26-11-2021, 13:11 | Hərbi qulluqçulara sosial şəbəkələrlə bağlı qadağa qoyulur

Hərbi qulluqçulara sosial şəbəkələrlə bağlı qadağa qoyulur


Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilir.

Bu, "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsində əksini tapıb.

Yeni qanun layihəsinə əsasən, hərbi qulluqçulara tətil etmək, seçkili orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq, yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricı getmək, siyasi və dini təbliğatla məşğul olmaq, dövlət sirrini yaymaq, komandirlərin (rəislərin) qanunla müəyyən edilmiş qaydada verilmiş əmrlərini, sərəncamlarını və göstərişlərini müzakirə etmək və ya tənqid etmək, hərbi xidmətlə bağlı kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə komandirlərin (rəislərin) icazəsi olmadan birbaşa müsahibə vermək, hərbi xidmət vəzifələrinin icrasının dayandırılmasına yönəlmiş hərəkət (hərəkətsizlik) etmək, qadağan olunmuş əşya və ya texniki vasitələri (cihazları) hərbi hissənin ərazisinə və xidmət yerinə gətirmək və onlardan istifadə etmək, sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında hərbi xidmətlə bağlı məlumatları yaymaq, xidməti mənsubiyyətini açıqlamaq qadağan edilir.

Trend

26-11-2021, 11:58 | Ordumuz Zəngəzurda necə irəliləyib? - FOTO

Ordumuz Zəngəzurda necə irəliləyib? - FOTO


Ermənistan Müdafiə Nazirliyinin artıq keçmiş rəisi, general-mayor Arşak Karapetyanın bir sıra absurd və primitiv təxribatları ötən ilin noyabrında üçtərəfli sülh sazişinin imzalanmasından sonra regionda bərqərar olmuş sülhün nə qədər kövrək olduğunu üzə çıxarmış oldu.

Ermənistan tərəfindən ilkin razılaşmaların bəndlərinin gecikdirilməsi, sonra isə yerinə yetirilməməsi (hansı ki, münaqişədən sonrakı dövrdə uzunmüddətli qarşıdurmanın davamlı regional sülhə çevrilməsi üçün bir növ transformatora çevrilməli idi) siyasi həllin mahiyyətini təhlükə altına qoydu.

Milli.Az yerli mediaya istinadən xəbər verir ki, Ermənistan hakimiyyəti iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı ilk növbədə dialoq yolu ilə yekun qərar vermək əvəzinə, ənənəvi Paşinyan imitasiyasına əl atır. Ermənistan hökumətinin Azərbaycanın Qazax rayonunun işğal altında olan kəndlərini, Tovuz və Gədəbəyin ayrı-ayrı hissələrini, yaxud Naxçıvanın Kərki kəndini azad etməsini ləngitməsinin əsl səbəbi nədir? Azərbaycan Silahlı Qüvvələri elə edə bilər ki, Ermənistanla bütün ərazi məsələlərinin tezliklə siyasi həlli bu uğursuz formasiyanın hər bir vətəndaşının yeganə tələbi olsun. Bunu yaxın tarix göstərdi...

Kapitulyasiya elan edən ölkənin çarəsizliyinin bütün mənzərəsini təsvir edək.

Belə ki, Arşak Karapetyanın Qaragöl gölündə peyda olmasından və Azərbaycan Silahlı Qüvvələrinin təchizat yollarına qabion postu quraşdırmaq barədə həyasızcasına planından sonra Ermənistan ordusunun dörd dayaq məntəqəsi hərbçilərimizin nəzarətinə keçib. Demək olar ki, iki gün sonra, noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri daha iki postu zəbt edərək, düşməni qayıtmaq və ərazidəki istənilən prioritet əraziləri zəbt etmək imkanından məhrum edib.

Ustalıqla həyata keçirilən və ən əsası, qansız yerdəyişmənin nəticəsində cənub-şərq istiqamətində Çilligöl, Ermənistanın Verişen kəndi və Gorus şəhəri istiqaməti, həmçinin qərb istiqamətində göstərilən koordinatlara bərabər məsafədə - Şəki və İşxanasar şəhərlərinə vizual müşahidə və birbaşa atəş təsiri sektorları genişləndi.

Sonuncu deyilənlər ordu hissələrimizin dəniz səviyyəsindən 2794 metr hündürlükdə olan Kilsəli dağını və dövlət sərhədinin göstərilən perimetri boyunca bir sıra adı açıqlanmayan strateji əhəmiyyətli yüksəklikləri tutması nəticəsində mümkün olub.

Bunun sayəsində gölün şimal hissəsinə - Böyük İşıqlı vulkanik dağının arxasına aparan kommunikasiya yollarının təhlükəsizliyini təmin etmək və Sisian-Gorus avtomobil yolunun hissəsini birbaşa vizual nəzarətə götürmək mümkün oldu. Bu, Azərbaycan Silahlı Qüvvələrinə strateji zərurət yaranarsa, Ermənistanın bütün cənubunu paytaxtdan ayırmağa, Naxçıvana onsuz da qısa olan boğazı daraltmağa və ya de-fakto olaraq Laçın dəhlizinə çıxışı lokal şəkildə bağlamağa imkan verir.

Qeyd etmək lazımdır ki, bütün bu yerdəyişmələr və infrastruktur təkmilləşdirmələri qar yağıntılarından əvvəl aparılıb, bu isə, yamac ərazi boyunca təchizat yollarının təhlükəsizliyini təmin edir.

Erməni revanşistlərin noyabrın 16-da Azərbaycanın yeddi hərbçisinin ölümü və 10 hərbçisinin yaralanması ilə nəticələnən təxribatına baxmayaraq, ordumuz ölkələr arasında təbii sərhəd baryeri olan Şərqi Göyçə dağ silsiləsi üzərində tam nəzarətin qurulması ilə bağlı möhtəşəm planı sona qədər uğurla həyata keçirdi.

Məhv edilənlərin və əsir götürülmüş diversantların sayını bu günə kimi rəsmən elan edə bilməyən düşmənə sarsıdıcı dərs verən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulan bütün tapşırıqları şərəflə yerinə yetiriblər. Xüsusən qeyd edək ki, düşmənin qənimət kimi götürülən silah-sursat, nəqliyyat vasitələri və texniki vasitələri arasında təkcə sərhəd xəttində növbə çəkmək üçün deyil, həm də məhz diversiya-terror fəaliyyətlərinin aparılması üçün istifadə olunan nümunələr də var.

Nəticədə, Kəlbəcər istiqamətində yalnız bir hissədə, ən hündür nöqtəsi dəniz səviyyəsindən 3008 metr yüksəklikdə olan Qatarqaya dağından başlayaraq, Şərqi Göyçə dağ silsiləsi boyunca cənub adsız yüksəklikləri və dəniz səviyyəsindən 2900 metr yüksəklikdə olan Dəmirdağ dağına qədər Azərbaycan ordusu bütün strateji əhəmiyyətli nöqtələri tutaraq yeni dayaq məntəqələri yaratdı. Qısa müddət ərzində onlara rabitə yolları və təhlükəsiz daimi təchizat yolları çəkildi. Terror və təxribat aktları törətmək üçün düşmənin ərazimizə daxil ola biləcəyi ərazilərdə nəzarət quruldu.

Qərbi Azərbaycanın Zod, Azad, Zərkənd, Nərimanlı kəndləri bütün yol infrastrukturu ilə, yəni məhz Basarkeçər-Zod yolu hazırda Silahlı Qüvvələrimizin tam atəş nəzarəti altındadır. Yüksəkliklərdə qurulan yeni dayaq məntəqələri sayəsində Azərbaycanın Kəlbəcər rayonunun bir neçə kəndinin təhlükəsizliyi təmin edilib.

Qeyd edək ki, bölmələrimiz tərəfindən dövlət sərhədində mühüm məntəqələrin tutulması ilə paralel olaraq düşmənin əldəqayırma, yük maşınlarının kuzovunda yaradılan postları və sığınacaqları məhv edilib.

Eyni silsilə boyu dəniz səviyyəsindən müvafiq olaraq 3036 və 3051 metr hündürlükdə olan Kumurdağ və Kömürdağ dağlarının tutulması Azərbaycan Silahlı Qüvvələrinin Əzizli kəndi və Qərbi Azərbaycanın Nərimanlı kəndinə gedən yol istiqamətində vizual müşahidə və birbaşa atəş təsiri sektorlarını genişləndirməyə imkan verib, cənubda olan Maraldağına qədər 3426 metr hündürlükdə olan Kötüdağ və ətrafdakı adsız yüksəkliklər üzərində tam nəzarətin yaradılması mövqelərimizə cinahdan gələn təhlükələri neytrallaşdırıb.

Sərhəddə strateji əhəmiyyətli yüksəkliklərin tutulması əməliyyatının başa çatmasından sonra Yuxarı Şorca və Aşağı Şorca kəndləri, habelə onların Qərbi Azərbaycanın Daşkənd kəndi istiqamətində lokal avtomobil yoluna yeganə çıxışı ovuc içi kimi görünməyə başladı. Ordumuz qarşıya qoyulan tapşırıqları yerinə yetirməklə yanaşı, həm də ətraf ərazinin tam təhlükəsizliyini təmin edib, yeni dayaq məntəqələrinin daimi və fasiləsiz təchizatını yoluna qoyub.

Sadə dildə desək, demək olar ki, bütün əsas yol qovşaqları və giriş yolları, eləcə də sərhədə çox yaxın kəndlər bundan sonra silahlı qüvvələrimizin cəza tədbirləri görə biləcəyi qədər əlçatan məsafədədir.

Düşmənin təxribatlarına baxmayaraq, silahlı qüvvələrimiz demək olar ki, cəmi iki-üç günə sərhədlərin demarkasiyası və delimitasiyasının həllinin daha çox yaxınlaşılmasına nail oldular. Bununla regionda hərtərəfli sülhə gedən yolları sadəcə, məsafə baxımından deyil, zaman baxımından da yaxınlaşdırdı...

Milli.Az

26-11-2021, 11:47 | Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin görüşü olacaq

Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin görüşü olacaq



Bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il tarixli münaqişə zonasında atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasının ildönümü ilə əlaqədar Soçidə görüş keçiriləcək.

Trend-ə istinadən bildirir ki, görüş zamanı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların icrasının gedişatını nəzərdən keçirmək, eləcə də regionda sabitliyin gücləndirilməsi və dinc həyatın qurulması üzrə gələcək addımlar müəyyənləşdiriləcək.

Qeyd olunub ki, görüşdə ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət ayrılacaq.

Kremldən bildiriblər ki, V.Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşləri nəzərdə tutulub.

26-11-2021, 11:44 | Zakir Həsənov tapşırıq verdi: "Hər an hazır olun" - VİDEO - FOTO

Zakir Həsənov tapşırıq verdi: "Hər an hazır olun" - VİDEO - FOTO


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin abidəsi önünə əklil qoyularaq xatirələri hörmət və ehtiramla anılıb.

Müdafiə naziri beretlərin təqdim edilmə mərasiminə dəvət olunan Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri və istəkləri ilə maraqlanıb.

Sonra şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.

Mərasimin açılışında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

"Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirənlərə beretlər təqdim olunduqdan sonra şəxsi heyət "Komando andı"-nı qəbul edib.

Mərasimdə çıxış edən Müdafiə naziri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan "Komando hazırlığı" kurslarının əhəmiyyətini xüsusi vurğulayaraq şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb. Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib.

Komandolar üçün hazırlanmış xüsusi idman şəhərciyi ilə tanış olan Müdafiə naziri əməliyyat qruplarının fiziki hazırlıq üzrə nümunəvi çıxışlarını izləyib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.

22-11-2021, 21:07 | Tezliklə Ağdama səfər edəcəm - ABŞ səfiri

Tezliklə Ağdama səfər edəcəm - ABŞ səfiri


Tezliklə Ağdama səfər edəcəm.

Trend-ə istinadən xəbər verir ki, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.

Səfir bildirib ki, o Zəngilanda olub. Regionlara səfərlər onun işinin tərkib hissələrindədir.

"Hansı ərazilərə səfər etməmişəmsə, həmin ərazilərə tezliklə səfər edəcəm".

22-11-2021, 09:25 | Bütün məhkəmələrdə elektron sistem tətbiq olunacaq

Bütün məhkəmələrdə elektron sistem tətbiq olunacaq


Hazırda ölkə ərazisində fəaliyyət göstərən 117 məhkəmənin 77-də, başqa sözlə, üçdə ikisində elektron məhkəmə sistemi tətbiq olunur və gələn ildən bütün məhkəmələrdə elektron məhkəmə sisteminin tətbiqi nəzərdə tutulur.

Milli.Az bildirir ki, bu fikirlər ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində yer alıb.

O qeyd edib ki, qanunvericiliyə edilmiş, o cümlədən ötən ay qüvvəyə minmiş dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən süründürməçiliyin aradan qaldırılmasına, işlərə çevik və vaxtında baxılmasına şərait yaradıb.

"Həmçinin bu dəyişiklər məhkəmələr tərəfindən "Elektron məhkəmə" informasiya sisteminin tətbiqini daha da genişləndirib. Məhkəmə icraatının video-konfrans əlaqə sistemi vasitəsilə həyata keçirilməsi imkanının yaradılması şəffaflığın əlavə təminatı olmaqla, pandemiya şəraitində xüsusi əhəmiyyət kəsb edib", - deyə o bildirib.

F.Məmmədov həmçinin qeyd edib ki, məhkəmə rüsumlarının dərəcələrinin diferensial şəkildə müəyyən edilməsi ilə əlaqədar rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator, eləcə də xüsusi metodiki vəsait hazırlanaraq məhkəmələrin vahid portalında, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin elektron resurslarında yerləşdirilib.

"Məhkəmə fəaliyyətində şəffaflığın təmini məqsədilə bütün məhkəmə qərarlarının elektron dərc olunması təmin edilir və bu zaman şəxsi həyat sirrinin qorunması üçün xüsusi proqramla onlar anonimləşdirilir. Həmin qərarlar üzrə elektron axtarış sisteminin yaradılması hər kəsin məhkəmə təcrübəsi barədə məlumatlılığını artırır və sistem xarakterli nöqsanların müəyyənləşdirilməsində mühüm rol oynayır.

Eyni zamanda, şəffaflığın əlavə təminatı kimi işlərin hakimlər arasında bölüşdürülməsi elektron sistem üzərindən həyata keçirilir və onun daimi monitorinqi aparılır",- deyə o vurğulayıb.

22-11-2021, 09:10 | Peyvəndin effektivliyinə təsir edən amillər

Peyvəndin effektivliyinə təsir edən amillər




"Hər insanın genetikası fərqli olduğu üçün vaksinlərə qarşı reaksiyası da fərqlidir. İmmuniteti təşkil edən bədəndə leykositlərin xaricindəki immunoqlobulinlər və komplemanlardır. Bunların miqdarı genetikanın quruluşuna və yaşa əsasən dəyişir. Odur ki, orqanizmin vaksinasiyaya verdiyi reaksiya genetika ilə əlaqəli prosesdir".

Bu sözləri publika.az-a biokimya və molekulyar biologiya üzrə mütəxəssis, həkim-laborant Eldar Əliyev deyib. O, peyvənddən sonra immun reaksiyanın formalaşmasına təsir edən bir sıra amilləri qeyd edib:

"Göz rəngi fərqli olduğu kimi, immunitet də hər insanda fərqli inkişaf edir. Xroniki xəstəliklərdən də asılı olaraq vaksinin effektivliyi dəyişir. Xüsusilə immun çatışmazlığından əziyyət çəkən xəstələrdə immunitet yaxşı inkişaf etmir. Revmatoid və onkoloji xəstələrdə peyvəndin vurulub-vurulmaması həkimin göstərişinə əsasən olunur. Kənardan verilən dərmanlar immunitetə təsir etdiyi üçün bu xəstələrə vaksin vurulması tamamilə subyektiv xarakter daşıyır.

Vaksinin reaksiyası həm də qidalanmadan asılıdır. Məsələn, zəif qidalanan insanlarda təbii ki, qida yetərsizliyi, vitamin çatışmazlığı həm vaksin reaksiyasına, həm anticisimlərin yaranmasına, həm də onların qalıcılığına təsir edəcək".

17-11-2021, 08:59 | Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: “Bakı Yerevanla sülh sazişinə hazırdır”

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: “Bakı Yerevanla sülh sazişinə hazırdır”


"Bakı əmindir ki, İrəvanla münasibətlərin normallaşdırılmasının alternativi yoxdur və sülh sazişi imzalamağa hazırdır".

Bunu çərşənbə axşamı Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.

"Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən davamlı sülhü, inkişafı, tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirir", deyə diplomat bildirib.

Y.Əliyev eyni zamanda sərhəddəki vəziyyəti Ermənistanın təhlükəli revanşist ideyalarının nəticəsi kimi qiymətləndirib.

Onun sözlərinə görə, Azərbaycan əmindir ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində iki ölkə arasında qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur: "Belə normallaşmanın məqsədi Azərbaycan və Ermənistanın yanaşı dinc yaşamasıdır".


APA

17-11-2021, 08:19 | Türkiyənin Azərbaycandakı səfirliyi xalqımızı təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyi xalqımızı təbrik edib



Türkiyənin Azərbaycandakı səfirliyi 17 noyabr Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib.

Səfirliyin rəsmi Twitter səhifəsində paylaşılmış təbrikdə deyilir:

"Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, Azərbaycanın dövlət müstəqilliyinin Türkiyə və Azərbaycan qardaşlığı kimi əbədi olmasını arzu edirik!".


17-11-2021, 08:05 | Ünvanlı dövlət sosial yardım müraciətinə hansı halda imtina cavabı verilir?

Ünvanlı dövlət sosial yardım müraciətinə hansı halda imtina cavabı verilir?


Vətəndaş Vahid Elektron Müraciət Təyinat Altsisteminə (VEMTA) gəliri ilə bağlı məlumatı düzgün bəyan etmədikdə ünvanlı dövlət sosial yardım müraciətinə imtina cavabı verilir.

Trend-ə istinadən xəbər verir ki, bunu DSMF-nin "Sosial saat" verilişində çıxışı zamanı Fondun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov deyib.

O qeyd edib ki, ünvanlı dövlət sosial yardım müraciətlərində ən çox rastlaşdığımız imtina səbəbləri bəyan edilən gəlirlər ilə bağlı uyğunsuzluqlar olur.

"Bir çox hallarda vətəndaşlar ailə gəlirlərini aylıq əsasda bəyan edirlər. Lakin VEMTA-da son müraciət etdiyi gündən geriyə son 12 ayın gəlirləri bəyan edilməlidir. Bundan əlavə, ailə tərkibi düzgün qeyd edilməlidir" - deyə, o bildirib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.