13-10-2020, 06:52 | Prezident İlham Əliyev: Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham əliyev Virtual 71-ci Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində etdiyi videomüraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib: "Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edəcək. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək".
13-10-2020, 06:43 | Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Prezident İlham Əliyevə məktub göndərib

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş Naziri, 2012-2015-ci illərdə Baş Nazirin müavini və Xarici İşlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Zlatko Laqumciya Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident.
Biz Balkan yarımadasında, xüsusilə də Bosniya və Herseqovinada müharibənin nə olduğunu, ölkənizin bu gün yaşadıqlarını yaxşı anlayırıq. Bu ağrı-acının keçməsi bir müddət vaxt aparacaq.
Siz ölkənizi uğurla müdafiə edən Lidersiniz. Təəssüflər olsun ki, 30 il bundan əvvəl ölkəmizdə olduğu kimi, biz yenə də beynəlxalq hüququn prinsiplərinə göz yumulduğunun və səssiz qalmanın şahidi oluruq. Biz dünya birliyini Azərbaycan Respublikasının ərazi bütövlüyünə tam hörmət edərək, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsi istiqamətində səylərini artırmağa çağırırıq.
Biz beynəlxalq səviyyədə bununla bağlı təbliğat aparılması üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzində öz resurslarımızı səfərbər etmişik.
Sizin hərtərəfli dəstəyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Balkan yarımadasındakı fəaliyyətini yüksək qiymətləndirirəm. Köməyə ehtiyac olarsa, biz öz gücümüz daxilində və "Ortaq dəyərlər və cəmiyyət" adlı fondumu, eləcə də regiondan olan dostlarımı səfərbər etmək üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi ilə əlaqə saxlamışam.
İnanıram ki, Azərbaycan üçün çox çətin olan bu dövrdə haqq-ədalət tezliklə zəfər çalacaq. Biz birlikdəyik!
Əminəm ki, Bosniya və Herseqovina xalqının mütləq əksəriyyəti ölkənizin hansı çətinliklərdən keçdiyini çox gözəl anlayır və buna görə də biz Azərbaycan xalqını qətiyyətlə dəstəkləyirik".AZƏRTAC
11-10-2020, 10:53 | Hikmət Hacıyev: "Gəncə Ermənistanın dövlət terrorçuluğu və vandallığına qarşı müqavimətin rəmzidir"

Gəncə Ermənistanın dövlət terrorçuluğu və vandallığına qarşı müqavimətin rəmzidir.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.
Trend
10-10-2020, 09:47 | Türkiyə mətbuatı Prezident İlham Əliyevin yeni qələbə zəfərləri ilə bağlı xalqa müraciətinə geniş yer ayırıb

Müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi və bu münasibətlə Prezident İlham Əliyevinin oktyabrın 9-da bütün Azərbaycan xalqına müraciəti, dövlətimizin başçısının çıxışındakı mühüm sərt mesajlar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.
Qardaş ölkə KİV-ləri Prezident İlham Əliyevin işğalçı və düşmən ölkənin rəhbərliyini ən ağır ifadələrlə ittiham etməsini türkdilli əhalinin diqqətinə çatdırıblar. Məlumatlar müxtəlif sərlövhələrlə təqdim olunub.
Məlumatlarla Anadolu və DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, TRT Avaz, NTV telekanallarının, habelə "Yeni şəfəq", "Sözçü", "Aydınlıq", "Yeni çağ" və s. nüfuzlu qəzetlərin saytlarında tanış olmaq mümkündür.
AZƏRTAC
10-10-2020, 09:14 | Azərbaycan Prezidenti “Sky News” telekanalına müsahibəsində mümkün danışıqların şərtlərini açıqlayıb

Azərbaycan Prezidenti "Sky News" telekanalına müsahibəsində mümkün danışıqların şərtlərini açıqlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Sky News" telekanalına müsahibəsində Ermənistanla mümkün danışıqların şərtlərini açıqlayıb.
"Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. Birinci mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yerə - qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa edirik. Bu, vasitəçilərin planıdır və biz bunu dəstəkləyirik", - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycanın həmişə danışıqlar prosesini dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev deyib: "Ümid edirəm ki, Ermənistan döyüş meydanında bu acı məğlubiyyətlə üzləşəndən sonra onlar daha məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar, danışıqlar masasında səmimi olacaqlar. Danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır".AZƏRTAC
18-09-2020, 15:10 | Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib

Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.
AZƏRTAC-a bildirir ki, təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.
Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram".
11-09-2020, 12:21 | Əkbər Kazımovun “Biz, Ali Baş Komandanın əmrinə hər zaman hazırıq!”

"Hər bir ölkənin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, həm də onun ordusunun qüdrəti ilə ölçülür. Ordu isə o zaman qüdrətli olur ki, onun əsgəri vətənpərvər olsun, Vətən üçün, xalq üçün istənilən təhdid və təhlükəyə layiqli cavab versin. Azərbaycan Ordusu da tarixin ən çətin dövrlərində yaranaraq böyük bir inkişaf yolu keçib, ölkəmizin təhlükəsizliyinin qarantına çevrilib."
Bu sözləri saytımıza açıqlamasında Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının direktoru Əkbər Kazımov deyib.
O qeyd edib ki, İşğalçı Ermənistan zaman-zaman Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb.
"Bunun ən ağır nəticəsi olaraq Ermənistan tərəfindən 1991-1993-cü illərin hərbi kampaniyası dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Əlbəttə ki, bu işdə Ermənistana xarici havadarları da kömək edib.Son olaraq isə 12 iyul 2020-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində beynəlxalq səviyyədə tanınan ərazisinə artilleriya atəşi edərək təxribatlar törədir.
Bununla bağlı iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda çıxış edən Dövlət Başçısı dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilidiyinin birinci dəfə olmadığını və son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimizin, eyni zamanda, mülki şəxslərin həlak olduğunu diqqətə çatdırdı.Deyildi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınaraq, düşmənə adekvat cavab verilmiş şəhid olmuş hərbçilərimizin qisası alınmışdır.
Törədilmiş təxribatın bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü deyən Prezident İlham Əliyevbelə çirkin vasitələrdən istifadə etməyin onların təcavüzkar siyasətinin təzahürü olduğunu və bu siyasətin Ermənistan üçün böyük təhlükə mənbəyinə çavrildiyini qeyd etdi. Qətiyyətlə bildirdi ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.
Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilməsi, operativ vəziyyət imkan verən kimi Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrinin həmin əraziyə dəvət ediləcəyi və hər şeyin onlara əyani surətdə göstəriləcəyi də çıxışda öz əksini tapdı.
Ermənistanın ictimai-siyasi və sosial-iqtisadi vəziyətinin analitik tərzdə təhlil edən dövlətimizin rəhbəri Ermənistandakı daxili vəziyyətin artıq böhranlı həddə çatdığını,daxili çaxnaşmaların geniş vüsət aldığını xüsusilə qeyd etdi. Eyni zamanda nəzərə çatdırıldı ki, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar, xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi onları çox narahat edir.
Cənab İlham Əliyev xüsusilə vurğuladı ki, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, ermənilərin təbliğatını alt-üst edir.Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələrin bu seçkiləri pislədiyindən də söhbət açıldı.Ermənistanda hökm sürən hərc-mərclikdən və mövcud böhrandan ictimaiyyətin fikrini yayındırmaq və onu cəbhə bölgəsinə yönəltmək məqsədilə belə bir təxribatın törədildiyi, lakin uğursuz sonluqla nəticələndiyi diqqətə çatdırıldı.Bu təxribatın digər səbəbinin son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atdığı olduğu da qeyd olundu. Deyildi ki, təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Beynəlxalq arenada Ermənistanın demək olar ki, bütün dayaqlarının itirildiyi, daxili vəziyyətin kifayət qədər gərgin olduğu və Ermənistan iqtidarının çıxılmaz vəziyyətə düşdüyü Prezidentimiz tərəfindən tutarlı dəlillərlə göstərildi.Çıxışına yekun vuraraq ermənilərin təxribatına tutarlı cavab verildiyi,hərbçilərimizin qisasının alındığı və bundan sonra da alınacaqğı, şəhidlərimizin qanının yerdə qalmayacağı Ali Baş Komandan tərəfindən qətiyyətlə və yüksək vətənpərvərlik ruhu ilə səsləndi."
11-09-2020, 12:05 | Tehran Muradlı "“Biz, Ali Baş Komandanın əmrinə hər zaman hazırıq!”

"Hər bir ölkənin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, həm də onun ordusunun qüdrəti ilə ölçülür. Ordu isə o zaman qüdrətli olur ki, onun əsgəri vətənpərvər olsun, Vətən üçün, xalq üçün istənilən təhdid və təhlükəyə layiqli cavab versin. Azərbaycan Ordusu da tarixin ən çətin dövrlərində yaranaraq böyük bir inkişaf yolu keçib, ölkəmizin təhlükəsizliyinin qarantına çevrilib."
Bu sözləri saytımıza açıqlamasında "AAY' ASC-nin Göycay şəhəri 17 saylı MMC-nin direktoru. Tehran Muradlı deyib
O qeyd edib ki, İşğalçı Ermənistan zaman-zaman Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb.
"Bunun ən ağır nəticəsi olaraq Ermənistan tərəfindən 1991-1993-cü illərin hərbi kampaniyası dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Əlbəttə ki, bu işdə Ermənistana xarici havadarları da kömək edib.Son olaraq isə 12 iyul 2020-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində beynəlxalq səviyyədə tanınan ərazisinə artilleriya atəşi edərək təxribatlar törədir.
Bununla bağlı iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda çıxış edən Dövlət Başçısı dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilidiyinin birinci dəfə olmadığını və son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimizin, eyni zamanda, mülki şəxslərin həlak olduğunu diqqətə çatdırdı.Deyildi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınaraq, düşmənə adekvat cavab verilmiş şəhid olmuş hərbçilərimizin qisası alınmışdır.
Törədilmiş təxribatın bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü deyən Prezident İlham Əliyevbelə çirkin vasitələrdən istifadə etməyin onların təcavüzkar siyasətinin təzahürü olduğunu və bu siyasətin Ermənistan üçün böyük təhlükə mənbəyinə çavrildiyini qeyd etdi. Qətiyyətlə bildirdi ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.
Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilməsi, operativ vəziyyət imkan verən kimi Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrinin həmin əraziyə dəvət ediləcəyi və hər şeyin onlara əyani surətdə göstəriləcəyi də çıxışda öz əksini tapdı.
Ermənistanın ictimai-siyasi və sosial-iqtisadi vəziyətinin analitik tərzdə təhlil edən dövlətimizin rəhbəri Ermənistandakı daxili vəziyyətin artıq böhranlı həddə çatdığını,daxili çaxnaşmaların geniş vüsət aldığını xüsusilə qeyd etdi. Eyni zamanda nəzərə çatdırıldı ki, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar, xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi onları çox narahat edir.
Cənab İlham Əliyev xüsusilə vurğuladı ki, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, ermənilərin təbliğatını alt-üst edir.Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələrin bu seçkiləri pislədiyindən də söhbət açıldı.Ermənistanda hökm sürən hərc-mərclikdən və mövcud böhrandan ictimaiyyətin fikrini yayındırmaq və onu cəbhə bölgəsinə yönəltmək məqsədilə belə bir təxribatın törədildiyi, lakin uğursuz sonluqla nəticələndiyi diqqətə çatdırıldı.Bu təxribatın digər səbəbinin son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atdığı olduğu da qeyd olundu. Deyildi ki, təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Beynəlxalq arenada Ermənistanın demək olar ki, bütün dayaqlarının itirildiyi, daxili vəziyyətin kifayət qədər gərgin olduğu və Ermənistan iqtidarının çıxılmaz vəziyyətə düşdüyü Prezidentimiz tərəfindən tutarlı dəlillərlə göstərildi.Çıxışına yekun vuraraq ermənilərin təxribatına tutarlı cavab verildiyi,hərbçilərimizin qisasının alındığı və bundan sonra da alınacaqğı, şəhidlərimizin qanının yerdə qalmayacağı Ali Baş Komandan tərəfindən qətiyyətlə və yüksək vətənpərvərlik ruhu ilə səsləndi."
2-09-2020, 16:01 | Prezident İlham Əliyev: Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyevin görüşdəki çıxışından bəzi məqamları təqdim edir.
"Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Əməkdaşlığımızın çox geniş gündəliyi var. Əvvəla, bizim siyasi dialoqumuz çox fəaldır".
"Biz iqtisadi sahədə çox yaxşı nəticələr görürük. Çox şadıq ki, yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar yaxşı investorlardır. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar. Ümidvaram ki, iqtisadiyyatımızın digər sektorlarına da maraq olacaqdır. Xüsusilə biznes mühiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını nəzərə alaraq Azərbaycan əcnəbi şirkətlər üçün cəlbedici olmağa davam edir".
AZƏRTAC
30-07-2020, 16:19 | Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.




























