14-02-2024, 14:30 | İlham Əliyev və Mehriban Əliyeva şəhidlərin xatirəsini yad ediblər

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoydular.
Ətraflı
Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.
Sonra xatirə şəkli çəkdirildi.
14-02-2024, 14:26 | Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib

Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım birinci xanım Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoydular.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.
14-02-2024, 12:10 | İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilir

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilir.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad ABDULLAYEV çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Sonra Prezident müqəddəs "Qurani-Şərif"ə əl basaraq and içdi:
- Əlimi "Qurani-Şərif"ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir.
13-02-2024, 06:21 | XİN: Ermənistan tərəfinin son təxribatı sülh prosesinə ciddi zərbədir

Ermənistan tərəfinin son təxribatı sülh prosesinə ciddi zərbədir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən törədilmiş son hərbi təxribatına dair şərhində deyilir:
"12 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Ermənistan tərəfinin bu təxribatı Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbədir. Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir.
Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır.
Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır", - şərhdə qeyd edilib.
13-02-2024, 06:19 | İtaliya Nazirlər Şurasının Sədri İlham Əliyev təbrik edib

İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbrik edib.
Təbrikdə deyilir:
Cənab Prezident,
İtaliya Hökuməti adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbrik etmək və yeni mandatınız üçün Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.
İtaliya ilə Azərbaycan arasında əlaqələr əladır və həqiqətən strateji və çoxölçülü tərəfdaşlığın yaradılması ilə yüksək əməkdaşlıq səviyyəsinə çatmışdır. Bizim niyyətimiz bu yolu davam etdirməkdir və əminəm ki, biz birlikdə enerji sektorundan başlayaraq bütün sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyik.
İnanıram ki, biz bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərini təşviq etmək üçün də səylərimizi birləşdirə biləcəyik.
Əminəm ki, xalqlarımızı bir-biri ilə bağlayan səmimi dostluq sayəsində də əlaqələrimiz hər sahədə inkişaf etməkdə davam edəcək.
Sizə bir daha səmimi təbriklərimi çatdıraraq, ən xoş salamlarımı göndərirəm.
AZƏRTAC
13-02-2024, 05:44 | Viktor Orban İlham Əliyevə təbrik məktubu göndərib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim. Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə etimadını əyani şəkildə nümayiş etdirdi.
Şadam ki, keçən il ərzində ikitərəfli münasibətlərimizi genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur. Çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirməkdə və bundan sonra da birgə investisiyalar yatırmaqda ümumi marağımız var.
Ölkələrimiz arasında davamlı olaraq möhkəmlənən əlaqələrə həm də tarixi yaxınlığımız, sosial ənənələrimiz, ailə dəyərlərinə hörmət və Türk xalqlarını birləşdirən təşkilatlardakı əməkdaşlıq təkan verir. Sizi əmin edirəm ki, hökumətim əlaqələrimizin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsinə sadiq qalır.
Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram
AZƏRTAC
13-02-2024, 05:41 | Rumıniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Rumıniya Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, yeni mandatınızda Sizə davamlı uğurlar arzulayıram.
Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır.
Mən bu vəsilə ilə Rumıniyanın strateji tərəfdaşlığımızın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqləyirəm. Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm.
Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir.
Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm".
AZƏRTAC
12-02-2024, 20:00 | Klaus Verner İohannis: Azərbaycan Rumıniya üçün strateji və etibarlı tərəfdaşdır

Rumıniya Prezidenti Klaus Verner İohannis növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Rumıniya Prezidenti təbrik məktubunda qeyd edib: "Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır".
Rumıniyanın iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqlədiyini vurğulayan Klaus Verner İohannis bildirib: "Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm.
Ətraflı
Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir".
Sonra Prezident İohannis ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə dövlətimizin başçısını bu il Rumıniyaya rəsmi səfərə dəvət edib.
12-02-2024, 19:55 | Rumıniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Məktubda deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, yeni mandatınızda Sizə davamlı uğurlar arzulayıram.
Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır.
Mən bu vəsilə ilə Rumıniyanın strateji tərəfdaşlığımızın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqləyirəm. Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm.
Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir.
Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm".
AZƏRTAC
12-02-2024, 15:04 | Pyotr Qlıboçko İlham Əliyevə təbrik məktubu göndərib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçko Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
8 president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Səsvermənin nəticələri Sizin siyasi xadim kimi yüksək nüfuzunuzu və ölkənin liderinə ümumxalq dəstəyini təsdiq edir. Siz Azərbaycan xalqına sədaqətini əməldə sübut etmiş parlaq, qeyri-adi şəxsiyyət, çox gözəl idarəçisiniz. Ölkə Sizin rəhbərliyinizlə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanıb və gələcəyə inamla baxır. Rusiya Səhiyyə Nazirliyinin Seçenov adına Universitetinin Bakı filialı Sizin dəstəyiniz və fəal iştirakınız sayəsində açılıb, bu gün ölkənizdə elm və təhsilin inkişafına, Rusiya və Azərbaycanın qardaş xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfə verir.
Sizə ali dövləti vəzifənizdə uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram















