28-12-2023, 06:38 | Fidan Blinkenlə danışdı: F-16 ilə bağlı öhdəliklər...
Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Respublica.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat verib.
ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisindən keçməsi müzakirə olunub.
Bundan əlavə, H.Fidan ABŞ-ın F-16 təyyarələri ilə üzərinə götürdüyü öhdəliklərə riayət edəcəyinə inandığını bildirib.
Respublica.Az
28-12-2023, 06:35 | Yunanıstanda təlim təyyarəsi qəzaya uğradı: pilot öldü
Yunanıstanda "Т-2 Buckeye" təlim təyyarəsi qəzaya uğrayıb.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın ictimai televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin cənubunda Peloponnes yarımadasında yerləşən Kalamata aerodromu yaxınlığında baş verib. Yerə düşməzdən əvvəl təyyarədə partlayış olub.
Təlim təyyarəsinin pilotunun öldüyü təsdiqlənib. Bildirilib ki, ölən pilot eskadron rəhbəri 40 yaşlı Epaminondas Kostasdır.
Qeyd olunub ki, "Т-2 Buckeye" adıçəkilən aerodromda Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus yeganə təlim təyyarəsi olub.
Respublica.Az
28-12-2023, 06:31 | KİV: Rusiyanın Krımda vurulan hərbi gəmisinin 33 dənizçisi itkin düşüb
Ukrayna Silahlı Qüvvələrinin Krım yarımadasının Feodosiya limanında "Novoçerkassk" desant gəmisini vurması nəticəsində ən azı 33 dənizçi itkin düşmüş hesab olunur.
Respublica.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Astra" "Telegram" kanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hücum zamanı gəmidə 77 dənizçi olub. İtkin düşənlərdən əlavə 19 dənizçi də yaralanıb.
Krımın hazırkı rəhbəri Sergey Aksenov daha əvvəl limana hücum nəticəsində bir nəfərin öldüyünü və dörd mülki vətəndaşın yaralandığını bildirib.
"Astra"nın məlumatına görə, ölən şəxs 64 yaşlı liman mühafizəsi işçisi Nadejda Tolşinadır.
Məlumatda, həmçinin qeyd edilib ki, hücum yerində "Storm Shadow" raketinin fraqmentləri tapılıb.
Zərbə zamanı "Novoçerkassk" gəmisində dənizçilərin olması faktı daha əvvəl "Agentstvo" nəşri və "VÇK-OQPU" anonim "Telegram" kanalı tərəfindən də bildirilmişdi.
Xatırladaq ki, dekabrın 26-na keçən gecə Ukrayna HHQ Feodosiya limanında "Novoçerkassk" desant gəmisini məhv edib. Daha sonra sosial şəbəkələrdə desant gəmisinin son görüntüləri yayılıb.
Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində, həmçinin Feodosiya dəmiryol vağzalına da ziyan dəyib.
Respublica.Az
28-12-2023, 06:28 | İrəvan təhlükəli oyunlara cəlb edilir - Zaxarova
Biz xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara necə cəlb etməyə çalışdığını görürük. Görürük ki, erməni xalqının taleyi Qərb üçün qətiyyən maraqlı deyil. Onlar ermənilərin hisslərindən, tarixi yaddaşlarından, ağrılarından, iztirablarından sırf öz maraqları üçün istifadə edirlər.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova bugünkü mətbuat kofnransında deyib.
O bildirib ki, münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, Rusiya Ermənistanda sülhün, sabitliyin və firavanlığın olmasını hər cür dəstəkləməyə hazırıq:
"Bu, bir sıra səbəblərə görə bizim üçün həqiqətən vacibdir. Bu, bizim ümumi tariximiz, xalqların qarşılıqlı anlaşması və mədəniyyətidir. Bu, həm də regional sabitlik, ümumi çağırışlar və problemlərdir ki, onları birlikdə həll etmək daha asandır. Rusiya və Aİİ ilə ticarət-iqtisadi əlaqələr sayəsində Ermənistan iqtisadiyyatında əhəmiyyətli artım qeydə alınıb. Biz İrəvanla Bakı arasında üçtərəfli sazişlər əsasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün ilkin şərtlər var. Ümumiyyətlə, biz Cənubi Qafqazda gərginliyin azaldılmasında və regionun zəngin potensialının üzə çıxarılmasında maraqlıyıq ki, buna da "3-3" formatı sayəsində əməkdaşlığın genişləndirilməsi kömək edə bilər".
Respublica.Az
28-12-2023, 06:18 | Politico: ABŞ və Avropa Ukrayna ilə bağlı strategiyasını dəyişir
Amerika və Avropa rəsmiləri tədricən diqqətlərini Ukraynanın Rusiyaya qalib gəlmək məqsədini dəstəkləməkdən münaqişəyə son qoymaq üçün potensial danışıqlarda mövqeyini yaxşılaşdırmağa yönəldirlər və bu barədə strategiyasını dəyişirlər.
Respublica.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, Vaşinqton və onun avropalı müttəfiqləri Ukrayna ilə bağlı "sakitcə strategiyanı dəyişir" və ölkənin şərqində daha müdafiə mövqeyinə keçməyi müzakirə edirlər.
Məqalədə deyilir: "Bu cür danışıqlar çox güman ki, Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi demək olacaq. Hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və Ukraynanın Belarusla şimal sərhədi boyunca istehkamların, tank əleyhinə maneələrin və səngərlərin tikintisi müzakirə edilir.
Bayden administrasiyası həmçinin Kiyev lazımi silahları özü istehsal edə bilsin deyə Ukraynanın hərbi-sənaye kompleksini tez bir zamanda bərpa etmək niyyətindədir".
Respublica.Az
28-12-2023, 06:15 | Qərb Rusiyaya ərazi güzəştləri edəcək - "Politiko"
ABŞ və Avropa ölkələri Ukraynanın potensial sülh danışıqları üçün mövqeyini gücləndirməyə çalışır və bu, çox güman ki, Moskvaya ərazi güzəştləri demək olacaq.
Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri Ağ Ev rəsmisinə və bir avropalı siyasətçiyə istinadən yazıb.
Nəşrin yazdığına görə, Qərb paytaxtlarında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun fiaskosundan sonra hava hücumundan müdafiə sistemləri ilə zəngin müdafiə xətlərinin gücləndirilməsindən və Ukraynanın hərbi sənaye kompleksinin bərpasından danışırlar.
"İndi ABŞ və Avropanın Ukraynaya yardımı ciddi təhlükə altında olduğu üçün Bayden administrasiyası və Avropa rəsmiləri səssizcə diqqəti Ukraynanın mövqeyini gücləndirməyə yönəldirlər. Bu cür danışıqlar, yəqin ki, Ukraynanın bir hissəsinin Rusiyaya güzəştə getməsi demək olacaq", - nəşr bildirib.
Vurğulanıb ki, ABŞ-da prezident seçkiləri ilində Co Bayden seçdiyi xarici siyasət kursunun uğursuzluğunu etiraf edə və dəyişikliyi açıq elan edə bilməyəcək:
"Bu müzakirələr (sülh danışıqları haqqında - red.) başlayır, lakin administrasiya siyasi riskə görə açıq şəkildə geri çəkilə bilmir".
Respublica.Az
28-12-2023, 06:13 | Dövlət qəzetləri, televiziya və radiosu bağlanır - Pul yoxdur
Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç Polşa dövlət televiziya kanalı, radio və xəbər agentliyinin ləğv olunduğunu elan edib.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "RMF24" radiostansiyası bildirib.
"Prezidentin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən "Telewizja Polska S.A.", "Polskie Radio S.A.", "Polskiej Agencji Prasowej S.A." şirkətlərini ləğv etmək qərarına gəldim", - deyə nazir bildirib.
O qeyd edib ki, "indiki vəziyyətdə bu, həmin şirkətlərin davamlı fəaliyyətini təmin etməyə, lazımi restrukturizasiyanı həyata keçirməyə və maliyyə çatışmazlığı səbəbindən əməkdaşların işdən çıxarılmasının qarşısını almağa imkan verəcək".
Respublica.Az
26-12-2023, 07:49 | Santa-Klaus dünyanın bütün qitələrində hədiyyə payladı
Santa-Klaus (Şaxta Baba) katoliklərin Milad bayramı ilə əlaqədar dünyanın bütün qitələrinə gəzərək təxminən 6,7 milyon hədiyyə paylayıb.
Respublica.Az Trend-ə istinadən bildirir ki, bu barədə Santa-Klausun hərəkət istiqamətini izləyən Şimali Amerika Qitəsinin Aerokosmik Müdafiə Komandanlığı məlumat yayıb.
Onun yerini müəyyən etmək üçün radar sistemlərindən, peyklərdən və döyüş təyyarələrindən istifadə edilir.
Ənənəyə uyğun olaraq, Santa-Klaus dekabrın 24-də doqquz maralın çəkdiyi sehrli kirşə ilə dünya səyahətinə çıxır. O, hazırda ABŞ-nin qərb hissəsini gəzir.
Qeyd edək ki, Milad bayramının baş personajının hərəkət istiqamətini izləmək ənənəsi 1955-ci ildə başlayıb.
Respublica.Az
26-12-2023, 07:47 | ABŞ-da COVID-19-un yeni ştammına yoluxmada ciddi artım
ABŞ-də yeni "JN.1" ştammına yoluxma nisbətləri iki həftə ərzində artıb. Həmçinin, ölkədə yoluxanların faizi iki dəfə artıb.
Respublica.Az teleqraf.com-a istinadən xəbər verir ki, "JN.1" ştammı ABŞ vətəndaşlarının peyvənd sahəsində fəallığının azalması şəraitində qeydə alınan 44%-dən çox yoluxma hallarında müəyyən edilib.
Məlumata görə, "JN.1"in "Omikron" ştammının yarımnövü olduğu aydınlaşdırılır.
"Ölüm və xəstəxanaya yerləşdirmə nisbətləri ("JN. 1" üçün) "Delta" dalğası zamanı müşahidə etdiyimiz partlayıcı templər deyil, lakin biz mütləq artımı görürük", - deyə məqalənin müəllifləri Ohayo Dövlət Universitetinin "Veksner" Tibb Mərkəzinin yoluxucu xəstəliklər kafedrasının dosenti Karlos Malvestuttoya istinadən bildiriblər.
O, həmçinin ABŞ-də yenilənmiş COVID-19 peyvəndlərinin tətbiqi səviyyəsinin aşağı düşdüyünü vurğulayıb.
Respublica.Az
26-12-2023, 07:44 | “Milli iradənin pusquya salınmasına icazə verməyəcəyik” - Ərdoğan
"Milli iradənin pusquya salınmasına icazə verməyəcəyik".
Respublica.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mehmet Akif Ersoyun Anım mərasimindəki çıxışı zamanı deyib.
"Hər kəs bundan əmin olmalıdır ki, müstəqilliyimizə qarşı hücumlar davam etdikcə, gələcəyimizi qorumağa davam edəcəyik. Sosial terror aktlarına qarşı hamımız daha dəqiq mövqe tutmalıyıq",- deyib.
Ərdoğan sözlərini belə davam etdirib:
"Terrorçu ilə eyni dili danışan hər kəs terrorçuya olunan münasibətlə qarşılaşacaq. Demokratiyamızın imkanlarından istifadə edərək dövlətin, millətin və milli iradənin pusquya salınmasına heç vaxt icazə verməyəcəyik. Siyasi fəaliyyət göstərənlərə müraciət edirik, onlar millətin təmsilçisi olmaq əvəzinə separatçı təşkilatın uzantılarıdırlar. Bunlar öz iradəsi olmayan siyasi kuklalardır".
Türkiyə lideri parlament toxunulmazlığını, siyasi və hüquqi əsasları meyar götürərək, terroru dəstəkləyənlərə qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb.
Respublica.Az