil zamanı çatmış olur.
Bu yaş dövründə uşaqların qidalanma və yatma rejimində də dəyişikliklər baş verməyə başlayır.Onlar səhərlər 9-10 radələrində yuxudan oyanır,gündüz 14-15 radələrində günorta yuxusunu yatırlar.Bu zaman onlar gündə 1 dəfə və 2-3 saat yatırlar.Bir yaşında olan uşaqlar axşam saat 22-23 arası yatırlar.
Bir yaşında olan uşaqlarla anaları nə qədər söhbət edərsə onlar bir o qədər tez dil açarlar.Uşaqıarın həmyaşıdları ilə ünsiyyətdə olmağı isə onların inkişafını tezləşdirir.
Uşaqlar bu yaş dövründə gəzməyə başlayırlar.Mütəxssisilər gəzərkən yıxılan uaqların valideyinlərinə qaçıb uşaqlarını durğuzmağa çalışmalarını məsləhət bilmir.Çünki,uşaqların yıxılarkən özlərinin durmağa çalışmaları onların gələcək həyatında çox rolu olur.Uşaqlarınıza yardımı yanlız bərk yıxılarkən və ağlayarkən edin.Bu yaşda uşaqların yalnız xarça üzərində deyil,qumun və otların üstündə də gəzmələrində fayda var.(milli.az)
10-10-2020, 08:44 | Bakıda növbəti dezinfeksiya işləri aparılıb

Ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.
Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq oktyabr ayının 10-u və 11-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 14-cü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin coxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin 2 gün ərzində keçirilməsi qərara alınıb.
Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Qış aylarında yağıntılar yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaqdır. Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımı tədbirlər həyata keçirilir.
10-10-2020, 08:41 | "İnter"də daha 3 futbolçu koronavirusa yoluxdu

"İnter"in 3 oyunçusu koronavirusa yoluxub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Milan təmsilçisinin qapıçısı Andrey İonut Radu, müdafiəçi Roberto Qalyardini və yarımmüdafiəçi Raca Naynqqolandan götürülən test nümunələrinin cavabları müsbət çıxıb. Bununla da klubun COVİD-19-a yoluxan futboçularının sayı 4-ə çatıb.
Sözügedən oyunçuların artıq karantinə alındığı bildirilib.
Qeyd edək ki, bundan əvvəl A Seriyası təmsilçisində müdafiəçi Alessandro Bastonidə də koronavirus aşkarlanmışdı.
10-10-2020, 08:30 | “Messi “Barselona”nı tərk edərsə, onu transfer etməyi düşünə bilərik”

"Messi öz mövqeyini açıq şəkildə səsləndirsə də, hər şeyin mediada təqdim edilənlərlə nə qədər yaxın olduğunu deyə bilmərəm. Biz bu məsələdə iştirak etməmişik. Hər şey Messi ilə "Barselona" arasında oldu".
Bu sözləri "Mançester Siti"nin əməliyyat direktoru Omar Berrada deyib. O, "Barselona"nın kapitanı Lionel Messinin klubdan ayrılacağı təqdirdə futbolçunun "şəhərlilər"ə transfer olunma ehtimalından danışıb:
"Messinin "Mançester Siti"yə keçməyi real bir ehtimal olsaydı, bu barədə düşünə bilərdik. Aydındır ki, Messi, dünyanın ən yaxşı oyuçusudur. Ona görə də istənilən klub Messini tərkibində görmək istəyər. Ancaq bu, alınmadı.
Messinin "Mançester Siti"yə keçmək istəyi ilə əlaqədar bütün şayiələri görmək maraqlı idi. Bu, klubun irəlilədiyini, komandanın uğurlar qazandığını, Qvardiola və digərlərinin yaxşı işlədiyini göstərir. Gəlin, görək, necə olur. Messi "Barselona"nı tərk edərsə və onun transferi müzakirə edilərsə, bu variantı araşdıra bilərik".
Qeyd edək ki, argentinalı hücumçunun "Barselona"dan ayrılacağı və "Mançester Siti"yə keçəcəyi haqda xəbərlərlə yayılmışdı. Lakin Messi müqaviləsindəki 700 min avro təzminat ödənilməsi ilə bağlı bəndə görə, sözləşməyə xitam verməyəcəyini və Kataloniya klubunda qalacağını açıqlamışdı.
18-09-2020, 15:34 | Avroliqada 3-cü mərhələnin cütlükləri

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cütləri bəlli olub.
Sentyabrın 24-də üz-üzə gələcək 35 cütdən 34-nün tərkibi tam dəqiqləşib. Digər 9 cüt isə Çempionlar yolunda qarşılaşacaq.
"Neftçi"ni 2-ci mərhələdə mübarizədən kənarlaşdıran "Qalatasaray" "Hayduk"la (Xorvatiy) üz-üzə gələcək.
Türkiyənin digər təmsilçiləri "Beşiktaş" "Rio Ave" (Portuqaliya), "Alanyaspor" isə "Rusenborq"la (Norveç) ilə üz-üzə gələcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
Əsas yol
"Malmö" (İsveç) - "Lokomotiva" (Xorvatiya)
"Rusenborq" (Norveç) - "Alanyaspor" (Türkiyə)
"Qranada" (İspaniya) - "Lokomotivi" (Gürcüstan)
LASK (Avstriya) - "Dunayska" (Slovakiya)
"Standard" (Belçika) - "Voyvodina" (Serbiya)
"Apollon" (Kipr) - "Lex" (Polşa)
"Sportinq" (Portuqaliya) - "Aberdin" (Şotlandiya)
"Volfsburq" (Almaniya) - "Desna" (Ukrayna)
"Riyeka" (Xorvatiya) - "Kolos" (Ukrayna)
"Milan" (İtaliya) - "Bodo Qlimt" (Norveç)
"Rostov" (Rusiya) - "Makkabi" (Hayfa, İsrail)
"Beşiktaş" (Türkiyə) - "Rio Ave" (Portuqaliya)
"Mura" (Sloveniya) - PSV (Niderland)
"Şarlerua" (Belçika) - "Partizan" (Serbiya)
"Fehervar" (Macarıstan) - "Reyms" (Fransa)
"Sankt-Qallen" (İsveç) - AEK (Yunanıstan)
"Şkendiya" (Şimali Makedoniya) - "Tottenhem" (İngiltərə)
"Villem" (Niderland) - "Reyncers" (Şotlandiya)
"Bazel" (İsveçrə) - "Anartosis" (Kipr)
MOİK (Bolqarıstan) - B-36 (Farer adaları)
"Styaua" (Rumıniya) - "Slovan" (Çexiya)
"Qalatasaray" (Türkiyə) - "Hayduk" (Xorvatiya)
"Kopenhagen" (Danimarka) - "Pyast" (Polşa)
APOEL (Kipr) - "Zrinski" (Bosniya və Herseqovina)
"Hapoel" (Beer-Şeva, İsrail) - "Motervell" (Şotlandiya)
"Viktoriya" (Çexiya) - "Sonderyuske" (Danimarka)
Çempionlar yolu
"Sarayevo" (Bosniya və Herseqovina) - "Buduçnost" (Monteneqro)
"Şerif" (Moldova) - "Dandalk" (İrlandiya)
"Ararat-Armeniya" (Ermənistan) - "Selye" (Sloveniya)
"Riqa" (Latviya)/"Tre Fiori" (San-Marino) - "Seltik" (Şotlandiya)
"Kuopio" (Finlandiya) - "Suduva" (Litva)
"Legiya" (Polşa) - "Drita" (Kosovo)
"Klasksvik" (Farer adaları) - "Dinamo" (Tbilisi, Gürcüstan)
"Yurqorden" (İsveç) - ÇFR (Rumıniya)
"Floriana" (Malta) - "Flora" (Estoniya)
18-09-2020, 15:32 | "Qarabağ"ın pley-offdakı rəqibləri bilindi - YENİLƏNİB

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşdi.
"Qarabağ" "Legiya" (Polşa) - "Drita" (Kosovo) cütünün qalibi ilə oynayacaq.
"Qarabağ"ın potensial rəqibləri sentyabrın 24-də qarşılaşacaq.
Pley-offun qarşılaşmaları oktyabrın 1-də keçiriləcək. "Qarabağ" bir oyundan ibarət mərhələnin oyununu səfərdə keçirəcək.
Xatırladaq ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasında "Sileks"i (Şimali Makedoniya) 4:0, "Şerif"i (Moldova) 2:1 hesabı ilə məğlub edib, "Molde"yə (Norveç) qolsuz bitən görüşün penaltilər seriyasında uduzub - 5:6.
----------
14:57
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Artıq Çempionlar Yolunda səpələnmişlər səbətində yer alan Ağdam klubunun rəqiblərinin sayı altıya enib.
"Qarabağ" aşağıdakı 3 cütlükdən birinə rəqib olacaq:
"Şerif" (Moldova) - "Dandalk" (İrlandiya) cütünün qalibi
"Legiya" (Polşa) - "Drita" (Kosovo) cütünün qalibi
"Klasksvik" (Farer adaları) - "Dinamo" (Tbilisi, Gürcüstan) cütünün qalibi
Qeyd edək ki, 3-cü təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.
18-09-2020, 15:30 | Günün matçlarını yayımlayacaq kanallar

Günün oyunlarını təqdim edir:
Almaniya Bundesliqası
22:30 Bayern Münich - Schalke Match! TV
Fransa Liqa 1-i
23:00 Lyon - Nimes Match! Futbol 2
30-07-2020, 17:38 | Həkim: "Koronavirus əvvəlki simptomlarını nisbətən itirib"

Koronavirus özünün əvvəlki simptomlarını nisbətən itirib, onun ağırlaşmaları getdikcə itir.
Trend-ə koronaviruslu xəstələri müalicə edən həkim Elnur Eldaroğlu deyib.
Onun sözlərinə görə, əvvələr xəstələrdə daha çox nəfəs darlığı, boğaz qıcıqlanması və davamlı spazmlı öskürəklər müşahidə edilirdisə, indi bu hallara çox az və daha yüngül formada rast gəlinir.
E.Eldaroğlu qeyd edib ki, pnevmoniyası olan koronavirus xəstələri əvvələr 2-4 həftəyə müalicə olunduğu halda, indi belə xəstələri 7-10 günə müalicə etmək mümkündür:
"Sağalan xəstələrə elə gəlir ki, onların ağciyərləri həmişə "patoloji" vəziyyətdə qalacaq, xəstəlik keçirən ağciyərlər heç vaxt tam düzəlməyəcək. Bu fikir tam yanlışdır. Digər bakterial və virus pnevmoniyası xəstəliyindən sağalan xəstələr normal həyatlarına necə qayıdırlarsa, bu pasiyentlərdə də vəziyyət belədir. Təşvişə səbəb yoxdur".
Xəstələrə bronx yollarını gücləndirən, öskürəyi kəsən və ağciyərlərin reabilitasiyasına kömək edən təbii məhsulların qəbulunu da məsləhət görən E.Eldaroğlu qeyd edib ki, keçibuynuzu meyvəsinin dəmləməsi və bronxial məcun hər gündə iki dəfə daxilə qəbul edilir. Bunlar immun sistemini gücləndirir, bronxspazmı aradan götürdüyü üçün ağciyərlərin oksigenlə zənginləşməsini təmin edir.