26-08-2025, 10:25 | Mirzoyan Azərbaycanla paraflanmış sülh sazişindən DANIŞDI

Mirzoyan Azərbaycanla paraflanmış sülh sazişindən DANIŞDI


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsi ilə Azərbaycan arasında paraflanmış sülh sazişindən danışıb.

Qafan şəhərində səfirlərin müşavirəsində çıxış edən Mirzoyan paraflanmış sülh sazişinin Ermənistan və region üçün əhəmiyyətini vurğulayıb.

O, Ermənistan Respublikasının xarici siyasətinin bu yeni reallıqlarda necə formalaşdığını, yaranmış yeni imkanları və onların həyata keçirilməsi üçün görülməli olan işləri təqdim edib.

26-08-2025, 10:23 | Tramp bu Departamentinin adını dəyişəcək

Tramp bu Departamentinin adını dəyişəcək
8

ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adını Müharibə Departamenti adlandıra bilər.

, Ağ Ev rəhbəri bu barədə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, müdafiə departamentin işinin bir hissəsidir və onun içində hücum da var. "Ancaq mən dəyişəcəyimizi düşünürəm. Müharibə Departamenti olanda bizim inanılmaz bir qələbə tariximiz var idi",- deyə Tramp əlavə edib.

Xatırladaq ki, Müharibə Departamenti 1789-cu ildə Corc Vaşinqton tərəfindən yaradılıb. O, 1947-ci ildə o vaxtkı prezident Harri Truman tərəfindən yenidən təşkil edilənədək mövcud olub. 1949-cu ildə Müdafiə Departamenti adlandırılıb.

25-08-2025, 13:26 | Ukrayna ilk dəfə “Uzun Neptun” raketini təqdim etdi – hədəflər 1000 km məsafədə

Ukrayna ilk dəfə “Uzun Neptun” raketini təqdim etdi – hədəflər 1000 km məsafədə


Ukrayna silahlı qüvvələri yeni uzaqmənzilli raketini ilk dəfə nümayiş etdirib.

Söhbət P-360 “Neptun” qanadlı raketinin uzaqmənzilli modifikasiyası olan “Uzun Neptun”dan gedir. Bu raket hədəfləri 1000 km-ə qədər məsafədə vurmaq qabiliyyətinə malikdir.

Raketin hazırlanmasından ilk dəfə 2023-cü ilin noyabrında məlumat verilsə də, indiyədək heç bir vizual görüntüsü ictimaiyyətə təqdim edilməmişdi. “Uzun Neptun” ilk dəfə videoda görünüb, həmin video isə Ukraynanın Dövlət “Silah” portalının rəsmi hesabında Müstəqillik Günü öncəsi yayımlanıb.

Ekspertlər hesab edirlər ki, bu raket Ukraynanın strateji imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

25-08-2025, 13:23 | Dünyada məşhur kurortda 7 gənc BATDI

Dünyada məşhur kurortda 7 gənc BATDI


Misirdə 7 tələbə dənizdə batıb.

Gənclər İsgəndəriyyənin qərbindəki Əl-Əcəmi bölgəsindəki çimərlikdə boğulublar. Daha 24 nəfər xilas edilib və onlara tibbi yardım göstərilib.

Məlumata görə, 147 tələbədən ibarət qrup təhsil almaq üçün İsgəndəriyyəyə səfər edib.

Çimərlikdə üzməyi qadağan edən qırmızı bayraq qaldırılsa da, gənclərdən biri çimməyə gedib və güclü dalğalar onu aparıb. Bir neçə tələbə yoldaşlarını xilas etmək üçün suya tullanıb, lakin onlar da həlak olublar.

Ölənlərin yaşları 15-21 arasındadır.

25-08-2025, 11:20 | Ukrayna və Macarıstan arasında sosial şəbəkədə diplomatik qalmaqal – “Bizim müharibəmiz deyil”

Ukrayna və Macarıstan arasında sosial şəbəkədə diplomatik qalmaqal – “Bizim müharibəmiz deyil”


Ukrayna və Macarıstan xarici işlər nazirləri açıq şəkildə sosial şəbəkədə üz-üzə gəliblər.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” platformasında Macarıstanın XİN rəhbəri Peter Siyarto ilə mübahisə edib. Gərgin söz atışmasına səbəb isə Ukrayna prezidenti Volodimir Zelenskinin Kanadanın baş naziri ilə birgə mətbuat konfransında səsləndirdiyi bəyanat olub.

Sibiqa Siyartoya belə cavab verib:

“Cavabımı macar dilində verim. Siz Ukraynanın prezidentinə nə etməyi və nə vaxt deməyi göstərə bilməzsiniz. O, Ukraynanın prezidentidir, Macarıstanın yox. Macarıstanın enerji təhlükəsizliyi öz əlinizdədir. Fəaliyyətinizi diversifikasiya edin və Rusiyadan asılılığınızı aradan qaldırın".

Buna qarşılıq olaraq Siyarto isə sərt reaksiya verib:

“Bizim enerji təhlükəsizliyimizə hücum etməyi dayandırın! Bu, bizim müharibəmiz deyil”.

Qalmaqala səbəb Zelenskinin “Drujba” neft kəmərinə hücumların Macarıstanın Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı mövqeyinə bağlı ola biləcəyi barədə açıqlaması olub. Prezidentin sözlərinə görə, “Drujba”nın gələcək mövcudluğu məhz Macarıstanın mövqeyindən asılı olacaq.

Hadisə iki ölkə arasında onsuz da gərgin olan münasibətlərdə yeni böhran dalğası yaradıb.

25-08-2025, 09:13 | "Orada ruslar üçün yaxşı sürprizlər var"

"Orada ruslar üçün yaxşı sürprizlər var"


Ukrayna Prezidenti Vladimir Zelenski açıqlaması ilə diqqət çəkib.

Siyasətçi bunları deyib.

"Bu gün Donbasda çox müsbət nəticələrimiz var. Ruslar üçün yaxşı sürprizlər var. Düşünürəm ki, baş komandan daha sonra bütün təfərrüatı açıqlayacaq".

24-12-2024, 08:16 | Ərdoğan Suriyaya nə vaxt gedəcək?

Ərdoğan Suriyaya nə vaxt gedəcək?


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamalar verib və "Suriyanın yeni lideri Əhməd Əş-Şara ilə yaxın dialoqdayıq. İnşallah, Suriyaya olan ziyarətlərimiz artaraq davam edəcək" deyə bildirib.

Ərdoğan, "Yeni hökumətdə vəzifə alan şəxsləri qürurla izləyirik. Türkiyədə təhsil almış, xalqımızla mənəvi bağları olan qardaşlarımızı rəhbərlikdə görərkən Allaha şükür edirik. Suriya inqilabının lideri Əhməd Əş-Şara ilə yaxın təmasdayıq. Dünən Xarici İşlər nazirimiz Dəməşqdə idi. İnşallah, ziyarətlərimiz artaraq davam edəcək. Zalim rejimə qarşı mübarizəni qazanan Suriya xalqının qələbəsini və uğurlarını daimi etmək üçün lazım olan hər cür dəstəyi göstərəcəyik. Allahın izni ilə ən çətin günlər artıq geridə qalıb" deyib.

Lalə Qüdrətova
milli.az

24-12-2024, 07:30 | Balıqçılardan tarixi nailiyyət - Mövsümi dünya rekordu

Balıqçılardan tarixi nailiyyət - Mövsümi dünya rekordu


Rusiyalı balıqçılar yeni dünya rekordu müəyyən ediblər.

Milli.Az "Rossiyskaya qazeta"ya istinadən məlumata verir ki, "Tralflot" şirkətinə məxsus "Peter I" balıq ovu gəmisi 2024-cü ildə 93,5 min ton balıq tutaraq mövsümü başa vurub.

Ümumrusiya Balıqçılıq Müəssisələri, Sahibkarlar və İxracatçılar Assosiasiyasının yaydığı məlumata əsasən, əvvəlki rekord olan 90 min ton da bu gəmiyə məxsus idi.

Balıqçılıq mövsümü 307 gün davam edib. Birinci səfər yanvarın 8-dən iyunun 1-dək, ikinci isə iyulun 2-dən dekabrın 20-dək həyata keçirilib. Traulerin ekipajı 130 nəfərdən ibarətdir.

Fidan

12-12-2024, 10:07 | 43 yaşında yenidən futbola qayıtdı

43 yaşında yenidən futbola qayıtdı


43 yaşını tamamlayan Fabio Roşembak yenidən futbola qayıtmağı qərar verib.

"Dailystar"a istinadən xəbər verir ki, 2014-cü ildə futbolla vidalaşan Braziliya millisinin keçmiş futbolçusu karyerasını bərpa edib.

O, regional liqasında mübarizə aparan "Guarani de Şaşim" klubu ilə müqavilə bağlayıb.

Futbolçunun debüt matçında komandası 3:2 qələbə qazanıb.

Qeyd edək ki, Fabio Roşembak karyerası ərzində "Barselona", "Midlsbro" və "Sportinq" klublarında çıxış edib.

12-12-2024, 10:02 | Çeçenistanda polis kazarmasına hücum - yaralılar var

Çeçenistanda polis kazarmasına hücum - yaralılar var



Çeçenistanda Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarması üzərində PUA-nın zərərsizləşdirilərək partlaması nəticəsində 4 polis əməkdaşı yüngül xəsarət alıb.

Bu barədə Çeçenistan lideri Ramzan Kadırov bildirib.

Çeçenistan rəhbərinin sözlərinə görə, havada partlayan PUA binanın damını zədələyib, şüşələri qırıb. Əraziyə düşən hissələr yanğına səbəb olub, yanğın tez bir zamanda söndürülüb.

"Binaya ciddi ziyan dəyməyib", - Kadırov qeyd edib.

Məlumata görə, zərərsizləşdirilən PUA Ukrayna Silahlı Qüvvələrinə məxsus olub. /APA

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.