4-03-2024, 10:21 | Qarabağa köç edənlərin evləri satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR - VİDEO

Qarabağa köç edənlərin evləri satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR - VİDEO



Məcburi köçkünlər üçün tikilən evlərin satışı dayandırlmayıb.

Satış prosesinin ötən iyulun 1-dək sonlandırlması gözlənilsə də hələ də satılmayan, öz alıcısını gözləyən mənzillər var.

Bu mənzillərin qiyməti mərtəbəsinə, otaq sayına, ölçülərinə görə fərqlənir. Məsələn, Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadrat metr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 min 450 manatla 61 min 790 manat arasında dəyişir.

Abşeron rayonundakı yeni yaşayış kompleksində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur. Ramana qəsəbəsində isə satışa çıxarılan, hələ bron edilməmiş, 67 min 320 manata təklif olunan üçotaqlı mənzillər mövcuddur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Xəzər TV-yə müsahibəsində alıcısını gözləyən boş mənzillərin mövcudluğunu təsdiqlədi.

Mənzilləri alan şəxslər tərəfindən dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və sahiblərinə təqdim olunur. Mənzillərin qiyməti isə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən edilib.

O da bildirildi ki, bir il ərzində mənzillərin təxminən 18-19 faizi satılıb.

28-02-2024, 18:10 | Şəmsəddin Hacıyevdən keçmiş kürəkəninin toy mərasimi ilə bağlı AÇIQLAMA - “Bu axmaq hərəkətdir”

Şəmsəddin Hacıyevdən keçmiş kürəkəninin toy mərasimi ilə bağlı AÇIQLAMA - “Bu axmaq hərəkətdir”



Eks millət vəkili Şəmsəddin Hacıyevin bu gün sabiq kürəkəni Seymur Orucovun toy mərasimini eşidərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

manset.az məsələ ilə bağlı İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev ilə əlaqə saxlayıb. O açıqlamasında qızı Çeşmi Hacıyevanın Seymur Orucovdan 2 il bundan əvvəl boşandığını qeyd edib.

"Bu çox axmaq hərəkətdir. Belə publik formada olmalı idi ya olmalı deyildi qoy ona jurnalistlər cavab tapsın. Mənim qızım 2 il əvvəl ondan boşanıb. Mən niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? Bu söhbətlər absurddur."

Qeyd edək ki, bu gün sabiq millət vəkili Şəmsəddin Hacıyevin keçmiş kürəkəni Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın şəhərin lüks restoranlarından birində toy mərasimi baş tutacaq.

28-02-2024, 14:57 | Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək



3 mart 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından fevralın 22-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.

Martın 3-də keçiriləcək imtahanda 52267 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Nəzərinizə çatdırırıq ki, martın 3-də Ağdərə rayonu, Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil edəcəyi ilk imtahandır.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.


28-02-2024, 13:52 | Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur

Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur



Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova bildirib.

Onun sözlərinə görə, erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır: "Bu halların qarşısının alınması va cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. Eyni zamanda nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur".

28-02-2024, 12:38 | Aparıcı ilə evlənən icra başçısının gündəm olan VİDEOSU

Aparıcı ilə evlənən icra başçısının gündəm olan VİDEOSU



Xəbər verdiyimiz kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. O, tanınmış aparıcı Alidə Mustafayeva ilə ailə həyatı quracaq.

RTV icra başçısı Seymur Orucovun gündəm olan videosunu təqdim edir:

28-02-2024, 11:33 | Göstəricilər yaxşıdır, amma bu, bizi sakitləşdirməməlidir - Umayra Tağıyeva

Göstəricilər yaxşıdır, amma bu, bizi sakitləşdirməməlidir - Umayra Tağıyeva



Bu il son 10 il ərzində yaxşı göstəricilərlə üzləşdik. Böyük Qafqazın çaylarında sululuq normadan 88 faiz çoxdur. Keçən illə müqayisədə isə 38 faiz çoxdur. Kiçik Qafqaz çaylarında isə sululuq norma göstəricilərdən 35 faiz artıqdır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmədə deyib.

"Bunlar yaxşı göstəricilərdir, amma bizi sakitləşdirməli deyil. İqlim dəyişiklikləri nəticəsinə əsasən, su ehtiyatlarının gələcək proqnozları nikbin deyil. Buna görə su ehtiyatlarının səmərəli istifadəsi vacib məsələdir", - deyə nazir müavini bildirib.

28-02-2024, 11:30 | "Arvadınıza pul verəndə notariusla verin" - VİDEO

"Arvadınıza pul verəndə notariusla verin" - VİDEO



Space Tv-də Amil Xəlilin təqdimatında yayımlan verilişdə səslənən fikrlər diqqət çəkib.

roqramın eksperti yazıçı-kulturoloq Aydın Xan Əbilovun dedikləri birmənalı qarşılanmayıb.

O, bəylərin xanımlarına və uşaqlarına pulu notariusla verməli olduğu fikrini əsaslandırmağa çalışıb.

Həmin görüntüləri təqdim edirik:

21-02-2024, 16:04 | Birinci siniflərə elektron qeydiyyatın vaxtı açıqlandı

Birinci siniflərə elektron qeydiyyatın vaxtı açıqlandı



Birinci siniflərə qeydiyyat prosesi 2015-2016-cı tədris ilindən etibarən elektron qaydada həyata keçirilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır:

"2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

21-02-2024, 14:27 | Bu şəxslərin maaşları artacaq

Bu şəxslərin maaşları artacaq




2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub. Bu ilə təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki illə müqayisədə, 142.8 milyon manat artırılaraq, 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manat vəsaiti birbaşa ümumtəhsil xərcləridir. Əməkhaqqı artımları baxımından digər mühüm məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manatı məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək.

"Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əməkhaqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur. Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır.

Diferensial sistemin dəyişdirilməsinə və əməkhaqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var. Bu baxımdan, təklif edirik ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərimizin də əməkhaqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin", - deyə V.Bayramov əlavə edib.




21-02-2024, 13:42 | Füzulidə 38 çoxmərtəbəli bina inşa edilir

Füzulidə 38 çoxmərtəbəli bina inşa edilir



Füzulidə hazırda 38 çoxmərtəbəli bina inşa edilir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfrasda çıxışı zamanı deyib.

"Artıq Füzulidə 527 ailə məskunlaşıb. Bu 2 minə yaxın şəxs deməkdir. Bu say növbəti aylarda 846 ailəyə çatacaq. Oraya köçən insanlar işlə təmin olunur.

Qarabağda həyata keçirilən layihələr tarixi hadisələrdir. Bu ərazidə gedən işlərə əmək sərf etmək çox qürurvericidir. Ərazilərin zəngin su ehtiyatları ölkə sənayesi və kənd təsərrüfatı üçün əhəmiyyətli yerə sahibdir.

Lakin baxımsızlıq ucbatından Sərsəng su anbarında vəziyyət yaxşı deyil. Çaylara çirkab tullantıların təmizlənmədən axıdılması, meşələrin qırılması ekoloji fəlakətə səbəb olub", - deyə o bildirib. Trend



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.