1-03-2022, 09:56 | ABŞ Rusiyanı NATO üçün təhlükəli hesab etmir

ABŞ Rusiyadan NATO müttəfiqləri üçün heç bir təhlükə görmür.
"qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Kirbi bu barədə verilən suala cavabında təhlükə görmədiyini qeyd edib.
1-03-2022, 09:54 | Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir.
Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu "Kitabi-Dədə Qorqud" dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Qeyd edək ki, martın 8-də Yel (Hava), 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
1-03-2022, 09:21 | Bütün günü yorğun, yuxulu olursunuzsa... 6 ən yayılmış SƏBƏB

Bütün gecəni yatan insan buna baxmayaraq gün ərzində daim yatmaq istəyirsə, yuxulu, süst olursa, bunun səbəbini mütləq araşdırmaq lazımdır. Bəzən bu çox ciddi xəstəlik və pozulmalara işarə edir.
Saglamolun.az sizi günorta yuxululuğunun səbəbləri ilə tanış edir.
1. Qanazlığı
Yuxululuq, süstlük və zəiflik qanazlığına işarə edə bilər. Bu pozulma daha çox qadınlarda inkişaf edir. Qanazlığının səbəbindən asılı olaraq (dəmir defisiti, B12 vitaminin defisiti və s.) xəstəyə xüsusi pəhriz və müalicə təyin oluna bilər.
2. D vitamininin çatışmazlığı
D vitamininin defisiti orqanizmdə xroniki yorğunluğa, yuxu və diqqətin pozulmasına səbəb olur. D vitamininin defisiti xüsusi qan analizinin köməyi ilə aşkar olunur. Defisit təsdiq olunarsa xəstəyə D vitamini təyin olunacaq.
3. Yuxu apnoesi
Yuxuda xoruldayan insanlar adətən pis yatır, tez-tez oyanır və bu da günorta vaxtı yuxululuğa səbəb olur. Apnoe əslində çox ciddi pozulmadır və apnoedən əziyyətə çəkən insanlarda insult və ani ölümün riski xoruldamayan insanlarla müqayisədə daha yüksək olur.
Apnoedən xilas olunmaq üçün mütəxəssislər böyür üstə yatmağı, siqaretdən imtina etməyi, artıq çəki varsa arıqlamağı, yatmazdan qabaq sakitləşdirici və yuxu dərmanları mümkün qədər qəbul etməməyi, spirtli içkiləri içməməyi tövsiyə edirlər.
4. Aşağı təzyiq
Təzyiqin düşməsi də yuxululuq və zəiflik kimi simptomlara səbəb olur. Aşağı təzyiqin səbəbləri arasında bunlardır: ürək xəstəlikləri, ürək qüsurları, qanazlığı, qalxanvari vəzi xəstəlikləri, uzunmüddətli streslər, qanaxmalar və s. Lakin bir çox hallarda hipotoniyadan əziyyət çəkən insanda heç bir buna səbəb ola bilən xəstəlik aşkar olunmur. Belə hallarda həkimlər düzgün qidalanmağı, sağlam həyat tərzi sürməyi, yorulmamağı, stresli vəziyyətlərdən uzaq olmağı tövsiyə edirlər.
5. Depressiya
Depressiyanın əsas simptomlarından biri daimi səbəbsiz yorğunluqdur. İnsan heç bir işlə məşğul ola bilmir, bütün günü yatmaq istəyir.
6. Hormonal dəyişikliklər və pozulmalar
Qadınların orqanizmində menstrual dövrlə bağlı olan hormonal dəyişikliklər onların ümumi vəziyyətinə də təsir edir. Belə ki, menstruasiyadan 1-2 gün əvvəl və 5-6 gün sonra qadınlar yuxululuq hiss edə bilərlər.
Digər hormonlarla bağlı olan səbəb - qalxanvari vəzinin funksiyasının zəifləməsidir. Bu hal "hipotireoz" adlanır. Hipoterioz zamanı maddələr mübadiləsi ləngiyir və bu da yuxululuq və reaksiyaların ləngiməsinə səbəb olur.
Saglam
1-03-2022, 09:12 | Rusiya və Belarus bu beynəlxalq qurumdan da uzaqlaşdırıldı

Beynəlxalq Hokkey Federasiyasının (BHF) növbəti iclası keçirilib.
iclasda Rusiya və Belarusun beynəlxalq quruma üzvlüyü dayandırılıb.
BHF-in qərarına əsasən, Rusiya və Belarus millilərinin və klublarının bütün yaş kateqoriyaları üzrə komandalarının ali qurumun bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulub. Beləliklə, Rusiya və Belarus yığmalarının bu il Finlandiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
Həmçinin, Rusiya 2023-cü ildə təşkil olunacaq gənclər arasında dünya çempionatına ev sahibliyi etməkdən məhrum olub. BHF yaxın vaxtlarda mundiala ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq.
21-01-2022, 20:15 | Lerik camaatı Ölkə rəhbərindən imdad diləyir

Son günlər respublikamızın ərazisinə güclü qar yağmışdır. Bu ,bir sıra fəsadlara yol açmışdır.Belə fəsadlardan biri də Lerik rayonunda yaşanmaqdadır. Belə ki , yağan güclü qar rayonun bir sıra dağ kəndlərində ; Tülü,Conu, Kaqoy ,Vılıq kəndlərində əhalinin həyat şəraitini çətinləşdirmişdir. Belə ki , adı çəkiən kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilmiş , gediş- gəliş müşkülə çevrilmişdir. Yağan güclü qar , yollara tökülən qar uçqunları təmizlənmədiyindən vəziyyət olduqca acınacaqlıdır. İnsanalar vəziyyətdən çıxış yolu axtarır , bacardıqlarını , əllərindən gələni etməyə çalışırlar . Lakin , onların gücü və imkanları xaricində olduğu üçün heç nə edə bilmirlər . Camaatdan fərqli olaraq əlaqədar qurumlar isə üzərilərinə düşən vəzifənin öhdəsindən gəlmir , ya da gəlmək istəmirlər . Bu da insanların haqlı narazılığına səbəb olub.
Məsələ ilə bağlı Lerik rayon Yol İstismar İdarəsini dəfələrlə etdiyimiz müraciət cavabsız qalır. Hətta Lerik rayonundan seçilən millət vəkili İqbal Məmmədova da müraciət etdik.Telefonumuza cavab vermədi. Köməkçisi ilə əlaqə saxladıq. O da öz növbəsində bu işin onların səlahiyyət və məsuliyyəti daxilində olmadığını bildirdi. Nəticədə adı çəkilən kəndlərdə yaşayan insanlar acınacaqlı vəziyyət yaşamaqda davam edirlər. Nəzərə alsaq ki , ərzaq , qida ehtiyacları , həkim qəbulu , təcili işlərlə bağlı kəndlərdən çıxmaq lazım olduğu halda bu mümükün deyilsə , insanlar nə etməlidirlər?!
Danılmaz faktdır ki , ölkə rəhbəri Cənab İlham Əliyevin sərəncamları ilə ən ucqar dağ kəndlərinə belə asvalt yollar çəkilmiş , insanların əziyyətsiz hərəkət etmələri üçün hər cür şərait yaradılmış və bu davam etməkdədir. Lakin görünən odur ki , ölkə rəhbərinin milyonlar bahasına ərsəyə gətirdiyi yol infrastrukturu hər hansı bir təbii fəlakət zamanı nəzarətsiz və baxımsız qalır. Aidiyyatı orqanlar , məsul şəxslər öz işlərinin öhdəsindən gəlmirlər.
Məsələ ilə bağlı həmin ərazidə yaşayan sakinlər adından ölkə rəhbərinə müraciət edirik . Çətin vəziyyətlə üz- üzə qalan insanlara Cənab prezidentdən kömək istəyirik.İnanırıq ki , ölkə rəhbəri bu işlərə birbaşa məsuliyyət daşıyanlardan fərqli olaraq lazimi tədbirlər görəcək.
Müşfiq Kişiyev
31-12-2021, 08:48 | Azərbaycanda nikahların sayı ARTIB

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı çoxalaraq 4.3 milyonu ötüb.
Bunu ədliyyə naziri Fikrət Məmmədov kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, 111 mindən çox doğum qeydə alınıb. Nazir deyib ki, nikahların sayı xeyli artaraq 55 mini keçib.
31-12-2021, 08:43 | 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük

Gələn il fevralın 15-dən etibarən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır.
Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında dəyişiklik edib.
Qeyd edək ki, 2022-ci il fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.
31-12-2021, 06:48 | HƏMRƏYLİYİMİZ ƏBƏDİ OLSUN ƏZİZ DÜNYA AZƏRBAYCANLILARI

Bizi, Azərbaycan Respublikasının vətəndaşlarını və dünya azərbaycanlılarını birləşdirən ideya, dəyər Azərbaycançılıqdır. Bu dəyər Azərbaycan dövlətini qorumaqdır, vətəndaşlarımızın və dünyadakı soydaşlarımızın həmrəyliyidir, birliyidir. Azərbaycançılıq ideyası ölkə daxilində vətəndaşlarımızı, xaricdə isə soydaşlarımızı birləşdirir, təşkilatlandırır. Çünki ölkə daxilində güclü vətəndaş həmrəyliyinin olması ilə yanaşı, xaricdəki güclü diaspor fəaliyyəti də dövlətçiliyimizi möhkəmləndirən amillərdən biridir. Hər il qeyd etdiyimiz, bu il qalib ölkənin vətəndaşları kimi qarşıladığımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür Azərbaycançılıq.
Bildiyimiz kimi 1991-ci ildə Naxçıvanda ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilmişdir. Ümummilli Liderimiz bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları Azərbaycançılığın ideya əsaslarına, hər bir azərbaycanlı üçün isə milli qürur rəmzinə çevrilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə, həmçinin, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına əsaslı töhfə vermişdir. Eyni zamanda, Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin, Azərbaycançılıq ideyasının ətrafında sıx birləşdiyini təsdiqlədi.
Bu gün dünya azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında cəmləşməsi üçün daha münbit şərait yaranmışdır. Azərbaycan nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan həmvətənlərimiz qarşısında geniş perspektivər açılmışdır.
Birlik və həmrəylimizi dünyaya bir daha bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyi şanlı Qələbənin əldə edilməsində mühüm rol oynadı. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı. Prezident İlham Əliyevin 18 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək zəfərin təntənəsini yaşayır, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük.
KAMAL AXUNDOV
QAZAX, KƏMƏRLİ KƏNDİ
28-12-2021, 09:40 | Bakıda bu avtobuslara icazə verilməyəcək - Yanvarın 1-dən... - VİDEO

Gələn il yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək. Bu barədə Nazirlər Kabinetinin 3 il əvvəl 73 saylı qərarı var. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırki vəziyyətdə bu mümkün deyil.
xəzər xəbər-ə istinadla xəbər verir ki, bir neçə gündən sonra paytaxda ictimai nəqliyyatda yalnız sıxılmış qaz və elektriklə işləyən avtobusların istismara veriləcəyi ilə bağlı tələb qüvvəyə minəcək. Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib.
Ekspertlər hesab edirlər ki, Bakı şəhərinin qeyd edilən növdən olan avtobuslarla tam təmin edilməsi üçün bir neçə milyard dollar investisiyaya ehtiyac var. Ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə deyib ki, hər iki kateqoriyadan olan avtobusların yanacaqla təminatı üçün hazırda paytaxda lazımi infrastruktur mövcud deyil.
Ekspertin sözlərinə görə, əgər bu qərarın icrası həyata keçirilsə, Baku-Bus avtobuslarının xidmət göstərə biləcəyi, yerdə qalan 2 minədək digər avtobusların isə tələblərə cavab verməcəyi görünür. Ekspert hesab edir ki, bu qərarın qüvvəyə minmə tarixi mütləq uzadılmalıdır.
Ekspert onu da bildirdi ki, yanacaq növünə görə avtobusların fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır. Avtobuslara standart növünə görə məhdudiyyət qoyula bilər. Burda da daşıyıcılar qarşısında tələblər qoyulmalıdır ki, ictimai nəqliyyatda yalnız avro-6 standartından aşağı avtobuslar ölkəyə buraxılmayacaq. Bu qərar 3 il əvvəl verilibsə paytaxtda bu növ avtobusların yanacaqdoldurma məntəqələri indiyə qədər niyə qurulmayıb?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev onu da bildirdi ki, köhnə avtobuslar, sıxlımış qaz və elektriklə işləyənlər gətirilənə qədər xətlərdən çıxarılmayacaq.
27-12-2021, 12:04 | Gələn il Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq forumuna sədrlik edəcək

2022-ci ilin yanvar-aprel aylarında ölkəmiz ATƏT-in Təhlüksizlik üzrə Əməkdaşlıq forumuna sədrlik edəcək.
Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, ATƏT-in hərbi siyasi ölçüsünü əhatə edən və təşkilatın bu sahədə əsas strukturunu təşkil edən bu quruma sədrlik bir tərəfdən çox məsuliyyətlidir.
"Digər tərəfdən isə bu mövzu ilə bağlı olaraq ölkəmizin mövqeyinin çatdırılmasının və inkişaf etdirilməsi üçün çox əlverişli bir platformadır. Hesaab edirəm ki bu da ölkəmiz üçün uğurlu bir sədrlik dönəmi olacaq", - deyə o qeyd edib.















