22-12-2023, 13:16 | Baş nazir bu qaydalara dəyişiklik etdi

Baş nazir bu qaydalara dəyişiklik etdi



Maliyyə Nazirliyinin təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərinin bölgüsünün çatdırılması ilə bağlı dəyişiklik edilib.

Respublica.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsünü 5 iş günü ərzində büdcə təşkilatlarına çatdıracaq.

Hazırkı sənənədə əsasən, Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsünü 1 ay ərzində çatdırırdı.

Yeni Qərar gələn il yanvarın 1-dən qüvvəyə minir.

Respublica.Az




22-12-2023, 09:31 | Xankəndidəki futbol matçının fasiləsində nələr yaşandı? - VİDEO

Xankəndidəki futbol matçının fasiləsində nələr yaşandı? - VİDEO



Xəbər verdiyimiz kimi, ötən gün Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" - MOİK matçı keçirilib.

Respublica.Az xəbər verir ki, oyun fasiləsində Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunan mərasimdə idman ictimaiyyətinin təltif edilən nümayəndələri ilə görüşüb.

Sözügedən görüşdən görüntüləri təqdim edirik:

Xatırladaq ki, matç "Qarabağ"ın MOİK üzərində 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Respublica.Az



20-12-2023, 18:57 | Prezident və birinci xanım Xocalının Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər - FOTO

Prezident və birinci xanım Xocalının Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər - FOTO


Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar.

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.

Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb.

Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.

Respublica.Az






20-12-2023, 18:41 | İlham Əliyev və Mehriban Əliyeva “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər - FOTO

İlham Əliyev və Mehriban Əliyeva “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar.

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım kənddəki "Çinar müqəddəs yer" abidə kompleksinə baxış keçiriblər.

Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.

Respublica.Az














20-12-2023, 18:37 | Prezident və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olublar - FOTO

Prezident və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olublar - FOTO



Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər.

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar.

Qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Qırmızı Bazar qəsəbəsi separatçılardan təmizlənib.

Qeyd edək ki, Qırmızı Bazar Xocavənd rayonunun iki qəsəbəsindən biridir və olduqca əlverişli strateji mövqedə, mühüm yolların kəsişməsində yerləşir. Qırmızı Bazara 1947-ci ildə qəsəbə statusu verilib. Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. İşğaldan əvvəl qəsəbədə gövdəsinin diametri 600 santimetr, hündürlüyü 25 metr, yaşları min və iki min il olan iki Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Qəsəbə, eyni zamanda, kənd təsərrüfatı və turizm potensialına malikdir.

Respublica.Az















18-12-2023, 13:31 | SON DƏQİQƏ! Prezident 1.5 MİLYONLUQ sərəncam imzaladı

SON DƏQİQƏ! Prezident 1.5 MİLYONLUQ sərəncam imzaladı



Prezident İlham Əliyev Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, iyirmi iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyi bu Sərəncamda göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Respublica.Az




18-12-2023, 13:08 | Yazarlar Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik edib

Yazarlar Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik edib




Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

Respublica.Az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Qətər dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


Respublica.Az



18-12-2023, 12:10 | Yazarlar Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik edib

Yazarlar Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik edib




Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

Respublica.Az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Qətər dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


Respublica.Az



17-12-2023, 12:55 | YAP İlham Əliyevin sənədlərini MSK-ya təqdim etdi

YAP İlham Əliyevin sənədlərini MSK-ya təqdim etdi


Yeni Azərbaycan Partiyası İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Respublica.Az


15-12-2023, 15:24 | İlham Əliyev Azərbaycan müəllimlərinin XVI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev Azərbaycan müəllimlərinin XVI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb



Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

Respublica.Az AZƏRTAC-a istinadən müraciətin mətnini təqdim edir:

"Hörmətli qurultay iştirakçıları!

Əziz müəllimlər və təhsil işçiləri!

Azərbaycan müəllimlərinin XVI qurultayının öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, ölkəmizin təhsil işçilərinə ən xoş arzularımı yetirir, hamınıza cansağlığı və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Bu qurultay "Heydər Əliyev İli" çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Ulu Öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir.

Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır.

Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm.

İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar".

Respublica.Az



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.