1-07-2024, 12:51 | Özəl bağçalarda dövlət hesabına oxumaq mümkün olacaq - RƏSMİ

Əsas vacib olan məqamlardan biri işğaldan azad olunan ərazilərdə məktəbəqədər təhsilin əlçatanlığını təmin etməkdir. Təhsil siyasətinin digər hədəfi isə icma əsaslı təhsilin miqyasının genişləndirilməsidir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması" şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.
Nazir deyib ki, dövlət-özəl əməkdaşlığına əsaslanan model məktəbəqədər təhsil sahəsində artıq sentyabrdan pilot layihə olaraq başlayacaq:
"Bu modeldə stimullaşdırıcı mexanizmləri istifadə etməyi planlaşdırırıq. Dövlət valideynə vauçer təqdim edəcək ki, o övladını özəl bağçaya göndərsin. Bu zaman dövlət infrastruktur baxımından qənaət edəcək, çünki bunu özəl sektor edecek. Məktəbəqədər təhsilin hər bir uşaq üçün əlçatan olmasını təmin etmək olduqca mürəkkəb prosesdir".
Nazir deyib ki, inklüziv təhsil modelinin dəyişməsi üçün müəyyən zaman lazımdır:
"Çünki sovet dövründən bizə miras qalan inklüziv təhsil modeli deyil. Növbəti mərhələdə nazirlik olaraq bu sahədə yeni təkliflər hazırlamışıq".
Nazir, həmçinin əlavə edib ki, əsaslı təmirə ehtiyacı olan məktəblərin sayı 33 faiz azalaraq 900-dən 600-ə düşüb:
"Əlçatanlıq baxımından bizim ciddi problemimiz yoxdur. Tədrisin keyfiyyəti ilə bağlı müəyyən ciddi çağırışlar etmişik".
13-05-2024, 14:50 | Tural Ələkbərov Xocalı Rayon Məhkəməsinin sədri təyin edildi - SƏRƏNCAM

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələri dəyişdirilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:
ağır cinayətlər məhkəmələri üzrə:
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi
Kərimov Arzuyar Sadıq oğlu
Lənkəran Ağır Cinayətlər Məhkəməsi
Vəliyeva Ayşən Umud qızı
hərbi məhkəmələr üzrə:
Füzuli Hərbi Məhkəməsi
İsmayılov Roman İsmayıl oğlu
inzibati məhkəmələr üzrə:
Gəncə İnzibati Məhkəməsi
Tağıyeva Ruhiyə Nadim qızı
Sumqayıt İnzibati Məhkəməsi
Axundova Aynur Oqtay qızı
Şirvan İnzibati Məhkəməsi
Quliyeva Rəşidə Paşa qızı
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi
Vəliyeva Elnarə Fəxrəddin qızı
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi
Miriyeva Həbibə Novruz qızı
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi
Məmmədli Samirə Məhəmməd qızı
Bakı şəhəri Yasamal Rayon Məhkəməsi
Xəlil Ülkər Abdurahman qızı
Oruclu Aydan Adəm qızı
Seyidov Mirsadiq Mirsəttar oğlu
rayon (şəhər) məhkəmələri üzrə:
Abşeron Rayon Məhkəməsi
Kərimova Firuzə Şahin qızı
Beyləqan Rayon Məhkəməsi
Cabbarlı Xatın Mahir qızı
Bərdə Rayon Məhkəməsi
Abdullayev Fərman Firidun oğlu
Abdullayev Ziya Yaşar oğlu
Biləsuvar Rayon Məhkəməsi
Rəsulova Mədinə Camal qızı
Cəlilabad Rayon Məhkəməsi
Vəliyev Osman Akif oğlu
Füzuli Rayon Məhkəməsi
Məmmədli Səkinəxanım Naib qızı
İmişli Rayon Məhkəməsi
Mahmud Orxan Əlövsət oğlu
Kürdəmir Rayon Məhkəməsi
Mehdiyev Rahid Baxşəli oğlu
Qax Rayon Məhkəməsi
Kərimov Taleh Etibar oğlu
Qazax Rayon Məhkəməsi
Mansırov Elçin Faxrəddin oğlu
Lerik Rayon Məhkəməsi
Zeynalov Yusif Səmədağa oğlu
Masallı Rayon Məhkəməsi
Abbasova Ellara Həsən qızı
Abdullayev Coşqun Şamil oğlu
Saatlı Rayon Məhkəməsi
Qasımov Vüqar İnqilab oğlu.
2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:
Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Elnur Heydər oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi təyin edilsin;
Emin Ağamusa oğlu Abdullayev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilsin;
Rahim Təşəkkül oğlu Həsənov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi təyin edilsin;
Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi təyin edilsin;
Günay Rövşən qızı Həşimova Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilsin;
Qamət Mehman oğlu Əbilov Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Sevinc Məhəmməd qızı Quliyeva Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Mübariz İsfəndiyar oğlu Məmmədov Astara Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Ülvi Oktay oğlu Qənbərov İmişli Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qəbələ Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Qalib Hidayət oğlu Paşayev Cəlilabad Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yevlax Rayon Məhkəməsinin hakimi təyin edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
AZƏRTAC
13-05-2024, 11:48 | Qubadlının iki kəndində tikinti işlərinə başlanıldı

Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına başlanılıb.
Trend-ə istinadən xəbər verir ki, hər iki kəndin baş planına əsasən, torpaq işləri başa çatdırılıb, evlərin bünövrəsi qazılıb və beton işləri görülür.
Qubadlı rayonunun Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40.27 hektar ərazidə 190 evin tikilməsi və 836 nəfərin məskunlaşması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman-sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, çayxana da nəzərdə tutulub.
Qubadlıda Zilanlı kəndinin də tikintisinə başlanılıb. Bu kənd rayon mərkəzindən 20 kilometr məsafədə yerləşir və onun ümumi ərazisi 180.04 hektar təşkil edir. Birinci mərhələdə 43,5 hektar ərazidə 193 evin tikintisi və 926 nəfərin məskunlaşması nəzərdə tutulub. Bu kənddə də məktəb binası, uşaq bağçası, ailə-sağlamlıq mərkəzi, inzibati bina, klub-icma və idman mərkəzi yaradılacaq.
Hər iki kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Kəndlərin birinci fazası üzrə nəzərdə tutulan inşaat işlərinin bu ilin sonunadək yekunlaşdırılması və tikilən evlərə əhalinin ilk köçü də planlaşdırılır.
13-05-2024, 07:11 | Fransa XİN gözlənilmədən Bakı ilə İrəvan arasında danışıqları dəstəklədi - Parisin bundan nə xeyri var?

Fransa Xarici İşlər Nazirliyi gözlənilmədən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Almatıda danışıqları dəstəkləyib.
Trend-ə istinadən xəbər verir ki, nazirliyin bəyanatında həmçinin deyilib ki, Paris "razılaşdırılmış prinsiplər əsasında sərhədin delimitasiyası prosesini davam etdirməyə çağırır".
Nəzərə alsaq ki, Bakı ilə İrəvan arasında Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı delimitasiya prosesinin başlanmasına dair razılaşma aprelin 19-da əldə olunub, Parisin gecikmiş reaksiyası çox şey deyir.
Fransa tərəfi mütləq ermənipərəst mövqeyinə görə Cənubi Qafqazda danışıqlar prosesinə təsir imkanlarını çoxdan itirib. Ona görə də Parisin Bakı ilə İrəvan arasında normallaşma yolunda irəliləyişdən məmnun qalmaması təbiidir.
Bakıdan geri çağırılan Fransa səfiri ilə bağlı son hadisələr, Azərbaycanın Parislə münasibətlərə xələl gətirdiyi iddia edilən fəaliyyətində ittiham olunması, casus qalmaqalı fonunda bu cür bəyanatlar tamamilə qeyri-səmimi və mənasız görünür.
Bakının mövqeyi dəqiq müəyyən edilib - İrəvanla danışıqlarda üçüncü tərəf tələb olunmur. Hətta Ermənistanda da bunu anlamağa başladılar. Yelisey sarayının yeni reallıqlarla barışması qalır.
13-05-2024, 07:09 | Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü - VİDEO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də davam edib.
Bu gün Xan qızı Natəvanın Sarayı qarşısında Birləşmiş Ərəb Əmirliklərindən "Almazyood" və Mərakeşdən "Tizwit" qruplarının konserti ilə başlayıb.
Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv olan ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub.
"Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də həm də "Qarabağnamə" adlı sərgi açılıb. Yaradıcılıq Mərkəzindəki sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş etdirilib.
Şuşadakı proqram Cıdır düzündə musiqi bayramı - Aboubakar Silla (Qvineya), Abbos Kosimov (Özbəkistan) və "Natiq" ritm qrupunun (Azərbaycan) konsertləri ilə yekunlaşıb.
Festival sabah Laçında konsert proqramları ilə başa çatacaq.
13-05-2024, 06:54 | Gömrük bağlamanı aça bilərmi? - RƏSMİ AÇIQLAMA - VİDEO

Vətəndaşlar bir çox hallarda xaricdən sifariş etdikləri bağlamanın gömrükdə açılmasından şikayət edirlər.
Hətta bəzi vətəndaşların gömrükdə açılan məhsuluna ziyan da dəyib.
Bəs xaricdən sifariş olunan məhsullar gömrük nəzarəti zamanı hansı hallarda açıla bilər?
Məhsula zərər dəyərsə məsuliyyəti kim daşıyır?
Məsələ ilə bağlı ATV-nin "İqtisadi zona" verilişi süjet hazırlayıb.
Daha ətraflı videoda:
11-05-2024, 09:13 | Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Bu gün "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 13-dək davam edəcək festival Şuşa şəhəri ilə yanaşı, həm də Laçın şəhərində keçirilir.
Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.
Bu ərəfədə Şuşada Cıdır düzündə festivalın son hazırlıqları olub.
11-05-2024, 09:12 | Yunus Oğuza "Qızıl ulduz" medalı təqdim olundu

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 2023-cü ilin nəticələrinə görə Azərbaycan təmsilçilərindən həmin Akademiyanın "Türk Dünyasında İlin Ziyalısı" Beynəlxalq Diplomu və "Qızıl Ulduz" Medalı ilə təltif edilmək üçün namizədliyi verilən yazıçı-publisist Yunus Oğuz artıq ödülləndirilib.
Müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin, Türk dünyası ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alaraq, hər iki nominasiya üçün Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, yazıçı-publisist Yunus Oğuza "Qızıl Ulduz" medalı artıq təqdim edilib.
Xatırladaq ki, Yunus Oğuz onlarla tarixi romanlar müəllifidir və əsərləri dünyanın 20-dən çox ölkəsində dərc olunub. Dünyanın bir çox ölkələrində mükafatlara layiq görülüb.
Romanları Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib.//olaylar.az/
11-05-2024, 08:54 | Muxtar Babayev COMSATS-ın baş qərargahında oldu

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Pakistana səfəri çərçivəsində Cənubda Dayanıqlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) paytaxt İslamabaddakı baş qərargahında olub.
Muxtar Babayev COMSATS-ın icraçı direktoru Məhəmməd Nafis Zakariya və digər rəsmi şəxslərlə görüşüb.
Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə koordinatoru Romina Xurşid Alamın da iştirak etdiyi tədbirdə nazir Muxtar Babayev ağac əkib. Burada COP29, o cümlədən davamlı inkişaf, iqlim dəyişikliyi mövzularında müzakirələr aparılıb.
Muxtar Babayev Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının nümayəndələri ilə də iqlim dəyişikliyinin nəticələrini müzakirə edib.
11-05-2024, 08:52 | Günay Baxşəliyeva: “Daha gözəl qızlar vardı, amma mən seçildim” - FOTO

Azərbaycanın məşhur aparıcılarından olan Günay Baxşəliyeva televiziyaya ilk gəlişindən bəhs edib.
Aparıcı 3000-dən çox insan arasından seçilməyinin əsas səbəbini açıqlayıb.
"Mənim televiziyaya gəlişimin, seçilməyimin səbəbi Azərbaycan dilini və ədəbiyyatı, qrammatikanı mükəmməl bilməyim olub. Onun sayəsində, o qədər insanın arasından seçildim. Çünki məndən də gözəl qızlar var idi. Məndən də yaraşıqlı bəylər var idi. Çox idik, 3000 nəfərdən çox insan gəlmişdi. Arasından seçildi, 500 qaldı, axırda haradasa 15-20 nəfər qaldı. Artıq bilikləri yoxlamağa başladılar. Sualları səsləndirdilər. Bütün suallara cavab verdim. İndiki kimi yadımdadır. Ondan sonra hətta mənə redaktorluq da, aparıcılıq da təklif etdilər. İlk işim redaktor işi oldu. Sonra "Bizim səhər"də aparıcılıq etməyə başladım", - deyə, o, söyləyib.
