22-11-2021, 08:41 | Övladın valideyn üzərində haqları barədə

Övladın valideyn üzərində haqları barədə


Tez-tez valideyn etinasızlığı ucbatından övladların acınacaqlı vəziyyətə məruz qalmalarını müşahidə edirik. Sizin danışdığınız problemdən bizə aydın oldu ki, valideynləriniz sizi hələ uşaq ikən babanızın himayəsinə vermişlər. Bəzi valideynlər övladlarının haqlarını yalnız maddi təminat göstərməkdən ibarət olduğunu düşünürlər. Bütün bu problemlərin, yəni övlad valideyn münasibətindəki problemlərin kökündə çox hallarda elə valideynlərin özləri dayanır. İnsanların əksəriyyəti ancaq valideyn haqlarından danışır, lakin övladın da valideyn üzərində xüsusi haqqı olduğunu nəzərdən qaçırırlar. Abdullah ibn Ömərin (Allah onların hər ikisindən də razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (salləlahu aleyhi va səlləm) belə demişdir: "Hər biriniz qəyyumsunuz və hər biriniz tabeçiliyinzdə olanlar haqqında sorğu-sual olunacaqsınız...". (əl-Buxari, 893).
Övladın valideyn üzərində aşağıdakı haqları vardır:
1. Övladı əzizləmək onun haqlarındandır:
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) Əlinin (Allah ondan razı olsun) oğlu Həsəni (Allah ondan razı olsun) öpdü. Yanında oturan əl-Əqra ibn Həbis ət-Təmimi (Allah ondan da razı olsun) bunu görüb dedi: "Mənim 10 övladım var, onlar­dan heç birini öpməmişəm". Peyğəmbər (salləllahu aleyhi va səlləm) ona baxıb dedi: "Rəhm etməyənə rəhm olunmaz". (əl-Buxari, 5997).
2. Övlad üçün xeyir-dua etmək onun haqlarındandır:
Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan digər bir hədis də isə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Üç nəfərin - məzlumun, müsafirin və valideynin övladı üçün etdiyi duanın qəbul olunmasına şəkk yoxdur". ("Sahih əl-Ədəbul-Mufrad" kitabı, 32).
3. Övladın qayğısına qalmaq onun haqlarındandır. Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Üç qız uşağının və ya üç bacının qayğısına qalan cənnətə daxil olar". ("Sahih əl-Ədəbul-Mufrad" əsəri, 79).
4. Övladı tərbiyə etmək onun haqlarındandır. İslam tərbiyəsi iki mənbədən götürülür:
1. Qurani Kərim, 2. Səhih hədislər. Uca Allah buyurur: "Həqiqətən, Allahın elçisi Allaha, qiyamət gününə ümid bəslə­yənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir". (əl-Əhzəb, 21).
5. Atanın öz övladlarını yedizdirib-içizdirməsi, geyim və yaşayışla təmin etməsi vacib olduğu kimi imkanı olduğu təqdisrəd onları evləndirməsi vacibdir. Çünki, evlənmə insanın namusunun, dininin, əxlaqının və s. qorunmasına, harama düşməməsinə səbəbdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!...". (ət-Təhrim, 6).

Həmçinin, haqlı olduğunuz halda daima üzr istəmək özünüzə zülm etməkdir. Uca Allah insanın nə özünə, nə də başqasına zülm etməsini sevməz. Ona görə də haqlı olduğunuz halda gözəl şəkildə haqqınızı müdafiə edə bilərsiniz, amma Allahın bu ayəsini unutmayın: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra, 23).

17-11-2021, 08:59 | Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: “Bakı Yerevanla sülh sazişinə hazırdır”

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: “Bakı Yerevanla sülh sazişinə hazırdır”


"Bakı əmindir ki, İrəvanla münasibətlərin normallaşdırılmasının alternativi yoxdur və sülh sazişi imzalamağa hazırdır".

Bunu çərşənbə axşamı Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.

"Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən davamlı sülhü, inkişafı, tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirir", deyə diplomat bildirib.

Y.Əliyev eyni zamanda sərhəddəki vəziyyəti Ermənistanın təhlükəli revanşist ideyalarının nəticəsi kimi qiymətləndirib.

Onun sözlərinə görə, Azərbaycan əmindir ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində iki ölkə arasında qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur: "Belə normallaşmanın məqsədi Azərbaycan və Ermənistanın yanaşı dinc yaşamasıdır".


APA

17-11-2021, 08:09 | DÇ-2022: Niderland final mərhələsinə, Türkiyə və Ukrayna pley-offa vəsiqə qazanıb

DÇ-2022: Niderland final mərhələsinə, Türkiyə və Ukrayna pley-offa vəsiqə qazanıb



2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin avrozona üzrə oyunları başa çatıb. Son turda Türkiyə yəıması səfərdə monteneqroluları 2:1 hesabı ilə məğlub edərək, G qrupunu ikinci pillədə başa vurub.

Oyun Tükiyə yığması üçün heç də yaxşı başlamayıb. Hesabı erkən qolla 4-cu dəqiqədə ev sahiblərinin oyunçusu Fatos Beçiray açıb. Lakin 22 və 60-cı dəqiqələrdə Kerem Aktürkoğlu və Orkun Kökçünün vurduğu qollarla "ay-ulduzlular" səfərdə vacib üç xalı qazanıb.

Beləliklə, Türkiyə yığması Dünya Çempionatının final mərhələsinə çıxmaq uğrunda pley-offda mübarizə aparacaq.

G qrupunun digər oyununda 20 xalla qrupa başçılıq edən Niderland millisi doğma meydanda 19 xala malik Norveç seçməsini sınağa çəkib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Rəqib qapısına yolu Stiven Berqveyn və seçmə mərhələnin ən məhsuldar futbolçusu Menfis Depay tapıblar.

Gecənin bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

DÇ-2022-nin seçmə mərhələsi

10-cu tur
16 noyabr

D qrupu

Finlandiya - Fransa 0:2
Qol: Benzema, 66. Mbappe, 76.

Bosniya və Herseqovina - Ukrayna 0:2
Qol: Zinçenko, 59. Dovbik, 79.

Xal durumu: Fransa - 18, Ukrayna - 12, Finlandiya - 11, Bosniya və Herseqovina - 7, Qazaxıstan - 3.

E qrupu


Uels - Belçika 1:1
Qol: Mur, 32 - De Bruyne, 12.

Çexiya - Estoniya 2:0
Qol: Brabeç, 59. Şikora, 85.

Xal durumu: Belçika - 20, Uels - 15, Çexiya - 14, Estoniya - 4, Belarus - 3.

G qrupu

Cəbəllütariq - Latviya 1:3
Qol: Uolker, 7 - Qutkovski, 25. Uldrikis, 55. Krollis, 75.

Monteneqro - Türkiyə 1:2
Qol: Beçiray, 4 - K.Aktürkoğlu, 22. O.Kökcü, 60.

Niderland - Norveç 2:0
Qol: Berqveyn, 84. Depay, 90+1.

Xal durumu: Niderland - 23, Türkiyə - 21, Norveç - 18, Monteneqro - 12, Latviya - 9, Cəbəllütariq - 0.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.


17-11-2021, 07:29 | Qaynana gəlin münasibətləri necə olmalıdır? Quranda bu barədə nə deyilir?

Qaynana gəlin münasibətləri necə olmalıdır? Quranda bu barədə nə deyilir?


Gəlin, qayınana istərsə onunla istərsə ayrı yaşa bilər. Gəlinin qaynana ilə bir evdə yaşamaq məcburiyyəti, qaynana və qaynataya baxmaq məsuliyyəti yoxdur. Dində belə bir şeyi əmr edən hər hansı bir ayə və ya hədis yoxdur. Ər özünün, gəlin özünün ata-anasına baxmalıdır.

"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!

Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"- de. (İsra, 23-24)

Ümumiyyətlə əksər hallarda ərinə yaxşı davranan və ana qədrini bilən qadınlar, öz qaynanasına da yaxşı davranır, pis davrananlar isə pis davranır.

Əlavə olaraq böyüklərə hörmət etmək və onlarla yaxşı rəftar etmək İslam dini tərəfindən tövsiyə edilən yaxşı davranışlardan biridir. Peyğəmbərimiz (s. a. v.) belə demişdir:



"Balacalarımıza mərhəmət etməyən, böyüklərimizə də hörmət etməyən bizdən deyil"

Bu baxımdan müsəlmanların himayəyə möhtac olan böyüklərinə, əsasən qaynata və qaynanalarına baxmağı və onların ehtiyacları ilə maraqlanmağı İslam dini tərəfindən məqbul bir iş hesab olunur. Bunun savabı da böyükdür. Amma yuxarıda qeyd etdiyimiz kimi, bu məsələ ilə əlaqədar hər hansı bir əmr yoxdur. Ata-anasına baxmalı olan insanlar onların övladlarıdır. Bu məsələdə kişilər arvadlarına təzyiq göstərməməlidirlər. Əksinə, öz valideynlərinin ehtiyaclarını şəxsən özləri ödəməli, bu məsələdə fədakar olan xanımlarını da təqdir etməli, onların qiymətini bilməlidirlər. Xoşbəxt ailə, qarşılıqlı sevgi və hörmət üzərinə qurulur.


15-11-2021, 09:14 | Avropa çempionatı: Azərbaycanın kişilərdən ibarət komandası ardıcıl üçüncü qələbəsini qazanıb

Avropa çempionatı: Azərbaycanın kişilərdən ibarət komandası ardıcıl üçüncü qələbəsini qazanıb


Azərbaycanın kişilərdən ibarət komandası Sloveniyada şahmat üzrə komandalar arasında keçirilən Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.

Üçüncü turun oyunlarında Şəhriyar Məmmədyarovun Liviu-Diter Nisipyanunu məğlub etməsi komandamızın qələbəsində həlledici rol oynayıb. Belə ki, yığmamızın digər üzvləri Teymur Rəcəbov Aleksandr Donçenko, Rauf Məmmədov Vinsent Keymer, Nicat Abbasov Mattias Blübaum ilə heç-heçə ediblər.

Qadınlardan ibarət yığmamız isə üçüncü turda Gürcüstan komandasına uduzub. Belə ki, Ülviyyə Fətəliyeva Meri Arabidze, Xanım Balacayeva Salome Melia ilə heç-heçə ediblər, Günay Məmmədzadə Nana Caqnidze, Gülnar Məmmədova Lela Cavaxişviliyə uduzublar.

Azərbaycanın kişilərdən ibarət komandası 6 xalla turnir cədvəlində liderliyini davam etdirir.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.

Çempionat noyabrın 21-dək davam edəcək.

15-11-2021, 09:08 | Gənclər arasında şəkərli diabetin yayılması daha çox həyat tərzi ilə əlaqədardır

Gənclər arasında şəkərli diabetin yayılması daha çox həyat tərzi ilə əlaqədardır


Şəkərli diabet qanda qlükoza səviyyəsinin qalxması nəticəsində yaranır. Xəstəlik daha çox 35-40 yaş arasında olanlarda müşahidə edilir. Halsızlıq, başgicəllənmə, ağızda quruluq, mütəmadi susuzluq hissi xəstəliyin ilkin əlamətləridir. Hazırda dünyada 422 milyon nəfərdən çox əhali bu xəstəlikdən əziyyət çəkir. Düzgün müalicə aparılmadıqda şəkərli diabet insult, böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb olur.

Terapevt Şəhla Mirzəzadə AZƏRTAC-a bildirib ki, son illərdə bu xəstəlik daha çox gənclər və uşaqlar arasında müşahidə olunmağa başlayıb. Şəkərli diabetin gənclər arasında yayılmasının əsas səbəbi həyat tərzi ilə əlaqədardır. Bədən kütlə indeksinin artması, artıq çəki, fiziki aktivliyin aşağı düşməsi, qeyri-sağlam qidalanma və xüsusilə zərərli vərdişlərdən istifadə şəkərli diabetin yaranmasına rəvac verən səbəblərdir. Xüsusilə uşaqlar arasında diabetin müşahidə olunması qeyri-sağlam qida vərdişlərinin formalaşması ilə bağlıdır. Ona görə də valideynlər çalışmalıdırlar ki, uşaqları şəkərli və həddindən artıq zərərli qidalara yönəltməsinlər.

Düzgün qidalanma ilə yanaşı, idmanla mütəmadi məşğul olmağın da vacibliyini qeyd edən həkim deyib: "Təbii və sağlam qidalanmağa nəzarət etmək lazımdır. Fiziki aktivlik bu sahədə ən mühüm addımlardan biridir. Gün ərzində mütləq 5 min addım atılmalıdır. Digər vacib məqam yuxu rejiminin tamlığı, su qəbulu və bütün bunlarla yanaşı, zərərli vərdişlərdən, xüsusilə də tütünçəkmədən uzaq olmaqdır".

Ş.Mirzəzadə bildirib ki, xroniki xəstəliyi olan, yüksək təzyiq və şəkərli diabetdən əziyyət çəkənlər yeni növ koronavirusu (COVID-19) da ağır keçirirlər: "Həmin yanaşı xəstəliyin olması virusun gedişini ağırlaşdıra bilər. Bu, bir qədər də fərqli xüsusiyyət daşıyır. Tədqiqatlar göstərir ki, şəkərini nəzarət altında saxlayan diabet xəstələrində virusun gedişinə nəzarət etmək mümkündür. COVID-19-a yoluxmuş diabet xəstələri şəkərin səviyyəsinə nəzarət etməyi, dərmanların vaxtında qəbulunu mütləq diqqətdə saxlamalıdırlar".

Şəkərli diabetin yaranmasına genetik faktorlar, yüksək xolestrol, mədəaltı vəzi xəstəlikləri də səbəb olur. Qanda qlükozanın səviyyəsinə nəzarət və müalicə daimi xarakter daşıyır. Pəhriz təyin olunarkən xəstənin yaşı, cinsi, çəkisi, fiziki aktivliyi mütləq nəzərə alınnmalıdır. Həkim nəzarəti altında xəstəliyin ağırlaşmasının qarşısını almaq mümkündür.

15-11-2021, 09:03 | Ağızda bəslədiyimiz ÖLÜMCÜL TƏHLÜKƏ: daha aqressiv tipə çevrilə bilər

Ağızda bəslədiyimiz ÖLÜMCÜL TƏHLÜKƏ: daha aqressiv tipə çevrilə bilər


Selikli qişada, dildə qırmızı və ya ağ ləkələr ağız xərçənginin inkişafının başlanğıcından xəbər verə bilər.

Bu barədə Express nəşri Britaniya həkimlərinin məlumatlarına istinadla yazır.

Bildirilir ki, onkologiyaya həmçinin üç həftə ərzində sağalmayan yaralar, boyunda anormal bir şiş, davamlı boğaz, qulaq ağrısı, udma çətinliyi və ya səsin xırıltısı kimi nitq dəyişiklikləri olan xəstələr də daxil ola bilərlər.

"Bu əlamətlərin bir çox başqa xəstəliklərlə də baş verə biləcəyini xatırlamaq lazımdır. Əgər bunlardan hər hansı birini müşahidə etsəniz, panikaya düşməyin, dərhal mütəxəssisə müraciət edin", - məqalədə deyilir.

Ağız xərçəngi dodaqlara (ən çox aşağı dodaq), ağız boşluğunun daxili səthlərinə, həmçinin boğazın arxasına, badamcıqlara və tüpürcək vəzilərinə təsir edən bədxassəli yenitörəmədir.

Xəstəliyə daha çox kişilərdə, adətən 40 yaşdan yuxarı insanlarda rast gəlinir.
Əvvəllər məlum idi ki, boyun, qoltuqaltı və ya qasıqda şişkinlik Hodgkin lenfomasının əlaməti ola bilər.

Mütəxəssislərin fikrincə, insanlar nadir hallarda bu xərçəng növünün əlamətlərinə diqqət yetirirlər. Eyni zamanda, erkən mərhələdə ilk əlamətləri qaçıran xəstələr onun daha aqressiv bir tipə çevrilməsinə imkan verirlər. (publika.az)

15-11-2021, 08:55 | Antibiotiklərdən özbaşına istifadə edilməsi yan təsirlərə səbəb ola bilər

[
Antibiotiklərdən özbaşına istifadə edilməsi yan təsirlərə səbəb ola bilər


Son vaxtlar mövsümlə əlaqədar olaraq xüsusilə uşaqlar arasında geniş yayılan soyuqdəymə, zökəm, qrip kimi kəskin respirator virus infeksiyalarında ilk günlərdən ev şəraitində həkim məsləhəti olmadan müəyyən antibiotik preparatlardan istər sirop, istərsə də inyeksiya şəklində istifadə edirlər. Bu, qətiyyən doğru deyil. Mütəxəssislər bildirirlər ki, antibiotik viruslara deyil, yalnız bakteriyalara təsir edir.

Həkim-pediatr Məlahət Qasımova AZƏRTAC-a deyib: "Uşaqda bakterial angina, məsələn, sətəlcəm varsa, antibiotikdən istifadə edilməsi ağır fəsada səbəb ola bilər, hətta ölümlə nəticələnməsi mümkündür. Antibiotik bəzən həyatı xilas edir. Uşaqda sidik yolu infeksiyası, bakterial mənşəli ishal olduqda təbii ki, antibiotikdən istifadə olunmalıdır. Ancaq onun istifadəsinə də həkim qərar verməlidir. Bəzi antibiotiklərin isə uşaqlara istifadəsində məhdudiyyətlər var. Elə antibiotiklər var ki, 8, eləsi var ki, 12 yaşından sonra istifadə olunmalıdır".

Ümumiyyətlə valideynlərin ən böyük məsuliyyəti uşaqların həm fizioloji, həm də psixoloji sağlamlığı haqqında məlumatlara yiyələnməsidir. Belə olanda həkim göstərişi əsasında övladına antibiotik vurduran valideyn mütləq sınaq qoyulmasını həm tələb etməli, həm də nəzarətdə saxlamalıdır. Valideyn məsuliyyətsizliyi nəticəsində bəzən onlar bunu ya tələb etmir, ya da pis nəticə ilə üzləşir.

Həkim-pediatr deyib: "İlk növbədə, uşaqlarda antibiotiklər çəkiyə uyğun miqdarda və müəyyən müddətdə qəbul edilməlidir. Məsələn, bəzi antibiotiklər minimal olaraq 5, digərləri 7, bəzən isə 10 gün qəbul olunmalıdır. Bundan qısa müddətdə və çox aşağı dozada qəbul olunarsa, bakteriyada antibiotikə rezistentlik yaranır, yəni növbəti dəfə ondan istifadə etdikdə antibiotik orqanizmə təsir etmir. Belə olanda daha güclü antibiotiklərdən istifadə etmək zərurəti yaranır. Antibiotiklərin digər bir yan təsiri allergik reaksiyalardır. Bu, özünü müxtəlif səpgilər, dodaqda, üzdə, ətraflarda şişkinliklər və anafilaktik şok şəklində özünü göstərə bilər. Ona görə antibiotik iynədən istifadə mütləq tibb müəssisəsində və həkim nəzarəti altında olmalıdır, çünki allergik reaksiyalar zamanı dərhal həkim müdaxiləsi olmalıdır".

Digər tərəfdən antibiotiklər bağırsaq mikroflorasını pozur, yəni bağırsaqlarda faydalı bakteriyaların olduğunu nəzərə alsaq, antibiotiklərdən yerli-yersiz istifadə həmin bakteriyaların məhv olmasına, ishal, göbələk infeksiyalarının aparıb çıxarır. Bu baxımdan antibiotiklərin yan təsirlərini nəzərə alaraq ondan yalnız həkim təyinatı zamanı istifadə edilməlidir.

15-11-2021, 08:52 | Bu, qadınlarda hamiləlik şansını azaldır

Bu, qadınlarda hamiləlik şansını azaldır


Rusiya Səhiyyə Nazirliyi elan edib ki, koronavirus infeksiyaya yoluxmuş qadınlarda hamilə qalma ehtimalını və EKO hamiləlik şansını aşağı salır.

Yoluxmadan əvvəl və sonra COVID-19 xəstələrinin məlumatları təhlil edilib.

Məlum olub ki, ağır infeksiya 30 yaşdan yuxarı olan qadınlarda yumurtalıq ehtiyatının azalmasına səbəb olur. (publika.az)

15-11-2021, 08:46 | Vaksin olunanlar COVID-19-u simptomsuz keçirir

Vaksin olunanlar COVID-19-u simptomsuz keçirir


Türkiyəli Prof.Dr Özgür Enyurd vaksin olunanların COVID-19-u simptomsuz keçirdiyini açıqlayıb.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspert vaksin olunan insanları qaydalara daha ehtiyatlı davranmağa səsləyib.

"Peyvənd olunan insanlar maska taxmırlar. Vaksin infeksiyadan 100 faiz qorumur. Unutmayın ki, vaksin olunan insanlar da virus daşıyıcısı hesab olunur. Bir çox hallarda xəstəliyi heç bir simptom olmadan keçirirlər. Odur ki, virus daha asanlıqla yayılır. Pandemiya bitmədiyi müddətdə maska və sosial məsafə qaydalarına riayət etməliyik. Vətəndaşlar üzərinə düşən öhdəlikləri unutmasınlar".

Həkim əlavə edib ki, tam vaksin olunan insanlar arasında ağırlaşma hallarına demək olar ki, rast gəlinmir: "Ölümlər də olmur. Testin cavabları digər vaksinlərdə olduğu kimi pozitiv ola bilər. Vaksinasiyanın əsas hədəfi xəstəxanaya yerləşdirmə və ölüm hallarının qarşısını almaqdır". (publika.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.