8-02-2024, 09:02 | Kanadada Trüdonu təhdid edən şəxs saxlanılıb
Kanadanın milli polis "X"də (keçmiş tviter) baş nazir Castin Trüdonu hədələyən şəxsi saxlayıb.
Bu barədə "Global News" telekanalı məlumat yayıb.
Qeyd edilir ki, saxlanılan Monrealın 30 yaşlı sakini Pol Klarissodur. Ona artıq ittiham irəli sürülüb. Həmin şəxsi yaxın vaxtlarda məhkəmə gözləyir. Ona hansı cəza veriləcəyi məlum deyil.
Polis Trüdonun təhlükəsizliyinə təhdidlərin ciddi şəkildə yayılmasını nəzərə alaraq, Klarissonu araşdırma apardıqdan sonra saxlanılıb. Söhbətin hansı təhdidlərdən getdiyi açıqlanmır.
8-02-2024, 08:51 | Rusiyada zəlzələ oldu
Rusiyanın Kamçatka və Komandor adaları sahillərində cümə axşamı beş zəlzələ qeydə alıblar.
Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı bildirib.
Sakit okeanda baş verən zəlzələlərin maqnitudası 3,5-5,0 arasında dəyişib.
Ən güclü zəlzələnin episentri Komandor adalarından birində yerləşən Nikolskoye kəndindən 35 km qərbdə - Berinq adasında yerləşib. Yeraltı təkanların ocağı 61 km olub
8-02-2024, 08:48 | Haitidə iğtişaşlar və etirazlar zamanı 10 nəfər ölüb
Baş nazir Ariel Anrinin istefası tələbi ilə davam edən etiraz aksiyaları zamanı nümayişçilər, Haiti Milli Polis qüvvələri və silahlı müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda ümumilikdə 10-a qədər adam həlak olub.
Müxalifət liderlərindən birinin azı beş tərəfdarı öldürülüb, onun həyatına uğursuz cəhd də edilib. Daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Həmçinin, EFE agentliyinin məlumatına görə, etirazçıların polis bölməsinə hücumu nəticəsində bir nəfər ölüb. Ölkənin paytaxtı Port-o-Prensdə hökumət binalarına hücumlar qeydə alınır.
Qeyd olunur ki, ölkənin digər böyük şəhərlərində də etirazçılar arasında itkilər var, avtomat silahlarının atəşi eşidilir.
8-02-2024, 08:40 | Netanyahu: İsrail ordusu Misir və Qəzza sərhədində döyüşlərə hazırlaşır
Xan Yunisdəki döyüşlərdən sonra İsrail ordusu Qəzza zolağında Rəfahda hərbi əməliyyata hazırlaşır.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.
"İsrail hazırda qoşunlarını çıxarsa, ordu necə mütləq qələbə qazana bilərmi" - sualına Netanyahu "bu, vaxt aparan prosesdir" cavabını verib. Baş nazir həmçinin HƏMAS-ın Qəzzanın şimalında mövqelərini bərpa etməsi ilə bağlı məlumatları təkzib edib. O, əminliklə deyib ki, İsrail ordusu orada qalan "qalıqları" məhv etmək üçün davamlı reydlər keçirir.
"HƏMAS-ın hərbi çöküşünə alternativ yoxdur. Hərbi çöküş olmadan heç bir mülki çöküş olmayacaq", - Netanyahu deyib.
report.az
8-02-2024, 08:38 | Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı təhqiqat başa çatıb
Xüsusi prokuror Robert Hyor ABŞ Prezidenti Cozef Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı araşdırmasını başa çatdırıb.
Bunu ədliyyə naziri - baş prokuror Merrik Qarlend ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatının hüquq komitələrinin rəhbərlərinə ünvanladığı məktubda bildirib.
"Sizə məlumat verirəm ki, xüsusi prokuror Robert Hyor araşdırmasını başa çatdırıb", - məktubda qeyd edilir. "Mən qanunun və Departamentin siyasətinin tələblərinə uyğun olaraq, xüsusi prokurorun hesabatından mümkün qədər çox məlumatı açıqlamaq niyyətindəyəm", - o əlavə edib.
Qarlend vurğulayıb ki, hesabatı, onun əlavələrini və xüsusi prokurorun məktubunu tezliklə Konqresə təqdim etmək niyyətindədir.
8-02-2024, 08:35 | ABŞ-də səsvermə seçici fəallığı ilə başa çatıb -
Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin ABŞ-nin paytaxtı Vaşinqtondakı səfirliyində keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Bu barədə Azərbaycanın Vaşinqtondakı konsulu Ceyhun Novruzov "Report"un ABŞ bürosuna açıqlamasında deyib.
Diplomat bildirib ki, ABŞ-də yaşayan və fəaliyyət göstərən 217 nəfər seçici səsvermədə iştirak edib: "Seçicilərin fəallığı baxımından səsvermə çox yüksək səviyyədə keçib. Səsvermə rəsmi olaraq başa çatdı və bundan sonrakı mərhələ səslərin sayılması prosesidir".
23-01-2024, 15:35 | Ermənistan ordusunda RƏZALƏT - qadın kişilərlə eyni... - VİDEO
Gənc çağırışçılarla eyni hərbi komissarlıqda yoxlamadan keçir, oğlanlarla eyni avtobusda hərbi hissəyə yola salınır...
Oğlanların baxışından isə bir sual yağır, onun burada nə işi var?
Hərbi hissənin yeməkxanasında elə kişilərlə birgə nahar edən Milenadır.
Hansı ki Ermənistanda qadınlar üçün könüllü 6 aylıq məcburi hərbi xidmət proqramı çərçivəsində ordu sıralarına qatılan qızlardan ilki...
Xəzər TV-yə istinadən bildirir ki, ikinci Qarabağ müharibəsindən sonra xeyli sayda hərbiçi itirən Ermənistan rəhbərliyi ordudakı boşluqları doldurmaq üçün qadınların da hərbi xidmətə cəlb ediləcəyini dəfələrlə bildirmişdi. Erməni qadınlarının hərbi şəraitə dözə bilib və ya bilməyəcəyini böyük sual işarəsi kimi qəbul edən hökümət belə bir qərar qəbul edib ki, bu proqramda məcburilik prinsipi önə çəkilsin.
Hərbi ekspert Rizvan Fikrətoğlu deyir ki, qadınların hərbi xidmət keçdiyi ölkələrdə qadın hərbçilər üçün ən müasir infrastruktur yaradılır. Ermənistanda isə əksinə, qadın hərbçi kişi ilə eyni kazarmada yaşamağa, yatmağa məcbur olacaq.
O, hesab edir ki, bu cür şəraiti gördükdən sonra çətin ki, Ermənistanda qadınların hərbi xidmətə marağı artsın.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
5-01-2024, 14:01 | Cənubi Koreya Şimalın təxribatına belə cavab verdi
Cənubi Koreya Sarı dənizdəki adalarda təlimlər keçirməyə başlayıb.
Seul bu addımı Şimali Koreyanın dənizdəki adalarını atəşə tutmasına cavab olaraq atıb.
Yerli Yonhap xəbər agentliyi yazır ki, Koreya Respublikası Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, təlimlər 19 sentyabr 2018-ci il tarixində Koreyalararası hərbi sazişin imzalanmasından sonra ilk dəfədir ki keçirilir.
Qeyd edək ki, yanvarın 5-də Şimali Koreya hərbçiləri iki saat ərzində sahildən Cənubi Koreyanın Pangnendo və Yeonpyeongdo adalarına doğru 200-dən çox artilleriya atəşi açıb. Cənubi Koreya tərəfində dağıntı qeydə alınmayıb. Mərmilər Şimali Koreya ərazisinə düşüb.
5-01-2024, 13:59 | Almaniya Ukraynaya 10 “Marder” göndərdi
Almaniya Ukraynaya 10 ədəd "Marder" zirehli döyüş texnikası və "Leopard-2" tankları üçün döyüş sursatı göndərib.
axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni yardım paketinə qış geyimləri, MK 556 hücum silahları və 115 mm-lik döyüş sursatı daxildir.
Qeyd edək ki, 2023-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə 5,4 milyard avro yardım edib. 2022-ci ildə isə bu yardım 2 milyard avro təşkil edib.
5-01-2024, 13:35 | Pentaqon İranı hədələdi: İmkan verməyəcəyik!
ABŞ İranla münaqişəyə can atmır.
axar.az-a istinadən bildirir ki, bunu Pentaqon sözçüsü Patrik Rayder deyib.
"İranla genişmiqyaslı münaqişə axtarmırıq. Bununla belə, biz qüvvələrimizin təhdid edilməsinə imkan verməyəcəyik", - o deyib.
Rayder əlavə edib ki, ABŞ bölgədəki qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün iraqlı tərəfdaşları ilə işləməyə davam edəcək.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə İranın proksi qrupları mütəmadi olaraq hücumlar edir.