29-04-2024, 14:16 | Məktəb direktoru müəllimləri şantaj edərək rüşvət yığırmış

Mənimsəmə və rüşvət alma kimi cinayətlərdə təqsirləndirilən Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis Tağıyevə hökm oxunub.
qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İngilis Tağıyevin məktəbin bir neçə müəllimini şantaj edərək rüşvət aldığı, məktəb üçün ayrılan vəsaitləri ələ keçirdiyi bildirilib.
Bəlli olub ki, 2002-ci ildən 2022-ci ilədək məktəbə rəhbərlik etmiş İ.Tağıyev işə çıxmayan bir qrup müəllimin adına açılmış əməkhaqqı kartlarını özündə saxlayaraq külli miqdarda pul mənimsəyib. Bundan başqa, onun bir neçə müəllimdən hədə-qorxu yolu ilə pul tələb edərək aldığı da müəyyən edilib. 2022-ci ildə məktəb kollektivindən bir sıra müəllim İngilis Tağıyevin əməlləri barədə hüquq-mühafizə orqanlarına və Təhsil Nazirliyinə şikayət ediblər. Bundan sonra o, vəzifədən azad edilib və barəsində cinayət işi başlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda İ.Tağıyev Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü (Mənimsəmə (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla, hədə-qorxu tətbiq etməklə və külli miqdarda rüşvət alma, vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il müddətə vəzifə tutmaq qadağan edilməklə 5 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Həmçinin onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib.
29-04-2024, 14:10 | Nazirlik bu müəssisələrin lisenziyalarını ləğv etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-ə istinadən xəbər verir ki, bu məqsədlə Xidmət tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı "Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri", eləcə də "Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası" fəaliyyət növləri üzrə lisenziyaya malik "Con-Sol Group" və "Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri" fəaliyyət növü üzrə lisenziyaya malik "Prokon" Məhdud Məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar olunub.
Belə ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, eləcə də müvafiq işləri aparmaq üçün maddi-texniki baza ilə təmin olunmayıb.
Qeyd edilib ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində baş verə biləcək yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən adı çəkilən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.
Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
29-04-2024, 13:44 | İpoteka krediti ilə mənzil almaq istəyənlər seçim qarşısında

Son illər paytaxtda mənzillərin xeyli bahalaşması ipoteka krediti ilə mənzil sahibi olmaq istəyənləri də seçim qarşısında qoyub.
Xəzər TV-yə istinadən bildirir ki, mənzillər bahalaşdığı üçün ipoteka məbləği də çox olmalıdır.
Aparılan sorğudan da aydın olur ki, paytaxt ərazisində ipoteka ilə mənzil almaq hələ də bəzi vətəndaşların imkanı xaricindədir. Belə ki, əvvəllər Bakıda 50-60 min manata satılan bina evlərini hazırda 100 min manatdan ucuz qiymətə tapmaq müşkülə çevrilib.
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, mənzillərin qiyməti artdıqca ipoteka krediti üçün aylıq ödənişlərin də məbləği artır.
Ekspert onu da vurğulayıb ki, qiymət baxımından yeni tikilən binalar bəzi vətəndaşlar üçün, ümumiyyətlə, əlçatan deyil. Ona görə də, ipoteka kreditlərinin məbləği əmlak bazarındakı qiymət artımı ilə uyğunlaşdırılmalıdır.
Ətraflı süjetdə:
9-03-2024, 12:03 | Azərbaycanda bu məhsullar bahalaşdı - QİYMƏTLƏR - VİDEO

Quru meyvələrin və çərəzlərin qiyməti artıb.
Xəzər TV-yə istinadən bildirir ki, Novruz bayramı ərəfəsində quru meyvələrə və çərəzlərə tələbat artıb. Alıcılar deyirlər ki, qiymətlərdə ötən illə müqayisədə xeyli artım var.
Satıcılar isə bildirirər ki, alıcılar daha çox bayrama bir neçə gün qalmış bazara üz tuturlar. Son günlər əsasən qoz və fındığa tələbat artıb. Ötən ilə nisbtən qiymətlərdə artım olduğunu onlar da təsdiqlədilər.
Satıcılar deyirlər ki, yerli məhsulla yanaşı, Türkiyə, Özbəkistan və Ukraynadan gətirilən çərəzlərə də tələbat yüksəkdir. Hazırda isə bazarda ən bahalı çərəz Türkiyədən idxal olunan fıstıqdır. Yerli məhsullardan isə fındığın qiyməti artıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
5-03-2024, 12:42 | Əfsanə xanım Rəhimova Dünyaya nümunə olan birlik
[center]
Bakı Şəhər Sabuncu rayon Pirşağı bələdiyyəsi sədiri Əfsanə xanım Rəhimova
- Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da möhkəmlənməsi diqqətdən kənarda qalmır. Bu, Azərbaycanın yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də əlaqələrinin yüksələn xətlə inkişaf etməsində, qarşılıqlı səfərlərin, həmçinin ev sahibliyi etdiyi, yaxud bu və ya digər ölkələrdə qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibində özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Azərbaycanın xarici siyasət uğurlarından da geniş bəhs etdi.
“Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti uğurlarının davamlılığında, nüfuzunun artmasında özünü aydın şəkildə göstərir. Ölkəmiz beynəlxalq təşkilatlarla əlaqələrini daha da möhkəmləndirməklə malik olduğu imkanların təqdimatına, ən əsası həqiqətlərinin təbliğinə nail olur. Günümüzün əsas çağırışlarından biri məhz türk dünyasının birliyidir. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində yeni dövrün hədəflərini açıqlayarkən bildirdi ki, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır.”
Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov - Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da möhkəmlənməsi diqqətdən kənarda qalmır. Bu, Azərbaycanın yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də əlaqələrinin yüksələn xətlə inkişaf etməsində, qarşılıqlı səfərlərin, həmçinin ev sahibliyi etdiyi, yaxud bu və ya digər ölkələrdə qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibində özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Azərbaycanın xarici siyasət uğurlarından da geniş bəhs etdi.
“Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti uğurlarının davamlılığında, nüfuzunun artmasında özünü aydın şəkildə göstərir. Ölkəmiz beynəlxalq təşkilatlarla əlaqələrini daha da möhkəmləndirməklə malik olduğu imkanların təqdimatına, ən əsası həqiqətlərinin təbliğinə nail olur. Günümüzün əsas çağırışlarından biri məhz türk dünyasının birliyidir. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində yeni dövrün hədəflərini açıqlayarkən bildirdi ki, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır.”
Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri mövcuddur. Əsas hədəfimiz Türk Dövlətləri Təşkilatını gücləndirmək, beynəlxaq nüfuzunu artırmaqdır. Azərbaycanın quruma sədrliyi dövründə türk dünyasının birliyi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, Azərbaycan türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Dövlət başçısı andiçmə mərasimində “Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” fikirləri ilə bir daha bu birliyin sarsılmazlığının, gələcək inkişafının aydın mənzərəsini təqdim etdi.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə də əlaqələri yüksələn xətlə inkişaf edir. Qurum həm işğal, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Təşkilat bütün müsəlman ölkələrini bir araya gətirir. İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın təşəbbüslərinin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır.

Qoşulmama Hərəkatı və quruma üzv dövlətlərlə Azərbaycanın əlaqələri daim diqqətdədir. Baxmayaraq ki, ölkəmizin quruma sədrliyi dövrü artıq başa çatıb bu reallıq inkaredilməzdir ki, Qoşulmama Hərəkatının yeni müstəviyə qədəm qoymasında Azərbaycanın töhfələri əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev andiçmə mərasimində bu əminliyi ifadə etdi ki, biz öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, Qoşulmama Hərəkatı bir təsisat kimi daha da güclənsin. Əgər üzv ölkələrin qarşısında duran problemlərin həllinə kömək göstərmək lazım olarsa, əlbəttə, biz bunu edəcəyik.
Qazanılan uğurların, eyni zamanda, müəyyənləşdirilən hədəflərin fonunda cənab İlham Əliyev bildirdi ki, biz, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq. Eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar peşman olacaqlar.
5-03-2024, 12:13 | 3 qonşumuzda eyni gündə güclü zəlzələ - “Burada olursa, bizdə də olacaq, dalğa bizə də gəlir”

Ötən gün səhər saatlarında Qazaxıstan və Qırğızıstan sərhədində baş verən və əhalinin ciddi təşvişinə səbəb olan 5,4 bal gücündə zəlzələnin ardınca Türkiyədə də yeraltı təkanlar qeydə alındı. Gün ərzində qardaş ölkədə 5 zəlzələ oldu ki, bunun da ən güclüsü axsam saat 21:39-da (yerli vaxtla) Çanaqqalada (4,9 bal) baş verdi. Bu gün səhər saatlarında isə cənub qonşumuz İran 5,5 bal gücündə zəlzələ ilə silkələnib.
Bir sutka ərzində Azərbaycanın qonşu ölkələrində baş verən zəlzələlər isə narahatlıq yaradıb.
Məsələ ilə bağlı Axar.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, hər gün Azərbaycanda da hiss edilməyəcək dərəcədə tərpənişlər, zəlzələlər, tektonik yellənmələr olur.
"Narahat olmağa heç bir əsas yoxdur, bizim üçün xüsusi bir gücdə, dağıntılara səbəb olacaq zəlzələ gözlənilmir. Eyni gündə ölkəmizə yaxın ərazilərdə zəlzələlərin olması da təsadüfdür. "Burada olursa, bizdə də olacaq, dalğa bizə də gəlir" kimi iddialar, düşüncələr əsassızdır", - Q.Yetirmişli bildirib
5-03-2024, 12:10 | Pensiyalar bu tarixdə ödəniləcək

Martın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondundan verilən xəbərə görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
5-03-2024, 10:08 | Ruslan Pənahovun atası DANIŞDI: "Çox sevincliyik"

Fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib.
Musavat.com-un əməkdaşı Ruslan Pənahovun atası Eldəniz Pənahovla əlaqə yaradıb.
"Xəbəri dost-tanışdan, mediadan öyrəndim. Çox sevincliyik. Sizdən öncə də bir media qurumundan zəng vurmuşdular. Hələ ki, rəsmi qurumlardan bizimlə əlaqə saxlayan olmayıb. İnanıram ki, tezliklə övladıma qovuşacam", - Eldəniz Pənahov deyib.
4-03-2024, 12:25 | Azərbaycanda növbəti mənimsəmə - vəzifəli şəxslərə cinayət işi açıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, tibb müəssisəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb.
report-a istinadən xəbər verir ki, Mingəçevir Şəhər Prokurorluğunda xəstəxananın vəzifəli şəxsləri barədə araşdırmalara başlanılıb.
Nəticədə tibb müəssisəsinin vəzifəli şəxslərinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış pul vəsaitindən 50.000 manatdan artıq vəsaiti mənimsəməsi faktı aşkarlanıb.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - küllü miqdarda törədildikdə) və 308.1-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
4-03-2024, 10:35 | İrəvan dəhlizdən imtina edir, xüsusi bölmələr yaradır

Görünən odur ki, Ermənistan rəhbərliyi sülh prosesi və nəqliyyat-kommunikasiya xətlərinin açılması haqqında vahid bir qərar verməyib. Ermənistan dəhlizin açılmasına, Zəngəzura dəhliz statusunun verilməsinə qarşıdır. Bunun üçün isə danışıqlar prosesində suverenlik və ərazi bütövlüyünü bəhanə gətirir.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalya Diplomatik Forumunda İrəvanın Zəngəzur dəhlizini açmayacağı haqda bəyanatını şərh edən politoloq Turab Rzayev deyib.
Siyasi şərhçi Ermənistanın özünün Zəngəzurla bağlı planlarının olduğunu qeyd edib:
"Regional təsirlərə görə Paşinyan hökumətindən Zəngəzurla bağlı fərqli açıqlamalar verilir. 10 noyabr bəyanatına imza atan və üzərinə öhdəlik götürən Paşinyan indi Qərbin dəstək və təlqinləri ilə bunu yerinə yetirməkdən boyun qaçırır. Bir neçə ay öncə aparılan danışıqlarda Azərbaycanın əsas hissəsindən Naxçıvana aparılacaq yük və gedəcək vətəndaşlara güzəştlərin edilməsi, lakin üçüncü ölkələr ilə bağlı normal prosedurun tətbiqi haqqında razılıq var idi. İndi isə İrəvan bunlar üzərində də dayanmaq istəmir. Hazırda Rusiya və KTMT əleyhinə bəyanatlar səsləndirən Paşinyan açıq şəkildə rus sərhədçilərin Zəngəzurda yerləşdirilməsini istəmir. Hətta Ermənistan bununla bağlı sərhəd qoşunlarının tərkibində yolların qorunması üçün xüsusi mühafizə bölməsinin yaradılmasına başlayıb. Ortaya iki sual çıxır: birincisi, əgər Zəngəzurun xüsusi statusu olmayacaqsa, niyə Paşinyan 10 noyabr bəyanatına imza atdı və rus sərhədçilərin Zəngəzurda yerləşdirilməsinə razı oldu? İkincisi, əgər yalnız umumi qaydada nəqliyyat-kommunikasiya xətləri açılacaqsa, xüsusi mühafizə bölməsinin yaradılmasına nə ehtiyac var? Çünki Paşinyanın xüsusi mühafizə bölməsinin yaradılmasında əsas məqsədi rus sərhədçilərin Zəngəzura buraxılmamasıdır. Ermənistanın Zəngəzurla bağlı öz planı var. Ancaq Azərbaycanın haqlı tələbləri və Rusiyanın bölgədəki maraqlarına görə, Ermənistan özünün dəhliz layihəsini gerçəkləşdirə bilmir. Ona görə də belə addımlarla vaxt qazanmağa çalışır".