13-05-2024, 07:11 | Fransa XİN gözlənilmədən Bakı ilə İrəvan arasında danışıqları dəstəklədi - Parisin bundan nə xeyri var?

Fransa XİN gözlənilmədən Bakı ilə İrəvan arasında danışıqları dəstəklədi - Parisin bundan nə xeyri var?



Fransa Xarici İşlər Nazirliyi gözlənilmədən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Almatıda danışıqları dəstəkləyib.

Trend-ə istinadən xəbər verir ki, nazirliyin bəyanatında həmçinin deyilib ki, Paris "razılaşdırılmış prinsiplər əsasında sərhədin delimitasiyası prosesini davam etdirməyə çağırır".

Nəzərə alsaq ki, Bakı ilə İrəvan arasında Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı delimitasiya prosesinin başlanmasına dair razılaşma aprelin 19-da əldə olunub, Parisin gecikmiş reaksiyası çox şey deyir.

Fransa tərəfi mütləq ermənipərəst mövqeyinə görə Cənubi Qafqazda danışıqlar prosesinə təsir imkanlarını çoxdan itirib. Ona görə də Parisin Bakı ilə İrəvan arasında normallaşma yolunda irəliləyişdən məmnun qalmaması təbiidir.

Bakıdan geri çağırılan Fransa səfiri ilə bağlı son hadisələr, Azərbaycanın Parislə münasibətlərə xələl gətirdiyi iddia edilən fəaliyyətində ittiham olunması, casus qalmaqalı fonunda bu cür bəyanatlar tamamilə qeyri-səmimi və mənasız görünür.

Bakının mövqeyi dəqiq müəyyən edilib - İrəvanla danışıqlarda üçüncü tərəf tələb olunmur. Hətta Ermənistanda da bunu anlamağa başladılar. Yelisey sarayının yeni reallıqlarla barışması qalır.

13-05-2024, 07:09 | Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü - VİDEO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü - VİDEO


Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də davam edib.

Bu gün Xan qızı Natəvanın Sarayı qarşısında Birləşmiş Ərəb Əmirliklərindən "Almazyood" və Mərakeşdən "Tizwit" qruplarının konserti ilə başlayıb.

Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv olan ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub.

"Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də həm də "Qarabağnamə" adlı sərgi açılıb. Yaradıcılıq Mərkəzindəki sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş etdirilib.

Şuşadakı proqram Cıdır düzündə musiqi bayramı - Aboubakar Silla (Qvineya), Abbos Kosimov (Özbəkistan) və "Natiq" ritm qrupunun (Azərbaycan) konsertləri ilə yekunlaşıb.

Festival sabah Laçında konsert proqramları ilə başa çatacaq.

13-05-2024, 06:54 | Gömrük bağlamanı aça bilərmi? - RƏSMİ AÇIQLAMA - VİDEO

Gömrük bağlamanı aça bilərmi? - RƏSMİ AÇIQLAMA - VİDEO


Vətəndaşlar bir çox hallarda xaricdən sifariş etdikləri bağlamanın gömrükdə açılmasından şikayət edirlər.

Hətta bəzi vətəndaşların gömrükdə açılan məhsuluna ziyan da dəyib.

Bəs xaricdən sifariş olunan məhsullar gömrük nəzarəti zamanı hansı hallarda açıla bilər?

Məhsula zərər dəyərsə məsuliyyəti kim daşıyır?

Məsələ ilə bağlı ATV-nin "İqtisadi zona" verilişi süjet hazırlayıb.

Daha ətraflı videoda:

11-05-2024, 09:13 | Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO


Bu gün "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 13-dək davam edəcək festival Şuşa şəhəri ilə yanaşı, həm də Laçın şəhərində keçirilir.

Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.

Bu ərəfədə Şuşada Cıdır düzündə festivalın son hazırlıqları olub.


11-05-2024, 09:12 | Yunus Oğuza "Qızıl ulduz" medalı təqdim olundu

Yunus Oğuza "Qızıl ulduz" medalı təqdim olundu


Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 2023-cü ilin nəticələrinə görə Azərbaycan təmsilçilərindən həmin Akademiyanın "Türk Dünyasında İlin Ziyalısı" Beynəlxalq Diplomu və "Qızıl Ulduz" Medalı ilə təltif edilmək üçün namizədliyi verilən yazıçı-publisist Yunus Oğuz artıq ödülləndirilib.

Müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin, Türk dünyası ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alaraq, hər iki nominasiya üçün Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, yazıçı-publisist Yunus Oğuza "Qızıl Ulduz" medalı artıq təqdim edilib.

Xatırladaq ki, Yunus Oğuz onlarla tarixi romanlar müəllifidir və əsərləri dünyanın 20-dən çox ölkəsində dərc olunub. Dünyanın bir çox ölkələrində mükafatlara layiq görülüb.

Romanları Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib.//olaylar.az/


11-05-2024, 08:54 | Muxtar Babayev COMSATS-ın baş qərargahında oldu

Muxtar Babayev COMSATS-ın baş qərargahında oldu


Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Pakistana səfəri çərçivəsində Cənubda Dayanıqlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) paytaxt İslamabaddakı baş qərargahında olub.

Muxtar Babayev COMSATS-ın icraçı direktoru Məhəmməd Nafis Zakariya və digər rəsmi şəxslərlə görüşüb.

Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə koordinatoru Romina Xurşid Alamın da iştirak etdiyi tədbirdə nazir Muxtar Babayev ağac əkib. Burada COP29, o cümlədən davamlı inkişaf, iqlim dəyişikliyi mövzularında müzakirələr aparılıb.

Muxtar Babayev Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının nümayəndələri ilə də iqlim dəyişikliyinin nəticələrini müzakirə edib.


11-05-2024, 08:52 | Günay Baxşəliyeva: “Daha gözəl qızlar vardı, amma mən seçildim” - FOTO

Günay Baxşəliyeva: “Daha gözəl qızlar vardı, amma mən seçildim” - FOTO


Azərbaycanın məşhur aparıcılarından olan Günay Baxşəliyeva televiziyaya ilk gəlişindən bəhs edib.

Aparıcı 3000-dən çox insan arasından seçilməyinin əsas səbəbini açıqlayıb.

"Mənim televiziyaya gəlişimin, seçilməyimin səbəbi Azərbaycan dilini və ədəbiyyatı, qrammatikanı mükəmməl bilməyim olub. Onun sayəsində, o qədər insanın arasından seçildim. Çünki məndən də gözəl qızlar var idi. Məndən də yaraşıqlı bəylər var idi. Çox idik, 3000 nəfərdən çox insan gəlmişdi. Arasından seçildi, 500 qaldı, axırda haradasa 15-20 nəfər qaldı. Artıq bilikləri yoxlamağa başladılar. Sualları səsləndirdilər. Bütün suallara cavab verdim. İndiki kimi yadımdadır. Ondan sonra hətta mənə redaktorluq da, aparıcılıq da təklif etdilər. İlk işim redaktor işi oldu. Sonra "Bizim səhər"də aparıcılıq etməyə başladım", - deyə, o, söyləyib.





11-05-2024, 08:47 | “WhatsApp” illər sonra yeni dizaynda – Bütün telefonlarda... - FOTO

“WhatsApp” illər sonra yeni dizaynda – Bütün telefonlarda... - FOTO


"WhatsApp" tərtibatçıları "iPhone" və "Android" üçün mobil proqramın dizaynını yeniləyiblər. Demək olar ki, bütün yeniliklər naviqasiya və ya rəng palitrasını bəyənməyən messencer istifadəçilərinin istəklərinə əsaslanır.

Tərtibatçılar bildiriş nişanları və düymələri üçün vurğu kimi korporativ rəngdən istifadə etməyə üstünlük verərək yaşıl fonlardan və bərk cisimlərdən imtina etmək qərarına gəldilər.

Qaranlıq formada da daha çox kontrast və daha tünd rənglərlə yenidən işlənib. Bu da az işıqlı şəraitdə göz yorğunluğunun azaldacağı ehtimal olunur.

Dəyişikliklər ən çox Android müştərisində nəzərə çarpır, burada tab paneli "iPhone" kimi ekranın aşağısına köçürülüb.

Bundan əlavə, yeniliklər daha dairəvi və konturlu olan illüstrasiyalara, həmçinin söhbət üçün animasiyalar və divar kağızlarına təsir edib.

Mobil tətbiqin yenidən dizaynı artıq iOS və Android üçün yeniləmədə görünüb, lakin yeniləmə tədricən paylanır. Bu 1 gündən 3 günə qədər çəkə bilər.

"WhatsApp" bu yaxınlarda "iPhone"da parolsuz giriş funksiyasını təqdim edib. Daha sonra onlar daha bir neçə funksiya əlavə etməyə söz veriblər. Bunlar arasında səsli mesajların şifrəsinin açılması, yaxınlıqdakı insanlarla faylların tez mübadiləsi və animasiyalı stikerlərə dəstək kimi yeniliklər var.

Bildirilir ki, yaxın gələcəkdə "WhatsApp" vasitəsilə "Telegram", "Discord" və digər istifadəçilərə yazmaq mümkün olacaq.


11-05-2024, 08:41 | DİM bu imtahanların nəticələrini açıqladı

DİM bu imtahanların nəticələrini açıqladı


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 aprel 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan edilib.

DİM-ə istinadən xəbər verir ki, nəticələri elan olunan imtahanlar aşağıdakılardır:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

1, 2 və 3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=93 öyrənə bilərlər.

4, 5, 6-cı kateqoriyaya aid olan şəxslər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2023/netorta/?frm=egov istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 34481 nəfərdən 2758 nəfər imtahana gəlməyib. 12 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda ən yüksək nəticəni 296,9 bal toplayan Laçın rayonu, Alxaslı kənd orta məktəbin 2022-ci il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 14 may saat 10:00-dan 16 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

- Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

- İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir

- İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.

Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.




11-05-2024, 08:13 | Pakistanın Baş naziri COP29-a dəvət olunub

Pakistanın Baş naziri COP29-a dəvət olunub


Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevi qəbul edib.

Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı dəvət məktubunu Baş naziri Məhəmməd Şahbaz Şərifə təqdim edib.

Baş nazir səmimi dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü və bu il dünya liderlərinin ən mühüm toplantısı olan COP29-a ev sahibliyinə görə təbriklərini çatdırmağı xahiş edib. Baş nazir COP29-u səbirsizliklə gözlədiyini söyləyib.

Məhəmməd Şahbaz Şərif Pakistanın Pakistanın Azərbaycanı COP29-la bağlı hərtərəfli dəstəklədiyini vurğulayıb.

Muxtar Babayev COP29-a hazırlıq prosesində Azərbaycana göstərdiyi dəstəyə görə Baş nazirə minnətdarlığını bildirib.AZƏRTAC


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.