17-06-2022, 06:33 | "Dünyada elə bir lider yoxdur ki, Putini müharibəni dayandırmağa məcbur etsin" - Zelenski

"Dünyada elə bir lider yoxdur ki, Putini müharibəni dayandırmağa məcbur etsin" - Zelenski

Hazırda dünyada elə bir lider yoxdur ki, Rusiya Prezidenti Vladimir Putinlə fikir mübadiləsi aparıb onu Ukraynada müharibəni dayandırmağa məcbur etsin.

"Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Putin qərar verməzdən əvvəl onun nəticələrini düşünmür.

"Onun nəyisə eşitməyə hazır olduğuna əmin deyiləm. Mənə elə gəlir ki, o, qərar qəbul etmə mərhələsindədir. O əvvəlcə hərəkətə keçir, sonra fikirləşir", - Zelenski qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, yalnız kollektiv şəkildə, birləşməklə Rusiyanı dayandırmaq olar.

Zelenski bundan əvvəl deyib ki, indi Ukraynanın sülh danışıqlarına başlamaq imkanı yoxdur. Rusiya rəhbərliyi dialoq aparmaq istəmir və buna hazır deyil.


16-06-2022, 08:51 | Saturasiyanın düzgün ölçülməsi. Vacib QAYDALAR

Saturasiyanın düzgün ölçülməsi. Vacib QAYDALAR


Son zamanlar pulsoksimetr ən çox istifadə olunan tibbi cihazına çevrilib. İstifadəsi çox rahat və asan olan bu cihaz ev şəraitinda qanda oksihgenin azalmasını vaxtında aşkar etməyə imkan verir.

Bildiyimiz kimi, saturasiyanın azalması koronavirusun ağırlaşmasına işarə edən ilk əlamətlərdən biridir. Pulsoksimetrin göstəricisi 95%-dən aşağı düşdükdə dərhal, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Saglamolun.az mövzunun aktuallığını nəzərə alaraq oxucularını saturasiyanın düzgün ölçülməsi qaydaları ilə tanış edir.

1. Rahat oturun, qolunuzu masanın üzərinə qoyun.

2. Əllləriniz normal temperaturda olmalıdır. Əllərinin soyuqdursa, bu pulsoksimetrin nəticəsinə təsir edə bilər. Bu halda saturasiyanı ölçməzdən əvvəl əllərinizi isti suda bir qədər saxlayın.

3. Saturasiyanı hər dəfə eyni əldə və eyni barmaqda ölçün.

4. Saturasiyanın ölçülməsi zamanı tərpənməyin. Bu nəticəyə təsir edir.

5. Uzun süni dırnaqlar nəticəyə ciddi təsir edir. Nəticə səhv ola bilər.

6. Saturasiyanı bir neçə dəfə ölçün. Əgər sizdə şübhə yaranarsa, dərhal həkimlə əlaqə saxlayın.


16-06-2022, 08:46 | Zelenski NATO və "G7" sammitlərinə dəvətləri qəbul edib

Zelenski NATO və "G7" sammitlərinə dəvətləri qəbul edib


Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada keçiriləcək "G7" sammitində və NATO-nun İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitində iştirak etmək üçün dəvətləri qəbul etdiyini bildirib.

"Report"a istinadən bildirir ki, bu barədə Şərqi Avropa ölkəsinin başçısı tviterdə yazıb.
Ətraflı

"Almaniyada keçiriləcək "G7" sammitində kansler Olaf Şoltsun, NATO-nun Madriddə keçiriləcək sammitində NATO-nun Baş katibi Yens Stoltenberqin əsas beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəvətini minnətdarlıqla qəbul etdim", - siyasətçi yazıb.

Ukrayna Prezidentinin hər iki tədbirdə şəxsən və ya videokonfrans vasitəsilə iştirak edəcəyi məlum deyil.


16-06-2022, 08:12 | Telefon üzərindəki bakteriyalar hansı xəstəliklərə yol açır?

Telefon üzərindəki bakteriyalar hansı xəstəliklərə yol açır?



Smartfonun səthində və korpusunda olan çirkin dəri dermatiti yaratmaq riski yüksəkdir.

Bu barədə "Ornament" profilaktik tibb tətbiqinin tədqiqatçısı Elina Şərifullina "Gazeta.ru"ya müsahibəsində bildirib.

"Telefonu istifadə edərkən onu birbaşa qulağa sıx yaxınlaşdırmaq həm qulaq siniri, həm də dəri üçün təhlükəli ola bilər, çünki qadjetlər dəri dermatitinə səbəb ola - bəzilərində, məsələn, nikel duzları ola bilər.

Mümkünsə telefon istifadəçiləri sevdikləri tətbiqləri kompüterə yükləsin. Həm hər axşam smartfonu və korpusunu təmizləməlisiniz. Bunun üçün tərkibində spirt olan xüsusi təmizləyici spreylərdən istifadə etmək daha yaxşıdır. İstifadəçilərimiz ağıllı telefonları sağlamlıqlarını izləməyə və bir çox xəstəliklərin qarşısını almağa kömək edən bir vasitə kimi istifadə edirlər. Lakin smartfonların səthində yaşayan bakteriya və virusların təmizliyinə nəzarət etməsəniz, təəssüf ki, problemlər də gətirə bilər" , - ekspert qeyd edib


16-06-2022, 08:00 | Çayın orqanizmə nə kimi faydaları var?

Çayın orqanizmə nə kimi faydaları var?

Çayın faydalı olması hamıya məlumdur. Bir stəkan isti çay qışın soyuğunda insanı isidir, xoş ətri yaxşı əhval-ruhiyyə və gümrahlıq verir.

Sağlamlığı qoruyur

Çay qanda xolesterinin səviyyəsini aşağı salır. Bu ətirli içkini qəbul etmək ürək-damar xəstəlikləri üçün əla profilaktikadır. Belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyini artırır.

İmmuniteti qaldırır

Alimlərin araşdırmaları göstərir ki, gündə bir neçə stəkan çay içən adamların immun sistemi daha aktiv olur. Bu içki xüsusilə mövsümi soyuqdəymələr zamanı faydalıdır.

Orqanizmi nəmləndirir. Bir tərəfdən çay susuzluğu əla yatırır, digər tərəfdən isə nəmi orqanizmin hüceyrə və toxumalarında saxlayır.

Dişləri qoruyur

Düzdür, dişlərə əsasən şirnisiz çay faydalıdır. Tərkibində olan tanin və ftor birləşmələri damaqları və diş minasını möhkəmləndirir, antioksidantlar isə kariyesə qarşı təsirə malikdir. Çaya şəkər qatmaqla onu faydalı xüsusiyyətdən məhrum etmiş olursunuz.

Yaşıl çayla dişləri yaxalamaq damaq xəstəliklərinin qarşısını alır. Bundan ötrü hər dəfə çay içərkən onu ağız boşluğunda bir qədər saxlayın. Çay dişlərdə sarı-qəhvəyi ərp saxlayır, ona görə hər dəfə çay içəndən sonra dişləri adi su ilə yaxalamaq lazımdır.

Arıqladır

Çay pəhriz üçün əla vasitədir, çünki kalorisizdir. Çay vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. Mütəmadi çay içməklə (faydalı bitkilər əlavə etməklə) artıq kalori və çəkidən azad olmaq mümkündür.

İriyarpaqlı qara çayı qurudulmuş rozmarinlə qarışdırıb dəmləmək və hər axşam isti halda, səhərlər isə soyuq halda içmək lazımdır. Bu içki şişkinliyi yatırdır, oynaqları hərəkətləndirir, ağrıların qarşısını alır.

Gözəllik açarı

Ətirli içki təkcə orqanizmin daxili üçün deyil, həmçinin xarici gözəllik üçün də faydalıdır. Yaşıl çay antibakterial və cavanlışdırıcı təsirə malik olduğundan, ondan bir çox kosmetik vasitələrdə istifadə edirlər. Yaşıl çay üz rəngini yaxşılaşdırır, dəri yorğunluğunu aradan qaldırır və elastikliyi artırır.

Hər gün üzü yaşıl çayla və ya buz kubiklərilə yumaq məsləhətdir. Tənzifi çay dəmləməsində isladaraq üzdə 15-30 dəqiqə saxlamaq əla canlandırıcı effekt verəcək. Yaşıl çayın xeyri çoxdur - tərkibində olan antioksidantlar, kofein, B2, P, C vitaminləri iltihaba qarşı təsir göstərir, qanda mikrosirkulyasiyanı yaxşılaşdırır. Ona görə bu içkidən problemli dəri üçün hazırlanan kosmetik vasitələrdə istifadə edirlər.

Həmçinin çaydan saçlara qulluq vasitəsi kimi də geniş istifadə olunur. Belə ki, çay baş dərisinin qidalanması və nəmlənməsi üçün faydalıdır. Yaşıl çaydan yaxalayıcı balzam kimi də yararlana bilərsiniz, saçlarınız incə və hamar olacaq. Qara çay dəmləməsi ilə saçları yaxalamaq onlara qızılı-qəhvəyi çalar verəcək.


16-06-2022, 07:51 | Hansı emosiyalar hansı XƏSTƏLİKLƏRİ yaradır? Hipertoniya, xora, mioma...


Hansı emosiyalar hansı XƏSTƏLİKLƏRİ yaradır? Hipertoniya, xora, mioma...

19-cu əsrin əvvəlində alman psixiatrı İohan Haynrot tibbi "psixosomatika" (psycho - ruh, somos - bədən) termini daxil edib.

Alim öz təcrübəsindən belə qərara gəlib ki, bir çox bədən xəstəliklərinin səbəbi ruhdur, yəni emosiyalardır. Təbii ki, söhbət mənfi emosiyalardan, mənfi hisslərdən gedir. Xüsusilə insan bu hisləri uzun müddət ərzində yaşayır, onları gizlədir, boğur, onlardan əziyyət çəkirsə, bu somatik xəstəliklərin inkişafına təkan verir.

Saglamolun.az bildirir ki, müasir elm də mənfi emosiyaların insan sağlamlığına olan təsirini təsdiq edir və psixosimatikanı daha dərin öyrənir.

Belə ki, psixosomatika mütəxəssislərinin fikrinə görə, qastrit və xora xəstəliyi daha tez-tez daim özündən narazı olan, öz hərəkətlərini, sözlərini daim analiz edən, özündə səhvlər axtaran, keçmişdə baş vermiş səhvləri, inciklikləri unuda bilməyən insanlarda inkişaf edir.

Hipertoniyaya həddindən artıq məsuliyyətli, işgüzar, istənilən işi sona qədər çatdırmaq üçün hər şeydən keçən, istirahət edə bilməyən insanlarda daha tez-tez rast gəlinir.

Qadın xəstəlikləri (mioma, kista və s.) xəyanətlə üzləşmiş, həyat yoldaşını sevməyən, ona etibar etməyən, öz qadınlığından imtina edən qadınlarda daha tez-tez təsadüf edilir.

Qaraciyər xəstəliklərinin riski qəzəbli, kinli, tez hirslənən, özündən çıxan insanlarda daha çoxdur.

Dəri xəstəlikləri (psoriaz, dermatitlər və s.) öz həyatından, işindən narazı olan, onlarda heç bir dəyişiklik edə bilməyən və daim bundan qıcıqlanan insanlarda inkişaf edə bilər.

Ürək xəstəlikləri sevinməyi, sevməyi bacarmayan, hirsi, kədəri, qorxuları daim dəf etməyə çalışan insanlarda daha tez-tez aşkar olunur.

Beləliklə, sağlam olmaq istəyirsinizsə, mənfi hisləri və emosiyaları atmağa, onları unutmağa çalışın, özünüzü və ətrafdakıları sevin, sevinin, insanları bağışlamağa bacarın, hirsi, kədəri, inciklikləri özünüzdə saxlamayın.


16-06-2022, 07:47 | Səssizlik sinirləri və ürəyi müalicə edir

Səssizlik sinirləri və ürəyi müalicə edir


Müasir dövrdə insanlar daim səs-küyün içində yaşayır. Maşınların, məişət və ofis texnikasının, televizorların, müxtəlif gəcetlərin səsi bizi daim əhatə edir.

Xüsusilə bu şəhər sakinlərinə aiddir.

Saglamolun.az bildirir ki, müxtəlif ölkələrdə aparılmış araşdırmalar sübut edib ki, səs-küy insan sağlamlığına ciddi ziyan vurur - ürək-damar, sinir, cinsiyyət, immun sisteminin fəaliyyətinə mənfi təsir edir. Güclü səs orqanizmdə stress hormonlarının (adrenalin, noradrenalin, kortizol) ifrazını artırır. Bu hormonların səviyyəsinin orqanizmdə daim yüksək olması baş ağrılarına, arterial təzyiqinin artmasına, yuxusuzluğa, piylənməyə, hətta sonsuzluğa səbəb olur.

Amerika alimləri sübut edir ki, aeropot və ya trass yollarının kənarında yaşayan insanlarda ürək-damar sistemi xəstəliklərinə, infarkt və insulta sakit yerlərdə yaşayan insanlarla müqayisədə daha tez-tez rast gəlinir. Daily Mail xəbər verir ki, alimlərin fikirinə görə, güclü səs insan həyatını qısaldır.

Əksinə isə səsssizlik insanın sağlamlığına çox müsbət təsir edir - təzyiqi və nəbzi normallaşdırır, sinirləri sakitləşdirir, beyinin fəaliyyətini, yaddaşı, təfəkkürü yaxşılaşdırır, immun və cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir.

Alimlər insanlara sakit yerlərdə (meşə, dağlar, dəniz kənarı və s.) tez-tez olmağı, evdə və ofisdə səsin səviyyəsini azaltmağı tövsiyə edirlər.


16-06-2022, 07:42 | "Tək səninəm" dediyiniz biri var?" sualına Məleykənin cavabı belə oldu

"Tək səninəm" dediyiniz biri var?" sualına Məleykənin cavabı belə oldu


Xalq artisti Məleykə Əsədova "7 canlı" proqramında qonaq olub.

axşam.az-a istinadən xəbər verir ki, aktrisa şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. O, aparıcı Vüsalə Əlizadənin "Tək səninəm" dediyiniz biri var?" sualına belə cavab verib:

"Zamanında olub, indi qızımdır. Sabah nə olacaq bilmirəm, amma mənə lazım deyil, çünki qız övladı böyüdürəm. Böyük danışmayım. Real deyil, həyatım Allahıma və qızıma aiddir. Qızım özüm boydadır, oxuyur. Universitetə daxil olsun. Vaxtım var ki, başqa nəyəsə? Qaçıram harasa. Sevgi ancaq övladıma, Allahımadır. Övladıma düzgün anayam".

Qeyd edək ki, M.Əsədovanın Gülər adlı qız övladı var.


16-06-2022, 07:38 | Havanın qəfil soyuması bu xəstəlikləri kəskinləşdirəcək - Kimlər ehtiyatlı olsun?

Havanın qəfil soyuması bu xəstəlikləri kəskinləşdirəcək - Kimlər ehtiyatlı olsun?

Azərbaycanda temperaturun qəfildən kəskin enməsi, oktyabrda bölgələrə qar yağması bir sıra xroniki xəstəlikləri olan şəxslərə təsirsiz ötüşməyəcək

Kimlər risk altındadır, soyuq havanın orqanizmə fəsadları nələrdir.

Soyuq havanın kəskinləşdirdiyi xəstəlikləri təqdim edirik:

-Astma - bronxit xəstəliyi, boğulması olanlar

-Şəkərli diabet xəstələri

-Meteohəssas insanlar

-Yüksək təzyiqi olanlar

-Ürək-damar xəstəliyi, qan damarlarında ateroskleroz olanlar infarkt, insult keçirmiş insanlar,

-Panik atak, nevroz və depressiyada olanlar

-Gözlərində problemi, iltihabi xəstəliyi olanlar

-Artroz, ostexondroz, artrit, revmatizması olanlar

-Rinit, sinusit, haymoriti olanlar, faringit

Yüksək rütubət, aşağı temperatur və soyuq iltihabi prosesləri aktivləşdirəcək.

Qeyd edək ki, orqanizmin havaya və kəskin iqlim dəyişməsinə reaksiyası meteopatiya adlanır.

Nə hiss edə bilərsiniz?

-Xüsusi təhlükəli hava şəraitində insanlarda səbəbsiz həyəcanlanma, qıcıqlanma, özündən çıxma, əsəbilik, yuxusuzluq və ya depressiv əlamətlər, süstlük, gərginlik tipli baş ağrıları artır.

-Belə günlərdə həkimlərə və təcili yardıma səbəbsiz hal dəyişmələrdən, ağrılardan müraciətlər çoxalır.

-Arterial təzyiqdə qəfil enmələr, qalxmalar müşahidə oluna bilər.

-Bəzən qarın boşluğunda və beldə spastik ağrılar başlayır, bunu zəhərlənmə ilə səhv də salırlar.

Təəssüf ki, belə havalarda və məqamlarda ürək-damar, beyin insultu səbəbindən ölüm hallarının sayı artır.

Sürətli külək səbəbindən yollarda kiçik travmalar alan şəxslərin də xəstəxanalara düşmə ehtimalı olur.

Nə etməli?

-Valideynlər xəstə, zəif, arıq və ya xüsusi xəstəliyi olan uşaqları həmin gün qapalı şəraitdə, özləri də yanında olmaqla saxlamalı

-Yaşlı, təzyiqi olan insanlar evdə qalmalı, təzyiq tənzimləyici dərmanlarını vaxtında qəbul etməli, sakitləşdiricilər içməli, evdə fikirlərini maraqlı və xoş bir şeylə məşğul etməlidirlər

-Boğulması, astma bronxiti olanlar küləkli havada çölə çıxmamalı, dərmanları yanında olmalıdır

-Gözlərində iltihabı, kataraktası, zəifliyi olanlar, rinit, haymoriti olanlar da maksimum evdə və qapalı yerdə olmalı. Küçəyə çıxarlarsa, qayıdanda göz damcısı tökməli, burunlarını dəniz suyu ilə yumalıdırlar.

-Əsəbi, nevrozu, depressiyası olanlar isə mütləq sakitləşdiriciləri qəbul etməli, evdə və ya işdə maksimum xoş təsir verən informasiya qəbul etməlidirlər, sosial şəbəkələrdən uzaq durum

-Diabet xəstələrinin aşağı ətrafları soyuq havadan daha sürətlə soyuduğundan və damarları tutulduğundan onlarda əl-ayaq uyuşması, sancmalar, keyimələr və qan dövranı pozulmasından ürəkdə, başda ağrılar ola bilər. Onlar da qan durulaşdırıcı və kardio aspirin kimi tabletlərini qəbul etməlidirlər.

-Əgər havada qəfil təhlükəli vəziyyətdən özünüzü yaxşı hiss etməsəniz, valerian, korvalol damcısından 10 damcı bir az suya damcıladaraq qəbul edə bilərsiniz.

-Ürək damarlarında əməliyyat olanlar, stend taxılan insanlar narahatlıq hiss edən kimi həkimi ilə əlaqə saxlasın

Məsləhət görərdik ki, havanın, küləyin təsirindən maksimum qorunmaq, orqanizmdə baş verəcək dəyişiklikləri nəzarətdə saxlamaq və bir şey olduğu halda özünüzə kömək etmək üçün bu günlərdə vacib olmadığı halda evdən çıxmayın.


16-06-2022, 07:33 | Pis ağız qoxusunun TƏHLÜKƏLİ SƏBƏBLƏRİ


Pis ağız qoxusunun TƏHLÜKƏLİ SƏBƏBLƏRİ

Bir çox hallarda pis ağız qoxusunun səbəbləri diş və damaq problemləri və natamam ağız boşluğu gigiyenasıdır.

Lakin bəzən pis ağız qoxusu daha təhlükəli pozulmalara işarə edir.

Münxen Texniki Universitetinin nəznində Klinikum rechts der Isar klinikasının həkimi professor Uve Himann bildirir ki, pis ağız qoxusunun səbəbləri arasında xroniki tonzillitdir (angina). Bu xəstəlik zamanı böyümüş badamcıqlarda bakteriyalar yığılır, irin əmələ gəlir ki, nəticədə pis qoxu yaranır.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, professorun sözlərinə görə, bu yayılmış problemin digər səbəbi şəkərli diabetdir. Ağızdan gələn şirin "meyvəli" qoxu diabetə işarə edir.

Ağır böyrək xəstəlikləri, böyrək çatışmazlığı zamanı ağızdan ammiak, sidik qoxusu gələ bilər. Böyrəklər pis işləyəndə qanı yaxşı təmizləmir, nəticədə qanda yığılan toksiki maddələr ağciyərdən ifraz olunmağa başlayır ki, bu da pis ağız qoxusuna səbəb olur.


Ağciyər absesləri və ağciyər xərçəngi zamanı da nəfəsdən pis qoxu gəlir.

Mədə xəstəlikləri və o cümlədən mədə xərçəngi zamanı ağız qoxusu çox kəskin olur.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.