25-08-2025, 11:45 | Hakan Handedən anasına görə ayrılıb?

Aktrisa Hande Erçelin iş adamı sevgilisi Hakan Sabancıdan ayrıldığı iddia olunub.
Buna səbəb cütlüyün birgə bütün fotolarını silməsi olub.
Onlar bir-birilərini izləsələr də, şəkilləri silməkləri diqqət çəkib. Hakan Sabancının anası da paylaşımı ilə gündəmə gəlib.
Hande Erçeli bəyənmədiyi xəbəri yayılan Arzu Sabancı "Cəhalət yuxu kimidir. Sizi oyandıran insana ilk reaksiyanız qəzəbdir" sözlərini yazıb.
25-08-2025, 11:20 | Ukrayna və Macarıstan arasında sosial şəbəkədə diplomatik qalmaqal – “Bizim müharibəmiz deyil”

Ukrayna və Macarıstan xarici işlər nazirləri açıq şəkildə sosial şəbəkədə üz-üzə gəliblər.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” platformasında Macarıstanın XİN rəhbəri Peter Siyarto ilə mübahisə edib. Gərgin söz atışmasına səbəb isə Ukrayna prezidenti Volodimir Zelenskinin Kanadanın baş naziri ilə birgə mətbuat konfransında səsləndirdiyi bəyanat olub.
Sibiqa Siyartoya belə cavab verib:
“Cavabımı macar dilində verim. Siz Ukraynanın prezidentinə nə etməyi və nə vaxt deməyi göstərə bilməzsiniz. O, Ukraynanın prezidentidir, Macarıstanın yox. Macarıstanın enerji təhlükəsizliyi öz əlinizdədir. Fəaliyyətinizi diversifikasiya edin və Rusiyadan asılılığınızı aradan qaldırın".
Buna qarşılıq olaraq Siyarto isə sərt reaksiya verib:
“Bizim enerji təhlükəsizliyimizə hücum etməyi dayandırın! Bu, bizim müharibəmiz deyil”.
Qalmaqala səbəb Zelenskinin “Drujba” neft kəmərinə hücumların Macarıstanın Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı mövqeyinə bağlı ola biləcəyi barədə açıqlaması olub. Prezidentin sözlərinə görə, “Drujba”nın gələcək mövcudluğu məhz Macarıstanın mövqeyindən asılı olacaq.
Hadisə iki ölkə arasında onsuz da gərgin olan münasibətlərdə yeni böhran dalğası yaradıb.
25-08-2025, 11:04 | Bu ərazi işıqsız qalacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 25-də 184 saylı orta məktəbi qidalandıran 6 kV-luq hava xəttində təmir-bərpa işləri aparılacaq.
Həmçinin iri gövdəli ağacların naqillərə toxunan budaqlarının budanması həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 14:00-dək Biləcəri qəsəbəsi Abbas Səhhət, Vidadi küçəsi 50/57_ 68 məhəllə və ətrafında olan fərdi yaşayış evlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
25-08-2025, 11:02 | "Sədərək"dəki yanğında sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verdi. Bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə də sahibkarlara xeyili ziyan dəyib. Bəs, yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, inkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir:
"Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər.
Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, "Sədərək" Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr də belə buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər.
Sözsüz, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdıra bilməlidirlər. Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar ilə bağlı müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, şığorta şirkətləri, demək olar, hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar".
Deputatın sözlərinə görə, bütün bunlar ilə yanaşı, "Sədərək" ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var.
"Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinə ehtiyac var. Əks halda, sığorta şirkətləri bu riski obyektlər ilə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq.
Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var. Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər",- deyə millət vəkili əlavə edib.
25-08-2025, 09:44 | Havada normadan artıq toz müşahidə olunur

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.
R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:
"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir".
25-08-2025, 09:43 | “Qalatasaray” səfərdə rəqibini darmadağın etdi

Türkiyə Superliqasında üçüncü turun növbəti oyunu baş tutub.
"Qalatasaray" səfərdə "Kayserispor"un nqonağı olub. İstanbul təmsilçisinin matçı 4:0 hesablı darmadağınla başa vurub.
Qolların müəllifləri isə Erən Elmalı (2 qol), Viktor Osimhen və Leroy Sane olub.
25-08-2025, 09:40 | O da gözəllik üçün bıçaq altına yatdı

Müğənni Əminə Şirin maraqlı etirafı ilə diqqət çəkib.
Sənətçi bədənşəkilləndirmə əməlliyyatı etdirdiyini bildirib.
"Mən plastik əməliyyatlar etdirmişəm. Bədənşəkilləndirmə də eləmişəm. Bir az da qəşəng olum".
25-08-2025, 09:22 | Ət qiymətləri rekord səviyyəyə çatdı

İyul ayında beynəlxalq ət və bitki yağları qiymətlərinin artması səbəbindən qlobal ərzaq qiymətləri 1,6% yüksəlib.
Bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının hesabatda qeyd olunub.
Məlumatda bildirilib ki, ət qiymətləri indeksi iyulda aylıq bazada 1,2% artaraq 127,3 xalla rekord səviyyəyə çatıb. İllik artım isə 6%-ə bərabər olub.
ABŞ-də Dana əti qiymətləri son bir ildə 15,9% artaraq 453 qram üçün 6,3 dolları keçib. Son iki ildə qiymətlər davamlı yüksəliş trendi göstərir.
Avropa İttifaqı ölkələrində də ət qiymətləri rekord həddə çatıb. Aİ Komissiyasının məlumatına görə, 11-17 avqust həftəsi üçün 100 kiloqram ət 662,31 avro olub və illik artım 32,8%-dir. Bu artım, Ai-də illik 2,3% olan inflyasiyanı xeyli üstələyir.
İngiltərədə isə ət qiymətləri tarixdə ən yüksək səviyyəyə çatıb. Keçən il avqustda 1 kiloqram ət 7,2 funt idisə, bu il 10,6 funt olub. İllik artım 47%-dir, ölkədə isə inflyasiya 3,8% ölçülüb.
Analizlərə görə, qlobal ət qiymətlərindəki artım camış və qoyun əti qiymətlərinin yüksəlməsi ilə əlaqədardır. Xüsusilə Çin və ABŞ-dən gələn güclü tələbat qiymətləri artırıb. Bu tələbat Avstraliya və Braziliya kimi böyük istehsalçı ölkələrdə də qiymətləri yuxarı çəkib.(Teleqraf)
25-08-2025, 09:17 | “Sədərək” Ticarət Mərkəzindəki yanğın tam məhdudlaşdırıldı - Yenilənib

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzinin anbarında dünən gecə saatlarında başlayan yanğın tam məhdudlaşdırılıb.
Trend-in sorğusuna cavab olaraq FHN-dən bildiriblər.
Verilən məlumata görə, bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.
----------------
2025.08.24
Avqustun 24-ü saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
TƏBİB-dən sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Təcili tibbi yardım briqadasına ümumilikdə, 12 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.
Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Digər 9 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.
---------
16:14
"Sədərək" ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.
TƏBİB-dən bildirilib ki, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.
Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.
xxx
"Sədərək" ticarət mərkəzindəki yanğının bəzi təfərrüatları açıqlanıb.
Bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev bildirib.
O, qeyd edib ki, yanğın anbarda baş verib. Saat 11:50 radələrində "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbar ərazisində yanğın baş verməsi haqqında məlumat nazirliyin 112 qaynar xəttinə daxil olub.
Dərhal nazirliyin dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.
"Yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksəksəviyyəli çağırış elan olunmuşdu. Yanğın anbar ərazisində baş verdiyi, sintetik saxlanma zonası olduğu üçün yanğınsöndürməsində mürəkkəblik yaranıb. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində bütün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın yerində olan şəxsi heyət və texnikanln sayı yetərincədir.
Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda yaxınlıqdakı yanacaqdoldurça məntəqəsinin və digər anbarların mühafizəsi tərəfimizdən təmin olunub", - o bildirib.
xxx
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
Əlavə məlumat veriləcək.
xxx
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
xxx
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.
Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
xxx
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.
xxx
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
25-08-2025, 09:13 | "Orada ruslar üçün yaxşı sürprizlər var"

Ukrayna Prezidenti Vladimir Zelenski açıqlaması ilə diqqət çəkib.
Siyasətçi bunları deyib.
"Bu gün Donbasda çox müsbət nəticələrimiz var. Ruslar üçün yaxşı sürprizlər var. Düşünürəm ki, baş komandan daha sonra bütün təfərrüatı açıqlayacaq".