14-12-2020, 06:50 | İtlər koronaviruslu xəstələri aşkarladı - YENİLİK

Axtarış-xilasetmə üzrə təlim keçmiş itlər tər qoxusundan COVİD-19 xəstəliyini təsbit edib.
Bu barədə CNN məlumat yayıb.
Fransa və Livandan olan araşdırmaçılar COVİD-19 test nəticəsi pozitiv çıxan 97, neqativ çıxan 82 nəfərdən tər nümunələri götürüb. Daha sonra nümunələrdən bəziləri 14 təlim keçmiş itin qatıldığı sınaqlarda istifadə olunub.
İtlər 76-100% arasında uğurlu nəticə verib. 2 it isə 68 saat ərzində 100% uğurlu nəticə göstərib.
İtlər test nəticəsi neqativ çıxan 2 nəfərin tər nümunələrinə də reaksiya verib. Bu şəxslər yenidən testdən keçirilib və nəticə pozitiv çıxıb.
Araşdırma məqaləsi "PLOS One" dərgisində yayımlanıb.
10-12-2020, 06:22 | Nəyə görə koronavirusun yarandığı Çində yoluxan azdır? - Onlar necə xilas oldu

Çində milyardla insan yaşayır, amma bu gün statistika üzrə ən az yoluxma Çindədir. Necə olur ki, dünyanı diz çökdürən virus çinlilərdə belə sürətlə yayılmır. Yoxsa onlar virusu ram edir, sadəcə bunu bildirmirlər.
Şüşə butuldan əzazil cin kimi buraxdıqları koronavirusla dünyanı iflic edən Çində sakitlikdir. Heç bir sərt karantin yoxdur. Gündə cəmi 15-20 nəfər yoluxur, xəstəxanalar boşdur.
Sonuncu dəfə ölüm faktı isə may ayında qeydə alınıb.
Birincisi dünya ictimaiyyəti və tibb mütəxəssisləri Çin hokumətini statistikanı saxtalaşdırmaqda və yoluxmanı azaltmaqda ittiham edir. Onlar əvvəldən belə edərək, digər ölkələri də çaşdırmışdılar.
Seçenov Universitetinin professoru Artyom Qil Çinin koronavirusla mübarizə metodlarından danışıb.
Onlar 13 yoluxmaya görə 11 milonluq şəhəri bağladılar
"Çin hökuməti koronavirusa qarşı əjdahasayağı metod istifadə edərək mübarizə apardı və bununla da bir çox ölkələrə göstərdi ki, virusu necə ram etmək olar. İlk dəfə Yuhanda yoluxma aşkarlananda, cəmi 1 həftə içərisində 11 milyon əhalisi olan şəhər tam təcrid olundu, insanlar 1 ay evlərinə qapadıldı, şəhərdə həyat dayandı. Ondan sonra onlar xəstələri tapmağa və kütləvi testlərə başladılar.
Əgər orda bizdəki və ya Avropa ssenarisi getsəydi, bütün ölkə sərt karantinə keçərdi. Çünki Çində əhali sayı, sıxlığı çox yüksəkdir.
Virusun ilk aşkarlandığı Pulmonoloji xəstəxana dərhal qapadıldı, onun baş həkimi işdən azad olundu. Həmin şəhərdə bütün şəhər vəzifəliləri azad edildi, cəzalandırıldı.
Bu gün Çində qeydə alınan yoluxmaların 90%-i kənardan gətirilmədir. Yəni Avropa, Amerika, Asiyadan gələn çinlilərdə virus aşkarlanır, onlar dərhal məcburi karantinə alınır, evə buraxılmır.
Çin hokuməti göyərtəsində cəmi 2 nəfər koronavirus testindən keçməyən sərnişinə görə bütün təyyarəni geri çevirib, yerə endirmişdilər.
Belə tədbirlər bizdə və ya Avropada gördünüzmü? Təsəvvür edirsizmi? Yox, azadlıq, sərbəstlik gözəl hissdir, qanundur, amma virusla bu işə yaramır.
ABŞ karantin elan edən kimi camaat küçələrə axışıb mitinq edir, etiraz edir. Avropa və Amerikada 11 milyonluq ştatı bağlaya bilərmi?
Çində hokumətin siyasi gücü və əhalinin yüksək itaəti, belə deyək dissliplini orda pandemiyanı elə beşikdəcə boğmağa imkan verdi.
Virusa qalib gəlmək üçün avtoritar rejim lazımdır.
Keçmiş SSRİ-də də infeksion xəstəliklərə qarşı çox gözəl sərt sistem qurulmuşdu. Semaşko modeli ilə qısa müddətdə sanitar-epidioloji xidmət virus və infeksiya alovunu yerindəcə söndürürdü və dövlət də onlar nə deyirdi, onu edirdi.
Bəzi məsələlərdə avtoritar rejim işə yarayır.
Pandemiya ilə mübarizədə sərt qadağan tədbirləri və total nəzarət, əhalinin tam nəzarətə alınması vacibdir".
İndi Çin 11 vaksin üzərində işləyir, onlardan üçü artıq hazırdır. Çox güman ki, tezliklə əhalinin peyvəndləməsinə başlayacaq. Əmin olun ki, peyvəndləmə də onlarda çox sürətlə və yüksək təşkilatlanma ilə gedəcək. (medicina.az)
10-12-2020, 06:14 | İtaliyada tennis göydələni tikiləcək

İtaliyanın "CRA-Carlo Ratti Associati və Italo Rota" dizayner studiyasının arxitektorlarının maraqlı layihəsi əsasında tennis göydələninin tikintisi planlaşdırılır.
Layihə müəllifləri torpağın qiymətinin baha olduğu ölkədə 8 nəhəng tennis kortunu bir-birinin üzərində quraşdırmaq qərarına gəliblər. Tennis kortları yüngül konstruksiyalardan hazırlanacaq və burada idman verilişləri translyasiya olunacaq.
Uzunluğu 90 metr və ümumi sahəsi 5,5 min kvadratmetr olacaq göydələndə modulları - kortları istənilən formada yerləşdirmək mümkündür.
9-12-2020, 04:34 | Cənubi Koreya 44 milyon insan üçün peyvənd almağı planlaşdırır

Koreya Respublikası gələn il 44 milyon insan üçün koronavirusa qarşı peyvənd tədarükü üzrə müqavilə imzalayıb.
Bu barədə Koreya Respublikasının Səhiyyə naziri Pak Nın Hu jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
Hökumət 34 milyon insanın vaksinasiyasına dair "AstraZeneca Plc", "Pfizer Inc", "Moderna Inc" və "Johnson & Johnson's Janssen" kompaniyaları ilə razılığa gəlib. Həmçinin 10 milyon insan üçün peyvənd dozaları Ümumdünya Səhiyyə Təşkilatının qlobal vaksinasiya layihəsi çərçivəsində əldə ediləcək.
"Biz ilkin olaraq 30 milyon insanı vaksinlə təmin etməyi planlaşdırsaq da, sonradan onların uğuru barədə qeyri-müəyyənlik və alışla bağlı güclü rəqabət səbəbindən daha çox preparat almaq qərarına gəldik", - deyə nazir bildirib. Onun sözlərinə görə, vaksinin ölkəyə çatdırılması mart ayından gec olmayaraq başlayacaq. Bu müddət ərzində hökumət preparatın tətbiqinin təhlükəsizliyini təmin etmək üçün onun başqa ölkələrdə təsirini müşahidə edəcək. Kütləvi vaksinasiya isə çox güman ki, gələn ilin ikinci yarısında start götürəcək.
Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, Cənubi Koreyada indiyə qədər koronavirusa yoluxanların sayı 38 min 755 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 552 nəfərə çatıb.
9-12-2020, 02:39 | Fransada quşçuluq təsərrüfatlarında minlərlə ördək məhv edilib

Fransada quşçuluq təsərrüfatlarını "quş qripi" bürüyüb. Bu təsərrüfatlarda ölüm səviyyəsi yüksəkdir.
Fransa Kənd təsərrüfatı Nazirliyi bu haqda məlumat yayıb.
Bildirilir ki, Land (Landes) departamentində ördək fermasında 6 min ördək məhv edilib. Quşçuluq zonalarında 10 kilimetr məsafədə sanitar qaydalara ciddi riayət olunması tələb olunur. Avropada vəhşi faunada "quş qripi"nin köçəri quşlar vasitəsilə geniş yayıldığı diqqətə çatdırılıb.
9-12-2020, 02:32 | Google Youtube-da təhqiredici şərhlər ilə mübarizə üçün yeni funksiyanı istifadəyə verib

Youtube kanalların müəllifləri tez-tez öz videolarının şərh bölmələrində digərləri tərəfindən təhqirlərə məruz qalırlar. Bu cür halların sayını aşağı salmaq üçün Google şirkəti Youtube üçün yeni funksiyanı işə salıb. Həmin funksiya təhqiredici şərhlərə avtomatik reaksiya verəcək. Söhbət, şərhin öncədən keçmiş moderasiyasından getmir. Belə hallar ilə mübarizə aparmaq üçün şirkət tamamilə fərqli yola üz tutub. Bu barədə 4pda saytı xəbər verib. Əvvəlcədən də düşünüldüyü kimi əgər sistem hansısa şərhi təhqiredici kimi qəbul etsə yeni funksiya avtomatik işə düşəcək.
Bu halda təhqiredici şərhi yazmış istifadəçi ortaya çıxan pəncərə formasında xəbərdarlıq əldə edəcək. Həmin pəncərədə isə ona şərhin mətninə Youtube siyasətinə əsasən düzəliş etmək təklif olunacaq. Bu cür xəbərdarlığa baxmayaraq istifadəçi öz şərhini saxlaya bilər. Google bildirib ki, sözügedən xəbərdarlığın ortaya çıxması heç də dəqiq şəkildə şərhin silinməsi demək deyil. Bu yeni funksiya artıq Youtube-un Android üçün olan versiyasında aktivləşdirilib. Yaxın zamanda o həmçinin iOS və desktop versiyaya da əlavə ediləcək.
9-12-2020, 02:03 | Avropada koronavirusa yoluxma hallarının sayı 20 milyonu ötüb

Avropada koronavirusa yoluxma hallarının sayı 20 milyon nəfəri ötüb.
Bu barədə Avropa ölkələrinin hakimiyyət orqanları tərəfindən verilən rəsmi məlumatlar əsasında hesablama aparan "France-Presse" agentliyi bildirib.
Pandemiyanın başlanğıcından bəri dünyada təxminən 67,6 milyon insan koronavirusa yoluxub, 1,5 milyondan çoxu ölüb. (Trend)
8-12-2020, 02:46 | Gürcüstanda koronavirusa daha 2501 nəfər yoluxub

Gürcüstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 501 yoluxma halı qeydə alınıb.
Trend-in "Gürcüstan onlayn" portalına istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 148 min nəfəri ötüb.
Məlumata əsasən, son sutka ərzində koronavirusdan 26 nəfər ölüb, ölənlərin ümumi sayı 1 540 nəfər təşkil edir.
8-12-2020, 02:30 | Aİ Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır - Almaniya XİN rəhbəri

Avropa İttifaqı (Aİ) Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır.
Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Brüsseldə keçirilən Aİ ölkələrinin XİN rəhbərlərinin iclasının yekunları üzrə Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.
H.Maas bildirib: "Biz hesab edirik ki, Aİ-nin Türkiyə ilə dialoqu davam etdirməlidir. Türkiyə məsələsi Aİ liderlərinin sammitində müzakirə ediləcək".
Onun sözlərinə görə, Aİ ölkələri "Türkiyənin Şərqi Aralıq dənizindəki hərəkətlərinə reaksiya" barədə yekdil qərara gəlməlidirlər.
4-12-2020, 13:46 | ABŞ-a məxsus təyyarə DƏHŞƏT YAŞADI - Havada ikən...

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 bombardman təyyarəsi havada ikən alovlanıb.
Təyyarə İngiltərə Krallığı Hərbi Hava Qüvvələrinin bazasına təcili eniş edib.
"Express" qəzetinin məlumatına görə, təyyarə Aralıq dənizindəki missiyasını tamamladıqdan sonra geridönüş zamanı motorunda nasazlıq yaranıb. (publika.az)


















