28-02-2024, 11:29 | Bu "ASAN xidmət" mərkəzi bağlanır

Bakının Yasamal rayonunda yerləşən 3 saylı "ASAN xidmət" mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 1-dən bir ay müddətinə bağlanacaq.
Bu bardə "ASAN xidmət" mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazır sənədlərini 3 saylı "ASAN xidmət" mərkəzindən əldə etməli olan vətəndaşlardan martın 1-dən etibarən 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət etmələri xahiş olunur.
21-02-2024, 16:01 | Njupuo Yap Mariatu İlham Əliyevi təbrik edib

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Njupuo Yap Mariatu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Sizin bu qələbəniz Azərbaycan xalqı tərəfindən siyasi rəhbərliyinizin, eləcə də Azərbaycan Respublikasının təhlükəsizliyini və suverenliyini möhkəmləndirmək, həmvətənlərinizin firavanlığını daha da yaxşılaşdırmaq istiqamətində səylərinizin dəstəklənməsinin bariz sübutudur.
Sizin liderliyiniz və səyləriniz Azərbaycan Respublikasının hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Təşkilatımız Sizin təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahəsində bizimlə münasibətlərin möhkəmlənməsinə şəxsi töhfələrinizi yüksək qiymətləndirir.
İnanıram ki, dəstəyiniz və əməkdaşlığınız davamlı olacaqdır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
21-02-2024, 13:59 | Azərbaycanda yeni qoruq yaradıldı

Prezident İlham Əliyev "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.
AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.
Nazirlər Kabineti qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etməli, qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir.
Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII-XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.
21-02-2024, 13:31 | Yeni tarixi mərhələdə milli ideya və milli ideologiya

Xəlil Göyüşov,
«Körpü-Bina-Tikinti» MMC-nin sədri .
Otuz ildən çox bizi birləşdirən milli ideya – erməni işğalına son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpası – hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Milli Ordumuz tərəfindən gerçəkləşdirildi. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycanın bütöv ərazisində suveren hüquqlarımız bərpa edildi.
Bu gün bizi birləşdirən əsas ideya milli birlikdir. Avropa Parlamenti, AŞPA, ABŞ Konqresi, Dövlət Departamenti, Fransa Senatı, Almaniya ölkəmizə qarşı xoşagəlməz addımlar atırlar. Tarixi şəraitin özü, xalqımızın beynəlxalq arenada üzləşdiyi ədalətsizlik və ikili standartlar, indiyəcən məruz qaldığı çətin sınaqlar milli birlik ideyasını bizə diktə edir. Yalnız vahid xalq olaraq və güclü lider ətrafında birləşərək, əsrlərlə arzusunda olduğumuz azad, güclü, firavan, çiçəklənən Azərbaycan qura bilərik. Qarşıda bizi böyük hədəflər gözləyir: dövlətimizin müstəqilliyini möhkəmləndirmək, azad edilmiş əraziləri bərpa etmək, böyük qayıdışı tamamilə gerçəkləşdirmək, sosial-iqtisadi inkişafı sürətləndirərək Azərbaycanı qabaqcıl ölkəyə çevirmək.
Əlbəttə, demokratik və plüralist cəmiyyətdə, çoxpartiyalılıq şəraitində siyasi mübarizə, siyasi maraqların toqquşması, ideoloji və taktiki fikir ayrılıqları təbii haldır. Lakin ümummilli ideya baxımından ən mühüm məsələ, fəlsəfi dillə desək, mübarizə edən əksliklərin vəhdətini qorumaqdan, yəni siyasi ehtirasların cəmiyyətimizi parçalamasına imkan verməməkdən, mübarizə və müzakirələrin konstruktiv məcrada aparılmasına nail olmaqdan ibarətdir. Müasir sivil dünyada bərqərar olmuş parlament quruluşunun özü də məhz bu zərurətdən doğmuşdur və bunu tələb edir.
Biz daxili problemlərin həllinə siyasi şüar və bəyanatlarla deyil, sosial-iqtisadi məsələlərin çözümünü təmin edəcək hüquqi baza və mexanizmlərin işlənib hazırlanması ilə nail ola bilərik. Bu da son nəticədə cəmiyyətin ahəngdar inkişafının başlıca şərti kimi sosial ədalətin bərqərar olması ilə nəticələnməlidir.
Son illərdə ölkəmizin qazandığı böyük nailiyyətlərdən biri də, heç şübhəsiz, nəhəng səylər bahasına əldə olunmuş siyasi sabitlikdir. Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi о kəsdir ki, cəmiyyətdəki stabilliyi qorumaqla, onun xaos və hərc-mərclik girdabına yuvarlanmasına imkan vermədən müxtəlif islahatlar aparmağı bacarır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bu illər ərzində məhz belə bir müdriklik və məharət nümayiş etdirmişdir. Hesab edirəm ki, bu sabitliyi qorumaq, əslində, hər bir vətəndaşın borcudur. Odur ki, mövcud ictimai-siyasi sabitliyi hər vəchlə qorumağı, milli birliyin pozulmasına səbəb ola biləcək bütün cəhdlərə qarşı qətiyyətlə mübarizə aparmağı birinci dərəcəli vəzifə kimi qarşıya qoymalıyıq. Birlik və həmrəyliyimizin sarsılmazlığını təmin etmək üçün konstruktiv qüvvələrlə dialoqu və əməkdaşlığı inkişaf etdirmək, vətəndaş həmrəyliyinin və milli birliyin həmişəlik bərqərar olmasına çalışmaq, ölkədə mülki cəmiyyətin möhkəm əsaslarının qurulmasına nail olmaq lazımdır. Bunlar həyata keçərsə, milli birliyimizin pozulmasına yönəlmiş cəhdlər təkcə dövlət strukturlarının deyil, bütövlükdə, cəmiyyətin müqaviməti ilə rastlaşar və təbii ki, uğursuzluğa düçar olar.
Bəllidir ki, ölkədə sabitliyin qorunmasında daxili amillərlə yanaşı, xarici faktorlar da mühüm rol oynayır. Odur ki, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə və beynəlxalq birliyə daha six inteqrasiyasına yönəlmiş tarazlaşdırılmış xarici siyasət xətti dönmədən inkişaf etdirilməlidir.
Bu gün Azərbaycan ictimaiyyətini düşündürən məsələlər içərisində ikisi xüsusi əhəmiyyətə malikdir. Qazandığımız nailiyyətlər və ərazi bütövlüyümüzün bərpası arxayınlıq doğurmamalı, Milli Ordumuzun döyüş qabiliyyətinin ar-tırılması istiqamətində fəaliyyət daim gücləndirilməlidir. Necə deyərlər, “sülh istəyirsənsə, müharibəyə hazır olmalısan!”.
Sosial ədalətə yönəlmiş hüquqi mexanizmlərin işlənməsi ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynayacaqdır ki, bu da dövlətimiz üçün strateji bir vəzifədir. Göstərilən vəzifələrin yerinə yetirilməsi üçün xalqın bütün təbəqələri 7 fevral Prezident seçkilərində olduğu kimi, Vətənimizin cari və strateji maraqlarını təmin etmək qüdrətində olan güclü liderimiz, mahir diplomat, böyük qurucu şəxsiyyət, Qarabağ fatehi İlham Əliyevin ətrafında birləşməli və bu milli birliyimizi bədxahlarımızın hər cür təcavüzkarlığı qarşısında möhkəm sipərə çevirməliyik.
21-02-2024, 12:17 | Rəşad. Daşdəmirov: Zəfərin mübarək, Azərbaycan!

Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov - “7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkiləri bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan seçkilərin nəticələri hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsindən asılıdır. Azərbaycan zəngin seçki təcrübəsi ilə daim dünyanın diqqətində olub. Seçkidən-seçkiyə bu təcrübənin daha da təkmilləşməsi Azərbaycan dövlətinin seçki kampaniyalarının demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsində maraqlı olduğunu bir daha təsdiqləyir. 7 fevral prezident seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazdı. Bu seçki kampaniyasına beynəlxalq səviyyədə göstərilən maraq müşahidəçilərin, həmçinin prosesi işıqlandıran mətbu orqanların say tərkibində də özünün aydın ifadəsini tapdı. Seçkilərlə bağlı rəylərdə qeyd edildi ki, siyasi kampaniyanın demokratikliyi yüksək səviyyədə təmin edilib, seçici fəallığı həm yaradılan şəraitin, həm də ölkədə görülən işlərin, qazanılan uğuların göstəricisidir. Hər kəs seçki məntəqələrinə gələrək seçki hüquqlarından istifadə etməklə həm özünün, həm də ölkəsinin uğurlu gələcəyi üçün seçimini etdi. Azərbaycanın demokratiya təcrübəsinin nümunə olduğu əsaslı şəkildə qeyd olundu.”

7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkiləri Azərbaycanın müasir tarixinə daha bir möhtəşəm səhifəni yazdı: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi fonunda keçirilən bu seçkilərin müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Suverenliyimizin tam bərpa olunması bu seçkilərin keçirilməsini zərurətə çevirən mühüm amil oldu. Çünki Azərbaycan yeni dövrə qədəm qoydu. Cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olması, verilən hər bir vədin, qarşıya qoyulan vəzifələrin uğurlu icrası artıq yeni hədəflərə bir çağırış oldu. Xatırlasaq Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bildirdi ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik.”
“Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiqli yer tutdu. Ölkəmiz mühüm təşəbbüslərin müəllifidir. Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün güclü siyasi və hüquqi zəmin yaratdı. Eyni zamanda, iqtisadi müstəqilliyimiz təmin olundu. Son 20 ildə bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Ölkə iqtisadiyyatı dörd dəfədən çox artıb. İqtisadi müstəqilliyimiz siyasi mövqeyimizin möhkəmlənməsində öz sözünü deyir. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Xalqımız hər addımda özünə diqqət və qayğının şahidi olur. Cənab İlham Əliyev bütün çıxışlarında bildirir ki, həyata keçirilən siyasətin əsasında vətəndaş amili dayanır”.
20 ilin təqdimatı olan 7 fevral prezident seçkiləri yeni dövrün başlanğıcıdır: “Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin Mərkəzi Seçki Komisiyasının ilkin nəticələrinə görə seçiçilərin 92 faizindən çoxunun səsini qazanması Azərbaycan xalqının Prezidentinə inamının, etimadının, onun ətrafında dəmir yumruq kimi birləşərək bundan sonra da ölkəmizin zəfərdən-zəfərə doğru inamla irəliləmək istəklərinin göstəricisidir. Hazırda azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəliş mərhələsini yaşayır. Bu torpaqlarımız Azərbaycanın müasir şəhərsalma təcrübəsinin dünyaya təqdimatı olmaqla yanaşı, yaradılan şərait vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını bir daha nümayiş etdirir.”
Zəfər seçkilərinin yüksək seçici fəallığı şəraitində keçməsi torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı qürur hissinin nümayişi oldu: “Xalqın qalib Liderinə etimadı səsvermənin nəticələrində özünün aydın ifadəsini tapdı. Yeni dövrün başlanğıcı kimi dəyərləndirilən bu seçkilər ölkəmizin qarşısında yeni imkanlar yaradır. Tarixi Zəfərimizin reallıqları fonunda ölkəmizin sözünün dəyəri daha da artır. Bu reallıqların mühüm tərkib hissəsi kimi Böyük Qayıdış Proqramı uğurla icra edilir. Sakinlərinə qovuşan torpaqlarımızda əsl canlanma baş verib. Onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə işğaldan azad edilmiş ərazilərdəki ümumilikdə 47 seçki məntəqəsi üzrə seçici fəallığı 93 faizdən çox olub. Müstəqillik tariximizin Zəfər seçkilərində inamlı qələbəsi ilə bu gün dünyanın diqqətində olan cənab İlham Əliyevə milyonların inamı, etimadı beynəlxalq səviyyədə də xüsusi vurğulanır. Dövlət başçısına təbrik məktublarında Onun rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar qeyd edilir. Soydaşlarımızın 30 illik torpaq həsrətinə son qoyan tarixi Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi cənab İlham Əliyevdir. Xalq qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır, əbədidir
19-02-2024, 12:17 | İlham Əliyev Ankarada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
AZƏRTAC
16-02-2024, 12:21 | Andrey Kondraşov və Mixail Qusman İlham Əliyevi təbrik etdi

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov və baş direktorun birinci müavini Mixail Qusman Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
president.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından səmimi təbriklərimizi çatdırırıq.
Seçkilər Sizin siyasi kursunuza ümumxalq dəstəyini inamlı şəkildə nümayiş etdirdi. Əminik ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də ölkələrimiz arasında konstruktiv əlaqələrin və tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin davam etməsinə kömək edəcək.
TASS Azərbaycan Respublikası, onun aparıcı kütləvi informasiya vasitələri, siyasi, ictimai, mədəni və elmi dairələri ilə sıx əməkdaşlıq tarixinə malikdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya və Azərbaycanın informasiya sahəsində əməkdaşlığı dövlətlərimiz və xalqlarımız arasında sıx əlaqələrin inkişafında mühüm rol oynasın. Bununla əlaqədar agentliyimizin Azərbaycan Respublikasında fəaliyyətinə Sizin davamlı dəstəyinizə və köməyinizə güvənirik".
16-02-2024, 12:18 | İlham Əliyev: Əminəm ki, Azərbaycan-Litva münasibətləri bundan sonra da inkişaf edəcək

Prezident İlham Əliyev Litva Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Gitanas Nausedayaya təbrik məktubu ünvanlayıb.
Trend-ə istinadən xəbər verir ki, Litva xalqını və Prezident Gitanas Nausedayanı milli bayram münasibətilə səmimi-qəlbdən təbrik edən dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: "Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik.
Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir".
Prezident İlham Əliyev bu əlamətdar gündə Gitanas Nausedayaya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Litva xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.
16-02-2024, 12:16 | İlham Əliyev Litva Prezidentini təbrik edib

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.
AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik.
Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
16-02-2024, 12:14 | Əli Əsədov İlham Əliyevə təşəkkür etdi

İlk öncə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə mənim namizədliyimi irəli sürdüyünə və mənə göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Heydər oğlu Əliyevə dərin təşəkkürümü bildirirəm.
Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir vəzifəsini icra edən Əli Əsədov deyib.
"Müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizi əhatə edən və şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə möhtərəm Prezidenti bu yüksək kürsüdən bir daha ürəkdən təbrik edirəm", - deyə Əli Əsədov bildirib.
Qeyd edək ki, Milli Məclisdə "Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələyə baxılıb. Müzakirələrdən sonra məsələ səsə qoyulub və Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsinə razılıq verib.