24-12-2023, 09:22 | Qardaşdan mesaj var: Erdoğan İlham Əliyevin ad gününü belə təbrik etdi!

Türkiyə Prezidenti Recep Tayyib Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Respublica.Az xəbər verir ki, Türkiyə prezidenti təbrikinə "Can Azərbaycanın can Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edirəm" cümləsi ilə başlayıb.
Respublica.Az
Həmin təbrikin videosunu təqdim edirik.
24-12-2023, 08:25 | Mehriban Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevin doğum günü münasibətilə bağlı paylaşım edib.
Respublica.Az xəbər verir ki, paylaşımda deyilir:
"24.12.2023. Doğum gününüz mübarək, cənab Prezident! Sizə möhkəm cansağlığı, sevinc və nur, uğur və qələbələrlə dolu uzun ömür arzulayıram! Tanrı Sizə güc və səbir versin! Biz Sizinlə fəxr edir və Sizi çox sevirik! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!"
Respublica.Az

24-12-2023, 08:19 | Tarix, Millət, Lider: Azərbaycanın zəfər memarı

Xalqların və millətlərin tarixi zamanın simvolu ilə yanaşı, millətin ruhunun təzahürünə çevrilmiş şəxsiyyətilərin adları ilə bağıldır. Şəxsiyyət və liderlik ölkənin taleyinin formalaşmasında önəmli yer tutur, millətn inkişaf yolunu bəlirləyir, tarixin gedişatına təsir edir.
Millətin liderinin şəxsiyyəti sadəcə, fərdi məziyyətlər və davranış modelinin məcmusu yox, həm də cəmiyyətdəki istəklərin, çağırışların, tələbatın aynasıdır. Xarizma, qətiyyət, dərin intellekt, iradə, siyasi uzaqgörənlik və müdriklik - bütün bunlar cəmiyyətin xislətinə təsir edir, onu dəyişikliklər, yeniliklər, uğurlar və qələbələr enerjisi ilə zənginləşdirir.
Lider tarix yazır, dəyişikliklərin təkanverici qüvvəsi olur və sonucda millətin çağdaş tarixindəki taleyini formalaşdırır.
Hər xalqın və millətin tarixində zamanın əsrarəngiz axarında olduğu kimi, lidelər olur. Liderin şəxsiyyəti zamanın ruhu ilə simbioz təşkil edir, millətin kollektiv yaddaşında silinməz iz qoyur.
Millətin lideri sadəcə, dövlət başçısı deyil: o, xalqının ideallarının, istəklərinin, arzularının, ruhunun özüdür. Dünyanın böyük siyasətçilərinin və dövlət başçılarının yaşamı bir məqamı aydın göstərir: onlar mənsub olduqların millətin tarici narrativinin tərkib hissəsinə çevrilirlər.
Millətin lideri gələcəyin əsasını qoyan memar, xalqın arzularını gerçəyə çevirən insandır.
Millətin lideri insanların qəlblərini atəşi alovlandıran, milyonlarla soydaşında qürur və vəhdət, birlik və rəhadət hissləri yaradan insandır. Onun çıxışları sadəcə sözlər deyil - milyonların qəlblərində nəbz kimi vuran mantradır.
Məhz lider milləti çətinlikləri dəf etməyə, qələbələrə ruhlandırır.
Hər millətin tarixi liderin şəxsiyyətinin cəmiyyətin və xalqın məhv olmaqdan qurtulmasında əsas amilə çevrildiyi ağır dönəmləri xatırlayır.
Çətinliklər zamanı liderin məziyyətləri millətin mənəvi durumuna təsir edin, onun ruhunu polada çevirir və fəaliyyətə səfərbər edir.
Azərbaycanın Ümümmilli Lideri Heydər Əliyev belə şəxsiyyət idi.
Onun oğlu, dövlət başçımız İlham Əliyev belə liderdir.
İlham Əliyev gerçək liderdir, çünki...
Onun idarəetmə strategiyası şəxsiyyətlə liderliyin üzvü sintezinin məsuliyyətlə zənginləşdirilməsidir. Milyonlarla insana təsir etmək imkanı qərarlara görə əlahiddə məsuliyyət tələb edir.
Azərbaycan Prezidenti hakimiyyətlə məsuliyyət arasında harmoniyaya nail olaraq gələcək nəsillərə nümunə yaradıb.
2003-cü ildə dövlət başçısı postuna seçiləndən sonra o, atası, Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirdi, mürəkkəb çağırışları dəf edən ölkəmiz üçün stabillik və inkişaf amili oldu.
Prezident, Müzəffər Ali Baş Komandan, Millətin Lideri.. İlham Əliyevin regional və qlobal siyasətdəki fəaliyyəti xalqın maraqlarını beynəlxalq səviyyədə ən yüksək səviyyədə qoruyan nüfuzlu dövlət başçısı olduğunu hər gün sübut edir.
Mürəkkəb qərarlar qəbul etmək, ən müasir inkişafa can atmaq, xalq qarşısında dərin məsuliyyət hissi - İlham Əliyevin siyasəti budur. Onun hakimiyyət stili Azərbaycanın çağdaş tarixini formalaşdırmaqla yanaşı, taleyüklü ideyaların reallaşmasını və qələbələrin əldə edilməsini təmin edir.
İlham Əliyevin liderliyi ölkədəki stabilliyi təmin etməklə bahəm, sosial-iqtisadi inkişafla bağlı genişmiqyaslı proqramların həyata keçirilməsinin birbaşa şərtidir.
Erməni işğalından azad olunmuş ərazilərimizin bərpası, həmin torpaqlara Böyük Qayıdış, ölkə iqtisadiyyatına və sosiuma ciddi diqqət gələcək nəsillərin əlverişli yaşamını, yüksək rifahının zəmanətidir.
İlham Əliyevin yürütdüyü iqtisadi strategiya nəticəsində Azərbaycan iqtisadiyyatına sərmayə cəlbolunmalarının miqyası baxımından region liderinə çevrilərək ən müxtəlif istiqamətlərdə və sektorlarda iqtisadi islahatları uğurla həyata keçirir.
Yüksək texnologiyalar və innovasiyaların tətbiqi isə ölkənin tərəqqi yolunun əsas istiqamətlərinə çevrilib.
Ölkə iqtisadiyyatının qeyri-neft sektoru inkişaf edir, infrastruktur layihələri həyata keçirilir, nəqliyyat magistralları, aeroportlar və limanlar inşa olunur. Nəqliyyat-loqistika kommunikasiyalarının artımı və şaxələnməsi iqtisadi inkişafı şərtləndirməklə yanaşı, Azərbaycanın regional nəqliyyat qovşağı qismində mövqelərini gücləndirir.
Azərbaycanın nüfuzunu və çəkisini artıran İlham Əliyevin böyük diplomatik təşəbbüsləri nəticəsində ölkəmizin beynəlxalq təşkilatlarda və strukturlardakı rolu artır, qlobal siyasətə təsir imkanlarımız genişlənir.
Səhiyyə, təhsil və sosial təminat sahələrində reallaşan yeniliklər, əhalinin sosial müdafiəsi sahəsində görülən tədbirlər vətəndaşların yaşam səviyyəsini yüksəltməklə yanaşı, gələcəyinin çağırışlarına hazır cəmiyyətin formalaşmasında müstəsna rol oynayır.
İnnovasiyaaların stimullaşdırılması, startapların yaradılması üçün uyğun şərait, gənc istedadlar üçün təhsil proqramları və onların dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində oxumalarına şərait yaradılması - bütün bunlar sürətlə dəyişən dünyaya sürətlə adaptasiya olmaq imkanına malik dinamik cəmiyyətin formalaşmasına yönəlmiş tədbirlərdir.
İlham Əliyevin strateji düşüncə tərzi, liderlik məziyyətləri və qlobal çağırışların nizamlanmasınad oynadığı fəal rol onu qlobal siyasi arenada da ən önəmli şəxslərdən biri edib.
Strateji tərəfdaşlığın gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın intensivləşdirilməsinə xüsusi əhəmiyyət verən İlham Əliyev inkişaf etməkdə olan dövlətlərdə yaşanan problemlərlə münaqişələrin çözüliməsində, qarşıdurmaların dinc danışıqlar yolu ilə nizamlanmasında və qlobal miqyasda stabilliyə nail olunmasında öz əməyini əsirgəməyən nadir dövlət başçılarından biridir.
Əsrlərdən bəri Azərbaycanın ən ciddi probleminə çevrilmiş Qarabağ müşkülünü həll edən, Xankəndindəki separatçı xuntanın varlığına son qoyan və Ermənistanı 2-ci Qarabağ Müharibəsində kapitulyasiyaya vadar edən Xalq, Ordu və Ali Baş Komandan vəhdəti idi.
Azərbaycanın siyasətinin məhz vətəndaşların maraqları və dövlətin mənafeyinin üzvi sintezindən yoğrulmuş simbioz halına gətirən də Liderdir.
Qlobal miqyasda neokolonializmlə mübarizənin ən önəmli simalarından biri, inkişaf etməkdə olan dövlətlərin gerçək suveren və müstəqil yaşama nail olmaları üçün Qoşulmama Hərəkatı çərçivəsində tərəfdaşlıqla əməkdaşlığı gücləndirən də məhz İlham Əliyevdir
Lider İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz və cəmiyyətimiz dəyişir, inkişaf edir, irəliləyir.
Elçin Alıoğlu
Milli.Az
23-12-2023, 13:22 | İlham Əliyevə təbriklər gəlməkdə davam edir

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləməkdən şərəf duyuruq.
Sizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclərinin həmrəyliyi və inkişafı ilə bağlı qəti mövqeyinizin ifadəsi olaraq, 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş Assambleyasının təsis iclasının keçirilməsinə, onun İƏT-in üzv qurumu olaraq beynəlxalq təsisat kimi formalaşmasına və inkişafına, eləcə də İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Bakıda ev sahibliyi edilməsinə Azərbaycan hökumətinin davamlı dəstəyi regionun digər liderləri üçün parlaq nümunədir. Forumun beynəlxalq təşkilat kimi təsis edilməsini Azərbaycan Respublikasının İƏT-ə verdiyi mühüm töhfə kimi qeyd etməyiniz bizi daim qürurlandırır. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinə göstərdiyiniz etimadla və dəstəklə fəxr edir, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəməməyə çalışırıq.
Sizin müdrik siyasətinizin nəticəsi olaraq Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycan tarixində deyil, İslam ölkələri tarixində də son iki yüz ildə işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində əldə edilmiş ilk və böyük uğurdur. Biz müsəlman ölkələri gəncləri adından bu Qələbəni böyük sevinc və fərəh hissi ilə qarşıladıq.
Şuşa şəhərinin gələn il İslam dünyasının həm mədəniyyət, həm də gənclər paytaxtı seçilməsi müsəlman dünyasında Sizin nüfuzunuzun bariz göstəricisidir. Biz inanırıq ki, gələn il Azərbaycan, xüsusilə Şuşa şəhəri müsəlman gənclərinin həmrəylik mərkəzi olacaqdır.
2024-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Sizə uğurlar arzu edir və Sizin inamlı qələbənizə inanırıq.
Möhtərəm Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, müvəffəqiyyətlər və firavanlıq arzulayırıq.
Sizə olan ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik".
Respublica.Az
23-12-2023, 11:37 | “Qazprom” rəhbəri Azərbaycan Prezidentini təbrik edib

Rusiyanın "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizə cansağlığı, firavanlıq, Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla gerçəkləşməsini, bütün Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni və böyük nailiyyətlər arzulayıram".
Respublica.Az
23-12-2023, 10:52 | Pyotr Qlıboçko İlham Əliyevi təbrik edib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Ətraflı
Peşəkar siyasi xadim və Vətəninə sadiq insan kimi Siz öz həmvətənləriniz arasında və ölkənizdən xaricdə yüksək nüfuza maliksiniz.
Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə təqdirəlayiq uğurlara nail olub və gələcəyə əminliklə baxır.
Ölkənizə tərəqqi, şəxsən Sizə isə möhkəm cansağlığı və ailə səadəti arzu edirəm".
Respublica.Az
23-12-2023, 10:18 | İranda güclü zəlzələ oldu - Ermənistanda da silkələndi

İranda 4,6 maqnitudalı zəlzələ olub.
Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan DİN Xilasetmə Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Təbriz şəhərindən 33 km şimal-şərqdə qeydə alınıb, ocağı isə 10 km dərinlikdə yerləşib.
Təkanın episentrdə gücü 6 bal təşkil edib.
2-3 ballıq yeraltı təkanlar Ermənistanda da hiss olunub.
Respublica.Az
22-12-2023, 14:29 | İlham Əliyev Xocalının Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində olub

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində olub.
Xəbər yenilənəcək
Respublica.Az
22-12-2023, 13:52 | İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsində olub

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonunun Turşsu qəsəbəsində olub.
Xəbər yenilənəcək
Respublica.Az
22-12-2023, 13:47 | Milli Məclis İlham Əliyevə təbrik ünvanlayıb

24 dekabr Azərbaycan Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Bu gün Azərbaycan ən şanlı dövlətindən birini yaşayır. Biz öz dövlətimizlə qürur duyuruq. Azərbaycan Qarabağı və Şərq Zəngəzurun işğalına son qoyaraq öz ərazi bütövlüyünü təmin edib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
"Cənab Prezident İlham Əliyev müstəsna xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb.
Təklif edirəm ki, doğum günü münasibətilə cənab Prezidentə təbrik məktubu ünvanlayaq və dəyərli fəaliyyətində yeni uğurlar arzulayaq", - deyə o əlavə edib.
Deputatlar təklifi alqışlarla qarşılayıb.
Respublica.Az




















