11-12-2024, 21:53 | İrəvandan Bakıya təyyarə uçdu - Onları daşıyırmış...

İrəvandan Bakıya təyyarə uçdu - Onları daşıyırmış...


Ötən gün axşam saatlarında İrəvanın "Zvartnots" hava limanından qalxan təyyarə Bakıya enib.

qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 11-də saat 17:00-da İrəvandan Bakıya "Enter Air" aviaşirkətinin təyyarəsi uçub.

"Hava gəmisi"nin göyərtəsində NATO Müdafiə Kollecinin kursantlarının olduğu güman edilir.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi kollecin rəhbəri general-leytenant Maks Nilsenin rəhbərlik etdiyi nümayəndə heyətinin dekabrın 10-11-də Ermənistanda səfərdə olduğunu bildirmişdi. O, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşlər keçirilib.

Qeyd olunur ki, "Enter Air"in çarter reysi bir gün əvvəl - dekabrın 9-da kollecin yerləşdiyi Romadan İrəvana gəlib.

11-12-2024, 20:32 | Messi Azərbaycana minnətdarlığını ifadə etdi! Dünya ulduzlarının iştirakı ilə möhtəşəm bayram

Messi Azərbaycana minnətdarlığını ifadə etdi! Dünya ulduzlarının iştirakı ilə möhtəşəm bayram


Baku Crystal Hall-da dünya ulduzlarının iştirakı ilə möhtəşəm bayram təşkil olunub.

Trend-in məlumatına görə, azarkeşlər dünya çempionu, səkkizqat "Qızıl top" mükafatı sahibi Lionel Messi və onun komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Albaya canlı görmək imkanı qazanıblar.

Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcılığı ilə baş tutan Bayram axşamının açılışında, Xalq artisti Natiq Şirinovun rəhbərliyi altında "Natiq" ritm qrupunun və rəqs kollektivinin iştirakı ilə möhtəşəm Azərbaycan kompozisiyası təqdim olunub.

Sonra qonaqlara dünya şöhrətli fransız DJ, ifaçı və bəstəkar Villi Vilyamın konsert proqramı təqdim olunub. Bu çıxışlar Baku "Crystal Hall"da tamamilə dolmuş tamaşaçıları daha da çoşdurub və hərəkətə gətirib

Daha sonra tamaşaçılara Lionel Messinin həyatına və karyerasına həsr olunmuş sənədli film nümayiş olunub. Film Messinin şəxsi həyatı, qələbələri və uğursuzluqları, sevincli və çətin anları haqqında unudulmaz görüntüləri ilə hər kəsi təsirləndirib. Hətta Messinin səhnəyə çıxmasından əvvəl tamaşaçılar onun adını tərənnüm edibdilər!

Və nəhayət, hamının səbirsizliklə gözlədiyi an gəldi - dünya ulduzları səhnəyə çıxaraq tamaşaçıları alqışlar altında salamlayıbılar. Messi çıxışında o və komanda yoldaşlarının ilk dəfə Bakıya gəldiklərini, ölkənin mədəniyyəti və insanları ilə az da olsa tanış olduqlarını bildirərək, Azərbaycanın göstərdiyi isti qəbul və qonaqpərvərliyə görə dərin minnətdarlığını ifadə edib.

Biletlərin satışından əldə olunan gəlirlərin xeyriyyə məqsədlərinə yönəldiləcəyi açıqlanıb. Tədbirin ən təsirli məqamlarından biri isə sağlamlıq imkanları məhdud uşaqlar, uşaq evlərinin sakinləri və şəhid ailələrindən olan uşaqların səhnəyə çıxması olub. Onlar dünya ulduzlarını görmək, avtoqraf almaq və birgə foto çəkdirmək şansı qazanıblar. Bu, uşaqlar üçün böyük bir sevinc və unudulmaz bir xatirə olub!

Səhnəyə həmçinin, Azərbaycanın bir sıra futbol komandalarının gənc futbolçuları çıxıblar. Onlar təkcə öz kumirlərini görmək deyil, həm də onlarla kiçik ötürmələr etmək, avtoqraf almaq və şəkil çəkmək şansı qazanıblar. İştirakçılar futbol ulduzları ilə maraqlı və unudulmaz anlar keçiriblər.

Tamaşaçılar arasında böyük coşqu doğuran məqam isə dünya ulduzlarının zalda oturanlara avtoqraflı futbol toplarını hədiyyə etməsi olub. Bu dəyərli hədiyyələri alan şanslılar üçün unudulmaz bir an olub!

Axşam məşhur rumın qrupu Morandinin çıxışı ilə sona çatıb.

Tədbirin təşkilatçılarına minlərlə futbol və musiqi həvəskarına ən parlaq emosiyalar və unudulmaz təəssüratlar bəxş etdikləri üçün dərin təşəkkür ifadə olunub.


11-12-2024, 20:07 | Elektrikli avtomobillər üçün yeni çıxış yolu - Enerji problemi həll olacaq

Elektrikli avtomobillər üçün yeni çıxış yolu - Enerji problemi həll olacaq


"Mercedes-Benz" şirkəti elektromobillərin enerji doldurma problemlərini həll etmək üçün innovativ texnologiya üzərində işləyir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkət tərəfindən təqdim edilən "günəş boyası" avtomobillərin karoserinə çəkilir və günəş enerjisindən elektrik enerjisi istehsal etməyə imkan yaradır.

Texnologiyanın Xüsusiyyətləri

Ultra Nazik Qat: Günəş boyasının qalınlığı cəmi 5 mikrometrdir və hər kvadrat metr üçün 50 qram ağırlığındadır.
Ekoloji Təmizlik: Boya zəhərli olmayan və təkrar emal edilə bilən materiallardan hazırlanır.
Yüksək Effektivlik: Bu boya həm avtomobilin mühərrikini gücləndirə, həm də akkumulyatoru doldura bilir. Sistem aktiv qalaraq avtomobil dayanarkən də enerji istehsalına davam edir.

İllik Performans Göstəriciləri

"Mercedes-Benz" iddia edir ki, ideal şəraitdə günəş boyası ilə avtomobil ildə 12 min kilometr məsafə qət edə bilər. Günəş boyasının səmərəliliyi günəşin intensivliyi, kölgə və coğrafi mövqe kimi amillərdən asılı olaraq dəyişir.

Almaniya (Ştutqart): Günəş boyası ilə gündəlik sürüş məsafəsinin 62%-ni təmin etmək mümkündür.
ABŞ (Los-Anceles): Günəşli bölgələrdə bu nisbət 100%-ə qədər çata bilər.

Müasir Materiallardan İstifadə

Texnologiyada istifadə edilən materiallar tam açıqlanmasa da, mütəxəssislər tərkibində yüksək günəş səmərəliliyi təmin edən perovskitlərin olduğunu ehtimal edir. Perovskitlər ucuz və effektiv günəş texnologiyalarında istifadə olunan materiallar arasında liderdir.

Elektromobillərin Gələcəyinə Təsiri

Mercedes-Benz bu texnologiyanın elektromobillərin geniş yayılmasında mühüm rol oynayacağını bildirir. Hələ araşdırma mərhələsində olan günəş boyasının istehsal tarixi dəqiqləşməsə də, texnologiya artıq diqqət mərkəzindədir.

Günəş boyası, həm ekoloji təsirləri azaltmaq, həm də elektromobillərin enerji təminatını optimallaşdırmaq baxımından yeni bir dövrün başlanğıcı ola bilər. Mercedes-Benz bu innovasiya ilə elektromobil sənayesində daha bir önəmli addım atmağa hazırlaşır.


11-12-2024, 20:00 | Messi Azərbaycan haqqında DANIŞDI

Messi Azərbaycan haqqında DANIŞDI


"Bakıya səfərimdə Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı qazandım".

Bunu Bakı Kristal Zalında fanatları ilə görüşü zamanı əfsanəvi futbolçu Lionel Messi deyib.

"Mən öz komanda yoldaşlarım adından bu görüşün təşkilinə görə hər kəsə təşəkkür edirəm", - futbolçu vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin "Inter Miami" futbol klubunun əfsanəvi oyunçusu Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Albanın (Jordi Alba) Bakıda səfərdədirlər.



18-09-2024, 16:03 | Azərbaycan cüdo üzrə Dünya Turunun ilk "14-lüy"ündə

Azərbaycan cüdo üzrə Dünya Turunun ilk "14-lüy"ündə


Azərbaycan cüdo üzrə Dünya Turunda 14-cü yerdədir.

Zaqrebdə keçirilən Qran-Pridən sonra ölkələrin bu il reytinq turnirlərində çıxışlarının statistikası yenilənib.

Xorvatiyanın paytaxtına səfər komandamıza üç mükafat qazandırıb: Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medala sahib çıxıb.

İlin əvvəlindən Azərbaycan cüdoçuları "Böyük dəbilqə" və "Masters" turnirlərinin də daxil olduğu Dünya Turu yarışlarında 3 qızıl, 11 gümüş və 14 bürünc medal qazanıblar.

Cədvəldə Braziliya, Türkiyə, Cənubi Koreya, Macarıstan və bir çox başqa ölkələri qabaqlayırıq.

Yaponiya liderdir (21-9-25), ikinci yerdə Fransa (17-12-17), üçüncü yerdə isə neytral idmançılar (14-9-20) qərarlaşıb.

İdman.biz

26-08-2024, 08:17 | Rəşad Sadıqov: "Rəqib keçilməz idi"

Rəşad Sadıqov: "Rəqib keçilməz idi"


"Oyun bizim üçün bir az uğursuz başladı. 30-cu saniyədə qapımızda təhlükəli vəziyyət oldu".

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının IV turunda "Şamaxı"ya 0:1 hesablı məğlubiyyəti şərh edib: "Rəqib gözlədiyimiz kimi bizi əks-hücumda tutdu və möhtəşəm zərbə ilə qol vurdular. Ondan sonra nəzarət bizdə idi. İkinci yarıda möhtəşəm oynadıq. Futbolçulardan razıyam. Üç gün əvvəl ağır məğlubiyyət almışdıq. Hamısını nəzərə alsaq, yaxşı oynadıq. Vacib olan odur ki, bu oyunu daha da inkişaf etdirməliyik. Rəqibin qapıçısı çox yaxşı 3-4 seyv etdi. Avrokuboklarda məğlubiyyətdən sonra komanda əzilmiş olur. Amma oyunumuz onu demədi. Ağır məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq, gözəl oynadıq. Sadəcə rəqib keçilməz idi. Bir qol lazım idi ki, üstünlük bizə keçsin. Rəqibin də əzmkar oyununu nəzərə almaq lazımdır".

Qeyd edək ki, "Zirə" mövsümdə ilk məğlubiyyətini alıb. //İdman.biz

26-08-2024, 08:14 | Krunoslav Renduliç: "Bir səhvə görə qol buraxdıq"

Krunoslav Renduliç: "Bir səhvə görə qol buraxdıq"


"Komanda çox yaxşı, keyfiyyətli futbol sərgilədi". Əfsuslar olsun ki, bir səhvə görə qol buraxdıq".

Bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt" üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib: "Qoldan 10-15 dəqiqə sonra o qədər də yaxşı deyildik. Bu da normaldır. Çünki səhvlərdən sonra özünəinamı itirirsən. Qol epizodlarımız var idi, bəzilərini reallaşdıra bilmədik. İkinci hissədə təzyiqi artırdıq. Bəzi hissələrdə daha yaxşı oynaya bilərdik. Qələbəyə layiq idik. Çünki “Sumqayıt” qapıya cəmi 1-2 zərbə endirdi. Addım-addım irəliləmək lazımdır. Bəzi oyunçularımız 100 faiz hazır deyil. Komandada futbolçular var ki, daha çox iş görə bilərlər".

Qeyd edək ki, ardıcıl 2-ci oyunda qələbə qazanan "Sabah" liderlər qrupuna yüksəlib.//İdman.biz

13-05-2024, 07:35 | Gecə yatmazdan öncə bir stəkan süd içməyin 6 faydası

Gecə yatmazdan öncə bir stəkan süd içməyin 6 faydası



Hər gün bir stəkan süd içmək bəzi insanlar üçün vazkeçilməz addımlardan biridir.

Bəs, hər gün süd içənlərin orqanizmində nə baş verir?

Hər gün bir stəkan süd içənlər, içməyənlərdən bir neçə addım öndədir. Çünki süd sümük sağlamlığından gözəl dəriyə sahib olmağa qədər bir çox prosesdə rol oynayır.

Əgər südü sevmirsinizsə, onun əvəzinə süd məhsullarından, xüsusilə də ayran və qatıqdan faydalana bilərsiniz.

Hər gün bir stəkan süd içməyin 6 faydasını təqdim edirik:

1. Xəstəliklərlə mübarizəyə kömək edir

Bir stəkan süd yüksək qan təzyiqi və insult riski kimi ölümcül vəziyyətlərdən qoruya bilər. Bundan əlavə, südün tərkibindəki laktoza qaraciyərinizə pis xolesterol istehsalını azaltmağa kömək edir. Həm də bədənin müəyyən xərçəng növləri ilə mübarizə aparmasını asanlaşdırır. Üstəlik, görmə qabiliyyətinə də yaxşı təsir edir.

Südə sarıkök əlavə edərək öskürəkdən tutmuş viral infeksiyaya qədər bir çox problemdən xilas olmaqda istifadə edə bilərsiniz.

2. Kökəlməyə qoymur

Bir stəkan süd sizi tox hiss etdirəcək. Südə kakao və ya meyvələr əlavə edərək şirniyyat istəyini azaltmaq olar.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

3. Dişləri və sümükləri möhkəmləndirir

Bədənimizdəki kalsiumun çoxu sümüklərə və dişlərə sərf olunur. Ona görə də sümük və diş sağlamlığı üçün süddən daha yaxşı qida yoxdur. Təkrarlanan araşdırmalar gündə bir stəkan süd içməyin dişlərin çürüməsinin qarşısını aldığını göstərib.
Süd sümükləri gücləndirir və dişlərin, dırnaqların, eləcə də saçlarınız sağlamlığında mühüm rol oynayır.

Bununla belə, yadda saxlamaq lazımdır ki, südün tərkibindəki kalsium yalnız D vitamini mövcud olduqda orqanizm tərəfindən mənimsənilə bilər. Buna görə də, içdiyiniz südün istehsalçı tərəfindən D vitamini ilə zənginləşdirildiyindən əmin olun.

4. Mədə yanmasının qarşısını alır

Ədviyyatlı və acılı yeməkdən sonra bir stəkan süd içmək məsləhətdir. Tədqiqatlar göstərir ki, süd mədənin selikli qişasını və yemək borusunu örtərək sakitləşdirici təsir yaradır.

5. Dəriyə parlaqlıq verir

Süd içmək dəriyə parlaqlıq qazandırır. Lüks həyat yaşayanlar həftədə bir dəfə südlə çimməyə üstünlük verirlər. Südün təmizləyici xüsusiyyətlərə malik olduğu və bir çox təbii nəmləndiricilər ehtiva etdiyi düşünülür. Üstəlik, süd dərinin rəngini də açır.

8. Saçları nəmləndirir

Südün tərkibindəki təbii nəmləndiricilər saçlarınız üçün çox faydalıdır. Xüsusilə quru və solğun saçlara sahib olanlara kömək edə bilər. Süd saçları cavanlaşdırır və parlaqlıq qazandırır.

Ekspertlər gündə bir dəfə süd içməyi vərdiş halına gətirmək istəyənlərə xəbərdarlıq edirlər. Bildirilir ki, bunu əsasən gecə yatmazdan öncə etməyə diqqət yetirmək lazımdır. Südün faydalarından tam yararlanmaq və səhərlər daha gümrah oyanmaq üçün yatmazdan yarım saat öncə süd içə bilərsiniz.

13-05-2024, 07:25 | “Qalatasaray” çempionluğun bir addımlığında

“Qalatasaray” çempionluğun bir addımlığında



Türkiyə Superliqasında 36-cı tura yekun vurulub.

İdman.biz xəbər verir ki, liderlər turu qələbə ilə başa vurublar.

Lider “Qalatasaray” səfərdə çətinliklə 3 xal qazanıb. “Sarı qırmızılar” “Karagümrük”lə oyunun 90-cı dəqiqəsində həlledici qolu vurublar – 3:2.

“Fənərbaxça” isə “Kayserispor”un qapısından 3 cavabsız keçirib.

Bu nəticələrdən sonra “Qalatasaray” 99, “Fənərbaxça” isə 93 xal toplayıb. Çempion olmaq uçun son 2 turda Okan Burukun yetirmələrinə 1 xal kifayət edir


13-05-2024, 07:22 | Marsda həyat mövcud olub? - Alimlərdən yeni araşdırma

Marsda həyat mövcud olub? - Alimlərdən yeni araşdırma



Alimlər müəyyən ediblər ki, qədim zamanlarda Mars həyat üçün əlverişli olub.

Planetdə Yerdəki vəziyyətə oxşar şərait mövcud olub.

Journal of Geophysical Research: Planets jurnalında dərc olunan məqalədə qeyd olunub ki, NASA-nın "Curiosity" roverindəki "ChemCam" cihazı Mürrey formasiyasının gölünün dibindəki qayalarda yüksək səviyyədə manqan aşkar edib.

Tədqiqat göstərir ki, formasiyanın incə dənəli süxurların orta kimyəvi tərkibindən fərqli olaraq, iri dənəli süxurlar manqanla 45 dəfəyə qədər, dəmirlə isə 1,5 dəfəyə qədər zənginləşdirilib.

Alimlər həmçinin bu yerdə dəmir-manqan oksidinin çökməsinin müxtəlif mexanizmlərinə nəzər salıblar və belə nəticəyə gəliblər ki, çöküntülərin yaranmasının bütün mümkün hallarında Yer kürəsində mövcud olan oksidləşdirici şərait tələb olunur.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.