12-05-2026, 12:11 | Ulu Öndərin əziz xatirəsinə həsr olunan möhtəşəm əsgər görüşü və konsert proqramı

Ulu Öndərin əziz xatirəsinə həsr olunan möhtəşəm əsgər görüşü və konsert proqramı


Gənclərin və idmanın yeganə informasiya portalı olan BrendSport.az saytı hər zaman olduğu kimi yenə də əsgərlərlə görüşlər keçirərək onlara mənəvi dəstək olmağa davam edir. Bu dəfə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində BrendSport.az saytının əməkdaşları növbəti dəfə hərbçilərlə görüş proqramı həyata keçiriblər. Vətənə xidmət edən əsgərlərlə keçirilən bu mənəvi və vətənpərvərlik ruhlu tədbir yüksək əhval-ruhiyyə, musiqi və səmimi anlarla yadda qalıb.

BrendSport.az informasiya portalının Gənclər şöbəsi xəbər verir ki, tədbir N saylı hərbi hissədə təşkil olunub. Görüşdə BrendSport.az saytının əməkdaşları — marketinq direktoru Yeganə Bağırova və baş redaktor Bəhruz Səmədov tərəfindən təşkilatçılıq həyata keçirilib. Tədbirin əsas məqsədi əsgərlərə mənəvi dəstək olmaq, onların asudə vaxtlarını daha maraqlı və unudulmaz etmək, eyni zamanda gənclər arasında vətənpərvərlik hisslərini daha da gücləndirmək olub.

Bayram ab-havasında keçirilən proqram çərçivəsində tanınmış müğənnilərin iştirakı ilə geniş konsert proqramı təşkil edilib. Səslənən vətənpərvər mahnılar, şən musiqilər və maraqlı çıxışlar hərbi hissədə xidmət edən əsgərlər tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Tədbir boyunca hərbçilərin üzündəki sevinc və yüksək əhval tədbirin nə qədər uğurlu keçdiyini bir daha nümayiş etdirib.

Tədbirin aparıcısı Yeganə Bağırova olub. O, tədbiri peşəkar şəkildə idarə edərək həm əsgərlərlə, həm də qonaqlarla səmimi ünsiyyət qurub. Tədbir ərzində vətən sevgisi, dövlətə sədaqət və birlik mesajları xüsusi vurğulanıb. Yeganə Bağırova çıxışında bildirib ki, Azərbaycan əsgəri hər zaman xalqın qürur mənbəyidir və belə görüşlər ordumuzun mənəvi gücünə əlavə dəstək verir.

Tədbirdə çıxış edən Bəhruz Səmədov da öz ürək sözlərini əsgərlərlə bölüşüb. O çıxışında bildirib ki, Azərbaycan ordusunun gücü yalnız müasir silahlar və hərbi texnika ilə ölçülmür. Bu gücün əsas təməlində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dövlətə və xalqa bağlılığı, Azərbaycan əsgərinə göstərdiyi yüksək diqqət və qayğı dayanır.
Bəhruz Səmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu hər keçən gün daha da güclənir, peşəkarlığını artırır və regionun ən qüdrətli ordularından birinə çevrilir. O qeyd edib ki, xalqla ordunun birliyi Azərbaycanın ən böyük güc mənbəyidir:
“Bu gün Azərbaycan əsgəri tək deyil. Onun arxasında güclü dövlət, qüdrətli lider və öz ordusuna sonsuz sevgi bəsləyən xalq dayanır. Ali Baş Komandan İlham Əliyevin əsgərlərə göstərdiyi diqqət və qayğı hər bir hərbçiyə böyük motivasiya verir. Xalqımızın ordumuza olan sevgisi, dəstəyi və inamı isə əsgərlərimizin ruh yüksəkliyini daha da artırır. Məhz bu birlik və həmrəylik Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir.”
O, həmçinin qeyd edib ki, belə tədbirlərin keçirilməsi gənclərdə vətənpərvərlik hissinin güclənməsinə, dövlətə və orduya bağlılığın daha da artmasına mühüm töhfə verir.

“Əsgərlərimiz bizim qürurumuzdur. Onların hər biri Vətənimizin keşiyində dayanaraq xalqımıza təhlükəsizlik və əmin-amanlıq bəxş edir. Biz də çalışırıq ki, onlara mənəvi dəstək olaq, onların yanında olduğumuzu hiss etdirək. Belə tədbirlər həm birlik, həm də vətənpərvərlik baxımından çox böyük əhəmiyyət daşıyır.”

Tədbir çərçivəsində əsgərlərlə xatirə şəkilləri çəkdirilib, səmimi söhbətlər aparılıb və müxtəlif maraqlı anlar yaşanıb. Hərbi hissə rəhbərliyi də təşkil olunan proqramı yüksək qiymətləndirərək tədbirin əsgərlərin mənəvi motivasiyasına müsbət təsir göstərdiyini vurğulayıb.

Sonda tədbirdə iştirak edən bütün müğənnilərə, təşkilatçılara və dəstək göstərən şəxslərə N saylı hərbi hissə tərəfindən təşəkkürnamələr təqdim olunub. Təltif mərasimində qeyd olunub ki, ordumuza göstərilən diqqət və qayğı hər zaman yüksək qiymətləndirilir.

Hər zaman olduğu kimi BrendSport.az saytı yalnız idman sahəsində deyil, eyni zamanda sosial və vətənpərvərlik yönümlü layihələrdə də fəal iştirak edir. Əsgərlərlə keçirilən bu görüş və konsert proqramı həm iştirakçılar, həm də hərbi qulluqçular üçün unudulmaz xatirəyə çevrilib.

BrendSport.az saytı olaraq biz də öz növbəmizdə bizimlə birlikdə tədbirə qoşulan bütün incəsənət nümayəndələrinə dərin təşəkkürümüzü bildiririk. Əsgərlərlə görüş proqramında iştirak edən dəyərli sənət adamları — Ruhangiz Allahverdiyeva, Samirə Yusifqızı, Mədinə Əsgərova, Canana İsgəndərli, Məsumə Əliyeva, Aygün Ağayeva, Ceyhun Əhmədov, Nura Nur, Zerin Gulnurlu, Könül Abdullayeva və Asya Budaqovaya xüsusi təşəkkürümüzü bildiririk. Onların iştirakı tədbirə xüsusi rəng qataraq əsgərlər üçün əsl bayram ab-havası yaradıb.

10-05-2026, 12:46 | PSJ üç əsas oyunçusunu itirdi

PSJ üç əsas oyunçusunu itirdi


PSJ-nin üç əsas oyunçusu zədələnib.

Məlumatı klubun mətbuat xidməti yayıb.

Müdafiəçilər Nunu Mendeş və Villian Paço, o cümlədən Uorren Zaire-Emeri zədələniblər. Onlar Liqa 1-in 33-cü turu çərçivəsində bu gün "Brest"lə ev oyununda iştirak etməyəcəklər. Onların Çempionlar Liqasının yarımfinalında "Bayern"lə oyunda xəsarət aldığı bildirilib. Mendeşlə Paçoya sağ ayaqlarında omba problemləri diaqnozu qoyulub. Mərkəz yarımmüdafiəçisi Uorren isə bel ağrısından şikayətlənir.

Luis Enrikenin komandası hazırda Liqa 1-in turnir cədvəlində "Lans"dan üç xal öndədir və liderdir.

10-05-2026, 12:39 | Bu klublar Superliqadan ÇIXDI

Bu klublar Superliqadan ÇIXDI


Türkiyə Superliqasını tərk edəcək iki klubun adı məlum olub.

"Kayserispor" və "Fatih Karagümrük"ün aşağı liqaya düşəcəyi dəqiqləşib.

Sona bir tur qalmış hər iki komandanın xalı 27-dir və növbəti matçdan asılı olmayaraq, elitanı tərk edəcəkləri müəyyənləşib.

Elitanı tərk edəcək sonuncu komanda isə məhz sonuncu - 34-cü turda bəlli olacaq. Bu klub "Antalyaspor", "Gençlerbirliyi", "Eyüpspor" və ya "Kasımpaşa" olacaq.

12-04-2026, 07:06 | "Milan" "Udineze"yə məğlub olub

"Milan" "Udineze"yə məğlub olub


İtaliya A Seriyasında XXXII tur davam edir.

Respublica.Az xəbər verir ki, bu gün "Milan" meydana çıxıb.

Komanda "Udineze" ilə qarşılaşıb. "Ağ-qaralar" ilk hissədə iki qol vurub.

İkinci yarıda "Udineze" fərqi 3 topa çatdırıb. "Milan"ın səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib - 0:3.

Qeyd edək ki, "Milan" 63 xalla 3-cü, "Udineze" 43 xalla 10-cu pillədə qərarlaşıb.

Respublica.Az

2-04-2026, 11:42 | "WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR


"WhatsApp" istifadəçilərə tətbiqdə kimin onlayn olduğunu bir səhifədə görməyə imkan verəcək yeni bir funksiya üzərində işləyir. Bu funksiya söhbətlərə başlamağı asanlaşdırmaq məqsədi daşısa da, onlayn statusun daha çox görünməsi səbəbindən məxfilik problemləri də yarada bilər.

Dünyanın ən populyar mesajlaşma tətbiqi olan "WhatsApp" istifadəçi təcrübəsini təkmilləşdirmək üçün yeni bir funksiya üzərində işləyir. Yeni funksiya istifadəçilərə kimin onlayn olduğunu görə biləcəkləri xüsusi bir səhifə təqdim edəcək.

Hazırda hazırlanmaqda olan bu xüsusiyyət ilə istifadəçilər tətbiq daxilində ayrı bir bölmədə onlayn olan bütün insanları real vaxt rejimində görə biləcəklər. Bu, söhbətə başlamaq istəyənlərin aktiv istifadəçiləri daha tez müəyyən etməsinə imkan verəcək.

Yeni funksiyanın, xüsusən də məxfilik ilə bağlı müzakirələrə səbəb ola biləcəyi düşünülür. Mütəxəssislər qeyd edirlər ki, onlayn statusu daha görünən etmək istifadəçi seçimləri baxımından həssaslıq yarada bilər.

Məlumata görə, bu funksiya hələ də inkişaf mərhələsindədir və məhdud istifadəçi qrupları ilə sınaqdan keçirilir. WhatsApp-ın bu funksiyanı bütün istifadəçilər üçün nə vaxt təqdim edəcəyi məlum deyil. WhatsApp dünyanın ən populyar mesajlaşma tətbiqidir

26-02-2026, 10:25 | "Qarabağ" – "Sabah" oyununun hakimləri müəyyənləşdi

"Qarabağ" – "Sabah" oyununun hakimləri müəyyənləşdi


Misli Premyer Liqasında XXII turun təyinatları açıqlanıb.

Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Turun mərkəzi görüşü olan "Qarabağ" - "Sabah" matçını Tural Qurbanov idarə edəcək.

Misli Premyer Liqası

XXII tur

27 fevral

14:30. "Kəpəz" - "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Yevlax şəhər stadionu

18:00. "Araz-Naxçıvan" - "Zirə"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov

VAR: Əliyar Ağayev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Namiq Əliyev

"Liv Bona Dea Arena"

28 fevral

14:30. "Şamaxı" - "Neftçi"

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov

VAR: Cavid Cəlilov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Şamaxı şəhər stadionu

17:00. "Qəbələ" - "Karvan-Yevlax"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov

VAR: Vüqar Həsənli

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Qəbələ şəhər stadionu

1 mart

16:30. "Turan Tovuz" - "İmişli"

Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov

VAR: Əli Əliyev

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

"Azersun Arena"

19:00. "Qarabağ" - "Sabah"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Emin Cəfərov

Tofiq Bəhramov adına Respublika Stadionu

26-02-2026, 10:15 | Paris-2024-ün medalları yenisi ilə əvəz olunur

Paris-2024-ün medalları yenisi ilə əvəz olunur


Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşılanmaya məruz qalan medalların geri qaytarılması ilə bağlı işlərə start verilib.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) məsələ ilə bağlı medalların istehsalçısı olan, LVMH şirkətinin tərkibində fəaliyyət göstərən "Chaumet" zərgərlik evinə müraciət edib.

Şirkətdən bildirilib ki, sifariş növbəyə alınıb və aşılanmaya məruz qalan medalların dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.

Hazırda Azərbaycan idmançılarının aşılanmış medallarının dəyişdirilməsi növbəsi çatıb.

Bu günlərdə Milli Olimpiya Komitəsi medalları Fransaya göndərəcək və onlar yenisi ilə əvəz olunacaq.

İlk növbədə taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşi üzrə mükafatçı Həsrət Cəfərovun medallarının göndərilməsi təmin ediləcək.

Məlumata görə, yeni medalların hazırlanma müddəti təxminən 3-5 həftə davam edəcək. (olympics.az)

16-02-2026, 14:48 | “Qarabağ” - “Nyukasl” oyununda hakim təyinatları açıqlandı

“Qarabağ” - “Nyukasl” oyununda hakim təyinatları açıqlandı


UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək ilk oyununun hakim təyinatları açıqlanıb.

Qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Espen Eskosa Yan-Erik Enqan və İsak Elias Başevnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək. VAR-da niderlandlı Rob Diperik, AVAR-da onun həmyerlisi Dennis Hiqler olacaq.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl" oyunu saat 21:45-də başlayacaq.

26-08-2025, 15:56 | "İnter" rəqibini darmadağın etdi

"İnter" rəqibini darmadağın etdi


İtaliya A Seriyasında 2025/2026 mövsümünün açılış turu yekunlaşıb.

Günün son qarşılaşmaları iki oyundan ibarət olub.

"İnter" öz meydanında "Torino"nu qəbul edib. Kristian Kivunun çalışdırdığı Milan təmsilçisi rəqibini 5:0 hesabı ilə darmadağın edərək möhtəşəm qələbə qazanıb.

Digər görüşdə isə "Udineze" ilə "Verona" üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matç heç-heçə başa çatıb və komandalar meydanı bir xalla tərk ediblər.

26-08-2025, 14:07 | Qurban Qurbanov: "Həm qol vurmağa, həm də..."

Qurban Qurbanov: "Həm qol vurmağa, həm də..."


Ferentsvaroş" çox təhlükəli rəqibdir.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıdakı görüşə ciddi hazırlaşdıqlarını söyləyib:

"Bizim üçün vacib oyundur. Meydanda soyuqqanlı olmalıyıq. İlk oyundakı nəticə üstünlüyümüzü göstərir. "Ferentsvaroş" çox təhlükəli rəqibdir. Yaxşı nəticələrimiz oyun üslubuna görə olub. Meydanda bacardığımız etməyə çalışacağıq. Daha çox topa sahib olmaq istəyirik. Futbolu həm azarkeşlər həm nəticə üçün oynayırıq. Vurulan qollar vacibdir. Həm qol vurmağa, həm də nəticə qazanmağa çalışacağıq".

O, psixoloji hazırlığı qabardıb:

"Psixoloji durum vacib detaldır. Futbolçular psixoloji cəhətdən hazır olmalıdırlar. Oyundankənar fikirlərə önəm versək, bu, bizə mane olacaq. Futbolçulara inamım var. Azarkeşlərimiz elə səviyyədədir ki, onlara ancaq təşəkkür edə bilərəm. Hətta az sayda olanda belə, həmişə onlara təşəkkür etmişəm".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.