10-05-2024, 07:48 | Dırnaqlarımızla qələbə qazanacağıq - Netanyahu

İsrail Qəzza zolağındakı döyüşlərdə hətta kənardan dəstək olmadan, yalın əllə vuruşaraq, sözün əsl mənasında dırnaqları ilə qələbə qazanmaq niyyətindədir.
Bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
10-05-2024, 07:32 | Aya Yerin 275 dilinin olduğu kapsul göndəriləcək

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) planetimizin digər mədəni irsi haqqında biliklərlə yanaşı, Ayda Yer kürəsinin 275 dili haqqında məlumatı qorumaq niyyətindədir.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Məlumat kapsulu Yaponiyanın özəl "Ispace" şirkətinin "Hakuto-R" avtomatik modulunun göyərtəsində yerləşdiriləcək.
UNESСO-dan verilən məlumata görə, bu arxiv qlobal fəlakət baş verərsə, bəşəriyyətlə bağlı bəzi məlumatların saxlanılmasına kömək edəcək.
"Ispace"in ilk Aya eniş aparatı "Hakuto-R" 2022-ci ilin dekabrında şirkətin pilot missiyasının bir hissəsi olaraq buraxılıb. 25 aprel 2023-cü ildə Aya eniş cəhdi zamanı cihaz bort kompüterindəki xəta səbəbindən qəzaya uğrayıb.
"Ispace"in Ay səthinə çıxmaq üçün növbəti cəhdi 2024-cü ilin qışına planlaşdırılıb. Yeni "Hakuto-R" modeli ilə birlikdə Yerin peykinə kiçik bir lunoxod göndəriləcək.
"Ispace" artıq 2026-cı ildə baş tutacaq üçüncü Ay missiyasını planlaşdırır. Bu zaman 500 kiloqrama qədər faydalı yük daşıya bilən daha böyük və müasir "Apex 1.0 "modulundan istifadə ediləcək.
10-05-2024, 07:22 | ABŞ-dan İsrailə: Bu, HƏMAS-ın mövqeyini gücləndirəcək!

İsrailin Qəzza zolağının Rəfah şəhərində böyük hərbi əməliyyatı HƏMAS hərəkatının mövqelərini gücləndirəcək.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.
10-05-2024, 07:20 | Benzia karyerası ilə bağlı hansı qərarı verib?

"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia bir neçə Fransa klubunun maraq dairəsinə düşüb.
Bu barədə Əlcəzairin "Fennec Football" portalı məlumat yayıb.
İddiaya görə, 29 yaşlı futbolçu ilə başqa Avropa klubları maraqlansa da, o, Liqa 1-ə qayıtmağa üstünlük verir. Bu baxımdan Benzia üçün iki versiya ortaya çıxır: onun ilk klubu, yetirməsi olduğu "Lion" və "Nitsa".
Buna baxmayaraq, "Qarabağ"la müqaviləsi 2025-ci ilin yayına qədər olan Benzia klubunu dəyişməyi təxirə salmaq qərarına gəlib. O, diqqətini Əlcəzair millisinin Qvineya (6 iyun) və Uqanda (10 iyun) ilə qarşıdakı matçlarına yönəltmək istəyir. Benzianın sözügedən görüşlər üçün milliyə çağırılacağı gözlənilir.
Qeyd edək ki, Y.Benzia 2023-cü ildən Ağdam təmsilçisinin formasını geyinir.
10-05-2024, 07:17 | Çinlə nüvə sahəsində əməkdaşlıq etmək istəyirik - Orban

Macarıstan nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində Çinlə əməkdaşlıqda maraqlıdır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Çin sədri Si Szinpinlə danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib.
Hökumət başçısı qeyd edib ki, Macarıstan təkcə Çindən əlavə investisiyaların axınına deyil, həm də qabaqcıl Çin texnologiyalarından istifadəyə maraq göstərir.
10-05-2024, 07:09 | Rusiya NATO ölkələrinə hücum edə bilərmi? - Coana

Rusiyanın hazırda alyansın bir hissəsi olan heç bir ölkəyə hücum etmək niyyəti yoxdur.
Bunu NATO Baş katibinin müavini Mirça Coana Unirea FM radioasına açıqlamasında bildirib.
"Aydındır ki, hazırda Rusiyanın heç bir NATO dövlətinə hərbi hücum etmək niyyəti və imkanı da yoxdur, lakin bizə qarşı bütövlükdə hibrid müharibəyə başlayıb", - M.Coana deyib.
Onun sözlərinə görə, Rumıniya minnətdar olmalıdır ki, NATO-ya üzvlük onun təhlükəsizliyini təmin edir:
"Biz çox güclü ittifaqın içindəyik və həqiqətən də NATO-nu onilliklər ərzində heç vaxt olmadığı qədər dəyişmək prosesindəyik, o cümlədən hərbi istehsalın artırılması yolu ilə müdafiə planlarında..."
29-04-2024, 13:52 | Keçmiş nazir Tbilisidəki aksiyada saxlanıldı

Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında" qanuna qarşı keçirilən etiraz aksiyası zamanı Gürcüstanın Avropaya inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksi Petriaşvili saxlanılıb.
qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin "Formula" telekanalı sabiq nazirin saxlanılma görüntülərini yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Petriaşvili xırda xuliqanlıq və polisə itaətsizlik maddələri üzrə saxlanılıb.
Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Hazırda aksiyalar davam etdirilir.
Onu da qeyd edək ki, bu gün Gürcüstan parlamenti qanun layihəsini ikinci oxunuşda müzakirələrə başlayacaq. Sənədin ikinci oxunuşda nə vaxt səsverməyə çıxarılacağı açıqlanmayıb.
29-04-2024, 13:29 | Jerar Depardye Parisdə saxlanıldı

Aktyor Jerar Depardye Parisdə saxlanılıb.
APA-ya istinadən bildirir ki, bu barədə bfmtv məlumat yayıb.
Hazırda polis bölməsində olan aktyor cinsi zorakılıqda ittiham edilir.
29-04-2024, 09:13 | Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib.
15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya) satıblar.
Bu yaxınlarda ölkə Prezidenti Rebelo de Sousa bəyan etmişdi ki, Portuqaliya təzminat ödəməyin bir neçə yolunu nəzərdən keçirir. Bunlara keçmiş müstəmləkələrin borclarının silinməsi, həmçinin maliyyə təminatı daxildir. oxu.az
14-03-2024, 12:18 | Azərbaycanla olan dost münasibətlərimizi yüksək qiymətləndiririk - Jelka Cviyanoviç

Azərbaycanla olan dost münasibətlərimizi yüksək qiymətləbdiririk.
Trend-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Jelka Cviyanoviç (Zeljka Cvijanovic) XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
"Son illər ərzində qlobal geosiyasi dəyişiklikləri görürük. Qlobal Bakı Forumunun mövzusu məhz bu dövrü əhatə edir. Əfsuslar olsun ki, bəzi hallarda güc əsas rol oynayır və bunun fəsadları olur. Biz böhranın mənbələrini araşdırmalıyıq. Necə edə bilərik ki, xaotik dünyaya son qoyulsun? Bu kimi forumlar sözügedən suala cavab tapmaq üçün müvafiq platformadır",- deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.


















