17-12-2023, 11:45 | “Ermənilər mənə deyirdi ki, Qarabağı unudun…”

“Ermənilər mənə deyirdi ki, Qarabağı unudun…”



Erməni ekspertlərin mütləq əksəriyyəti bu fikirdədir ki, Ermənistan zəif olduğundan sülh sazişi onların xeyrinə olmayacaq və Azərbaycan sülh sazişinin bəndlərini yerinə yetirməyəcək. Əlavə olaraq onu da bildirirlər ki, Azərbaycan və Türkiyənin məqsədi Ermənistanı tədricən zəiflətmək və vassal dövlətə çevirməkdir.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı, erməni ekspertlər Ermənistanın Azərbaycanın vassalına çevrilməsi ehtimalını ağıllarına belə gətirmirdilər:

"Mənim özümə müxtəlif beynəlxalq konfranslarda yekəxana şəkildə deyirdilər ki, Qarabağı unudun. Hazırda vəziyyət kardinal şəkildə dəyişdiyinə görə ağlaşma halındadırlar. Əgər Azərbaycan qalib ölkə olaraq Ermənistana şərtlərini diktə edəcəksə, ermənilər bu vəziyyətdən necə çıxacaq? Erməni ekseprtlərin bu suala cavabı yoxdur, cavab olmadığına görə də ermənilər üçün ən pis ssenarilərdən danışırlar".

Respublica.Az







17-12-2023, 10:54 | Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək



Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

Respublica.Az xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmələri xahiş edilir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunub. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi".

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 13 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 625, BB qrupu üzrə 2 588 olmaqla, ümumilikdə 3 213 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 13 ümumi imtahan rəhbəri, 35 imtahan rəhbəri, 293 nəzarətçi‑müəllim, 45 buraxılış rejimi əməkdaşı ayrılıb.

Respublica.Az




17-12-2023, 10:32 | Ərdoğan: “Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı”

Ərdoğan: “Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı”


"Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı".

Respublica.Az report.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvənləri artır. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var.

Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi", - Ərdoğan vurğulayıb.

Respublica.Az

15-12-2023, 14:06 | YAP-ın Mərkəzi Seçki Qərargahı yaradıldı

YAP-ın Mərkəzi Seçki Qərargahı yaradıldı



Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb.

Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib.

Qərargah 21 nəfərdən ibarət tərkibdə yaradılıb.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.


Respublica.Az

15-12-2023, 13:55 | YAP İdarə Heyətinin iclası keçirilildi

YAP İdarə Heyətinin iclası keçirilildi



Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

Respublica.Az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov toplantının gündəliyi barədə iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazandığını bəyan edib: "Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır".

YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov isə qeyd edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir: "Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək".

Tədbirdə YAP İdarə Heyətinin üzvləri - Tahir Mirkişili, Musa Quliyev, Kamal Cəfərov, Bahar Muradova, Mübariz Qurbanlı və digər şəxslər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda keçirilən işlərdən bəhs ediblər.

Çıxışlardan sonra partiya tərəfindən İlham Əliyevin 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib.

Daha sonra YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Partiyanın seçki Qərargahının yaradılması barədə də qərar səsvrməyə çıxarılaraq təsdiqlənib.


Bununla da iclas başa çatıb.

---------

10:03

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.

Milli.Az xəbər verir ki, iclasda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.

İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur.

- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;

- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;

- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;

- Təşkilati məsələlər.

Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 12-də jurnalistlərə açıqlamasında YAP İdarə Heyətinin iclasının keçiriləcəyini bildirmişdi.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Respublica.Az


15-12-2023, 13:49 | YAP-ın səlahiyyətli nümayəndələri onlar oldu

YAP-ın səlahiyyətli nümayəndələri onlar oldu


Yeni Azərbaycan Partiyasının növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələri təyin edilib.


Respublics.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini-Baş nazirinin müavini Əli Əhmədov səlahiyyətli nümayəndələr təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Respublics.Az

15-12-2023, 13:44 | "Bu qədər müəllim 2000 manatdan çox maaş alır"

"Bu qədər müəllim 2000 manatdan çox maaş alır"


"Siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə gəlincə, təhsilin məzmunu son 90 il ərzində dəyişməyib. Bu gün tətbiq etdiyimiz model çox az dəyişikliyə məruz qalıb. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir".

Respublica.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O, bunun səbəbinin cəmiyyətin mühafizəkar mövqeyə sahib olması ilə əlaqələndirib: "Düşünürlər ki, onların 30 il əvvəl öyrəndikləri şagirdlərə son 30 ildə də lazım olacaq. Lakin elə deyil. Burada söhbət yanaşmaların və metodologiyaların dəyişməsindən gedir. Məzmun baxımından müəyyən dəyişikliklər baş verir.Yeni tətbiq olunan dərsliklərimiz daha mütərəqqidir".

Nazir əlavə edib ki, 137 min müəllimin 2026-cı ilə qədər sertifikatlaşdırma prosesindən keçirilməsi planlaşdırılır. O bildirib ki, 40 min müəllim (29 faiz) sertifikatlaşdırma prosesinə cəlb olunub: "32 min müəllimin əməkhaqqına əlavələr edilib. 24 min müəllimin əmək haqqına 10 faiz, 8 min müəllimin maaşına 35 faiz əlavələr edilib. Nazir qeyd edib ki, 28 min müəllim 500 manata qədər, 59 min müəllim 500-100 manat, 34 min müəllim 1000-1500 manat, 7 min müəllim 1500-2000 manat, 950 müəllim 2000 manatdan yuxarı əmək haqqı alır".

***

Emin Əmrullayevin sözlərinə görə, hazırda 896 direktor 2 050 manat orta aylıq əməkhaqqı alır. O bildirib ki, əvvəl kimsə direktor olmağa maraq göstərmirdi, amma əməkhaqqı artımından sonra istək çoxalıb: "2 691 direktor müavini 1 350 manat orta aylıq əməkhaqqı alır".

Respublica.Az



15-12-2023, 13:34 | Bu rayonlarda məktəblər istifadəyə veriləcək - Nazir

Bu rayonlarda məktəblər istifadəyə veriləcək - Nazir


Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur.

Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.

O qeyd edib ki, azad olunan ərazilərə Böyük Qayıdış çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində 550 şagird və 84 müəllim heyəti var.

Respublica.Az

14-12-2023, 13:29 | Koordinasiya Şurası yaradılır

Koordinasiya Şurası yaradılır


Nazirlər Kabineti cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, onun İş Qaydasının təsdiq edilməsi və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında" 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq.

Şuraya Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək.

Şuranın üzvləri xarici işlər nazirinin müavini, ədliyyə nazirinin müavini, daxili işlər nazirinin müavini, Baş prokurorun müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, Azərbaycan Mərkəzi Bankının sədrinin müavini, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, Auditorlar Palatasının sədri, Notariat Palatasının İdarə Heyətinin sədri, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti, "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktorudur.

Respublica.Az



14-12-2023, 09:34 | Virus yayılır: bu əlamətlər qızılca xəstəliyinə aid deyil

Virus yayılır: bu əlamətlər qızılca xəstəliyinə aid deyil



Son vaxtlar xüsusilə azyaşlı uşaqlar arasında burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bu əlamətləri tam olaraq qızılca xəstəliyi ilə əlaqələndirmək doğrudurmu?

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla Axar.az-a bildirib ki, uşaqlar arasında son vaxtlar yayılan bu kimi əlamətlər təkcə qızılca ilə bağlı deyil.

"Bu, hazırda fəallaşan respirator xəstəlikləri, qrip virusu, adena viruslar, koronavirusun omikron ştammı, eləcə də Çində uşaqlar arasında geniş yayılan pnevmoniya kimi çoxsaylı səbəblərlə bağlı ola bilər. Xəstəliyi yaradan səbəb dəqiq müəyyən olunmalı və ona uyğun da müalicə tətbiq edilməlidir", - deyə həkim bildirib.

A.Qeybulla milli peyvənd təqvimi ilə uşaqların peyvəndlənməsinin bundan sonra ciddi şəkildə həyata keçirilməsinin əhəmiyyətini də vurğulayıb:

"Təəssüflər olsun ki, immunoprofilaktikanın dəqiq aparılmaması bu gün bəzi xəstəliklərin baş alıb getməsinə səbəb olur. Qızılca praktikasında bunun bir daha şahidi olduq. Bu baxımdan valideynlərin hər birinə bu məsələyə ciddi yanaşmağı məsləhət görürük. Milli peyvənd təqvimi ilə tələb olunan bütün peyvəndlərin vaxtında olunması sağlamlıq üçün vacib şərtdir".

Respublica.Az




������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.