6-02-2020, 09:50 | Prezidentin tapşırığı icra olunur: Bu şəhərlərdə içməli su təminatı layihəsi işə başlayacaq

Prezidentin tapşırığı icra olunur: Bu şəhərlərdə içməli su təminatı layihəsi işə başlayacaq

Azərbaycanda vətəndaşların içməli su ilə təminatı ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə "Azərsu" ASC ölkə vətəndaşlarının içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirir: "Cənab Prezident ölkənin hər bir sahəsi kimi, bu sahəni də daim nəzarətdə saxlayır, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün lazım olan bütün şəraiti yaradıb.

Dövlət başçısının nəzarəti ilə həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verib. Nəticədə bu gün ölkənin bir çox ərazilərində əhali tam olaraq içməli su ilə təmin edilib. Digər ərazilərin isə təminatı ilə bağlı sürətli işlər görülür. Bu sahəyə göstərilən xüsusi diqqət nəticəsində indiyə qədər "Azərsu" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 52 şəhər və rayon mərkəzində əhalinin içməli su ilə təmin olunması və kanalizasiya xətləri ilə bağlı işlərə başlayıb.

Artıq 31 şəhər və rayonda su və kanalizasiya, 10-da isə su layihəsinin icrası yekunlaşıb. Bu gün regionlarda - Qusar, Masallı, Lerik, Astara, Lənkəran, Hacıqabul, Beyləqan, Tərtər, Daşkəsən, Mingəçevir, Ağdaş və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərciklər 100 faiz su alırlar. Bundan başqa, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala şəhərlərinin 95 faizi, Cəlilabad, Ucar, Zərdab, Kürdəmir, Şabran, Xaçmaz və Göyçay şəhərlərinin 90 faizindən çoxu 24 faiz içməli su ilə təmin olunub.

Bu gün "Azərsu" ASC-nin 8 regional idarəsi var. Deyə bilərəm ki, 6 saylı regional idarənin ərazisində əhalinin içməli su ilə təminatı 96 faizdir. Şirvan, Gəncə, Salyan, Neftçala , Yevlax, Horadiz, və Şəki şəhərlərində su təminatı nisbətən azdır. Burada içməli su təminatı layihələri yeni başlayıb. Bərdə və Balakən şəhərlərində isə bununla bağlı yaxın vaxtlarda işə başlanacaq".


31-01-2020, 21:26 | Tibbi maskalar bizi VİRUSdan qoruya bilər?

Tibbi maskalar bizi VİRUSdan qoruya bilər?

Soyuq fəsillər başlayanda şəhərdə tibbi maskalar taxan insanları görmək olur.

Görəsən, bu maskalar insanı soyuqdəymədən qoruya bilirmi? Milli.Az saglamolun.az-a istinadən bildirir ki, adi tibbi maska insanı viruslardan qoruya bilməz. Bu mümkün deyil. Səbəbi izah edək.

Xəstə insanın orqanizmində viruslar sürətlə çoxalmağa başlayır. Viruslar selikli qişalarda yaşayır - burunda, ağızda. İnsan nəfəs verəndə havaya çoxlu sayda viruslar düşür. Bu viruslar çox kiçikdir, mikroskopikdir - təxminən 10 nm. Adi tibbi maska bu virusları asanlıqla buraxır. Bundan əlavə 1-2 saatdan sonra maska insan nəfəsindən nəmlənir və bu da əlavə təhlükə yaradır. Viruslar və müxtəlif mikroblar üçün nəm mühit ən əlverişlidir. Beləliklə, 1-2 saatdan sonra maska artıq infeksiya mənbəyinə çevrilir.

Tibbi maska yalnız bir halda müəyyən kömək edə bilər - bu maskanı xəstə insan taxdıqda. Xəstə insan asqırır və öskürür və bu zaman ətraf mühitə onun ağız suyu ifraz olunur. Ağız suyunda virusların miqdarı adi nəfəsalma zamanı buraxılan havaya ilə müqayisədə, təbii ki, daha çoxdur. Maska ağız suyunun damçılarını çölə buraxmır. Bu halda maska müəyyən kömək edə bilər. Lakin maskanı hər 1-2 saatdan bir dəyişmək, istifadə olunmuş maskanı ehtiyatla çıxardıb dərhal atmaq və sonra əlləri yaxşı yumaq lazımdır.

Bir çox xarici ölkələrdə bu qəbul edilmiş qaydadır - ictimai yerlərdə olduqda (nəqliyyat, ofis, məktəb və s.) xəstə insan tibbi maska taxır və bununla ətrafdakıları müəyyən dərəcədə xəstələnməkdən qoruyur.


Beləliklə, tibbi maska bizi viruslardan qoruya bilməz. Soyuq fəsillərdə özünüzü viruslardan qorumaq istəyirsinizsə, immun sisteminizi daim möhkəmləndirin. Güclü immun sisteminə heç bir maska, respirator və s. lazım deyil. O, orqanizmə düşən istənilən virusu zərərsizləşdirmək qabiliyyətinə malikdir.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.