9-11-2020, 05:41 | Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur



Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 11 il keçir.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayraq eyni ölçüdə olan üç üfüqi rəngli zolaqlardan ibarətdir: yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl zolaq. Qırmızı zolağın mərkəzində ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir olunub.

Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.

Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edilib.

Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

8-11-2020, 18:18 | "Şuşa şəhərinin azad olunması münasibətlə əziz xalqıma ən səmimi təbriklərimi çatdırıram"

"Şuşa şəhərinin azad olunması münasibətlə əziz xalqıma ən səmimi təbriklərimi çatdırıram"


Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev elan etdi ki, Şanlı Ordumuz tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərini 28 illik Ermənistan işğalından azad etmişdir.Bu münasibətlə əziz xalqıma ən səmimi təbriklərimi çatdırıram.

Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova öz "Twitter" səhifəsində paylaşım edib. (Trend)


8-11-2020, 14:13 | Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğalçılara layiqli cavab verir - Türkiyə hökuməti

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğalçılara layiqli cavab verir - Türkiyə hökuməti


Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu cəbhənin büün istiqamətlərində işğalçı qüvvələrə layiqli cavab verir.

Bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycanın bütün uğurları, o cümlədən Şuşa şəhərinin azad olunması Türkiyənin hədsiz sevindirir:

"Şuşa Azərbaycanın əzəli torpağıdır və bu gün bu şəhər erməni işğalından azad edilib".

Türkiyə hökumətindən bildiriblər ki, Azərbaycan özü öz ərazilərini azad etməklə, faktiki olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini icra edir.

8-11-2020, 14:09 | "Şuşanın azad edilməsi ordumuzun gücünün, xalqımızın birliyinin və Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin göstəricisidir"

"Şuşanın azad edilməsi ordumuzun gücünün, xalqımızın birliyinin və Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin göstəricisidir"

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Bu zəfər faktiki olaraq müharibənin taleyinin həllində önəmli rol oynayacaq və böyük önəm kəsb edir.

Bu tarixi hadisəyə münasibət bildirən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ordumuzun bu uğurunun hərbi-siyasi və tarixi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 9-da erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurmuşdu.

Cəlil Xəlilov deyib ki, 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi. Şuşanın azad olunması o deməkdir ki, ordumuz onun ətrafındakı digər yaşayış məntəqələrinə də nəzarət edə biləcək, düşməni bu torpaqlarımızdan da çıxarmaq üçün Şuşanın üstün strateji mövqeyindən istifadə edə biləcək.

"Əminəm ki, Şuşanın azadlığı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq. Çünki Şuşa həm birinci Qarabağ müharibəsi, həm də indiki Vətən Müharibəsi dövründə savaşın əsas açar nöqtəsi hesab edilirdi. Biz bundan sonra Ermənistanın daha böyük itkilər və daha acı məğlubiyyətlərlə üz-üzə qalacağının şahid olacağıq.

Mən Şuşanın azad edilməsi münasibətilə şanlı ordumuzu və Azərbaycan xalqını təbrik edirəm, dövlətimizin başçısına bu qələbəyə görə minnətdarlığımı çatdırıram. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyin nəticəsidir ki, Şuşa Azərbaycan əsgərinin şücaəti sayəsində işğaldan azad edildi. Əminəm ki, ordumuz işğal altındakı digər torpaqlarımızı da azad edərək ərazi bütövlüyümüzü tam təmin edəcək, erməni işğalını öz müzəffər yürüşü ilə sonlandıracaq", - polkovnik bildirib.(Trend)

8-11-2020, 13:52 | Qəhrəman Azərbaycan Xalqını təbrik edirik - Türkiyə MN

Qəhrəman Azərbaycan Xalqını təbrik edirik - Türkiyə MN


Qəhraman Azərbaycan Ordusu ciddi önəmə sahib olan Şuşa şəhərini işğaldan azad edib.

Bunu Trend-ə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

"Bu münasibətlə qəhrəman Azərbaycan Xalqını təbrik edirik. Azərbaycan türkü qardaşlarımız 28 il sonra Şuşadakı xarıbülbül çiçəyinin çiçəklənməsini izləyəcə, qoxulayacaqlar", - qeyd olunub.

8-11-2020, 13:48 | Mövlud Çavuşoğlu: "Şuşanın azadlığı mübarək olsun

Mövlud Çavuşoğlu: "Şuşanın azadlığı mübarək olsun

“Azərbaycanın mədəni paytaxtı, qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun. Bayraq günündə şanlı Azərbaycan bayrağı bir daha enməməklə Şuşada da dalğalanacaq. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Tvitter”də yazıb.

Azerbaycan’ın kültür başkenti kadim şehir Şuşa’nın azatlığı kutlu ve uğurlu olsun. Bayrak gününde şanlı Azerbaycan bayrağı bir daha inmemek üzere Şuşa’da da dalgalanacak.
Üç renkli bayrağınla mesut yaşa AZERBAYCAN!

— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) November 8, 2020

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan edib.(Virtualaz.org)

8-11-2020, 13:45 | Lalə Şövkət: “İlham Əliyev məğlub Xalqı qalib Millətə çevirdi!”

Lalə Şövkət: “İlham Əliyev məğlub Xalqı qalib Millətə çevirdi!”

Azərbaycan müxalifətinin liderlərindən biri, Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət xüsusi açıqlama verib.

Müraciət virtualaz.org saytının redaksiyasına göndərilib.

Açıqlamada deyilir: “Əziz Millətim!

Bu gün bizim ən xoşbəxt günümüzdür.

Şuşa - Azərbaycanın tacı öz taxtına qayıtdı. Şuşa, Qarabağ varsa, Azərbaycan var!

Millətimizin zəfər və qürur hissi ilə ən şanlı günümüzü yaşayırıq.

Müzəffər, rəşadətli, qüdrətli Ordumuz, casur və qəhrəman əsgər və zabit igidlərimiz öz məharətini bütün dünyaya nümayiş etdilər.

Bu günü bizə qismət edən, qürurumuzu bizə qaytaran, şanlı tariximizi yazan qəhrəman Azərbaycan əsgərinə, torpağın hər qarışını qanları ilə suvaran mərd şəhidlərimizə millət olaraq, dövlət olaraq həmişəlik borcluyuq.

Özümün və əqidədaşlarımın adından bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin ruhu şad olsun. Nur içində yatsınlar Ana Torpağın qoynunda.

Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Siz məğlub Xalqı qalib Millətə çevirdiniz, bu xoşbəxt günləri bizə nəsib etdiniz. Bir siyasətçi kimi bilirəm, hansı çətinliklərdən keçmisiniz və böyük maneələri dəf etmisiniz. Bu çətin iş həmişə pərdə arxasında qalır, amma onun nəticələri göz qabağındadır. Siz Azərbaycanın şərəf və ləyaqət tarixini yazdınız, və bununla birmənalı özünüz tariximizdə qəhrəman kimi həkk olunduz.

Heç vaxt Vətənimizdə bugünkü kimi Milli Birlik olmamışdı. Artıq dərəcədə Sizdən xahiş edirəm, bu Milli Birliyi qoruyub saxlayasınız. Onda bizi heç kim, heç vaxt sarsıtmaz. Bu, Millət üçün ən ülvü dəyərdir.

Xüsusi olaraq, bizim bu ağır günlərimizdə bizə siyasi mənəvi dayaq duran Türkiyəmizə dərin təşəkkürümü bildirirəm.

Şükür olsun Allaha ki, Millətin qüruru qalib gəldi. Qaməti düzəldi. Qeyrət simvolumuz Şuşa öz Vətəninə qayıtdı!

Ulu Tanrımız yeni qələbələri bizə nəsib etsin!”.

8-11-2020, 13:40 | Şuşanın kosmosdan son görüntüsü - FOTO

Şuşanın kosmosdan son görüntüsü - FOTO


"Şuşa şəhərinin erməni işğalından azad olunduqdan sonra "Azersky" peyki ilə çəkilmiş təsvirini təqdim edirik".

Bu barədə "Azərkosmos" ASC məlumat yayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın 28 ildən sonra işğaldan azad edilməsini elan etdi.



8-11-2020, 13:36 | Hikmət Hacıyev Şuşanın azadlığından yazdı


Hikmət Hacıyev Şuşanın azadlığından yazdı


Prezident İlham Əliyev, Müzəffər Ali Baş Komandana Şuşanın azad olunmasını xalqımıza yaşatdığına görə sonsuz təşəkkürlər!

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz Tvitter hesabında yazıb.

"Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgər və zabitlərimiz şəfa tapsınlar!", - deyə H. Hacıyev qeyd edib.

8-11-2020, 13:26 | Ərdoğanın köməkçisindən Şuşa paylaşımı

Ərdoğanın köməkçisindən Şuşa paylaşımı


"Şuşa erməni işğalından xilas oldu. Zəfərin, qəzan mübarək olsun, əziz qardaşım".

Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay öz tvitter hesabında bildirib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.