24-12-2021, 05:41 | Türkiyə səfirliyi Prezident İlham Əliyevi təbrik edib

Türkiyə səfirliyi Prezident İlham Əliyevi təbrik edib


Türkiyənin Azərbaycandakı Səfirliyi rəsmi "Twitter" səhifəsində Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, fəaliyyətlərində uğurlar arzulayırıq".




24-12-2021, 05:37 | Nazir məktəbə görə pul yığılması məsələsinə - Aydınlıq gətirdi

Nazir məktəbə görə pul yığılması məsələsinə - Aydınlıq gətirdi


"Məktəb direktorları, Təhsil Nazirliyinin əməkdaşları və ya təhsili idarə edən hər hansı şəxslərin məktəbdə pul yığması, hansısa maddi resursları valideynlərdən toplaması birmənalı olaraq qeyri-qanunidir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

"Biz "Məktəblərə resurs cəlb oluna bilər və bu, könüllü əsasda olmalıdır" dedikdə, bu, məktəb direktoru tərəfindən, yaxud hansısa məmur tərəfindən olmalıdır deyə başa düşülməməlidir", - nazir qeyd edib.

O bildirib ki, könüllülük çox vacib məsələdir:

"Bu, o demək deyil ki, kimsə buna məcbur edilə bilər. Bu, sadəcə olaraq, istəyə bağlıdır. Həqiqətən, kimsə öz oxuduğu məktəbə, məzun olduğu məktəbə, həyətində yerləşən məktəbə, övladlarının oxuduğu məktəbə hər hansı bir şəkildə, qanunazidd olmadan, könüllü şəkildə maddi resurs vermək istəyirsə, bunun mexanizmi olmalıdır".

Təhsil naziri Valideyn-Müəllim Assosiasiyalarından da danışıb:

"Bəzən yanlış olaraq bu assosiasiyaları nazirliyin qurumu kimi başa düşürlər. Amma bu, belə deyil. Bu, valideynlərin öz idarəetmə qurumudur. Burada təmsil olunmağa valideyn özü qərar verməlidir. Bu mexanizmlər cəmiyyət üçün yenidir".

E.Əmrullayev mövzudan yayınma hallarından da söz açıb:

"Müzakirələri izləyirəm, mənə görə, mövzudan əsas yayınma odur ki, məktəb direktoru uşaqlardan pul yığsa, nə olacaq?

Yenə deyirəm, söhbət məktəbin pul yığmasından getmir. Söhbət məktəbə görə dövlətin ayırdığı vəsaitdən əlavə vəsaitlərin könüllü olaraq, şəffaflıq prinsipləri əsasında şagirdlərin və Azərbaycan uşaqlarının inkişafı naminə toplanıb xərclənməsində bir problem varmı?

Müzakirələrdə daha çox bu sual cavablandırılmalıdır. Bu risklidirmi, hansı riskləri var, nəyi pisdir?

Bütün vergilərinizi ödəyəndən sonra əlinizdəki əlavə vəsaiti məktəbə vermək istəyirsinizsə, ya arqument olmalıdır ki, bu çox pisdir, bunu etməməlisiniz, ya da pis deyilsə, cinayət deyilsə, biz bunun mexanizmini qurmalıyır. Bu, növbəti addımdır".

"Hələlik fikirləri toplayırıq. İctimaiyyətin rəyini öyrənirik. Düşünürəm ki, növbəti ilin ilk aylarında Təhsil Nazirliyi bununla bağlı daha konkret mexanizmləri ictimaiyyətin diqqətinə təqdim edəcək", - o əlavə edib.

Nazir vurğulayıb ki, yeni modellərdən qorxmamalıyıq.




24-12-2021, 05:32 | Emin Əmrullayev müzakirələrə səbəb olan çıxışından danışdı

Emin Əmrullayev müzakirələrə səbəb olan çıxışından danışdı


Təhsil naziri Emin Əmrullayev son brifinqdən sonra məktəblərdə pul yığılması məsələsi ətrafında cəmiyyətdə yaranan müzakirələrə münasibət bildirib.

"qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə İTV-yə müsahibəsində danışıb.

"Bu, çox mürəkkəb məsələdir. Mən son brifinqdə bu məsələyə toxundum. Çalışdım ki, bu barədə ictimai müzakirəyə başlayaq. Hazırda da bu müzakirə gedir.

Biz də izləyirik. Müxtəlif fikirlər səslənir. Fürsətdən istifadə edib səslənmiş fikirlərə fikir bildirən hamıya təşəkkür edirəm. Təəssüf ki, bəzən səsləndirilməyən fikirlər də səsləndirilir və onlara fikir bildirilir. Amma bu normaldır, gözləniləndir, həmişə belə olur", - nazir qeyd edib.


O bildirib ki, bu məsələdə ümidsizliyə qapılmağa ehtiyac yoxdur.


15-12-2021, 07:41 | Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək

Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək


Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Trend-ə istinadən bildirir ki, konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.

Görüşdə kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

15-12-2021, 07:38 | Yens Stoltenberq: NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir

Yens Stoltenberq: NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir


İlk növbədə biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırlması imkanının əldə edilməsini alqışlayırıq. İkincisi, biz qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırlmasını davam etdirmək vacibdir.

AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

"NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir. Bugünkü görüşümüzdə Prezident və mən bu məsələləri ətraflı müzakirə etdik və mən bu gün üçtərəfli görüşün keçirilməsini də alqışlayıram. Bu, onu nümayiş etdirir ki, dialoq davam edir, münasibətlərin normallaşdırılması düzgün məcrada gedir. Əsas məsələ zorakılığın yenidən alovlanmasına rəvac verə biləcək addımlardan çəkinmək və qalan məsələləri diplomatik yollarla həll etməkdir", - deyə Yens Stoltenberq əlavə edib.

Baş katib vurğulayıb ki, NATO diplomatik səyləri, üçtərəfli səyləri dəstəkləyir və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini də güclü şəkildə dəstəkləyir.

15-12-2021, 07:33 | Azərbaycan Prezidenti: Regional nəqliyyat əlaqələrinin inteqrasiyası region üçün böyük imkandır

Azərbaycan Prezidenti: Regional nəqliyyat əlaqələrinin inteqrasiyası region üçün böyük imkandır


Regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür.

AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında deyib.

"Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

15-12-2021, 07:26 | “NATO zəmanət verməlidir” - Lavrov

“NATO zəmanət verməlidir” - Lavrov


Rusiyanın xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Annalena Baerbokla görüşündə NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini vurğulayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Lavrov Almaniyanın yeni xarici işlər naziri Baerbok ilə ilk telefon danışığını edib.

Lavrov NATO-nun şərqə doğru genişlənməyəcəyi və Alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə köçürülməyəcəyi ilə bağlı hüquqi öhdəliklər şəklində təhlükəsizlik zəmanətlərinin Moskvaya təqdim edilməli olduğunu deyib.

Rusiyalı nazir Rusiya-Almaniya münasibətlərinin vəziyyəti və gələcəyinə dair həmkarı ilə fikir mübadiləsi aparıb.

O, Almaniyanın yeni hökuməti ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoq qurmaq niyyətində olduqlarını bildirib.

15-12-2021, 07:21 | NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər

NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər


Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bu mövqenin NATO-nun Sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edilib. NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın "Qətiyyətli dəstək" missiyasındakı rolu xüsusi vurğulanıb. Azərbaycan hərbçilərinin Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində oynadığı rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanıstanı ən son tərk edən ölkələrdən biri olduğu bildirilib.

İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub.

Tədbir çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və üzv dövlətlərin nümayəndələri tərəfindən verilən suallar cavablandırılıb.

15-12-2021, 07:18 | Erməni diasporasının Azərbaycana qarşı ianə kampaniyalarını ifşa edəcəyik - XİN

Erməni diasporasının Azərbaycana qarşı ianə kampaniyalarını ifşa edəcəyik - XİN


13-17 dekabr 2021-ci il tarixlərində Misirin Şarm Əl Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin Konfransının 9-cu sessiyası keçirilir.

Xarici İşlər Nazirliyindən milli.az-a verilən məlumata görə, sessiya çərçivəsində 14 dekabr 2021-ci il tarixində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "İanə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi" adlı xüsusi tədbir baş tutub.

Panel müzakirə formatında hibrid əsasda keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) yüksək vəzifəli rəsmisi Tim Steele açılış nitqi ilə çıxış ediblər.

Baş Prokuror Kamran Əliyev öz çıxışında qeyri-kommersiya təşkilatları və xeyriyyə fondları tərəfindən həyata keçirilən ianə toplanması fəaliyyətinin böhran vəziyyətlərində olan insanlara humanitar dəstək istiqamətində əhəmiyyətli rol oynadığını, bununla belə, bu cür fəaliyyətlərə məhdud nəzarətin yekunda onların bəzilərinin korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətkarlıq məqsədləri üçün sui-istifadə edildiyini qeyd edib. Bu xüsusda, Baş prokuror, Azərbaycanın bu problemdən əziyyət çəkdiyini qeyd edərək, iştirakçıların diqqətini ötən il Vətən müharibəsi dövründə erməni diaspor təşkilatları tərəfindən təşkil edilmiş qanunsuz ianə toplanması kampaniyalarına diqqət yönəldib.

Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Avropa Qeyri-Kommersiya Hüququ Mərkəzinin, Böyük Britaniyanın "Greenacre" Qeyri Hökumət Təşkilatının və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) mütəxəssislərinin təqdimatları dinlənilib və interaktiv müzakirələr aparılıb.

Çıxışçılar öz təqdimatlarında xeyriyyə fondları tərəfindən təşkil olunan ianə toplanması kampaniyalarından sui-istifadənin qarşısının alınması məqsədilə xüsusi qaydaların hazırlanmalı olduğunu, bəzi xeyriyyə təşkilatları tərəfindən cinayətkarlıq əməllərinin maliyyələşdirilməsi məqsədilə virtual valyutalardan və internetin nəzarətsiz seqmentindən istifadə edildiyini, bəzi bank və digər maliyyə qurumlarının bu cür fəaliyyətlərə vasitəçi olaraq alət edildiyi və digər məqamları xüsusi vurğulayıblar.

Tədbirdə çıxış edən MMX-nin nümayəndəsi Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dolları məbləğində vəsait toplandığını və bunun 110 milyon ABŞ dolları məbləğində hissəsinin qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü qeyd edib. Bu faktın Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş naziri tərəfindən də etiraf edildiyini və müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında aldadılaraq toplanmış və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsaitin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunduğunu qeyd edib.

Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan tərəfi bundan sonra da bütün beynəlxalq platformalar çərçivəsində erməni diaspora təşkilatları tərəfindən müxtəlif ölkələrdə təşkil olunan və Azərbaycanın suverenliyinin əleyhinə yönəlmiş ianə toplanması kampaniyalarının ifşa olunması və qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcəkdir.

15-12-2021, 07:16 | Milli Məclis Aparatı rəhbərinin köməkçisi təyin edilib

Milli Məclis Aparatı rəhbərinin köməkçisi təyin edilib


Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə köməkçi təyin edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Hasil Tağızadə təyin olunub.

Xatırladaq ki, Milli Məclis Aparatının rəhbərinin köməkçisi Elxan Əhmədov pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.