11-11-2020, 13:01 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.

Xəbər yenilənəcək.AZƏRTAC

11-11-2020, 12:46 | Avropa Azərbaycanlıları Konqresinin prezidenti Prezident İlham Əliyevə məktub göndərib

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Prezident İlham Əliyevə məktub göndərib


Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan! Sizin komandanlığınızla rəşadətli Ordumuz tərəfindən tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərinin 28 illik Ermənistan işğalından azad edilməsi xəbəri Avropada Avropa Azərbaycanlıları Konqresinin ətrafında sıx birləşən Azəbaycan diaspor təşkilatlarının böyük sevincinə səbəb oldu.

Sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra Sizin əmrinizlə şanlı Azərbaycan Ordusunün əks-hücum əməliyyatlarına başlayaraq işğalda olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi.

Möhtərəm cənab Prezident!

Sizin dediyiniz "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" ifadəsi vətənpərvərlik harayına çevrilmişdi. Şuşa Azərbaycanın incisidir, mədəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilməli idi. Bu böyük işi Sizin komandanlığınızla müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son qoydunuz. Xalqımızın 30 ilə yaxındır həsrətində olduğu Şuşa şəhəri artıq düşməndən geri alınıb. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır!

Möhtərəm Ali Baş Komandan!

Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.

işğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, qətiyyət və səbrə görə Avropa Azərbaycanlıları Konqresi adından Sizi və şanlı Ordumuzu ürəkdən təbrik edirik.

Biz, Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü deməyə çəkinməyən rəhbərimizin olması ilə fəxr edirik. Sizi dəstəkləyirik, Sizin yanınızdayıq və hər bir əmrinizi gözləyirik. İşimiz haqdır, qələbə bizimlədir!" AZƏRTAC

11-11-2020, 12:02 | Azərbaycanda yaşayan xalqların nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanda yaşayan xalqların nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanda yaşayan xalqların nümayəndələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Məktubda deyilir:

Möhtərəm cənab Prezident!

Biz - Azərbaycanda yaşayan xalqların nümayəndələri Sizin və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın mənfur düşmən işğalından azad edilməsi münasibətilə ürəkdən təbrik edir, yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Məhz Sizin komandanlığınız altında şanlı Ordumuzun erməni işğalçıları üzərində qazandığı zəfərlər hər birimizdə qürur, iftixar hissləri yaradır. İşğal altında olan ərazilərimizin erməni faşistlərindən təmizlənməsi uğrunda aparılan mübarizə bir daha sübut etdi ki, Azərbaycan xalqı özünün etnik, dini müxtəlifliyinə baxmayaraq, vahid, yenilməz və bölünməzdir. Məkrli düşmənin və onun əlaltılarının illər boyu apardıqları pozuculuq fəaliyyəti, təxribat cəhdləri nəinki tamamilə iflasa uğradı, eyni zamanda, Vətən müharibəsi bizim əbədi və sarsılmaz qardaşlıq tellərimizi daha da möhkəmləndirdi. Azərbaycan xalqlarının bütün nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə böyük fədakarlıq, vətənpərvərlik nümunəsi göstərdilər. Biz Azərbaycan əsgərlərini və şəhidlərimizi etnik və ya dini kimliklərinə görə ayırmırıq, onların hər biri bizim fəxrimiz, övladlarımız, bütöv Azərbaycan xalqının oğullarıdır.

Vətən müharibəsinin həyəcan, lakin böyük ümid dolu dövründə elə gün olmadı ki, ölkənin fərqli inanc yerlərində, müxtəlif dillərdə qəhrəman Azərbaycan Ordusuna, müasir Azərbaycan tarixinin yeni qalibiyyət səhifəsini yazmış Müzəffər Ali Baş Komandanımıza dualar edilməsin, Vətən torpaqlarının erməni işğalçılarından azad olunmasında fədakarlıq göstərən əsgər və zabitlərimizə Uca Rəbbimizdən cansağlığı, qələbə müjdəsi arzuları dilə gətirilməsin. Misilsiz tarixi Qələbəmizin əldə olunmasında Sizin müdrik dövlət başçısı, qətiyyətli sərkərdə və Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi misilsiz xidmətlərinizi və nailiyyətlərinizi yüksək dəyərləndirir, 30 illik intizardan sonra bizə qələbə sevincini yaşatdığınıza görə Azərbaycanda yaşayan bütün xalqlar adından dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, Sizi bir daha əmin edirik ki, Azərbaycan Respublikasının ərazisində yaşayan xalqlar həm doğma Vətənimizin müdafiəsində, milli dövlətçiliyimizin daha da inkişaf etməsində, ərazi bütövlüyümüzün qorunmasında, həm də dinc quruculuq işlərində Sizin fəaliyyətinizi bundan sonra da daim dəstəkləyəcək və yanınızda olacaqlar. Sizinlə fəxr edirik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Kamal Abdullayev - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri

Rəvan Həsənov - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru

İmamverdi Həmidov - Azərbaycanda talış icmasının ağsaqqalı

Əhməde Həpo - Azərbaycanda kürd icmasının ağsaqqalı

İmran Rzayev - "Samur" Ləzgi Mərkəzinin sədri

Məhəmməd Nooyev - Azərbaycan-Avar İctimai Birliyinin sədri

Mixail Zabelin - Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı

Elman Əhmədov - "Azəri" Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri

Milix Yevdayev - Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri

Robert Mobili - Alban-Udi Xristian Dini İcmasının sədri

Aleksandr Şarovski - Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri

Rafiq Abdullayev - "Buduq" Xeyriyyə Cəmiyyətinin sədri

Gülcan Miəsautova - "Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyətinin sədri

Ismayıl Rəhimov - Azərbaycanda Yaşayan Axısxa Türklərinin "Vətən" İctimai Birliyinin sədri

Sevinc Bulacova - Azərbaycanda ingiloy icmasının rəhbəri

Rafael Qvaladze - Azərbaycanda yaşayan gürcü icmasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri AZƏRTAC

9-11-2020, 20:04 | İlham Əliyev Şuşa və Xankəndi arasındakı kəndlərin də azad olunduğunu elan etdi

İlham Əliyev Şuşa və Xankəndi arasındakı kəndlərin də azad olunduğunu elan etdi

Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində yazıb.
Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı,

— İlham Əliyev (@azpresident) November 9, 2020

(Virtualaz.org)

9-11-2020, 05:36 | Mehriban Əliyeva: "Biz Şuşamızı qaytardıq"

Mehriban Əliyeva: "Biz Şuşamızı qaytardıq"

Mehriban Əliyeva: "Biz Şuşamızı qaytardıq"
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında Şuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin!

Əziz qardaşlar və bacılar!


Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin!

Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!".

Посмотреть эту публикацию в Instagram

Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin! Əziz qardaşlar və bacılar! Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaij(
(Virtualaz.org)

8-11-2020, 13:58 | Siyasi partiyalar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar


Siyasi partiyalar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


"Cənab Ali Baş Komandan!

Zati-alinizin hakimiyyətdə olduğu illərdə uğurla həyata keçirdiyiniz siyasət nəticəsində Azərbaycanın ən yeni tarixi qızıl hərflərlə yazılır. Heç şübhəsiz, bu, Sizin geniş dünyagörüşünüzün, siyasi uzaqgörənliyinizin, diplomatik bacarıqlarınızın, hərbi-strateji dühanızın, iqtisadi islahatlarınızın, xalqımızın Sizə göstərdiyi yüksək etimadın, xalq-dövlət-vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlayış və hörmətin ən ali təcəssümüdür.

Sizin ölkə rəhbəri kimi, sadəcə, iqtisadi, sosial və siyasi sahələrdə deyil, müasir ordu quruculuğu sahəsində də gördüyünüz böyük işlər danılmazdır. Ali Baş Komandan olaraq ordumuzun həm maddi-texniki təminatının və döyüş qabiliyyətinin, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyünüz işlər bugünkü Qələbəmizi təmin edən əsas amillərdir.

Cari il sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra Sizin əks-hücum əmrinizlə şanlı Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın işğalında olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi. Digər rayon və şəhərlərimizin azad edilməsi uğrunda Azərbaycanın şanlı ordusunun hərbi əməliyyatları uğurla davam edir.

Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri Sizin diplomatik bacarığınız, beynəlxalq münasibətləri doğru dəyərləndirməyiniz, məntiqli arqumentləriniz sayəsində qısa zamanda iflasa uğradı.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi, əlbəttə, bizim və Azərbaycan xalqının illərdir arzu etdiyi xəyalların gerçəkləşməsi deməkdir.

Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da ətrafınızda yumruq kimi birləşərək, Sizi qeyd-şərtsiz dəstəklədi. Qələbəyə təşnə olan xalqımız Sizin apardığınız böyük qalibiyyət yolu ilə inamla addımladı.

Vətən torpağının hər bir qarışı bizim üçün müqəddəsdir. Ermənistanın işğalından azad olunan bütün torpaqlarımıza qısa zamanda sülh və əmin-amanlıq gələcək.

Sizin dediyiniz "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" ifadəsi artıq vətənpərvərlik harayına çevrilib. Şuşa Azərbaycanın incisidir, mədəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilməli idi. Bu böyük işi Sizin komandanlığınız ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son verdiniz. Xalqımızın 30 ilə yaxındır həsrətində olduğu Şuşa şəhəri artıq düşməndən geri alınıb. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır!

Əlbəttə, hərbi əməliyyatlar hələ də davam edir. Amma Şuşa qələbəsi Böyük Zəfərin ilk müjdəçisidir və Ermənistanın işğalı altında olan bütün torpaqlarımız azad edilənə qədər Azərbaycan mübarizəyə davam edəcək.

Bu mübarizədə hər zaman olduğu kimi, Azərbaycan xalqı ilə birlikdə Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik.

İşğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, qətiyyət və səbrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirik.

Şuşa qələbəsindən sonra Böyük Zəfər müjdənizi səbirsizliklə gözləyirik!

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Yaşasın müzəffər Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

8 noyabr 2020-ci il

1. Yeni Azərbaycan Partiyası - Əli Əhmədov

2. Vətəndaş Həmrəyliyi Partiyası - Sabir Rüstəmxanlı

3. Ana Vətən Partiyası - Fəzail Ağamalı

4. Böyük Quruluş Partiyası - Fazil Mustafa

5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - Qüdrət Həsənquliyev

6. Demokratik İslahatlar Partiyası - Asim Mollazadə

7. Vəhdət Partiyası - Tahir Kərimli

8. Vətəndaş Birliyi Partiyası - Sabir Hacıyev

9. Azərbaycan Demokratik Maarifçilik Partiyası - Elşən Musayev

10. Milli Cəbhə Partiyası - Razi Nurullayev

11. ReAL Partiyası - İlqar Məmmədov

12. Azərbaycan Ümid Partiyası - İqbal Ağa-zadə

13. Milli Dirçəliş Hərəkatı Partiyası - Fərəc Quliyev

14. Azərbaycan Demokrat Partiyası - Sərdar Cəlaloğlu

15. Azərbaycan Xalq Partiyası - Pənah Hüseyn

16. Ədalət Partiyası - İlyas İsmayılov

17. Klassik Xalq Cəbhəsi Partiyası - Mirmahmud Fəttayev

18. Azad Demokratlar Partiyası - Sülhəddin Əkbər

19. Azərbaycan Liberal Partiyası - Əvəz Temirxan

20. Azərbaycan Milli İstiqlal Partiyası - Arzuxan Əlizadə

21. Aydınlar Partiyası - Qulamhüseyn Əlibəyli

22. Azərbaycan Respublikaçılar Partiyası - Sübut Əsədov

23. Azərbaycan Sosial Demokrat Partiyası - Araz Əlizadə

24. Azərbaycan Sosial Rifah Partiyası - Əsli Kazımova

25. Böyük Azərbaycan Partiyası - Elşad Musayev

26. Milli Vəhdət Partiyası - Yunus Oğuz

27. AĞ Partiya - Tural Abbaslı

28. Müasir Müsavat Partiyası - Hafiz Hacıyev

29. Azərbaycan Liberal Demokrat Partiyası - Fuad Əliyev

30. Azərbaycan Yurddaş Partiyası - Mais Səfərli

31. Azadlıq Partiyası - Əhməd Orucov

32. Azərbaycan Naminə Alyans Partiyası - Abutalıb Səmədov

33. Azərbaycan Azad Respublikaçılar Partiyası - Kamil Seyidov

34. Cümhuriyyət Xalq Partiyası - Bədrəddin Quliyev

35. Milli Həmrəylik Partiyası - Əlisahib Hüseynov

36. Yeni Zaman Partiyası - Musa Ağayev

37. Vətəndaş və İnkişaf Partiyası - Əli Əliyev

38. Azərbaycan Xalq Demokratik Partiyası - Rafiq Turabxan

39. Azərbaycan Kommunist Partiyası - Hacı Hacıyev və Rauf Qurbanov

40. Milli Konqres Partiyası - İxtiyar Şirinov

41. Müstəqil Xalq Partiyası - Əflan İbrahimov

42. Vahid Azərbaycan Milli Birlik Partiyası - Hacıbaba Əzimov

43. Azərbaycan Milli Demokrat Partiyası - Tufan Kərimov

44. Azərbaycan Təkamül Partiyası - Teyyub Əliyev

45. Birlik Partiyası - Xudadat Xudiyev

46. Gələcək Azərbaycan Partiyası - Ağasif Şakiroğlu

47. Azərbaycan Milli Hərəkat Partiyası - Samir Cəfərov

48. Azərbaycan Mübarizləri Partiyası - Ağadur Müslümov

49. Qorqud Partiyası - Firudin Kərimov

50. Milli Demokrat İdrak Partiyası - Osman Əfəndiyev".(AZƏRTAC)

8-11-2020, 13:29 | Ali Baş Komandan İlham Əliyev general Hikmət Mirzəyevi qələbə münasibətilə təbrik etdi

Ali Baş Komandan İlham Əliyev general Hikmət Mirzəyevi qələbə münasibətilə təbrik etdi


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib.

Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.

Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.

8-11-2020, 13:24 | Prezident İlham Əliyev: "Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm"

Prezident İlham Əliyev: "Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm"


Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!", - deyə dövlətimizin başçısı vurğulayıb.(AZƏRTAC)

8-11-2020, 12:57 | Prezident İlham Əliyev: "Biz bu Qələbəni döyüş meydanında qazandıq"

Prezident İlham Əliyev: "Biz bu Qələbəni döyüş meydanında qazandıq"


Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik.

Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə deyib.

"Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ - Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbr diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!" - dövlətimizin başçısı qeyd edib.

8-11-2020, 12:53 | Prezident İlham Əliyev: "Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda ən xoşbəxt günlərimdən biridir"

Prezident İlham Əliyev: "Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda ən xoşbəxt günlərimdən biridir"


"Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!"

Bu tarixi müjdəni Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə verib.

Dövlətimizin başçısı deyib: "Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.