4-03-2024, 10:24 | Conson: ABŞ Zelenski və Budanovu aradan götürəcək

Conson: ABŞ Zelenski və Budanovu aradan götürəcək



Amerika kəşfiyyat xidmətləri Ukrayna Prezidenti Vladimir Zelenskini və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu məhv edə bilər.

axar.az-a istinadən bildirir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Larri Conson deyib.

"Birləşmiş Ştatlar məzəmmət edilən və alçaq insanlarla uzun müddətdir müqavilələr bağlayır. Tezliklə Zelenski və Budanov anlayacaqlar ki, onlar Qərbə lazım deyil", - o bildirib.

Conson qeyd edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Börns Kiyevə gedib orada Vaşinqton və Kiyevin hələ də dost olduğunu desə də, tətiyi çəkməyin vaxtı gələndə onu da çəkəcəklər.

28-02-2024, 12:52 | Britaniya gəmisinin Ədən sahillərində batırılma anı

Britaniya gəmisinin Ədən sahillərində batırılma anı




Yəmənin "Ənsarullah" hərəkatı tərəfindən Böyük Britaniya şirkətinə məxsus gəminin batırılma anını əks etdirən görüntülər yayılıb.

Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.

Britaniya gəmisi ötən həftə iki raket zərbəsinə tuş gəlmişdi. Daha sonra gəminin kapitanı onu tərk etmək barədə qərar vermişdi

Ticarət gəmisi Qırmızı dənizdə, Əl-Muxa şəhərindən 40 dəniz mili cənubda hücuma məruz qalmışdı.


21-02-2024, 12:33 | Putindən sonra müsahibə vermək üçün 1 milyon istədi

Putindən sonra müsahibə vermək üçün 1 milyon istədi




Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson amerikalı jurnalist Taker Karlsondan müsahibə üçün 1 milyon dollar tələb edib.

Bu barədə məlumatı "Blaze" nəşrinə müsahibəsində T.Karlson açıqlayıb.

"Boris Conson məni "Kremlin aləti" və ya buna bənzər bir şey adlandırıb. Buna görə də onunla müsahibə üçün sorğu ünvanladım. Onun müşavirlərindən biri geri dönüş edərək dedi: "O sizinlə danışacaq, lakin bunun dəyəri 1 milyon dollar olacaq. Conson 1 milyonu ABŞ dolları, qızıl və ya bitkoinlə istəyir". Bu hadisə 1-2 gün əvvəl olub", - deyə amerikalı jurnalist qeyd edib.

Onun sözlərinə görə, Conson yalnız bu şərtlərlə onunla Ukrayna barədə danışmağa və öz mövqeyini izah etməyə razılıq verib.

"Mən Rusiya Prezidenti Vladimir Putindən sadəcə müsahibə almışam. Mən Putini müdafiə etmirəm, lakin o məndən 1 milyon dollar tələb etməyib", - deyə Karlson əlavə edib.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin fevralın əvvəli Taker Karlsona müsahibə verib. Müsahibə ümumilikdə 2 saat 6 dəqiqə davam edib. Putin bu müddət ərzində təqribən 60 suala cavab verib.

20-02-2024, 13:02 | Putin Surovikinlə bağlı fərman verdi

Putin Surovikinlə bağlı fərman verdi



Rusiya Aerokosmik Qüvvələrinin keçmiş komandanı Sergey Surovikin "Roskosmos"un Müşahidə Şurasının üzvlüyündən xaric edilib.

Bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman verib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Surovikinin yerinə Aerokosmik Qüvvələrin baş komandanı kimi general-polkovnik Viktor Əfzalov gətirilib.

16-02-2024, 12:00 | Paşinyan Almaniyaya getdi

Paşinyan Almaniyaya getdi



Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Almaniyanın Münhen şəhərinə yola düşüb.

Bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Paşinyan 16-18 fevral tarixlərində Almaniyada səfərdə olacaq, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, həmçinin bir sıra xarici ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.//apa

16-02-2024, 11:40 | Sırski üçün ilk kritik sınaq: Bu şəhər təslim edilir

Sırski üçün ilk kritik sınaq: Bu şəhər təslim edilir




Şərqi Donbasın bir vaxtlar iqtisadi dayağı olan dağılmış koks-kimyəvi zavodu çox güman ki, Ukraynanın Avdeyevkadakı sonuncu dayaq məntəqəsi olacaq.

Bu barədə "Vaşinqton Post"da yayımlanan məqalədə deyilir.

Nəşrə danışan Ukraynanın yüksək rütbəli zabitləri bildiriblər ki, onların şəhəri təslim etmələri an məsələsidir. Ruslar sürətlə irəliləməyə başlayanda qüvvələr artıq bəzi mövqelərdən geri çəkiliblər:

"Avdeyevka silahlı qüvvələrin yeni baş komandanı Aleksandr Sırski üçün ilk kritik sınaqdır. O, məğlubiyyəti harada və necə qəbul etməyə və geri çəkilməyə qərar verməlidir".

16-02-2024, 11:32 | İtaliya paytaxtında fermerlərin etiraz aksiyası keçirilib

İtaliya paytaxtında fermerlərin etiraz aksiyası keçirilib


İtaliyanın paytaxtı Romanın mərkəzində fermerlər 11 traktorla etiraz aksiyası keçiriblər.

Bu barədə TASS məlumat yayıb.

Ölkənin hər yerindən toplaşan fermerlər ağır iş şəraitinə etiraz edir, həmçinin Avropa İttifaqından kənar üçüncü ölkələrdən kənd təsərrüfatı məhsullarının idxalında qeyri-bərabər rəqabətə, eləcə də məhsulların qiymətini və keyfiyyətini aşağı salan iri konsernlərə qarşı çıxırlar.

"Biz öz məhsullarımızın istehsalına davam etmək istəyirik, çünki onlar ən yaxşısıdır və bu işin layiqincə ödənilməsini istəyirik. Bizim haqqımızı heç kim müdafiə etmir", - cənub bölgəsindən gələn fermerlərdən biri bildirib. Onun sözlərinə görə, son illər bir çox təsərrüfatlar müflis olub.

İtalyan fermerlərinin etirazları bir neçə həftədir, davam edir, lakin indiyədək onlar təcrid olunmuş yerli etirazlarla məhdudlaşıb. Sonradan hökumət nümayəndələri ilə görüşlərin nəticələrindən razı qalaraq əksər etirazçılar aksiyanı dayandırıblar. Azlıqda qalan fermerlər hökumətin Aİ-dən asılı olduğu iddia edərək, İtaliya hakimiyyətinə qarşı çıxırlar.

16-02-2024, 11:28 | Netanyahunun Ofisi hələ Fələstin dövlətinin yaradılmasının müzakirəsi niyyətində deyil

Netanyahunun Ofisi hələ Fələstin dövlətinin yaradılmasının müzakirəsi niyyətində deyil



İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi bildirib ki, hazırda ölkə hakimiyyəti Fələstin dövlətinin yaradılması ilə bağlı müzakirələri qəbul etmir.

Bu barədə Baş nazirin Dəftərxanasının sözçüsü Avi Hayman bildirib.

"İndi Fələstin Milli Administrasiyası HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumu pisləyənə qədər Fələstin xalqına hədiyyələr barədə danışmağın vaxtı deyil", - "The Times of Israel" onun sözlərini sitat gətirib.

"İndi qələbənin, HƏMAS üzərində tam qələbənin vaxtıdır", o vurğulayıb.

Daha əvvəl "The Washington Post" adı açıqlanmayan amerikalı və ərəb diplomatlarına istinadən yazıb ki, ABŞ, Fələstin, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və İordaniya nümayəndələri israillilərlə fələstinlilər arasında uzunmüddətli sülh planı üzərində işləyirlər. Plan bir neçə həftə sonra təqdim ediləcək. Qəzza zolağında mümkün altı həftəlik atəşkəsin planın açıqlanmasına, dəstəklənməsinə və həyata keçirilməsinə, o cümlədən keçid dövrü Fələstin hökumətinin yaradılmasına imkan verəcəyi gözlənilir.

16-02-2024, 11:27 | Venesuela BMT-nin Ali Komissarlığının əməkdaşlarını ərazisindən qovur

Venesuela BMT-nin Ali Komissarlığının əməkdaşlarını ərazisindən qovur



Venesuela hökuməti BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının məsləhət bürosunun fəaliyyətini dayandırır və əməkdaşlarından 72 saat ərzində ölkəni tərk etməyi tələb edir.

Bunu respublikanın xarici işlər naziri İvan Xil Pinto "Venezolana de Televisión" telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

"Venesuela Bolivar Respublikası, işçiləri 72 saat ərzində ölkəni tərk etməli olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Venesueladakı texniki məsləhət bürosunun fəaliyyətini dayandırmaq qərarını elan edir", - Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlik, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Venesueladakı ofisini "müstəmləkəçilik siyasəti və BMT Nizamnaməsinin pozulmasında" təqsirləndirir.

Nazir vurğulayıb ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə anlaşma haqqında saziş bağlandıqdan sonra Venesuela bürosu "qərəzli mövqe tutur" və "ölkə Prezidenti Nikolas Maduronu, ölkənin dövlət, siyasi xadimlərini öldürmək üçün dövlət çevrilişi cəhdlərində, sui-qəsdlərdə iştirak edən şəxslər üçün cəzasızlığı təmin etməyə"çalışır.

Venesuela BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisini beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət etməyə çağırır və obyektivlik, qərəzsizlik, hörmət prinsiplərinə ciddi riayət olunmaqla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.


14-02-2024, 14:28 | ABŞ 95 milyardlıq yardım ayıracaq

ABŞ 95 milyardlıq yardım ayıracaq




ABŞ Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayıracaq.

oxu.az-a istinadən bildirir ki, Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Senatında yekun səsvermə zamanı təsdiqlənib.

Layihənin lehinə 70, əleyhinə 29 senator səs verib. Senatda təsdiqləndikdən sonra qanun layihəsi prosedura uyğun olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasına göndərilib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.