10-12-2020, 06:27 | Koronavirusa ən çox yoluxma harda baş verir?

Rusiyada Rospotrebnadzor qurumunun rəhbəri Anna Popova koronavirusa ən çox yoluxma riskinin olduğu yeri açıqlayıb.
Onun sözlərinə görə insanlar daha çox ictimai nəqliyyatda, metroda, avtobusda yoluxur.
Ona görə nəqliyyatda maska geymək, qorunmaq xüsusilə vacibdir.
Məhz nəqliyyatda təmiz hava dövriyyəsi yoxdur, social məsafə gözləmək mümkün deyil.
Popova Yeni ili evdə və ya bağda yalnız məhdud sayda ailə üzvləri ilə keçirməyi tövsiyə edib. /medicina.az
10-12-2020, 06:25 | Azərbaycanlı alim: Xüsusi karantin rejiminin sərtləşdirilməsi vətəndaşların sağlamlığının qorunması üçündür

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın virusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı dekabrın 8-də verdiyi qərara münasibət bildirib.
Tibb elmləri doktoru bununla bağlı AZƏRTAC-a açıqlamasında deyib ki, karantin tədbirlərinin daha da sərtləşdirilməsi bütün dünyada olduğu kimi, ölkəmizdə də son aylarda yaşanan yüksək yoluxma səviyyəsi ilə əlaqədardır.
Onun sözlərinə görə, həyata keçirilən bütün zəruri tədbirlər vətəndaşların sağlamlığının qorunması üçündür: "Həm virusun ölkəmizdə yeni yayıldığı vaxtlarda, həm də yay aylarındakı çoxsaylı yoluxma hallarından sonra karantin qaydalarına və eləcə də virusdan qorunmaq üçün deyilən qızıl qaydalara əməl olunmaması vəziyyəti daha da ağır duruma gətirib çıxardı. İlk vaxtlarda insanlar arasında inamsızlıq karantin qadağalarının pozulmasına səbəb olurdu. Amma təəssüflər olsun ki, bu gün demək olar hər kəs ailə üzvləri arasında virusa yoluxma halını müşahidə edir. Bundan da daha pis nəticələr görməmək üçün hər kəs bilməlidir ki, bu dəfə tətbiq edilən sərt karantin qaydalarına əvvəlki vaxtlarla müqayisədə daha da ciddi riayət olunması hər bir vətəndaşın borcudur".
Azərbaycanlı alim bildirib ki, bu cür sərt karantin tədbirlərinin həyata keçirilməsinin ölkə iqtisadiyyatına, turizminə və digər sahələrə mənfi təsirləri qaçılmazdır: "Karantin tədbirlərinin iqtisadi zərərlərini göstərən və bu zərərin hətta virusa yoluxanların sayı ilə olan asılılığını sübut edən kifayət qədər elmi tədqiqatlar var. Amma bu tədbirlərin həyata keçirilməsi ilə dövlətimiz digər zərərlərin onun üçün ikinci planda olduğunu və əsas məqsədin vətəndaşların sağlamlığı olduğunu bir daha göstərdi. Bu, bir daha onu göstərir ki, Azərbaycan vətəndaşı, onun sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi dövlətimiz üçün əsas prioritet istiqamətlərdəndir. Eyni zamanda, karantin rejiminin sərtləşdirilməsi yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasına və vətəndaşların sağlamlığının qorunmasına hesablandığı kimi, eləcə də səhiyyə sisteminə dəstək olaraq onun müəssisələrinin də yüklənməsinin qarşısını almağa xidmət edəcək. Bununla da səhiyyə sistemi vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərə biləcək".
10-12-2020, 06:20 | Düşmənin kabusuna çevrilən "Paşam" ləqəbli şəhid Musa Əsgərov

İşğalçı düşmənin kabusuna çevrilən "Paşam" ləqəbli baş leytenant Musa Əsgərov "Murov" zirvəsini fəth etdikdən sonra şəhadətə yüksəlib. İndi hər kəsin qəhrəmanına çevrilən "Paşam"ı bir az yaxından tanıyaq...
1997-ci il fevralın 17-də Cəlilabadın Sabirabad kəndində dünyaya göz açan Musa Əsgərov körpə yaşlarından böyük qardaşı ilə anasının himayəsində böyüyüb. Anası Sevda Əsgərova oğullarının vətənpərvər, təhsilli böyüməsi üçün əlindən gələni əsirgəməyib. İdmanla məşğul olan Musa orta məktəbin 8-ci sinfindən Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2014-cü ildən isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olur. 2018-ci ildə akademiyanı fərqlənmə ilə bitirən gənc leytenant XTQ-nin tərkibində hərbi xidmətə düşmənə ən yaxın mövqelərdən - Qazaxdan başlayıb. Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında düşmənin kabusuna çevrilib. Murov dağ yüksəkliyi istiqamətində düşmənin 30 il müddətində qurduğu onlarla pusqu və maneələri dağıdaraq hədəfə yaxınlaşıb. Sentyabrın 28-də Murov zirvəsinə qalxmaqla, həmin gün qəhrəmancasına şəhidlik zirvəsinə də yüksəlib.
Şəhid anası Sevda Əsgərova: "Müharibə başlayandan hər dəfə qapımızda avtomobil dayananda ürəyim düşürdü, özümdə bir narahatçılıq vardı. Torpaqlarımız işğalçılardan təmizləndi, indi rahatam. Oğlum şəhid olub, mən də şəhid anasıyam. Onunla qürur duyuram. Ölümündən sonra qardaşının oğlu dünyaya gəldi. Onu da Musa kimi böyüdəcəyəm, Musanın oxuduğu məktəbləri oxuyacaq, onun kimi cəsur hərbçi olacaq".
Hərbi müəllimi Möhübbət Əhmədov: "Yeddinci sinifdən Musaya dərs demişəm. Musa demək olar ki, məktəbin bütün yarışlarında iştirak edirdi. Həm gücünə, həm bacarığına görə bütün yoldaşlarından seçilirdi. Məktəbimizdə gələcəyin polad iradəli, döyüşkən komandiri böyüyürdü. Musa baş leytenant rütbəsinə kimi yüksəldi. Müharibə başladı, döyüş meydanında düşmənə qan udduran Musa şəhid oldu. Qürur hissi keçirirəm ki, mənim şagirdim bu zirvəyə yüksəldi. Allah rəhmət eləsin".
Bu gün ailədə Musanın yoxluğu hiss olunmur. Onun şəhadətə qovuşmasından bir həftə sonra dünyaya göz açan qardaşı oğlu şəhid Musanın adını daşıyır. İkinci qəhrəmanın böyüdüyü ailədə indi hər kəs bu körpə ilə nəfəs alır.AZƏRTAC
10-12-2020, 06:17 | Evdə virus yükünü necə azaltmalı - Bunu edin

Havada, olduğunu yerdə nə qədər çox virus konsentrasiyası varsa, koronavirusa yoluxma bir o qədər yüksəkdir.
Hazırda yoluxmalar ev və iş yerlərində, yəni qapalı yerlərdə daha çox baş verir.
Qış fəsli olduğundan olduğunuz məkanda, otaqda hava dəyişmir, vakuum effekt yaranır.
Rusiyalı infeksionist Vladislav Jemçuqov yoluxmanı azaltmaq üçün ev, ofis və iş yerlərində havanın tez-tez dəyişdirilməsini və pəncərələri açmağı tövsiyə edir.
"Daim evdə havalandırılma aparılmalı, nəm təmizlik işləri görülməli, hər yer silinməlidir.
İctimai nəqliyyatda da yaxşı havalandırma sistemi olmalıdır. Pis havalanan yerdə virusa yoluxma riski 3 dəfə çoxdur". (medicina.az)
10-12-2020, 06:08 | Gələn həftə ilin sonuncu Günəş tutulması olacaq

Dekabrın 14-də cari ilin sonuncu Günəş tutulması hadisəsi baş verəcək.
Bu, tam Günəş tutulması olacaq.
Təbii hadisə saat 17:34-də başlayacaq və saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək.
Təbii hadisə Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə ediləcək.
Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq. (ölkə.az)
9-12-2020, 07:23 | Türkiyəyə qarşı bunu da gördük: PSJ - "Başakşəhər" matçında QALMAQAL: oyun yarıda qaldı

İrqçi qalmaqal səbəbindən dayandırılan Fransanın "PSJ" ilə Türkiyənin "Başakşəhər" futbol komandaları arasında Çempionlar Liqası qrup mərhələsinin altıncı turunun oyunu yeni hakim heyəti oynanılacaq.
Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti bildirib.
Parisdəki görüş 14-cü dəqiqədə "Başakşəhər"in futbolçuları və məşqçiləri görüşün dördüncü hakimi Türkiyə komandasının baş məşqçinin köməkçisi Pyer Veboya qarşı irqçi təhqirlərə görə meydanı tərk edəndən sonra dayandırılıb.
Oyuna Ovidiu Hatseqanın rəhbərlik etdiyi Rumıniya hakimlər briqadası nəzərət edirdi. Dördüncü hakim Sebastian Kolteskudur. Fransa komandasının oyunçuları matçı davam etdirməmək qərarını dəstəklədilər.
9-12-2020, 02:29 | İlin sonunadək dünya əhalisinin 15 faizi “5G” şəbəkəsi ilə əhatə olunacaq

"Ericsson" şirkəti "5G" şəbəkəsini ən sürətli inkişaf edən texnologiya adlandırıb.
Məlumata görə, hazırda dünyada 106 kommersiya "5G" şəbəkəsi fəaliyyət göstərir. Bu, ilin sonunadək beşinci nəsil mobil rabitə şəbəkəsində 220 milyon qoşulmaya nail olmağa imkan verəcək - 2020-ci ilin yekunları üzrə "5G" texnologiyasından 1 milyard insan (planet əhalisinin 15 faizi) istifadə edəcək.
Bu göstəriciyə ən böyük töhfəni Çin verəcək. Hazırda bütün "5G" qoşulmalarının 80 faizi (175 milyon) Çin operatorlarının şəbəkələrindəki qoşulmaların payına düşür. Bundan başqa, Çinin mobil rabitə şəbəkələrində bütün qoşulmaların 11 faizini "5G" təşkil edir.
Bildirilir ki, ikinci yeri 4 faizlik "5G" qoşulma payı ilə Şimali Amerika tutur. Yaxın illərdə məhz Şimali Amerika nüfuzetmə səviyyəsinə görə lider olacaq - 2026-cı ildə mobil qoşulmaların 80 faizi "5G" şəbəkələrində olacaq. Avropada "5G" texnologiyaları regionun mobil rabitə şəbəkələrində bütün qoşulmaların 1 faizini təşkil edir. Bu, 2020-ci il ərzində eyni anda bir neçə ölkənin şəbəkələrin qurulması üçün lazım olan tezliklərin ayrılması üzrə hərracların keçirilməsini təxirə salması ilə əlaqədardır.
Ümumilikdə koronavirus pandemiyasına baxmayaraq "5G" texnologiyaları gözlənildiyindən daha sürətli inkişaf edir. "Ericsson" şirkətinin proqnozuna görə, operatorlar "5G" şəbəkələrini aktiv qurmaqda davam edəcək və 2026-cı ildə onlar dünya əhalisinin 60 faizini əhatə edəcək, qoşulmaların sayı isə 3,5 milyarda çatacaq.
Xatırladaq ki, "Ericsson" şirkətinin əvvəlki proqnozuna görə, 10 ildən sonra "5G" xidmətləri operatorlara 131 milyard dollar qazanc gətirəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, müxtəlif beşinci nəsil mobil rabitə texnologiyalarından istifadə operatorlar üçün istehlak xidmətləri bazarında böyük imkanlar açır.(ictnews.az-)
9-12-2020, 02:26 | Lincoln Nautilius yeni interyerə sahib olub

Lincoln Nautilius modeli 2014-cü ildə Lincoln MKX adı ilə debüt edib. Üç il keçdikdən sonra amerikan markası krossoverin dizaynını dəyişdirərək, MKX adını Nautilus ilə əvəzləyib. Bununla birlikdə, krossoverin əsas çatışmazlığı aradan götürülməyib - krossoverin interyeri premium seqmentin standartlarına görə olduqca sadədir. İndi şirkət bu qüsuru aradan qaldırıb.
Ön panel və mərkəzi konsol tamamilə yenidir: interyer indi yeni Lincoln Corsair və Aviator modelləri ilə eyni tərzdə tərtib edilib. İnteryerdə üfüqi xəttlərin bolluğu, "üzən" mərkəzi konsol, virtual cihazlar paneli və eyni zamanda, bütün mövcud olan Lincoln modelləri arasında multimedia sisteminin ən iri 13,2-düymlük ekranı quraşdırılıb. Transmissiyanın rejimlərinin dəyişdirilməsinə, havalandırma sisteminin mərkəzi deflektorlarının altında yerləşən düymələr cavabdehdir.
Sync 4 multimedia sistemi genişləndirilmiş onlayn imkanlarına, səslə idarəetməyə və "hava" üzərindən yeniləmə funksiyasına malik olub. Üstəlik, avtomobil sahibinin NFC texnologiyası və xüsusi tətbiqi olan smartfonu açar kimi çıxış edə bilər. Əlavə olaraq, bahalı dəri ilə zəngin daxili tərtibata malik olan Chalet və Flight paketləri təklif edilir. Co-Pilot 360 sürücü köməkçiləri kompleksi standart təchizata daxildir.
Yeni interyeri olan Nautilus modelini xaricdən də tanımaq olar: krossover kiçildilmiş qara işləməsi olan yeni bamperə, fərqli dizaynı olan təkər disklərinə və genişlənmiş kuzov rəngləri çeşidinə sahib olub. Güc qurğuları dəyişməyib - 253 at qüvvəli 2,0-litrlik EcoBoost "turbodördlüyü" və 340 at qüvvəli 2,7-litrlik EcoBoost V6 biturbomühərriki. Hər iki mühərrik səkkiz pilləli "avtomat" ilə tandemdə çalışır. Dördsilindrli Nautilus ön və ya tam ötürməli ola bilər, altısilindrli modifikasiya isə yalnız tam ötürməlidir.
Yenilənmiş Lincoln Nautilus modeli Amerika bazarında yaxın zamanlarda satış debütü etməlidir. Hazırda yenilənmədən öncəki modellərin qiyməti 41.000 dollardan başlayır. Bundan başqa, Linciln Nautilius amerikan markasının Çində istehsal edilən üçüncü modeli olacaqdır.
9-12-2020, 02:23 | Kofeni aşağıdakı qayda ilə içmək arıqlamağa səbəb olur

Hər səhər kofe içmək əsər insanların sevdiyi məşğuliyyətdir. Bu içki insanlara enerji, güc və sağlamlıq bəxş edir. İnsanların bir qismi kofe içməkdən imtina edir. Buna səbəb isə onlarda Parkinson xəstəliyinin, II tip şəkərli diabetin, bir qismində isə qaraciyər və böyrək xərçənginin olmasıdır. Bu xəstəliklər zaman xəstələrə kofe içməyə qadağa qoyulur. Bəzi həkimlər isə ürək əzələsinin möhkəmlənməsi üçün xəstələrə kofe içməyi məsləhət bilir.
Son illərdə kofenin orqanizm üçün təbii enerji mənbəyi, metobolizmi sürətləndirən vasitə və çəkinin azalmasını stimulyasiya etmək üçün bir vasitə olduğu sübut edilmişdir. Kofenin orqanizmdə yığılıb qalmış piyləri əritmək qabiliyyəti var. Ona bir-neçə digər məhsulun qatılması isə arıqlama prosesini sürətləndirir.
Resept
* ¾ stəkan kakos yağı
* ½ stəkan bal
* 1 çay qaşığı darçın
* 1 çay qaşığı kakao
Hazırlanması
Bütün mıhsullar qarışdırılır və şüşə qaba tökülüb ağzı örtülür. Hər səhər kofe içərkən bu qarışımdan 1-2 qaşıq kofeyə əlavə edilir və qaynar halda içilir. Kofeni bişirərkən ona əlavə edilən qarışımın yaxşı həll olunması üçün qarışdırılmalıdır. Bu qarışımın əlavə olnduğu kofe insanın enerjisini və fiziki aktivliyini artırır, artıq piylərdən xilas olmasına yardım edir. Bu kofe orqanizmdəki yağların ərinməsinə səbəb olan hormonların aktivləşməsinə yardım edir.
9-12-2020, 02:22 | Xərçəng xəstəliyi spermatozoidlərlə müalicə olunacaq

Almaniyanın Elmi Tədqiqat Universitetinin alimləri spermatozoidlərlə şiş toxumalarının müalicə edilməsi üzrində uzun illər işləyiblər. Uzun illərdir ki, xərçəng xəstəliyinin müxtəlif dərmanlarla və radio şüaları ilə müalicəsi tətbiq edilir. Xərçəngin müalicəsi zamanı istifadə bilən müalicə vasitələri xəstə hüceyrələri məhv etdiyi kimi, orqanizmdə sağlan hüceyrələrin də məhvinə səbəb olur. Xərçəngin müalicəsi zamani xəstə toxumalar məhv olduqda peptid, lipid və qızılı lpid hissəciklər və modifikasiya olunmuş limfositlər, eritrositlər, kök hüceyrələri və virus makrofaqları da zərər görür.
Almaniyalı alimlər ayrıca hərəkətli bakterioyalarla ekpriment keçirmişlər. Onlar bu bakteriyaların hərəkətini maqnit və müxtəlif kimyəvi birləşmələrin vasitəsilə idarə ediblər. Bu zaman onlar bakteriyaların orqanizmdə autoimmun reaksiyanın inkişaf etməsinin şahidi olublar. Alman alimləri qadınarda baş verən onkoloji xəstəliklərin kişi sprmatozoidləri ilə müalicə edilməsinə qərar veriblər.
Spermatozoidlər orqanizmin ən kiçik hissəcikləridir və onlar lazım olduqları yerdə hərəkətli ola bilirlər. Spermatozoid baş hissə, orta hissə və quyruqdan ibarətdir. Onun hərəkətli olmasını mitoxondrinə görə baş verir. Bu spermatozoidin orta hissəsində yerləşir və quyruğa enerji verir. Spermatozoidlər öz sahiblərinin bədənində hərəkərsiz olurlar, amma başqa orqanizmə daxil olduqda aktiv şəkildə hərəkətlənməyə başlayırlar. Spermatozoidlər 1 saatda 30 santimetr yol gedə bilirlər. Mayalanma üçün isə spermatozoiodin 20 santimetr irəli getməsi yetərli sayılır. Bu da eyakulyasiyada 1-2 saat sonra baş verir.
Alimlər 3D nanolitoqrafiya vasitəsilə xüsusi konstruktor -" tetrapodlar" əldə etmiş, qatları dəmir və titanla əhatə etmiş, konusşkilli forma vermişlər. Onlar kompyuter vasitəsilə bu həndəsi fiquru dəqiq hazırlamışlar. Burada spermatozoidlərin hərəkəti normadakından 2 dəfə zəif olur və o xaricdən maqnitlə idarə edilir. Mexaniki yolla spermatozoidin şiş toxumasına daxil edildiyi zaman onların membranı şişə dərman kimi təsir edir.
Alimlər apardıqları eksperiment zamanı buğa spermatozoidindən istifadə ediblər. Çünki, buğa spermatozidinin tərkibin insanın spermatozoidinə daha yaxındır. Şiş toxumasında spermatozoidlərin aktiv olması üçün onları daxil edərkən progestron hormonu da içəri ötürülür. Eksperimentlər zamanı əvvəlcə süni şiş toxuması üzərində əməliyyat aparılmış və spermatozoidləri şiş toxumasının yarısını məhv etdiyinin şahidi olmuşlar. Onların araşdırmaları spermatozoidlərin hərəkətliliyinin şiş toxumasının daxili strukturuna təsir etdiyini sübut etmişdir.
Dərman əvəzinə spermatozoidləri şiş toxumasına yeridilməsi orqanizmi toksiki təsirlərdən qoruyur. Çünki, spermatozoidlər orqanizm üçün patogen sayılmır. Onlar özləri çoxalıb asanlqla özgə orqanizminda yaşaya bilirlər.
Alimlər bu kəşfin qadınların cinsiyyət orqanlarnın onkoloji xəstəliklərin sağala biləcəyinə ümid edirlər.(milli.az)