14-02-2024, 12:13 | Sudan lideri İlham Əliyevi təbrik edib

Sudan lideri İlham Əliyevi təbrik edib



Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Zati Aliləri.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibəti ilə Sizi Sudan höküməti, sudan xalqı və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Sudan münasibətlərində, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında müxtəlif sahələrdə iki tərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədilə birgə işləməyi arzulayıram.

Zati Alilərinə yenidən prezidentlik dövründə uğurlar və nailiyyətlər, xalqınız üçün firəvanlıq və tərəqqi arzulayıram".

13-02-2024, 06:32 | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür - VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür - VİDEO


Hərbi sahədə aparılan islahatların nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidməti Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.

Xidmət yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə nailiyyətlər qazanıb. Ordu quruculuğu prosesinin tərkib hissəsi kimi ölkəmizdə çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizmin formalaşdırılması uğurla həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəyə rəhbərliyi müstəqil Azərbaycanın iqtisadi inkişafı, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji önəm daşıyan istiqamətlərdə uğurların qazanılması ilə xarakterizə olunur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasətin, həyata keçirdiyi islahatların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri gündən günə daha da möhkəmlənib, döyüş qabiliyyətini artırıb.

Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamlarının icrasının təmin edilməsi məqsədilə çağırış yaşlı vətəndaşların qanuna müvafiq qaydada çağırışa cəlb edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi Xidmət tərəfindən uğurla həyata keçirilir.

44 günlük Vətən müharibəsi zamanı təsdiq edilmiş plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilərin Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunması, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi-nəqliyyat vasitələri ilə təmin olunması müvəffəqiyyətlə icra edildi.

Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ciddi addımların atılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməsi zərurətini ortaya qoymuşdur. Korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi təbliğatın gücləndirilməsi və bu kimi halların minimuma endirilməsi məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər həyata keçirilib, aşkar olunmuş nöqsanlarla bağlı qəti addımlar atılıb və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Ölkəmizdə bu gün yürüdülən siyasətin mərkəzində insan amili mühüm rol oynayır ki, burada da əsas məqsəd vətəndaşlara xidmət, vətəndaş məmnunluğunun təmin edilməsidir. Xidmət rəisi tərəfindən respublikanın müxtəlif regionlarında keçirilən qəbullar zamanı vətəndaşların bir sıra müraciətləri ye­rin­də­ həllini tapır, araşdırılması tələb olunanlar qeydiyyata alınaraq icrası ilə əlaqədar müvafiq tədbirlər görülür.

Gənc nəslin Vətənə sədaqət, milli adət və ənənələrə hörmət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə edilməsi işi onların yeniyetməlik dövründən başlayır. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə respublikanın müxtəlif bölgələrində aidiyyəti dövlət qurumları və ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, müharibə veteranlarının, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil edilir.

Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır. Belə ki, xidmətin şəxsi heyətinin komplektləşdirilməsi zamanı bilik və fiziki hazırlığın yoxlanılması prosesini uğurla keçən 21 nəfər Vətən müharibəsi iştirakçısı işə qəbul edilərək Xidmət rəisi tərəfindən onlara xidməti vəsiqələri təqdim olunub.

Bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ide­ya­la­rı­na sadiq qalacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə hə­ya­ta keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.//milli.az/

13-02-2024, 06:28 | ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyirik

ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyirik


ABŞ Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

"Biz açıq şəkildə bu məsələ ilə bağlı davamlı dialoqu dəstəkləyirik. İnanırıq ki, bu, davamlı nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bununla bağlı səyləri davam etdirəcəyik", - Miller bildirib.

13-02-2024, 06:18 | Leyla Abdullayeva etimadnaməsini Monako Şahzadəsi II Albertə təqdim edib

Leyla Abdullayeva etimadnaməsini Monako Şahzadəsi II Albertə təqdim edib



Azərbaycanın Fransada, eləcə də Monako Knyazlığındakı səfiri Leyla Abdullayeva etimadnaməsini Monakonun Şahzadəsi II Albertə təqdim edib.

Səfir Leyla Abdullayeva Prezident İlham Əliyevin salamlarını Şahzadə II Albertə çatdırıb. Həmçinin Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra ölkədə həyata keçirilən quruculuq işləri və inkişaf strategiyası ilə bağlı Monako Şahzadəsini məlumatlandırıb. Səfir ikitərəfli əlaqələrə toxunaraq, ölkəmizin münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu deyib və bu istiqamətdə böyük potensialın mövcudluğunu vurğulayıb.

Görüşdə gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Monako Şahzadəsi II Albert səmimi salamlarını, dostluq münasibətini və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. O, iki ölkə arasında əlaqələrin inkişafının intensivləşdirilməsində maraqlı olduğunu söyləyib.

AZƏRTAC


13-02-2024, 05:57 | Mehribandan Zeynəb Xanlarovanın ona “day-daylıq” etməməyinə REAKSİYA

Mehribandan Zeynəb Xanlarovanın ona “day-daylıq” etməməyinə REAKSİYA


Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarovadan danışıb.

bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Qapqara" verilişində həmkarı, aktyor Kamran Ağabalayevin suallarını cavablandırıb.

Kamranın "Hər bir sahədə hər kəsin bir "dayı"sı olmalıdır. Bunu isə görə-görə gəlirik. Çox maraqlıdır ki, bibiniz Zeynəb Xanlarova sizə "dayı" ola bilmədi" sözlərinə Mehriban belə münasibət bildirib:

"Kamran, illərdir ki, bu sənətdə addımlayırsan, sənin "dayı"n var? (Kamran cavab verir ki, yoxdur). Əgər bizim istedadımız varsa, içimiz dolub daşırsa və bu gün də rejissorlara lazımıqsa, o zaman "day-daya" nə ehtiyacımız var!?"

13-02-2024, 05:49 | Avropa Şurasının Baş katibi İlham Əliyevi təbrik etdi

Avropa Şurasının Baş katibi İlham Əliyevi təbrik etdi


Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Prezident.

Fürsətdən istifadə edərək bu günlərdə yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Mən Sizin səlahiyyət müddətiniz dövründə insan hüquqları, demokratiya və qanunun aliliyinin inkişafı ilə bağlı ümumi prinsiplərimiz üzrə birgə işləməyi davam etdirməyi səbirsizliklə gözləyirəm. Beynəlxalq ictimaiyyətlə yanaşı, Avropa Şurası regionda sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə yönəlmiş bütün səyləri dəstəkləməkdə davam edəcəkdir".


AZƏRTAC

12-02-2024, 11:41 | Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

12-02-2024, 11:39 | Prezident seçkilərinin yekunlarına dair iclas keçiriləcək

Prezident seçkilərinin yekunlarına dair iclas keçiriləcək



Fevralın 13-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-ü saat 11:00-a təyin edilib.

12-02-2024, 11:07 | Netanyahu Fələstinlə sülhün nə zaman baş tutacağını açıqladı

Netanyahu Fələstinlə sülhün nə zaman baş tutacağını açıqladı



"Fələstin və İsrail tezliklə sülh sazişi imzalaya bilməyəcək".

oxu.az-a istinadən bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Mən həmişə demişəm ki, gələcək sülh sazişinə, hansına ki ümumi fikrə əsasən hələ çox var, fələstinlilərin özünüidarəetmə hüququ olmalıdır, lakin onların İsraili təhdid etmək imkanı olmamalıdır", - Netanyahu bildirib.

Onun sözlərinə görə, İsrail Qəzza zolağı da daxil olmaqla İordan çayından təhlükəsizlik sahəsinə nəzarət etməlidir.


12-02-2024, 11:00 | Həcc ziyarəti üçün sənəd qəbuluna başlanıldı

Həcc ziyarəti üçün sənəd qəbuluna başlanıldı



Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb.

Qafqaz Müsəlmanları İdarəsindən Milli.Az-a verilən xəbərə görə, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu; şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.