25-12-2023, 06:16 | “Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər”

“Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər”


"Yəmənin "Ənsar Allah" qiyamçı hərəkatının silahlı tərəfdarlarının fəallaşdığı Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər".

Respublica.Az report.az-a istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto bəyan edib.

"Mən həyəcan təbili çaldım və iki həftə əvvəl narahatlığımı bildirdim və təəssüf ki, bunlar düz çıxdı. Çünki gəmilər artıq Qırmızı dənizdən keçmir, ona görə də Afrikanı dolanmaq məcburiyyətində olduqları üçün xərclər artır. Ona görə də biz hərəkətə keçməliyik, çünki başqa bir iqtisadi böhrana dözə bilmərik ", - deyə o qeyd edib.

Nazir İtaliyanın ABŞ-nin Qırmızı dənizdə üzən gəmiləri Yəməndəki husi qiyamçıların hücumlarından qorumaq üçün təşkil etdiyi koalisiyaya qoşulmadığını bəyan edib:

"Çoxları bizim Amerika əməliyyatında iştirak etdiyimizi iddia edir. Yeni əməliyyatda iştirak etmək üçün parlamentin icazəsi lazımdır. Odur ki, çoxları yalan danışırlar".

Respublica.Az








25-12-2023, 06:03 | Qəzzada savaşı bitirməyin ən sürətli yolu... - Bennett

Qəzzada savaşı bitirməyin ən sürətli yolu... - Bennett



Yaxın Şərqdə müharibəyə son qoymağın ən sürətli yolu Qəzza zolağına yanacaq nəqlini kəsməkdir.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Naftali Bennett X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O vurğulayıb ki, anklava yanacaq tədarükünə icazə vermək üçün İsrailə yönələn təzyiqlər mənəvi və praktiki cəhətdən yanlışdır.

Bennett bildirib ki, yanacaq tədarükü HƏMAS-ın tunel adlandırdığı əsas silahını sözün əsl mənasında "qidalandırır":

"Yanacaq tədarükü dayansa, yeraltı rabitə sistemi fəaliyyətini dayandıracaq və bu, radikal qrupun məğlubiyyətinə səbəb olacaq. Kim müharibəni bitirmək istəyirsə, Qəzzaya bir damcı belə yanacağın girməməsi üçün İsraili dəstəkləməlidir".

Respublica.Az







25-12-2023, 05:56 | Yerə yaxınlaşan asteroid atom bombası ilə vurula bilər - TƏHLÜKƏ

Yerə yaxınlaşan asteroid atom bombası ilə vurula bilər - TƏHLÜKƏ



Alimlər süni intellekt modeli vasitəsilə Yerə yaxınlaşan asteroidin üzərində atom bombasının partlaması simulyasiyasını həyata keçiriblər. Bu, həmin göy cisminin istiqamətini dəyişməsi məqsədilə edilib.

Respublica.Az lent.az-a istinadən xəbər verir ki, NASA-nın bu sahədə apardığı tədqiqatla paralel olaraq çalışan Kaliforniya Universitetinin alimləri süni intellektin köməyi ilə atom bombasının asteroidin üzərinə enməsi, partlaması və onun güclü enerjisinin təsirini göstərən simulyasiya həyata keçiriblər. Onlar iki variant üzrə hərəkət ediblər: asteroidi Yerdən uzaqlaşdırmaq və ya onu kiçik hissələrə parçalamaq.

"Lorens Livermore" Milli laboratoriyasında çalışan alimlər NASA-nın potensial missiyasının uğursuzluqla nəticələnəcəyi təqdirdə atom bombasının asteroidə təsirini anbaan izləyiblər. Onlar hesab edirlər ki, bu üsulla insanları fəlakətdən xilas etmək olar.

Tədqiqata rəhbərlik edən professor Meri Barki bununla bağlı deyib: "Erkən xəbərdarlıq üçün yetərli imkanımız olarsa, o zaman biz raketlə atom bombasını Yerdən milyonlarla kilometr uzaqda yerləşən və planetimizə doğru gələn asteroidə göndərə bilərik".

O əlavə edib ki, nüvə silahı ən yüksək enerji gücünə malikdir və göy cisimlərinin Yer kürəsinə təhdidinin qarşını ala bilər.

Respublica.Az



25-12-2023, 05:36 | Yuxarı Larsda daha bir məntəqə bağlandı

Yuxarı Larsda daha bir məntəqə bağlandı


Güclü qar yağması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən avtomobil yolunun ikinci hissəsi də bağlanıb.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Departamentin məlumatına görə, bu andan etibarən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Mleta-Qudauri məntəqəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Qeyd edək ki, bundan öncə Qudauri-Kobi məntəqəsi bağlanmışdı.

Respublica.Az




25-12-2023, 05:34 | Serbiyada bu tarixdə yeni hökumət formalaşacaq - Vuçiç

Serbiyada bu tarixdə yeni hökumət formalaşacaq - Vuçiç


Serbiyanın yeni hökuməti gələn il fevralın sonuna kimi formalaşacaq.

Respublica.Az axar.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, 2027-ci ildə ölkədə yeni parlament seçkiləri keçiriləcək.

Respublica.Az



25-12-2023, 05:31 | Vuçiç xalqa müraciət edəcək

Vuçiç xalqa müraciət edəcək


Serbiya prezidenti Aleksandr Vuçiç etirazçıların Belqrad şəhər administrasiyasının binasına soxulmaq cəhdləri fonunda xalqa müraciət edəcək.

Respublica.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Veçernje novosti" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, müraciət onlayn rejimdə baş tutacaq. Qəzet başqa heç bir təfərrüat bildirmir.

Qeyd edək ki, serb müxalifətçiləri Belqrad şəhər administrasiyasına basqın ediblər

Etirazçılar şəhər administrasiyasının qapılarını sındırmağa cəh edib, məşəllər yandırıblar.

Respublica.Az



25-12-2023, 05:26 | “Tale kalkulyatoru” hazırlandı: Kimin nə vaxt öləcəyini dəqiqliklə deyir

“Tale kalkulyatoru” hazırlandı: Kimin nə vaxt öləcəyini dəqiqliklə deyir


Alimlərin "tale kalkulyatoru" adlandırdığı süni intellekt alqoritmi insanların nə vaxt öləcəyini dəqiq proqnozlaşdırıb.

Respublica.Az publika.az-a istinadən xəbər verir ki, danimarka və ABŞ-dan olan tədqiqatçılar tərəfindən həyata keçirilən layihənin təfərrüatları "Nature Computational Science" jurnalında dərc edilib. Onlar ChatGPT-ə bir qədər bənzəyən AI maşın öyrənmə transformatoru modelini yaradıblar.

Life2vec adlanan model tədqiqatda iştirak edən Danimarka hökuməti tərəfindən Danimarkadakı 6 milyondan çox insan haqqında məlumatları - yaş, sağlamlıq, təhsil, iş, gəlir və digər həyat hadisələrini təhlil edib.

Life2vec inkişaf etdikcə o, "insan həyatının fərdi trayektoriyalarını" qurmağa qadir olur.

Tədqiqatçılar hesabatda bildiriblər ki, nəticədə süni intellekt dizaynı 2020-ci ilə qədər ölənlərin təxminən 78%-nin ölüm tarixini düzgün proqnozlaşdıra bilib.

Proqram və onun məlumatları şəxslərin məxfiliyini qorumaq üçün dərc edilmir.

Respublica.Az



24-12-2023, 18:30 | Qərb uğursuz oldu, Ukrayna yox - Hoces

Qərb uğursuz oldu, Ukrayna yox - Hoces


Ukraynanın əks-hücumunun uğursuzluğunda Qərb günahkardır.

Respublica.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.

"Ukraynanın əks-hücumunun hamımızın ümid etdiyimiz nəticələri verməməsi məni məyus etdi. Düzünü desəm, proqnozlaşdırdığım nəticələrə üzüldüm. Qərb uğursuz oldu, Ukrayna yox", - Hoces bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrini aviasiya, eləcə də yüksək dəqiqlikli uzaqmənzilli silahlarla təmin edə bilmədi.

Respublica.Az

24-12-2023, 16:05 | OPEC dağılacaq?

OPEC dağılacaq?



Anqolanın Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxması qlobal əmtəə bazarına məhdud təsir göstərəcək.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Rapidan Energy Group-un (REG) qlobal neft xidmətlərinin direktoru Clay Seigle bildirib.

Anqolanın OPEK-dəki rolu məhdud idi. Bir Afrika ölkəsinin təşkilatdan çıxması kartel daxilində birliyin səviyyəsini azaltdı, lakin onu pozmadı, Seigle aydınlaşdırdı. "OPEC-in birliyinin dağıldığını və bir növ domino effektinin olacağını düşünərək bazar özündən razı qalmamalıdır", - ekspert bildirib.

Kanadanın üçüncü ən böyük bankı olan Scotiabank-ın analitikləri də Anqolanın OPEK-dəki məhdud rolundan danışıblar. Maliyyə təşkilatı aydınlaşdırıb ki, Afrika ölkəsi əmtəə kartelinin ümumi istehsal həcminin dörd faizindən azını təşkil edib.

Respublica.Az

24-12-2023, 16:03 | Gələn il Tokayev Azərbaycana gələcək

Gələn il Tokayev Azərbaycana gələcək


Gələn il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.

Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrikində bildirib.

Telefon söhbətində bu ilin noyabrında SPECA-nın Bakıda keçirilmiş Zirvə toplantısı zamanı Azərbaycan və Qazaxıstan dövlət başçıları arasında keçirilən görüşdə əldə edilmiş bütün razılaşmaların uğurla icra olunduğu qeyd edilib, gələn il Qazaxıstan Prezidentinin Azərbaycana həyata keçiriləcək dövlət səfərinin əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəyinə əminlik bildirilib.

Respublica.Az






������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.