16-06-2022, 07:24 | Şuşada doğulan Zülalov soyadının haqqını verən aktyor - Nadir fotolar

Şuşada doğulan Zülalov soyadının haqqını verən aktyor - Nadir fotolar


Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən "Cənnətim Qarabağ!" adlı rubrikanın bu dəfəki təqdimatı Əməkdar artist Əli Zülalova həsr olunur.

Teatr muzeyindən teleqraf.com-a verilən məlumata görə, layihə Prezident İlham Əliyevin 2022-ci ilin ölkədə "Şuşa ili" elan edilməsi haqqında Sərəncamına əsasən həyata keçirilir.

Layihə çərçivəsində muzeyin fondundan aktyorun yaradıcılığına dair bir neçə eksponat təqdim edilib.

XIX əsrin ortalarından başlayaraq Azərbaycan mədəniyyətinin inkişafındakı xüsusi töhfələri olan Zülalovlar ailəsinin nümayəndələrindən biri, milli opera səhnəmizdə özünəməxsus ifa tərzi ilə şöhrət qazanan Əli Əbdül oğlu Zülalov 1893-cü ildə Şuşada anadan olub. Erkən yaşlarından atasını itirdiyindən əmisi - dövrünün məşhur xanəndəsi Əbdülbaqi Zülalovun (Bülbülcan) himayəsində böyüyür.

Onun sənətinə olan rəğbətin təsirindən uşaq vaxtından musiqiyə maraq göstərməyə başlayır. Hələ 9 yaşında ikən mahnılar ifa edən Ə. Zülalovun müğənniliyə olan həvəsi onu teatr sənətinə gətirir.

Əmisi Bülbülcanla dostluq edən bəstəkar Üzeyir Hacıbəyli Əli ilə söhbət zamanı gəncin gur, xarakterik səsinə valeh olur. Elə bu səbəbdən onu özünün rəhbərlik etdiyi truppanın xor bölməsinə qəbul edir.
Ətraflı

Beləliklə, Ə. Zülalov səhnədə ilk addımlarını "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"nin truppasında atır və Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından olur. Bununla yanaşı təhsilini davam etdirmək niyyətində olan aktyor Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirir.

Təhsildən sonra yenidən səhnəyə qayıdan sənətkar Qarabağ xanəndəlik məktəbinin ənənələrini yaşadaraq Azərbaycan Dövlət Opera və Balet Teatrında müxtəlif rollara imza atır. Onun məlahətli ifası, səsindəki yanıqlıq tamaşaçıların ürəyinə sirayət edirdi.

Belə ki, Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Məcnunun anası, Zeyd, Leylinin atası, Məcnunun atası kimi müxtəlif partiyalarda çıxışı ilə şöhrətlənən aktyor, həm də Ü.Hacıbəylinin "Arşın mal alan", "Əsli və Kərəm", "Koroğlu", M.Maqomayevin "Şah İsmayıl", "Nərgiz", Z.Hacıbəylinin "Aşıq Qərib" və s. opera və operettalarında Süleyman, Paşa, Osmanlı, Keşiş, Ehsan paşa, Əbu Həmzə, Molla Mütəllim, Şahvələd obrazlarını da bənzərsiz məharətlə oynayıb.

(M. Maqomayev "Nərgiz" operası/ ADOBT,1938-39 - cu illər/ Ə.Zülalov - Molla Mütəllim)

1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olan Ə.Zülalov M. Maqomayevin "Nərgiz" operasındakı ifasına görə "Şərəf nişanı" ordeninə layiq görülüb. Mənbələrdə göstərilir ki, Ə. Zülalov cürbəcür hiylədən çıxan Molla Mütəllim obrazının xislətini o qədər canlı, peşəkarcasına yaradıb ki, onun bu çıxışı tamaşa boyu gurultulu alqışlarla müşayiət olunub.

Azərbaycan musiqi mədəniyyətinin tarixində nadir rast gəlinən - Zülalov soyadının haqqını layiqincə daşıyan Əli Zülalov 1963-cü ildə Bakıda vəfat edib.


15-06-2022, 16:23 | Başıbəlalı İsmayıllı meşələri məhv olma ərəfəsindədir- Məhv edilən meşələrin yerində tikilən restoranlar, otellər kimlərə məxsusdur..?

Başıbəlalı İsmayıllı meşələri məhv olma ərəfəsindədir- Məhv edilən meşələrin yerində tikilən restoranlar, otellər kimlərə məxsusdur..?



Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı araşdırma yazısı yazarkən maraqlı bir məlumata rast gəldim.
Sabiq nazir Hüseynqulu Bağırovun rəsmi tərcümeyi-halında göstərilir ki, guya onun sələfi olmayıb, yəni ondan qabaq nazirlik, nazir mövcud olmayıb, Hüseynqulunun xələfi isə indiki nazir Muxtar Babayevdir.
Sözün düzü, bu məlumatı savadsızlıq hesab etdim. Yəni inanmıram ki, burada qərəz-filan olsun.

Belə ki, Eldar Mansurov adlı şəxs 1992-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri olub.
1997-ci ildə nazirliyin adı dəyişib deyə, o demək deyil ki, tarixi yalan yazaq.
Ən maraqlı məqam odur ki, ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı həmişə mənfi nənada hallanıb.
Təsəvvür edirsiniz, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən, yəni ixtisasca tarix müəllimi olan Hüseynqulu Bağırov hara, Ekologiya hara..?
Özü də nazir....
Yumor-filan bir yana, axı ekologiya elmi ilə tarix elmi arasında 1 faiz də əlaqə yoxdur. Heç olmasa Hüseynqulu biologiya, yaxud coğrafiya müəllimi olsaydı, nəsə düşünmək olardı.
İndi buradan keçid edək, Hüseynqulunun xələfi, yəni təzə ekonazirimiz Muxtar Babayevə.
Bəli, Muxtar Babayev 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib.
Sonra 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Planlaşdırma Komitəsində çalışıb.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib.
İxtisası fəlsəfə olan adam, “QosPlan”da, İqtisadiyyat nazirliyində necə işləyə bilərdi..?
Deməli, iki mühüm nazirlikdə işləyən bu filosof Moskva Dövlət Universiteti kimi mühüm təhsil ocağından sonra Allah qoymasa, “Narxoz”a girib.
Sonra SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010-2018-ci illərdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2018-ci ilin aprelin 23-dən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziridir.
Sözümüzün canı odur ki, bütün bu problemlərin kökündə kadr siyasəti dayanır. Necə olur ki, tarix müəllimini, sonra isə filosofu ekologiya naziri qoyurlar ?
Axı, orada illər uzunu yetişmiş kadrlar, peşəkarlar var idi…
Bir məsələni də qeyd edək….
İki gün öncə xəbər yayıldı ki, xaricdən həkim gətiriblər ki, Bakı şəhərindəki xəstə küknar ağaclarını müalicə eləsin, dərman versin, iynə vursun ağaclara…
Rəsmi xəbərdə qeyd edilir ki, hər ağaca fərqli dozada məhlul vurulur. Məhlullar Türkiyədən gətirilmiş dərmanlar əsasında hazırlanıb. Təcrübə Mərkəzi Nəbatat bağında nömrələnmiş 12 ağac üzərində müxtəlif istiqamətlər üzrə aparılacaq.
Bunlar cəmiyyəti nə hesab edirlər?
Bir gecədə Bakıda 50 ağacı kəsib parking, anbar və s tikənlər siz deyilsiniz..?
Hamısının da arxasında rüşvət və korrupsiya dayanır.
Belə olmasaydı, sabiq nazir Hüseynqulu Bağırovun ölkədə və xaricdə 100 milyonluq mülkləri nəyin hesabına olardı..?
İndi də həmin əməlləri təzə nazir Muxtar Babayev davam etdirir. Özü də yaxın dostu, nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun əli ilə.
Bunlar gecə-gündüz ağacların dibinə müxtəlif maddələr töküb məhv edirlər, sonra həmin ərazidə obyektlər tikib satırlar.
İndi utanıb qızarmadan deyirlər ki, ağaclara iynə vurub sağaldacağıq.
Əslində isə Mirsalam Qənbərovun ekspertləri sağlam ağaclara xəstə rəyi yazıb məhv edirlər.
Guya camaatın Balakəndə, Qəbələdə, İsmayıllıda və başqa rayonlarımızda məhv edilən ağaclardan, yaşıllıqdan və onların yerində tikilən restoran və istirahət mərkəzlərindən xəbəri yoxdur..?
Bəli, İsmayıllı meşələri qırılaraq mebelə, kömürə, tikinti materialına çevrilir. Məmurlar isə milyonlar qazanır.
Görəsən, meşələrimizi məhv edən erməni vandallarla bəzi məmurların nə fərqi var..?
Bəs görəsən, bəh-bəhlə yaradılan Regional Ekologiya idarələri hara baxır..?
Axı, bunlar dövlətdən hər ay maaş alırlar.
Onu da qeyd edək ki, uzun illlər meşə terrorunun başında ekonazirin müavini Firdovsi Əliyev dayanıb.
Son illlər isə PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin yaxın adamı olan nazir müavini Vüqar Kərimov meşələri kəsməklə məşğuldur.
Görəsən nazir müavini Vüqar Kərimov İsmayıllıda kəsilən ağacların yerində tikilən otellərin sahiblərini tanımır..?
Bəs nazir-filosof-ekoloq Muxtar Babayev hara baxır..?
Niyə bunları görmək istəmir..?
Bütün bunların bir adı var: millətə qarşı düşmənçilik.
Sonda məşhur filmdən Söylü bajının dediyini Muxtar Babayevə demək istəyirik:
Eqolojiya, budur, Muxtar müəllim..?
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
gundelik baki.com

15-06-2022, 12:11 | Türk generaldan Yunanıstana XƏBƏRDARLIQ: Bilsinlər ki, yarım saata ora...

Türk generaldan Yunanıstana XƏBƏRDARLIQ: Bilsinlər ki, yarım saata ora...


1860-cı illərdə Yunanıstan Avropanın böyük gücləri Fransa, İngiltərə və Almaniya tərəfindən dəstəklənərək, Osmanlı imperiyasına qarşı çıxmışdı. Amma Osmanlıda 400 il hakimiyyəti altında yunanların nə dinlərinə, nə dillərinə, nə də mədəniyyətlərinə qarşı bir assimilyasiya edilmişdi".

Bunu milli.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Türkiyəli general bildirib ki, Yunanıstan bu təhdidlərinə və beynəlxalq hüquqa zidd davranışlarını davam etdirdiyi təqdirdə Türkiyə də artıqlaması ilə cavab verəcək:

"I Dünya Müharibəsində yunanların himayədarı ingilislər idi. Onların aranı qızışdırması nəticəsində yunanlar 15 may 1919-cu ildə Anadoluya hücum etdilər, sonra da 9 sentyabr 1922-ci ildə dənizə tökülmək vəziyyəti ilə üz-üzə qaldılar.

Sonra isə bu dəfə Amerikanın himayədarlığı ilə Türkiyəyə qarşı onların bu aqressiyaları II Dünya Müharibəsinə qədər davam edib. İkinci Dünya Müharibəsindən sonra Yunanıstan 1952-ci ildə Türkiyə ilə birgə NATO-ya üzv olub. 1952-ci ildən etibarən davamlı olaraq Türkiyə ilə arasındakı problemləri şişirdərək böyük dövlətləri özünün həm dini, həm də keçmiş "Yunan mədəniyyəti" adı altında ətrafına yığaraq Türkiyəyə qarşı silahlanıb, Qərbi Trakyadakı azlıqları yox etməyə çalışıb, ərazi suları və hava ərazisi ilə bağlı problemlər yaradıb.

1960-cı ilə qədər və 1960-ci ildən 1974-cü ilə qədər də ENES-US planı çərçivəsində Kiprdəki türkləri məhv etməyə çalışıb. Və indi isə "Megali İdea" planı çərçivəsində də "Böyük Yunanıstan" xəyalı ilə böyük dövlətlərin dəstəyi ilə nəsə etməyə çalışır.
Ətraflı

İndi də yenə Amerikanın, Avropa Birliyinin dəstəyi ilə, xüsusilə də Fransanın köməyi nəticəsində Türkiyəyə qarşı silahlanmaq yarışına girib. İndi dünyada son 3 ildə silahlanmağa dövlət büdcəsindən qeyri-sabit olaraq ən çox pul xərcələyən dövlət Yunanıstandır. Yunanıstan bu silahlanmağı Bolqarıstana, Makedoniyaya, Bosnia-Hersoqovinaya qarşı etməsi mümkün deyil. Bunu digər qonşularına qonşularına qarşı etmirsə, kimə qarşı edir? Türkiyəyə qarşı edir"

Eyni zamanda ABŞ vasitəsilə də 9 hərbi baza qurub. Dolayısı ilə prosesi Türkiyə-Yunanıstan gərginliyi olaraq görməkdən əlavə, prosesi Türkiyə-Amerika, Türkiyə-Avropa Birliyi olaraq görmək lazımdır. Bütün arsızlıqlarının, ərköyünlüklərinin, bütün sərsəm bəyanatlarının, yersiz təhdid dolu cümlələrinin arxasında bu qüvvələr var. Və sonuncu olaraq ABŞ Senatında Yunanıstan baş naziri öz siyasətlərini bir qırağa qoyaraq Türkiyəyə silah verilməməsi, Türkiyəyə təzyiq göstərməklə əlaqədar çıxışı ilə diqqət mərkəzinə düşdü. Bundan sonra Türkiyə ilə yarım saatlıq məsafəsindəki adalara gələrək Türkiyəni təhrik etməyə çalışdı.

Beynəlxalq hüquq sənədlərinə görə (1947-ci il Paris sazişinə görə) silahlanması qadağa olan adaları silahlandırmaqdadırlar. Xüsusən də Yunanıstan indi Amerikanın maşasıdır və Ağ Evin verdiyi təlimatları yerinə yetirməyə çalışır. Amma mən hər fürsətdə qeyd edirəm ki, Yunanıstan 9 sentyabr 1922-ci ili unutmasın.

Dünya tarixində "kukla" dövlət olan heç bir ölkənin dövlətinə, millətinə xeyiri olmayıb. Buna görə də Yunanıstan ağlını başına yığmalıdır. Yoxsa, Birinci Dünya Müharibəsindəki vəziyyət yenə onları gözləyəcək.

Təbii ki, Türkiyənin birinci hədəfi bu məsələni savaşla həll etmək deyil. Bizim təməl prinsipimiz "Yurdda sülh, cihanda sülh" fəlsəfəsi ilə qonşularımızla yaxşı qonşuluq münasibətləri çərçivəsində işlər görməkdir. Lakin Türkiyənin təhrik və təhdid edilməsi yolverilməzdir. Adaların bir qismi Yunanıstana 8 saatlıq məsafədə, Türkiyəyə yarım saatlıq məsafədədir. Yəni qışqırdığında eşidiləcək, Türkiyə sahillərindən baxdığın zaman işıqları görünən adalar var. İndi belə bir vəziyyətdə öz gücünə, öz dövlət strukturuna, öz silahlı qüvvələrinə güvənmədən bu cür təxribatçı davranışlar sərgiləyən Yunanıstan bilməlidir ki, Türkiyənin də səbrinin həddinin bir sonu var. Amma təbii ki, hər gərginliyi, münaqişə vəziyyətini də savaşla həll etmək mümkün deyil.

Öncə onu qeyd edim ki, Türkiyə xalq diplomatiyası ilə, eynilə NATO İttifaqı içərisində olan bir ölkəyə qarşı müharibə mövzusu bir az fərqli bir məsələdir. Amma təbii ki, səbrimizin də bir həddi var. Necə ki, 1960-dan 1974-cü ilə qədər Kipr üçün səbr edib, sonda Kipr Sülh Korpusunu yaratdıqsa, Yunanıstan bu təhdidlərinə və beynəlxalq hüquqa zidd davranışlarını davam etdirdiyi təqdirdə Türkiyə də artıqlaması ilə cavab verəcəkdir. Amma mən yaxın bir müddətdə hər hansı savaşın baş verəcəyini düşünmürəm".

Təhməz Əsədov

15-06-2022, 10:08 | Azərbaycana uğur gətirən siyasət

Azərbaycana uğur gətirən siyasət


Müasir müstəqil Azərbaycanın banisi və milli dövlətçiliyimizin xilaskarı Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti tariximizin mühüm bir dövrünü əhatə edir. Təsadüfi deyil ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə qızıl hərflərlə yazılıb. Onun 1969-1982-ci illərdə birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlər milli özünüdərkin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev o vaxt keçmiş ittifaq daxilində geridən qalmış aqrar respublika kimi tanınan Azərbaycanı düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün qısa zaman ərzində qəti addımlar atmışdı. Ulu Öndər respublika rəhbəri seçiləndən sonra uzaqgörənliklə Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks proqram hazırlanmasını və icrasını təmin etmişdi. Xalq Ümummilli Liderin respublikanın gələcəyi naminə gördüyü işləri yüksək qiymətləndirərək Onun atdığı addımları rəğbətlə qarşılamışdı.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, həmin dövrdə elmə, təhsilə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev 1970-ci illərdə hər il 2 min nəfərə qədər gənci keçmiş ittifaqın tanınmış ali məktəblərinə, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün ayrı-ayrı şəhərlərdəki hərbi təhsil ocaqlarına göndərib. Həmin illərdə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasını da böyük və mühüm hadisə adlandırmaq olar. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi. Ona görə ki, müstəqil dövlətimizin gənc ordusunun formalaşmasında məhz həmin məktəbin yetirdiyi hərbi kadrların bilik və təcrübəsi mühüm rol oynamışdır.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə ölkəmiz bir çox təhlükələrlə üz-üzə idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi qalmamış, ölkəmizdə separatçılıq meyilləri artmış, real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükədə olduğu anda Ulu Öndər Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, ölkəmizi düşdüyü bu ağır vəziyyətdən, hərbi, siyasi və sosial-iqtisadi böhrandan yalnız Ümummilli Liderimiz xilas edə bilər.
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıtdığı ərəfədə ölkəmiz olduqca ağır vəziyyətdə idi. Çünki, həmin vaxta qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik pik həddə çatmışdı. Bu fürsətdən istifadə edən işğalçı Ermənistanın silahlı qüvvələri torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyondan çox soydaşımızı öz doğma vətənində məcburi köçkünə çevirmişdi. Buna baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdışı xalqda böyük inam yaratmışdı. Belə ki, Ulu Öndər hakimiyyətə qayıdandan sonra qətiyyətlə və inamla bəyan etmişdi: “Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.
1993-cü ilin iyunundan başlayaraq Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq inkişaf yoluna qədəm qoydu. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə qarşı çıxan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası həyata keçirildi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi” kimi nəhəng Saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Ölkənin bütün sahələrində hərtərəfli islahatlar həyata keçirildi. 1995-ci ildə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə ilk müstəqil Konstitusiya layihəsi hazırlandı və ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Siyasi plüralizm, demokratiya, söz və mətbuat azadlığı təmin edildi, humanizm prinsiplərinə əsaslanan qanunlar qəbul edildi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam”, - deyən Ulu Öndərimiz 2001-ci ilin noyabrında Bakıda bütün Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinə nail oldu. Ümumiyyətlə, ölkədə müstəqil Azərbaycanın gələcək inkişafını şərtləndirən əlverişli mühit yaradıldı.
Xüsusi olaraq qeyd etmək gərəkdir ki, Ulu Öndərimiz Azərbaycan gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşmış, onların qarşısında “Gənclərin ən ümdə vəzifəsi müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır” vəzifəsini qoymuşdu. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərin himayədarı və dəstəkçisi olub. Təsadüfi deyil ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynayır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sevindirici haldır ki, 2003-cü ildən etibarən Heydər Əliyev siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirir. Bu mənada, dövlətimizin başçısı Azərbaycan gəncliyinin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır.
Yeri gəlmişkən, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların qəhrəmanlığı ilə əldə olunan şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.
Qeyd edək ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, Azərbaycanın ədalətli mövqeyinin, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Təbii ki, gənclərimizin bu istiqamətdəki fəaliyyətləri bu gün də davam edir.
Bu gün inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. İndiki dövrdə bu məsuliyyətli yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, Mənim ürəyim sizinlədir. Siz bütün işlərdə Mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - deyə söylədiyi fikirlər Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.
Beləliklə, birmənalı şəkildə, demək olar ki, regionun lider dövlətinə çevrilən müstəqil Azərbaycan dövləti adı tariximizə qızıl hərflərlə həkk olunmuş Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız, o cümlədən Azərbaycan gəncliyi müstəqil dövlətimizin qurucusu və xilaskarı olan Ulu Öndərin əziz xatirəsini qəlbində əbədi yaşadacaq.

Qara Abdullayev,
Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi .

15-06-2022, 09:59 | İqtisad Universitetində müəmmalı “İSLAHAT”: - Kafedralar ləğv edilir, professorlar “ofsayd”a salınır

İqtisad Universitetində müəmmalı “İSLAHAT”: - Kafedralar ləğv edilir, professorlar “ofsayd”a salınır


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) nəzərdə tutulan struktur islahatları professor-müəllim heyətini qeyri-müəyyənliyə salıb. DİA.AZ bildirir ki, Yenicag.az-a daxil olan məlumata əsasən, UNEC Elmi Şurası İqtisadiyyat fakültəsinin nəzdində fəaliyyət göstərən 7 kafedranın ləğv edilərək onların bazasında 2 – İqtisadiyyat və İctimai idarəetmə və sosial innovasiyalar kafedralarının yaradılması haqqında qərar qəbul edib.

Məlumata görə, bu dəyişikliklər uzun müddətdir həmin kafedralarda fəaliyyət göstərən, ölkənin iqtisadi fikrində böyük nüfuza malik çox sayda alimin qeyri-müəyyən vəziyyətə salınaraq onlardan dərs saatlarının alınması, işlərini itirmələri, yaxşı halda universitetdə məsləhətçi qismində saxlanmaları ilə nəticələnəcək.

Qeyd olunur ki, əslində, bəhs olunan dəyişikliklərin əsas məqsədi UNEC rəhbərliyinin həmin nüfuzlu alimlərdən xilas olmaq, onların yerinə isə öz mövqeyi olmayan, istənilən göstərişi müzakirəsiz icra etməyə hazır olan kadrların yerləşdirilməsidir.

İddiaya əsasən, nəzərdə tutulan alimlərə qarşı istifadə olunan əsas “arqument”lərdən biri onların iqtisadiyyat üzrə xarici elmi jurnallarda məqalələrlə çıxış etməmələridir. Lakin işlərini itirmək təhlükəsi ilə üzləşən alimlərin əksəriyyəti elmi müdafiələrini postsovet məkanının müxtəlif universitetlərində gerçəkləşdirərək bu sahədə yetkin mütəxəssis kimi özlərini təsdiqləyiblər.

Haqqında danışılan iddialara münasibət bildirən UNEC İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova Yenicag.az-a açıqlamasında bildirib ki, universitetdə nəzərdə tutulan dəyişikliklərin bu formada təqdim olunması həqiqəti əks etdirmir:

“Bizim Elmi Şuranın iclasında qəbul edilən qərarlardan biri də bəzi kafedraların ləğvi və onların bazasında yeni kafedraların yaradılması ilə bağlı oldu. Bu barədə məlumat paylaşmışıq. Amma müəllimlərin ixtisara düşməsi ilə əlaqədar məlumat həqiqəti əks etdirmir.

Sadəcə eyni profilli olduğu üçün həmin kafedraların bazasında yeni kafedra yaradılır. Lakin müəllimlərin ixtisara düşməsinə dair məlumat doğru deyil. Bizim universitetdə məsləhətçi vəzifəsində yalnız professorlar ola bilər. Məsələn, yaşı 70-dən yuxarı olan bəzi professorlar işə gəlib-gedə bilmirlər.

Amma professordurlar, bilikləri çoxdur, burada bizimlə təcrübələrini bölüşə bilər deyə onlar könüllü şəkildə ərizə ilə müraciət edərlərsə, məsləhətçi-professor ştatına keçə bilərlər. Yəni müəllimlər əvvəlki qaydada işləyəcəklər. Bilirsiniz, sadəcə yaşı 70-dən yuxarı, iş qabiliyyəti müəyyən qədər məhdud olan, dərs demək potensialı zəif olan müəllimlərlə danışılacaq, onlardan kim istəsə, öz ərizəsi ilə işdən xaric ola biləcək. Burada kimisə məcburən işdən çıxarmaq mövzusu yoxdur.

Onu da qeyd etməliyəm ki, Elmi Şura bu barədə qərar qəbul etsə də, məsələ hələ əmrləşdirilmədiyi üçün o kafedraların fəaliyyətinə xitam verilməyib və yeniləri yaradılmayıb. Amma bu proses gedir və Elmi Şuranın qərarı yaxın vaxtlarda əmrləşəcək”.


15-06-2022, 09:55 | "Milli Qurtuluş günü Azərbaycan üçün yüksəliş dövrünün başlanğıcıdır" - FOTO

"Milli Qurtuluş günü Azərbaycan üçün yüksəliş dövrünün başlanğıcıdır" - FOTO


Azərbaycanın Milli Qurtuluş günü kimi qeyd olunan 15 iyun üçrəngli bayrağın altında əbədi olaraq müstəqil qalacaq Azərbaycan üçün yüksəliş dövrünün başlanğıcıdır.

Bunu Trend-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

"Azərbaycanın ümummilli lideri Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün xalqın dəvəti ilə Naxçıvan Muxtar Respublikasında Bakıya qaytmış və iyunun 15-də Ali Sovetin sədri seçilmişdi. Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində üzləşdiyi daxili təhdiddən və ağır iqtisadi və siyasi çətinliklərdən ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində qurtuldu", - deyə o bildirib.


Y.Topçu əlavə edib ki, işğal altında olan Qarabağ azad olunmaqla ümummilli lider Heydər Əliyevin vəsiyyəti Prezident, Vətən müharibəsinin müzəffər Ali Baş Komandanı İlham Əliyev və qəhrəman Azərbaycan xalqı tərəfindən yerinə yetirilib.

"Bir çox daxili və xarici problemləri geridə qoyan Azərbaycan bu beynəlxalq təşkilatlarda yer alan, müstəqil daxili və xarici siyasət yürüdən, inkşaf edən və beynəlxalq səviyyədə söz sahibi olan böyük dövlətdir. "Bir millət, iki dövlət" olduğumuz Azərbaycanı 15 iyun Milli Qurtuluş günü münasibətilə təbrik edir, Azərbaycanın Ulu öndəri Heydər Əliyevi rəhmətlə anır, Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqına hörmətimi ifadə edirəm", - Y.Topçu vurğulayıb.


15-06-2022, 09:40 | Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib


Türkiyənin Bakıdakı səfirliyi 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend-ə istinadən bildirir ki, bununla bağlı səfirliyin "Twitter" səhifəsində paylaşım edilib.

"Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik", - paylaşımda deyilir.

15-06-2022, 09:28 | Heydər Əliyev Azərbaycan dövlətini və xalqını xilas etdi - VİDEO - FOTO

Heydər Əliyev Azərbaycan dövlətini və xalqını xilas etdi - VİDEO - FOTO


1993-cü ilin iyununda Azərbaycan ağrılı-acılı günlər yaşayırdı və ölkəmiz məvh olmaq, yenicə qazanılan müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə idi. İqtisadiyyat tamamilə çökmüşdü, ölkə idarəolunmaz durumda idi, erməni işğalı geniş vüsət almışdı. Daxildə isə vətəndaş müharibəsi, qardaş qırğını baş qaldırmışdı. İnsanların gələcəyə heç bir inamı yox idi. Belə bir çətin və mürəkkəb dövrdə Azərbaycan xalqı yeganə çıxış yolu kimi ümidini Heydər Əliyevə bağlayırdı. Beləliklə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı və tez bir müddətdə Azərbaycanı bu çətin durumdan çıxardı.

Bunu Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif layihəsinin Milli Qurtuluş Günü ilə bağlı buraxılışında YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib.

O, əlavə edib ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyindən söhbət gedə bilməzdi:

"Tam əminliklə demək olar ki, həmin illərdə ölkəmizi bu təhlükələrdən yalnız Heydər Əliyev çıxara bilərdi. Azərbaycan xalqı bunu yaxşı başa düşür, xilasını Heydər Əliyevdə görürdü. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkə idarəçiliyinin müxtəlif sahələrində nizam-intizam yarandı, ictimai-siyasi sabitlik bərqərar oldu, silhalı cianyətkar dəstələr zərərsizləşdirildi, cəbhədə vəziyyət nəzarətə alındı və Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu. Bu günkü güclü və qüdrətli Azərbaycanın təməlini Heydər Əliyev məhz həmin illərdə qoyub. Sonrakı illərdə isə ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı daha da inkişaf etdirdi və bu gün ölkəmiz dünyada xüsusi söz, hörmət sahibidir. Ən əsası isə Azərbaycan Vətən Müharibəsində tarixi Zəfər qazanaraq öz gücünü dünyaya göstərdi.

Siyasi şərhçi Tofiq Abbasov isə bildirib ki, 90-cı illərin əvvələrində Azərbaycanın üzləşdiyi problemlər insanlarda dəhşətli inamsızlıq, ümidsizlik yaratmışdı:

"İnsanların gələcəyə ümid yox idi. Hakimiyyətdə təmsil olunan səriştəsiz kadrlar ölkəni iflic vəziyyətə salmışdı. Dövlət idarəçiliyi sanki eksperimentlə həyata keçirilirdi. Həmin dövrdə biz mütəmadi insanlar arasında olur, jurnalist kimi sorğular keçirirdik. Xalqın bütün təbəqləri Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdi. Belə bir durumda Heydər Əliyev Bakıya gəldi və ölkəsini, xalqını xilas etdi. Heydər Əliyevin gəlişi insanlarda ümidi diriltdi, tariximizdə dönüş nöqtəsi oldu". T.Abbasov əlavə edib ki, ulu öndərin qətiyyəti sayəsində cəbhədə erməni işğalının qarşısı alındı, düşmənin təcavüzü dayandırıldı. Bütün sahələrdə uğurların təməli qoyuldu: Heydər Əliyev hakimiyyətdə olduğu 10 il ərzində elə bir möhkəm təməl qoydu ki, sonrakı illərdə onun siyasi varisi Prezident İlham Əliyev bu vektorları böyük ustalıqla və uğurla inkişaf etdirdi".

Videomühasibəni təqdim edirik.





15-06-2022, 09:26 | Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib - FOTO

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib - FOTO


Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən "Mənim dənizlərim, mənim okeanlarım" (My Seas, My Oceans) sərgisinin açılışı olub.

AZƏRTAC-a istinadən bildirir ki, sərginin açılışında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.

BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya açılış nitqində bildirib ki, iyun ayı ənənəvi olaraq BMT-nin okeanlar və su hövzələrinin qorunmasına həsr olunmuş konfrans və digər tədbirlərinin keçirildiyi dövrdür. Həmin ərəfədə okeanlara və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəldən sərginin təşkili xüsusi əhəmiyyət daşıyır. Dünyanın 70 faizindən çox ərazisini tutan su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirlərə məruz qalır.

O, Leyla Əliyevaya və sərgidə öz əsərləri ilə iştirak edən rəssamlara, eləcə də sərginin kuratorlarına bu cür mühüm mövzunu incəsənət vasitəsilə ictimailəşdirdiklərinə görə minnətdarlıq edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında qonaqları "Mənim dənizlərim, mənim okeanım" sərgisində salamlamaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, bu sərgi incəsənət vasitəsilə diqqəti bəzi qlobal məsələlərə yönəltmək üçün fürsətdir. Çünki bədii yaradıcılıq insanların qəlbinə toxunmaq və ona səslənmək üçün ən yaxşı yollardan biridir: "IDEA-da biz ətraf mühitin qorunmasının vacibliyi mesajını çatdırmaq üçün həmişə incəsənət və bədii yaradıcılıqdan bəhrələnirik. Təşkilatımız 2011-ci ildə təbiətimizi və biomüxtəlifliyimizi qorumaq missiyası ilə yaradılmışdır. Biz insanları təhsilə, incəsənətə, musiqiyə, maarifləndirməyə və ən əsası təbiətdə daha çox zaman keçirməyə təşviq etmək istəyirik".

Qeyd edilib ki, IDEA, həmçinin çirklənmə ilə mübarizəyə, heyvanların və dənizlərdə həssas ekosistemin qorunmasına diqqət yetirir. Çünki su bəşəriyyətin varlığı üçün vacibdir, su həyatdır. Son 50 ildə dəniz canlılarının 50 faizinin məhv olduğunu etiraf etmək çox çətindir. Bəşəriyyət çaylara, dənizlərə və okeanlara ciddi zərbə vurub: "Mən deyərdim ki, insanlar və təbiət bir-biri ilə sıx bağlıdır. Təbiəti incitsək, bununla biz ilk növbədə özümüzə zərər vermiş olarıq. Lakin mən həqiqətən inanıram ki, yoxa çıxan parçaları müsbət düşüncə ilə geri qaytara bilərik. Düşünürəm ki, insanlar nə qədər xoşbəxt olsalar, təbiətə daha çox qayğı göstərərlər. Bizi ilk növbədə, xoşbəxt edən elə təbiətin özüdür", - deyə Leyla Əliyeva bildirib.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri sərginin təşkilində iştirak edən tərəfdaşlara, kuratorlara və əsərləri sərgilənən rəssamlara minnətdarlığını bildirib.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Ofisinin direktoru Bruno Pozzi uzun illərdən bəri IDEA-nın tərəfdaşı qismində təmsil etdiyi təşkilat adından bu sərgiyə qatılmasından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, sərgi diqqəti dünyada hamını məşğul etməli olan problemə yönəldir. Su mavi planetimizdə ən vacib resurs və həyat mənbəyidir. Planetimiz su olmadan mövcud ola bilməyəcəyinə görə, suyun, su hövzələrinin və oradakı canlı aləmin qorunmasına yönəlmiş təşəbbüslər bütün mümkün imkanlar vasitəsilə dəstəklənməlidir. İqlim dəyişiklərinin baş verdiyi müasir dövrdə qlobal çağırışlar sırasında yer alan su resurslarının mühafizəsi prioritet təşkil etməlidir.

Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov sərginin təşkilinə görə BMT-nin Cenevrə bölməsinə və IDEA İctimai Birliyinə minnətdarlığını bildirib. O vurğulayıb ki, bu sərgi Azərbaycanın gənc incəsənət xadimlərinin dünyanı düşündürən qlobal çağırışa sənət vasitəsilə bədii ifadələrini əks etdirir.

Çıxışlardan sonra Cenevrədə fəaliyyət göstərən "İrs" uşaq rəqs ansamblı Azərbaycan xalq mahnılarından ibarət bədii proqramla çıxış edib. Sonra sərgiyə ictimai baxış olub.

Qeyd edək ki, Cenevrədəki Millətlər Sarayında (Palace of Nations) iyunun 30-dək davam edəcək sərgidə Azərbaycanın doqquz müasir rəssamının əsərləri təqdim olunur. Gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının vacibliyi ekspozisiyadakı əsərlər vasitəsilə vurğulanır, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağın ən yaxşı yolunun yaradıcılıqdan keçdiyi xatırladılır.

Gələcək nəsillərə daha yaxşı planet əmanət etdiyimizə əmin olmaq üçün hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin tərəfdaşlığı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində böyük əhəmiyyət kəsb edir.

Ətraf mühitin mühafizəsində və dayanıqlı inkişafın təmin edilməsində dünyanın üzləşdiyi problemlərin vacibliyini çatdırmaq üçün şübhəsiz ki, incəsənət ən təsirli vasitələrdən biridir. Bu cür çağırışlar arasında iqlim dəyişikliyi, çirklənmə, həddindən artıq balıq ovu və nəslinin kəsilməsi kimi məsələlər daxil olmaqla, ekoloji maarifləndirmə imkanlarının təşviq edilməsi var.

Cavid İlham, Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Leyla Əliyeva, Mirəli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova sərgidə öz əsərlərindəki mesajları bu kimi problemlərə yönəltməklə, insanların mövzu barədə daha geniş təsəvvürə malik olmalarını təmin edir və ekoloji fəaliyyət üçün ictimai dəstək toplayır, bununla da qlobal məqsədlərə töhfə verilir.

x x x

İsveçrənin Cenevrə şəhərində səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyunun 14-də BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

T.Valovaya BMT-nin Cenevrə bölməsində Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Mənim dənizlərim, mənim okeanlarım" sərgisinin təşkilinə görə məmnunluğunu ifadə edib. O bildirib ki, sərginin BMT-nin okeanlara və su hövzələrinə dair sammitinin keçiriləcəyi iyun ayına təsadüf etməsi bu qlobal mövzunun incəsənət vasitəsilə təbliğinə töhfə verəcək. T.Valovaya sərgidə təqdim olunan əsərlərin mahiyyətinin vacibliyi, xüsusilə su mövzusunun aktuallığı və qlobal səviyyədə əhəmiyyətini vurğulayıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sərginin təşkilinə göstərdiyi şəxsi diqqətə və onun açılışında iştiraka görə T.Valovayaya minnətdarlığını ifadə edib.

Görüşdə BMT ilə Heydər Əliyev Fondu və IDEA arasında əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti vurğulanıb və yaxın gələcəkdə təmasların artırılmasını vacibliyi qeyd edilib. Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri, gənclər, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və digər məsələlərlə bağlı layihələrə, eləcə də BMT-nin Cenevrə bölməsində müxtəlif səpkili tədbirlərə IDEA-nın əməkdaş və ekspertləri ilə qatılması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, qadınların hüquqlarının qorunması və onların cəmiyyətdə rolunun gücləndirilməsi kimi mühüm mövzunun aktuallığı nəzərə alınaraq, bu sahədə əməkdaşlıq barədə söhbət aparılıb.

Söhbət zamanı T.Valovayanın Azərbaycana baş tutacaq səfərinə və Bakıda keçirəcəyi görüşlərə də toxunulub.

x x x

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsinin iqamətgahında yerləşən "Azərbaycan otağı"nın rekonstruksiyası ilə bağlı təqdimatla tanış olub.

Bildirilib ki, BMT-nin Cenevrə bölməsində 20-dən artıq ölkəyə həsr olunmuş otaq və zallar mövcuddur. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş və milli xalçalarla, Azərbaycan rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş "Azərbaycan otağı" mühüm iclasların və regional mövzularda toplantıları keçirilməsi üçün istifadə edilir. Otağın müasir texnoloji standartlara cavab verməsini təmin etmək üçün yeni layihəyə start verilib. Almaniyanın "Luther Design" şirkəti otağın yerləşdiyi tarixi binanın konsepsiyasını qorumaqla, Azərbaycan mədəniyyəti, incəsənəti, sənətkarlıq və milli musiqisinin təqdim olunduğu layihə ilə çıxış edib.

"Azərbaycan otağı"nın rekonstruksiya işlərinə bu ilin sonunda start veriləcək.

x x x

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan "Düşüncələr və arzular" adlı heykəltəraşlıq abidəsini ziyarət edib.

Məlumat verilib ki, 1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən çox incəsənət, rəsm və heykəltəraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.

Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 25-ci ildönümü münasibətilə hədiyyə edilmiş abidənin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir.

x x x

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsinin kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edib.

Kitabxananın müdiri Françesko Pisano kitabxananın fondunu zənginləşdirən nəşrlərə görə minnətdarlıq edib və kitabxananın tarixi barədə məlumat verib.

Bildirilib ki, kitabxananın fondunda bir çox mühüm sənədlər, eləcə Paris sülh konfransına aid arxiv sənədləri saxlanılır. Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə aid bir çox tarixi sənədlərin əsilləri qorunur. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur. 2016-cı ildə həmin materiallar rəqəmsal formata keçirilib və onlayn kataloqa daxil edilib.

F.Pisano gələcəkdə kitabxana fondunun Azərbaycan haqqında daha çox kitabla genişlənəcəyinə ümidvar olduğunu bildirib.






15-06-2022, 09:13 | Azərbaycanda uşaqlar arasında yayılan xəstəlik meymunçiçəyidir? - Professordan VACİB AÇIQLAMA

Azərbaycanda uşaqlar arasında yayılan xəstəlik meymunçiçəyidir? - Professordan VACİB AÇIQLAMA


Koronavirus pandemiyasından sonra dünyanı meymunçiçəyi virusu cənginə almağa başlayıb. Bir çox ölkədə adı çəkilən virusa yoluxma halları qeydə alınıb. Bunun nəticəsində bəzi ölkələrdə müəyyən tədbirlər də görülüb.

Meymunçiçəyi virusuna Azərbaycanla qonşu ölkələrdə də rast gəlinib. Hələlik Azərbaycanda məlum virusa yoluxma halı qeydə alınmayıb.

Lakin ölkə ərazisində son dövrlər suçiçəyi virusuna yoluxanların sayında artım müşahidə olunur. Bununla bağlı sosial şəbəkələrdə müzakirələr də aparılır. Bəzi valideynlər övladlarının şəkillərini paylaşaraq bu virusun meymunçiçəyi olma ehtimalını da irəli sürüb. Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Professordan ölkədə meymunçiçəyi virusunun qeydə alınma ehtimalının nə qədər yüksək olmasını soruşduq.

Tibb elmləri doktoru açıqlamasında bildirdib ki, Azərbaycana meymunçiçəyinin gəlməsi tam realdır: "Biz qloballaşan dünyada yaşayırıq və virusun ölkəmizə gəlməsi real görünür. Bunu kim desə ki, meymunçiçəyi vriusu Azərbayacana gələ bilməz, bu yanaşma yanlışdır.

Nə qədər ki, rəsmi dairələr bu virusun ölkədə olmasını təsdiq etməyib, bunu birmənalı təsdiq edə bilmərik. Meymunçiçəyi təkcə klinik əlamətlərlə deyil, laborator olaraq da təsdiq olunmalıdır. Bununla bağlı lazım olan karantin tədbirləri görülməlidir. Ən əsası isə əhali bu istiqamətdə maarifləndirilməlidir.
Ətraflı

İnfeksiya ölkəyə hər hansı yolla gələ bilər. Bunu heç həmin şəxsin özü də bilməyə bilər. Burada əsas məsələ əhalinin bu infeksiyaya qarşı necə mübarizə aparmasıdır. Bu istiqamətdə ciddi işlər görülməlidir.

Bəzən sosial şəbəkədə məsuliyyətsiz həkimlər peyda olur ki, hamını aldadırlar. Bunun nəticəsi olaraq insanlarda yanlış təsəvvürlər formalaşmağa başlayır. Pandemiyanı real nəticələrdən sonra inkar etmək böyük çaşqınlıq yaradır. Nəticə olaraq bir qrup insan da bu cür dezinformasiyaların arxasınca sürünürlər".

Adil Qeybulla suçiçəyi ilə meymunçiçəyinin ecə ayırd edilməsi ilə bağlı suala belə cavab verib:

"Suçiçəyi varicella-zoster mikroorqanizm tərəfindən törədilib. Meymunçiçəyi isə "monkeypoks" viruslardandır. Bu virus nisbətən ağır gedişə malikdir. İnsanlar özbaşına bunu ayırd edə bilməzlər. İnsanlar bunu görməyib, fərqində olmayıblar. Ən azı buna bir təcrübə lazımdır. Telekanallar vasitəsilə bunu insanlara izah etmək lazımdır. Meymunçiçəyi zamanı baş və boyun ağrıları, yüksək hərarət, titrətmə olur. Daha sonra dəridə suluqlar əmələ gəlir. Bu suluqlar bir-birinə çox sıx yerləşir və içərisi şəffaf olmayan maye ilə dolu olur, irinə bənzəyir.

Suçiçəyində də içi mayeli qabarıcıqlar olur. Lakin nisbətən xırda olur. İnsanlar bilməlidir ki, bunları əllə qoparmaq olmaz. Çünki onda iz buraxa bilər. Xüsusi antiseptiklərdən vurmaq lazımdır".//BAKU.WS//

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.