17-02-2020, 12:13 | "Azərbaycanın Türkiyəyə göstərdiyi dəstək əvəzsizdir" - Türkiyəli diplomat

Azərbaycanın Türkiyəyə hər sahədə göstərdiyi dəstək əvəzsizdir və heç şübhəsiz ki , Türkiyə bundan sonra da qardaş Azərbaycanı bütün sahələrdə dəstəkləyəcək.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan deyib.
Diplomat qeyd edib ki, Türkiyə Azərbaycan münasibətləri dövlət səyləri nəticəsində daha da möhkəmlənməkdədir: "Bu gün Azərbaycan və Türkiyəni tarixi və milli köklərlə yanaşı, eyni zamanda dünya əhəmiyyətli enerji, iqtisadi və nəqliyyat layihələri birləşdirir".
Mətbuat katibi bildirib ki, Azərbaycan və Türkiyənin dünya əhəmiyyətli layihələrə imza atmasının başlıca səbəblərində biri də iki qardaş ölkədə olan stabillikdir. Bu da ölkə prezidentlərinin uğurlu siyasətinin bəhrəsidir.
Diplomatın sözlərinə görə, şübhəsiz ki, Azərbaycan və Türkiyənin uğurlarına kölgə salmaq istəyən qüvvələr də mövcuddur: "Bu qüvvələrdən biri də FETÖ terror təşkilatıdır. Bu gün FETÖ terror təşkilatı Türkiyə üçün başlıca təhlükələrdən birdir. Təşkilat qırx ildən çox müddətdə Türkiyənin müxtəlif qurumlarına sızmış və gizli fəaliyyət göstərmişdir. Bu terror təşkilat din adı ilə maskalanıb, əslində isə dinlə heç bir əlaqəsi olmayıb. Qardaş Azərbaycan FETÖ ilə mübarizədə də Türkiyəni tək buraxmayıb və hər cür dəstək göstərib. Dolayısı ilə Azərbaycan Türkiyənin FETÖ ilə mübarizəsində ən böyük dəstəkçilərdəndir".
H.Altınalan vurğulayıb ki, FETÖ sadəcə Türkiyə üçün deyil, eyni zamana bütün ölkələr üçün də real təhlükədir: "FETÖ mənsubları sızdıqları qurumlarda öz dövlətlərinin maraqlarını deyil, onlara dəstək verən və himayə edən dövlətlərin maraqlarına xidmət edirlər, özlərindən olamayan şəxslərə qarşı hər cür təxribat aparırlar. FETÖ üzvləri olduqları yerlərdə ölkə əleyhinə fəaliyyət göstərmək üçün ciddi fürsət gözləyirlər. Yalan, iftira və hiyləgərlik təşkilat mənsublarının xüsusiyyətlərindən sadəcə bəziləridir".
Türkiyəli diplomat hesab edir ki, artıq FETÖ üzvlərinin gücü azalıb, onlarla mübarizəyə ara verməmək və sona qədər mübarizə aparmaq lazımdır.(Trend)
13-02-2020, 14:40 | Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə edildi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu, bu yaxınlarda Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısında Avropa İttifaqının yüksək səviyyədə iştirak etmək niyyətində olmasının önəmi vurğulandı və əlaqələrimizin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


13-02-2020, 14:37 | Birinci vitse-prezident Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib.
Trend xəbər verir ki, təbriklə bağlı edilən paylaşımda deyilir:
"İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!"






13-02-2020, 14:33 | Bu məntəqələrdə səsvermənin nəticələri ləğv olundu

Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala Seçki Dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub.
111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov APA-ya açıqlamasında bildirib ki, dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olub.
Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.
123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev də APA-ya açıqlamasında bildirib ki, dairə üzrə 10 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığına görə, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilib.
13-02-2020, 14:29 | Prezident İlham Əliyev milli komandamızı təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın Güləş üzrə Milli komandasını qələbə münasibətilə özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində təbrik edib.
Prezident yazıb: "Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün #Azərbaycan xalqını ürəkdən təbrik edirəm".
10-02-2020, 09:48 | Amerika Yəhudi icmasının üzvü: İlk dəfə Azərbaycanda hökumətin milli azlıqlara göstərdiyi hörməti gördüm

Nyu Yorkdakı Amerika ictimaiyyətinin nümayəndələr missiyasının müşahidəçisi, Buxara Yəhudiləri Konqresinin ABŞ və Kanadadakı əlaqələndiricisi Rafael Nektal jurnalistlərə Azərbaycanda aldığı təəssüratlar barədə danışdı.
Azərbaycanda növbədənkənar seçkilərlə bağlı press-konfransda Nektal bildirib ki, Azərbaycandakı yəhudi icması ilə görüşəndə əvvəlcə ölkənin hökumətinin milli azlıqlara göstərdiyi hörməti gördü.
Nektal dedi: "Bakıda və Qubada oldum və hər iki şəhərdə həm küçəni, həm də yəhudi mənşəli olan Azərbaycanın milli qəhrəmanı Albert Agarunovun abidəsini seyr etmək xoş idi. Yerli əhalinin Krasnaya Slobodadakı dağ yəhudilərinə, Bakıdakı Ashkenazi və Gürcü yəhudiləri icmalarına necə hörmət etdiyini gördüm, müsəlmanlarla yəhudilər arasında qarşılıqlı yardım və hörmət körpüsünün nə qədər inkişaf etdiyinə təəccübləndim
O, Albert Agarunovun tərcümeyi-halından əlavə, 20 Yanvar hadisələri və digər Azərbaycan cəmiyyətini müstəqillik yolunda sarsıdan hadisələrlə də tanış olduğunu və yəhudi xalqının sınaqları ilə paralel çəkərək burada cəmiyyətin necə bir olduğunu başa düşdüyünü söylədi.
Bundan əlavə, onların missiyasının ölkənin müxtəlif mədəni və dini görməli yerlərini ziyarət etdiklərini və Azərbaycanda olmalarından məmnun olduqlarını qeyd etdi.
Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.
Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.
10-02-2020, 09:44 | Azərbaycan və Rusiya xalqlarını böyük gələcək gözləyir - rusiyalı deputat

Azərbaycan və Rusiyanı böyük gələcək gözləyir.
Rusiya Dövlət Dumasının "Yedinaya Rossiya" partiyasından olan deputatı Maksim İvanov mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə parlament seçkiləri həqiqətən kifayət qədər yüksək səviyyədə keçirilib:
"Azərbaycanda baş verən müsbət dəyişikliklər aydın görünür. Bu, infrastrukturun, vətəndaş cəmiyyətinin yaradılmasıdır, insanlar üçün rahat bir mühitin olmasıdır və bu gün Bakı sakinləri ilə söhbət edərkən insanların bu dəyişikliklərin yaxşıya doğru getdiyi barədə danışdıqlarını eşitdik".
O, həmçinin Azərbaycan və Rusiyanı böyük bir gələcək gözlədiyini və bundan sonra birlikdə irəliləyəcəyimiz barədə fikir söyləyib.
Millət vəkili Lyudmila Kozlova da öz növbəsində qeyd edib ki, seçkilərin açılışında çox sayda müşahidəçi və çox sayda jurnalist olub. O, ərazilərdə hər hansı bir hadisənin olmadığını da qeyd edib.
Dövlət Dumasının deputatı Sergey Markovun şərh etdiyi kimi, ən vacib müşahidə ondan ibarətdir ki, seçkilər ədalətli olsun və Azərbaycan xalqının iradəsini təcəssüm etdirsin.
Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.
Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.
10-02-2020, 09:43 | MSK: "7 seçki dairəsində lider namizədlər müəyyənləşməyib" - SİYAHI

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə 7 seçki dairəsində lider namizədlər müəyyənləşməyib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlayıb.
Həmin seçki dairələri üzrə lider namizədlər yaxın saatlarda açıqlanacaq.
Beləliklə, hələlik aşağıdakı seçki dairələri üzrə lider namizədlər müəyyənləşməyib:
- 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi
- 35 saylı Xətai Üçüncü Seçki Dairəsi
- 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi
- 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi
- 77 saylı Astara Seçki Dairəsi
- 123 saylı Kəlbəcər Seçki Dairəsi
- 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi
10-02-2020, 09:32 | Qırğızıstanlı müşahidəçi: "Heç bir mənfi halla qarşılaşmadıq"

Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri baş tutub və buna görə Azərbaycan xalqını təbrik edirəm.
Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Qırğızıstandan olan beynəlxalq müşahidəçi Almazbek Batırbekov deyib.
Onun sözlərinə görə, müşahidə apardıqları məntəqələrdə seçki prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlməyiblər: "Müşahidələrimiz zamanı heç bir mənfi halla qarşılaşmadıq. Mərkəzi Seçki Komissiyasının da işindən razı qaldıq. Bizi daha çox məmnun edən hal o oldu ki, MSK bütün qərarları kollegial qaydada qəbul edirdi".
Azərbaycanda seçkiləri müşahidə etmək üçün yaratdıqları şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edən A.Batırbekov Şamaxı və Qobustanda, eləcə də Bakıda müşahidə apardıqlarını söyləyib
Seçkilərdə iştirak edən namizədlərin təxminən 20 faizinin qadın və gənclərin olduğunu müsbət məqam kimi xüsusi vurğulayan beynəlxalq müşahidəçi əlavə edib ki, qaçqın və məcburi köçkünlərin seçki prosesində iştirakı da çox qənaətbəxş idi.
7-02-2020, 14:53 | Ən layiqli namizədlərə səs verək

“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 20 saylı Nərimanov 2-ci seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat
Məlum olduğu kimi, bu gün, yanvar ayının 17-də 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Mərkəzin əməkdaşları bu dəfə 20 saylı Nərimanov 2-ci seçki dairəsinin əhatə etdiyi ərazidə ictimai rəy sorğusu keçirmişlər. Məqsəd bu seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu rayonun müxtəlif ərazilərində, əhalinin bir çox sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 134 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 11 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 123 respondentdən 89 nəfəri isə sualımızı “mən köhnə deputatımıza səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 66,4 faizi Milli Məclisə deputatlığa namizəd Adil Əliyevə etimad göstərəcəklərini bildirmişlər.
Adil Abış oğlu Əliyev 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib. 1994-2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2000-ci ildə "Polis Əlaçısı" olub.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib.
2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İgidliyə görə" dövlət mükafatı ilə təltif edilib. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.
9 aprel 2013-cü ildə hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Ailəlidir, üç övladı var.
Bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.
Nərimanov rayon sakini, müəllim: “Adil müəllim artıq neçə ildir ki, bizi parlamentdə təmsil edir. Həm də o, bu işin öhdəsindən layiqincə gəlir. Bəzən seçicilərin öz deputatlarından gileyləndiklərini eşidəndə heyrətlənirəm. Axı necə ola bilər ki, millət vəkili ona mandat vermiş insanların qayğıları ilə maraqlanmasın? Adil müəllim belə deputatlardan olmayıb. Hər zaman ya özü, ya nümayəndəsi ona müraciət edən vətəndaşı mütləq qəbul edib, dinləyib və problemini həll edib. Həmçinin özü də tez-tez seçicilərlə görüşlər keçirib, qayğılarımızla maraqlanıb. İstənilən halda, bizim öz deputatımızı dəyişmək üçün heç bir əsasımız yoxdur. İnanıram ki, məhz Adil Əliyev bundan sonra da bizi artıq yeni parlamentdə də ləyaqətlə təmsil edəcək...”
Nərimanov rayon sakini, bank işçisi: “Şəxsən mən cənab Adil Əliyevə səs verəcəyəm. Özüm bu əraziyə nisbətən yeni köçsəm də, artıq qonşularımdan Adil müəllimin necə bir millət vəkili olması barədə çox xoş rəylər eşitmişəm. Bundan da başqa, mən Adil Əliyevin fəaliyyətilə hər zaman maraqlanmışam. Bu gün biz stabil, çiçəklənən, demokratik bir dövlətdə yaşayırıq. Və hamımız da bu dəyərləri qorumaq lazım olduğunu yaxşı bilirik. Məhz bu baxımdan da düşünürəm ki, ölkənin ali qanunverici orqanında Adil Əliyev kimi mərd, dürüst, xalqına, dövlətinə və ölkə rəhbərliyinə hər zaman sədaqətilə seçilən insanların təmsil olunmağı son dərəcə vacib şərtdir. ”
Nərimanov rayon sakini, təqaüdçü: “Mən öz səsimi elə köhnə deputatımıza, Adil müəllimə verəcəyəm. Hamını da buna çağırıram. Deyim, nəyə görə. Bu gün mənim üçün həyata ən dəyərli amil balalarımızın gələcəyidir. Uşaq və gənclərimiz milli-vətənpərvər ruhda tərbiyə olunmalıdırlar, sağlam həyat tərzi yaşamalıdırlar, elmdə, idmanda uğurlar qazanmalıdırlar. Budur bizim gələcəyimiz. Dövlət başçımızın da bütün siyasəti ilk növbədə məhz elə buna yönəlib. Elə bu məqsədlərə nail olmaq üçün də bütün sahələrdə bu ideallara sadiq kadrlar əyləşməlidirlər. Adil Əliyev şərəfli bir zabitdir, idman federasiyasının rəhbəridir və hüquqşünas-alimdir. Gənclərimiz üçün bundan yaxşı örnək ola bilərmi? Biz öz deputatımızı dəstəkləməliyik, o da dövlətimizin idman və gənclər siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini bundan sonra daha səmərəli şəkildə davam etdirməlidir...”
Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz on beşinci sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində apardığımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.
aia.az















