29-12-2023, 14:12 | Azərbaycan tarixində bir ilk - dövlət və özəl sektorlarda çalışanların...

Azərbaycan tarixində bir ilk - dövlət və özəl sektorlarda çalışanların...



Azərbaycanda ilk dəfə dövlət və özəl sektorlarda muzdluların sayı bərabərləşib.

Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.

"Uzun illər ərzində dövlət sektoru həmişə muzdlu əmək münasibətlərində üstünlük təşkil edib. İlk dəfə olaraq bununla bağlı göstəricilər bərabərləşdirilib. Son beş ildə özəl sektorda 400 mindən çox iş yeri yaradılıb. Özəl sektorun bu sahədə atdığı addım təqdirəlayiqdir və görülən işlər ölkə iqtisadiyyatının inkişafı üçün çox mühümdür", - o deyib.

Respublica.Az




29-12-2023, 06:31 | “iPhone 14” və "15" telefonlarında Çin batareyaları istifadə olunub?

“iPhone 14” və "15" telefonlarında Çin batareyaları istifadə olunub?


Bir müddət əvvəl "iPhone 14" istifadəçiləri tez bir zamanda enerji itirməyə başlayan batareyalardan şikayətləndilər. Oxşar vəziyyət "iPhone 15"də də müşahidə olunur.

Respublica.Az xəbər verir ki, "iPhone 15" smartfon xəttinin sahibləri batareyanın sürətli deqradasiyası problemi ilə üzləşəcəklər.

Bənzər bir vəziyyət artıq "iPhone 14"də də müşahidə edilib. Bir çox istifadəçilər üçün bir ildən az müddətdə batareyanın aşınma faizi 90% -dən aşağı düşüb.

Mütəxəssislər iddia edir ki, ən son "iPhone" modelləri yalnız 600 şarj dövrü üçün nəzərdə tutulmuş "ucuz" batareyalarla təchiz olunub. Bu gün bir çox istehsalçı ən azı 800 dövrə hesablanmış batareyalardan istifadə edir.

Ədalətli olmaq üçün, bu halda digər şirkətlər daha ucuz materiallardan və avadanlıqlardan istifadə etməklə güzəştə gedirlər. "Apple" isə bunun əksini edir. Məhsulun standart dəyərini saxlamaqla daha ucuz batareyalar alır.

Bu qərarın başqa bir səbəbi əlavə ödəniş üçün hazırlanmış batareya dəyişdirmə xidmətidir. Heç bir başqa smartfon istehsalçısı bu xüsusiyyətə malik deyil. Buna görə də, yalnız "Apple" şirkətinin batareyaları müntəzəm olaraq dəyişdirməklə pul qazana bilir.

Qeyd edək ki, "Apple" cihazlarında batareyanın sürətlə aşınması problemi "iPhone" modellərinin demək olar ki, bütün nəsillərində mövcuddur. Ancaq son modellərdə istifadəçi şikayətləri daha tez-tez baş verir. "iPhone 14" və "15"dəki batareyalar çox tez köhnəlir.

Respublica.Az




29-12-2023, 06:22 | Quru öskürəyin evdə müalicəsi - Hazırlanma qaydası ilə

Quru öskürəyin evdə müalicəsi - Hazırlanma qaydası ilə


Qış mövsümü başlayıb. Mövsümlə əlaqədar bəzi xəstəliklərdə artımlar olur. Bu artışlardan biri də üst tənəffüs yolu xəstəlikləri və alt tənəffüs yolu xəstəlikləridir. Quru öskürək kimi tandığımız bu xəstəliklərin təbii üsulla bir çox müalicəsi var.

Respublica.Az sağlamolun.az-a istinadən hücumları aradan qaldıran və nəfəs almağı asanlaşdıran reseptlərdən birini təqdim edir:

Tərkibi:

1 xörək qaşığı quru kəklikotu.

1 stəkan su.

Hazırlanması:

Kəklikotunun üzərinə qaynar su tökün. İsti bir dəsmal ilə sarıb, 1 saat buraxın.

Gündə 3 dəfə 2 çay qaşığı qəbul edin. Kurs 8-10 gündür.

Bu vasitə bakterisid və yüngül bəlğəmgətirici təsirə malikdir.

Quru öskürəyin hücumlarını əhəmiyyətli dərəcədə zəiflədir və sakitləşdirir.


Respublica.Az





29-12-2023, 06:16 | Yataqda hərəkət edəndə qarın ağrısının səbəbi

Yataqda hərəkət edəndə qarın ağrısının səbəbi


Bədəni hərəkət etdirəndə, uzananda, qalxanda qarında diskomfort bağırsaq xərçəngindən ola bilər.

Respublica.Az medicina.az-a istinadən xəbər verir ki, onkoloq Yelena Smirnova bağırsaq şişinin erkən simptomundan danışıb.
"Bu, adətən qarında köp, ağrılı spazm, ağrı şəklində olur.

Səbəbi naməlum, bəzən səbəbsiz ağrılar da şübhəlidir. Bədənin vəziyyətini dəyişəndə, əyri oturanda, uzananda, yeməkdən sonra qarındakı simptomlara fikir verin.

Kolorektal xərçəng zamanı nəcisdə də dəyişiklik olur. Xəstədə nəcisin forması, tezliyi dəyişir, daha nazikləşir, tünd kömür rəngi alır.

Bu kimi simptomlar 3 həftədən artıq davam edərsə, mütləq kolonoskopiyadan keçin.

Eləcə də ümumi qan analizində anemiya görülür, nəcisdə gizli qan analizi müsbət olur".

Respublica.Az








29-12-2023, 06:12 | İkardi və Ceko mübahisə zamanı bir-birlərinə nə deyiblər? - DETALLAR

İkardi və Ceko mübahisə zamanı bir-birlərinə nə deyiblər? - DETALLAR



Türkiyə Super Liqasında ötən həftə baş tutan "Fənərbağça" - "Qalatasaray" matçında (0:0) Mauro İkardi və Edin Ceko arasında mübahisə yaşanmışdı.

Respublica.Az offsideplus.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatı ulduz futbolçular arasında yaranan gərginliyin səbəbini açıqlayıb.

Bosniya və herseqovinalı futbolçu İkardinin penalti istədiyi epizodda sərt reaksiya göstərdi və "nəhənglər" "kəllə-kəlləyə" gəldi. İtalyanlar İkardi və Ceko arasında keçən dialoqu yayımlayıb:

Ceko: "Öz işinlə məşğul ol"
İkardi: "Eləməsəm, nə olacaq?"
Ceko: "Nə deyirsən?"
İkardi: "Yenə deyirəm, öz işimlə məşğul olmasam nə olacaq?".

Respublica.Az




29-12-2023, 06:02 | "Biz düşünmürük ki, "Qarabağ" büdcəsi özündən 10-20 qat yüksək olan klublarla savaşa bilməz"

"Biz düşünmürük ki, "Qarabağ" büdcəsi özündən 10-20 qat yüksək olan klublarla savaşa bilməz"


Respublica.Az "Qarabağ"ın direktoru Emrah Çelikelin qol.az saytına müsahibəsini təqdim edir

- Emrah bəy, başa çatmaqda olan 2023-cü il "Qarabağ" üçün müəyyən əlamətdar hadisələrlə yadda qaldı. Siz bu ili necə dəyərləndirirsiniz?

- Əvvəlcə sizin və bütün Qol.az oxucularının qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını təbrik edirəm. Bəli, 2023-cü il bizim üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı. Ümumi götürsək, komandamız üçün uğurlu olduğunu düşünürəm. Hər mövsümdə bir dönəm müəyyən azarkeşlər tərədindən komandaya qarşı narazılıqlar olur. Amma biz həmişə sonda görmüşük ki, baş məşqçimiz Qurban Qurbanovun qərarı düzgün olub. Bu il "Qarabağ"ın klub kimi inkişafında da yeni addımlar atmışıq. Komandanın nəticələri ilə yanaşı klubun administrasiyasında da inkişaf gedir. Bu ildən klubumuzun iki əməkdaşı öz işini təkmilləşdirmək üçün xarici universitetdə təhsil almağa başlayıb. Klubumuzun baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyində idarə heyətinin üzvü seçildi. Bu, seçki yolu ilə və çoxunun Asif bəyə səs verməsi ilə baş verdi. Bu, ayrıca bir fəxr olunası hadisədir. Cənab Prezidentimizin onu "Tərəqqi" medalı ilə təltif etməsi isə həm Asif Əsgərov, həm də klubumuz üçün daha böyük bir şərəfdir. Təbii ki, bunlar bizim üçün həm də böyük bir məsuliyyətdir. Çünki biz həmişə çalışırıq ki, hər il daha yaxşısını edək. Şükürlər olsun ki, bu, "Qarabağ"da alınır. Bundan sonra da onun davamının gəlməsi üçün əlimizdən gələni edəcəyik.

- 2023-cü il həm də "Qarabağ"ın Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlməsi və Xankəndidə oyun keçirməsi ilə tarixə düşdü.

- Birinci Xankəndinə səfərimizi qeyd etmək istəyirəm. Bu, bizim üçün Avropa Liqasının pley-off mərhələsindən daha üstündür. Orda oyun keçirmək böyük sevinc və fəxr idi.

Avropa Liqasına gəldikdə biz məsuliyyətimizi dərk edirik. Nə etməli olduğumuzu bilirik. Komandanın oyunu haqda heç vaxt danışmırıq. Bizim işimiz ondan ibarətdir ki, komandaya nə dərəcədə dəstək ola, nə qədər irəli apara bilərik. Baş məşqçimizin istəklərini tez və yerində həll etmək də əsas işimizdir. İşlərimizi bu yöndə inkişaf etdiririk.

- Avropa Liqasında pley-offa yüksəlmək hər halda komandanın həvəsini artırıb. Bu həvəsə, istəyə nələr daxildir?

- Əlbəttə ki, "Qarabağ"ın çörəyini yeyən bir işçi, həm "Qarabağ"ı sevən bir azarkeş kimi çox istəyərəm ki, lap finala qədər gedək. Bu istək hamıda olduğu kimi məndə də var. Amma indiyə kimi bizdə heç vaxt mövsümün əvvəlində və ya ortasında rəhbərlik tərəfindən komandanın qarşısına şərt qoyulmayıb ki, siz bu il mütləq pley-offa çıxmalı və ya finala yüksəlməlisiniz. Bu nəticələr hamısı özü gəlir. Mənə görə, bunlar görülən doğru işlərin nəticəsidir. Bu işlər nə qədər ki, belə davam edəcək, "Qarabağ"ı daha da yüksəklərdə görmək bizə nəsib olacaq.

- Pley-offdakı rəqibiniz "Braqa" haqda nə deyə bilərsiniz? Portuqaliya klubu "Qarabağ" üçün necə rəqibdir?

- Bu mərhələdə zəif rəqib olmur. Burada hansısa bir münasib rəqib gözləmək yersizdir. Bilirəm ki, Braqa şəhəri ilə Bakı arasında 8 saatlıq uçuş var. Çox uzaq məsafədir. Amma biz ora getdiyimiz kimi, onlar da Bakıya gələcək. Biz hamımız bir yerdə ən yaxşısını etməyə çalışacağıq. Burada rəqibin kim olmasının fərqi yoxdur.

- Avropa Liqasının pley-off mərhələsindəki komandaların büdcələri "Qarabağ"dan qat-qat çoxdur. "Qarabağ" siyahıda sonuncudur. Əslində bu, bir tərəfdən "Qarabağ"ın uğurudur. Sizcə, bunun çətinliyi necə, özünü göstərəcəkmi?

- Konfrans Liqasındakı komandaların büdcələri də bizimkindən yüksəkdir. Əslində biz bununla ancaq fəxr edə bilərik. Yetərincə fəxr ediləsi bir faktdır. Bunlar görülən işlərin, edilən transferlərin düzgünlüyünü göstərir. Elə bir qayda yoxdur ki, uğur qazanmaq üçün mütləq çox pul xərcləməlisən. Mənə görə, az büdcə ilə yüksək nəticə əldə edən ən yaxşı komandadır. Bunu bir futbol funksioneri kimi deyirəm. Biz düşünmürük ki, "Qarabağ" büdcəsi özündən 10-20 qat yüksək olan klublarla savaşa bilməz. Heç vaxt bunu fikirləşməmişik. Bu cür rəqiblərə qalib də gəlmişik, məğlub da olmuşuq. Hamı da görüb ki, komanda ən yaxşısını etməyə çalışıb.

- "Qarabağ"ın futbolçularının parlaq oyunlarından sonra onlara təkliflər gəlibmi? Məsələn, Andrey Lunyov özünü yaxşı tərəfdən göstərdi. Romao və digər futbolçuların da xarici klubların maraq dairəsində olması haqda xəbərlər yayılıb.

- Bu xəbərlər həmişə olub, bundan sonra da olacaq. Amma əsas kluba rəsmi təklifin gəlib-gəlməməyi məsələsidir. Demək istəyirəm ki, bizim hər hansı bir oyunçumuz üçün rəsmi təklif gəlməyib. Biz də belə xəbərləri eşidirik və üzülürük. Çünki futbolçularımızın başlarını qarışdırırlar. Menecerlər arasında, yaxud futbolçuların özləri ilə birbaşa danışanlar olur. Biz bunun qarşısını almırıq. Çünki futbolçulara telefonu qadağan edə bilmərik.

Bizim komandamızın gözəlliyinin biri də odur ki, aramızdakı mənəvi bağlar maddiyatdan daha güclüdür. İnanın ki, bütün futbolçularımıza aid olan məsələdir. Dəfələrlə şahidi olmuşam ki, futbolçumuza bizdə aldığı puldan dəfələrlə artıq gəlir təklif ediblər, ancaq o, komandada qalmağı üstün tutub.

- Bəlkə, maraq üçün o faktlardan birini deyəsiniz.

- Bunlar keçmişdə qaldığına görə çox danışmaq istəmirəm. Əsas mövzunun özüdür ki, futbolçular məhz "Qarabağ"da oynamağa üstünlük verir. Qeyd etdiyim hal bir yox, bir neçə dəfə təkrarlanıb.

- "Qarabağ" bu qış transfer edəcəkmi?

- Transfer işləri davam edir. Bizim komandamızda oyunçulara baxan 4-5 nəfərdən ibarət bir qrup var. Onlar həmişə axtarırlar və dəyərləndirirlər. Artıq futbolçunun transferi ilə bağlı maliyyə məsələləri danışılanda biz işə qoşuluruq. Hazırda bu iş getmir, amma nə vaxt belə bir istək olsa, sponsorumuz və klub rəhbərliyi həmişəki kimi bizə dəstək olacaq.

- Xankəndidə MOİK-lə keçirilən oyundan sonra baş məşqçi Qurban Qurbanov bildirmişdi ki, orada yenə kubok oyunu keçirmək istəyirsiniz. Bununla bağlı müvafiq qurumlara müraciətiniz olub?

- Belə bir müraciət hələ ki, etməmişik. Amma biz böyük məmnuniyyətlə ora gedərik. Xankəndidə olmaq özü bizim üçün şərəfdir. Xankəndi bizim müqəddəs torpağımızdır. Bəli, Qurban Qurbanov oyundan sonrakı açıqlamasında kubok oyunlarımızla bağlı istəyimizi dedi. Mənə də elə gəlir ki, biz kubok oyunlarımızı yenidən Xankəndidə keçirə bilərik. Amma hansı oyunun olacağı üçün məsləhətləşməyimizə ehtiyac var. İcazə olsa, oynamağa hazırıq.

Respublica.Az




28-12-2023, 15:39 | Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib

Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib


Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib.

Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib.

"26-28 dekabr tarixləri arasında Azərbaycanda "Hibrid Təhdidlərə Cavab Təlimi" keçirilib", - o qeyd edib.

"Regional və qlobal sülhə dəstək çərçivəsində "İki dövlət, bir millət" anlayışı ilə bərabər olduğumuz Azərbaycana dəstəyimiz davam etməkdədir", - Z.Aktürk əlavə edib.

Respublica.Az

28-12-2023, 14:50 | Sabah 8 dərəcə şaxta olacaq

Sabah 8 dərəcə şaxta olacaq


Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısa müddətə sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-6°, gündüz 8-11° olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6°, gündüz 8-13°, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Respublica.Az





28-12-2023, 06:33 | "Qarabağ" Medinanın yerinə 1,2 milyonluq transfer edir?

"Qarabağ" Medinanın yerinə 1,2 milyonluq transfer edir?



"Qarabağ" uzun müddətə sıradan çıxan futbolçusu Kevin Medinanın əvəzedicisini tapıb.

Respublica.Az sportinfo.az-a istinadən xəbər verir ki, offsideplus.az-ın əldə etdiyi məlumata əsasən, Ağdam təmsilçisinə Gürcüstan millisi və hazırda APOEL (Nikosia) formasını geyinən Laşa Dvali təklif olunub.

28 yaşlı mərkəz müdafiəçisini bəyənən klub qarşı tərəfə rəsmi təklif göndərib və hazırda cavab gözlənilir.

Futbolçunun "Transfermarkt"də dəyəri 1,2 milyon manat (600 000 avro) civarındadır.

Dvali karyerası ərzində "Ferentsvaroş", "Kasımpaşa" klublarında çıxış edib.

Respublica.Az







27-12-2023, 05:12 | “Virus infeksiyaları daha çox 5 yaşa qədər uşaqlarda rast gəlinir”

“Virus infeksiyaları daha çox 5 yaşa qədər uşaqlarda rast gəlinir”



Kəskin respirator virus infeksiyalarına yoluxma daha çox 5 yaşa qədər uşaqların payına düşür.

Respublica.Az "report"a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Günay Əliyeva deyib.

O bildirib ki, kəskin respirator virus infeksiyaları (KRVİ) kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir: "Əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus, respirator sinisitial, rivovirus, reovirus və s. aiddir. Xəstələnmə ən çox 5 yaşa qədər uşaqların payına düşür. Bu, həmin yaş qrupuna aid artıq kəskin respirator virus infeksiyalarına yoluxan uşaqların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur".

G.Əliyeva bildirib ki, kəskin respirator virus infeksiyalarının yayılması daha çox yaz və payız aylarında müşahidə edilir: "Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Yenidoğulmuşlar və 6 aya qədər uşaqlar digər yaşdakı uşaqlara nisbətən təcrid olunduğuna görə və anadan transplasentar yolla alınmış passiv immunitet saxlanıldığından xəstəliyə daha az hallarda yoluxurlar. Anadangəlmə immunitet zəif olduğu hallarda yenidoğulmuş və xüsusilə erkən doğulmuş uşaqlar da KRVİ ilə xəstələnə bilər".

Respublica.Az

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.