10-05-2022, 15:40 | Ulu Öndər və milli mədəniyyətimizin tərəqqisi

Ulu Öndər və milli mədəniyyətimizin tərəqqisi


Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti




Bu, bir gerçəklikdir ki, müasir müstəqil Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynayıb. Sözsüz ki, bu sırada şəxsiyyət – lider amili mühüm yer tutur. Bu mənada, ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, müdrik və uzaqgörən siyasəti Azərbaycanın tərəqqisi və inkişafına xidmət edib.


Hələ Sovetlər dönəmində aqrar respublika olan Azərbaycan məhz ulu öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxmış və bütün sahələrdə mühüm uğur­lar, parlaq nəticələr əldə etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sözləri ilə desək, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyətdir. Dünya miq­yaslı ictimai-siyasi xadimin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya birliyində öz layiqli yerini tutmuşdur. Dahi şəxsiyyətin yüksək mədəniyyəti, dərin biliyi, iti zəkası və ünsiyyət tərzi insanları onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inandırırdı.

Ümummilli liderimiz SSRİ dövründə təkcə respublikamızı gücləndirmədi. O, Azərbaycan xalqını təhlükələrdən qorumaq və onun bir millət kimi formalaşması üçün ana dilimizin rəsmi dövlət dili olmasına nail oldu. Dahi şəxsiyyət bilirdi ki, bir millətin ruhuni, milli məfkurəsini, ge­netik yaddaşını və mənəvi dəyərlərini yox etmək üçün dil və dininini əlindən almaq yetərlidir. O bilirdi ki, ana dilimiz könül coğrafiyamızın gələcək inkişafı və türk birliyinə nail olmaq yolunda çox önəmli amillərdən biridir. Onu Türkdilli Dövlətlər Şurasının inkişafına, bütövlükdə, türk dünyası­nın inteqrasiya proseslərinə verdiyi töhfələrə görə əvəzsiz bir fenomendir.

Heydər Əliyevin ölkəmizin ən yeni tarixində, yeri və roluna nəzər salarkən onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərin, altına imza atdığı möhtəşəm nailiyyətlərin əhəmiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Əvvəla qeyd etmək lazımdır ki, onun hakimiyyətinin birinci dövrü­nü əhatə edən 1969-1982-ci illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər respublikamız üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilərək res­publikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar respublikamızın inkişafını təmin etdi. Eyni zamanda, müstəqillik dövründə ulu öndərin titanik və yorulmaz fəaliyyəti sayəsində müasir və qüdrətli Azərbaycanın sağlam təməlləri qoyuldu.

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə daxili, xarici siyasət və təhlükəsizlik problemləri ilə də qarşılaşmışdı. Ermənistan silah­lı qüvvələrinin yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmaya­raq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək, Azad­lığın Dəstəklənməsi Aktına 907-ci düzəlişlə Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmiş­di. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.

Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inki­şaf etdirilməsi perspektivinin qarşısını alırdı.

AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq, qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatları İran ilə münasibətlərdə son dərəcə gərgin vəziyyət almış və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi. Eləcə də, Gürcüstanda o vaxtkı hakimiyyət faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü. Bunun da nəticəsində Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başla­mışdı.

AXC rəhbərliyinin o illərdə Azərbaycanın siyasi reallıqları­nı diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi də xari­ci siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdu. Bütün bunlara əlavə olaraq, erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.

Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvan­dan Bakıya dəvət etməkdə gördü. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Ulu öndər o vaxtdan başlayaraq, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün çox ciddi sosial-iqtisadi, siyasi islahatlar həyata keçirmiş, əhəmiyyətli addımlar atmışdır. Bu önəmli addım­lar özünü, ilk növbədə, onda göstərdi ki, Azərbaycanda hakimiyyətdə səriştəsiz dairələrin olduğu 1991-1993-cü illərdə mövcud olan xaos, anarxiya aradan qaldırıldı, silah gücünə, müxtəlif təxribatlar vasitəsilə hakimiyyət dəyişikliyinə nail olmaq praktikasına son qoyuldu. Ən əsası dövlət və xalq arasında möhkəm birlik yaradıldı. Dövlətin möhkəmliyi üçün qanunun aliliyi olmalıdır. Heydər Əliyev irəli sürdüyü dövlətin təməl prinsiplərindən biri sayılan qanunun aliliyinin ölkəmizdə təmininə nail oldu. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Ulu öndərin ölkəyə rəhbərliyindən sonra qazanılmış uğurlar xalqımıza və cəmiyyətimizə asanlıqla başa gəlməmişdir. Azərbaycan tarixinə müstəqilliyin Heydər Əliyev dövrü kimi daxil olmuş 1993-2003-cü illər müstəqilliyini qazanmış dövlətimizin təşəkkül dövrü idi.

Azərbaycan xalqı müdrik lideri­nin rəhbərliyi altında davamlı inkişaf yoluna qədəm qoymuşdur. Tarixin həmin dönəmində çevik siyasi addım­lar atmaq, o cümlədən Ermənistan ilə müharibəni sabitləşdirmək, daxili çəkişmələri aradan qaldırmaq və beynəlxalq əlaqələri nizamlamaq qarşıda duran ümdə vəzifələr idi. Xalqımızın 1993-cü il böhranın­dan çıxması, 1995-ci ilə qədər daxili çəkişmələrə, qəsblərə qarşı mübarizəsi müstəqil dövlətimizin yaşamasının sınaq dövrü oldu. Bu tarixi sınaqdan xalqımız ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi və hərbi sahələrdəki zəngin təcrübəsi və müdrikliyi sayəsində uğurla çıxdı, dövlətçiliyimiz dağılmaqdan xilas edildi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımız üçün çox ağır bir dövrə təsadüf etsə də, müdrik rəhbər Azərbaycanı böyük bəlalardan, məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndər az müddətdə dövlətçilik ənənələrinin yaranmasına nail oldu, sivil, dünyəvi, hüquqi dövlətin qurul­masına şərait yaratdı. Ölkədə ictimai-siyasi sabitliyə, cəbhədə atəşkəsə nail olmaqla gənc oğul və qızlarımızın ədalətsiz müharibədə həlak olmaları­nın qarşısını aldı.

Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisa­di, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bir sözlə, Azərbaycan daya­nıqlı inkişaf yoluna çıxdı.

Ulu öndərin yaratdığı dövlətçilik ənənələrinə sadiqlik, milli mənafeləri hər şeydən üstün tutmaq prinsipləri bugünkü Azərbaycan dövlətinin qurul­masında və möhkəmləndirilməsində əsas rol oynamışdır. Həmin prinsiplərə bu gün də ölkəmizdə ciddi əməl olunur. Ulu öndər cismən bizimlə olmasa da, onun ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız müdrik şəxsiyyətin qurduğu bünövrə üzərində ucalıb.

Heydər Əliyev ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü artıq bərpa edib. Ulu öndər gələcək nəsillər üçün, müstəqil Azərbaycan dövlətini bəxş etməklə, həm də xalqımıza mükəmməl dövlət idarəçilik qabiliyyətinə malik, güclü diplomat, qətiyyətli siyasətçi, məğlubedilməz və müzəffər Ali Baş Komandan yetirmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, gələcək nəsillər üçün Heydər Əliyevin zəngin irsini, XXI əsrin ən güclü və xarizmatik liderlərindən olan Prezident İlham Əliyev daha da əbədiyaşar edəcəkdir. Bunu Vətən müharibəsində qazandığımız şanlı Qələbə də təsdiqləyir. 30 il Ermənistan işğalında qalan torpaqlarımız Prezident , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edildi. Azərbaycan bu müharibədə həm də dünya erməniliyinə qalib gəldi. Bu Qələbə ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsidr.

Kərim Tahirov
Azərbaycan Milli Kitabxasının direktoru


10-05-2022, 13:50 | Azərbaycanı tərəqqi və inkişafa aparan siyasət

Azərbaycanı tərəqqi və inkişafa aparan siyasət




Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.

Heydər ƏLİYE Ümummilli lider



Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dönəmində – 1969-1982-ci illərdə reallaşdırılan institusional islahatlar nəticəsində kənd təsərrüfatında, sənayedə, eləcə də neft-qaz sektorunda böyük inkişaf tempi əldə edilib. Bununla da ölkəmiz keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib. Eyni zamanda, paytaxt Bakının abadlaşdırılması, şəhərdə tikinti-quruculuq işlərinin geniş miqyas alması, mikrorayonların və yeni qəsəbələrin salınması, burada onlarla sənaye müəssisəsinin yaradılması, həmçinin kəndlərin infrastrukturunun qurulması, yeni iş yerlərinin açılması, gənc mütəxəssislərin idarəetmədə irəli çəkilməsi kimi məsələlər ötən əsrin 70-80-ci illərində Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqət çəkib.



Keçmiş SSRİ dövründə ən məşhur dəmir yolunun – Baykal-Amur magistralının çəkilməsi, Bakıda ittifaq əhəmiyyətli məişət kondisionerləri zavodu kimi onlarla müəssisənin tikilməsi Heydər Əliyev dühası haqqında, onun gərgin fəaliyyəti barədə dolğun təsəvvür yaradır, eyni zamanda, bu dahi şəxsiyyətin gələcəyi görmək qabiliyyətini, hədəfi düzgün, dəqiq seçən qərarlar vermək istedadını sübuta yetirir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həyata keçirilən kompleks islahatlar nəticəsində müstəqil Azərbaycanın iqtisadi inkişafı təmin olundu. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu. Bunlarla bərabər, neft-qaz sektorunda gerçəkləşdirilən genişmiqyaslı tədbirlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və bundan sonra davamlı iqtisadi artım nəzərə çarpmağa başladı, iqtisadiyyatın bütün sahələrində islahatlar aparıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Qanunvericiliyin təkmilləşdirilməsinə mühüm önəm verildi və xarici investorların ölkəyə axınını sürətləndirmək, onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, özəl bölməni inkişaf etdirmək, habelə milli iqtisadiyyatın beynəlxalq iqtisadi sistemə uyğunlaşdırılmasını, inteqrasiyasını gerçəkləşdirmək məqsədilə mükəmməl qanunvericilik bazası yaradıldı.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən ulu öndərin müstəqil gənc respublikamıza rəhbərliyi dövründə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana investisiya yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ümummilli liderin beynəlxalq arenadakı şəxsi nüfuzu ilə tərəddüdlərə son qoyuldu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini daha da möhkəmləndirdi.

İqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilərək dünya miqyasında layiqli yer tutmasına təkan verdi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa gətirib çıxardı, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratdı, sənayenin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz bəndi artaraq 2002-ci ildə 37,4 faiz təşkil etdi. İqtisadiyyatın bütün sahələrində aparılan məqsədyönlü və ardıcıl islahatlar, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və ticarətdə əldə edilmiş yüksək nailiyyətlər nəticəsində ölkədə ümumi daxili məhsul istehsalı 1996-2002-ci illər ərzində 71 faiz artaraq 6,1 milyard manata çatdı.

Ölkədə ictimai siyasi sabitliyin bərqərar olması daxili və xarici investorlar üçün əlverişli şərait yaratdı və 1993-2002-ci illər ərzində ölkənin istehsal və qeyri-istehsal sahələrinin inkişafı üçün 8,2 milyard manat investisiya yönəldildi, onlarla mühüm əhəmiyyət kəsb edən obyektlər tikilərək istifadəyə verildi. Xarici investorların ölkə iqtisadiyyatına vəsait yönəltməsi eyni zamanda ölkələrarası münasibətlərin inkişafına, ölkənin milli maraqlarının təmin olunmasına müsbət təsir göstərdi. Həmin dövrdə ümumi sahəsi 6,7 milyon kvadratmetr olan yeni yaşayış evləri, 31,1 min şagird yerlik ümumtəhsil məktəbləri, 2,2 min yerlik məktəbəqədər təhsil müəssisələri, 1,5 min çarpayılıq xəstəxana və növbədə 3 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri istifadəyə verildi.

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra keçid iqtisadiyyatına xas olan böhranlı proseslər başqa sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da baş verdi. Böhranın qarşısı yalnız 1996-cı ildə alındı, bu sahədə görülmüş tədbirlər nəqliyyatın ayrı-ayrı növlərinin inkişafında müsbət meyillərin yaranmasına təsir etdi. 1996-2002-ci illərdə nəqliyyat sektorunda yük daşınması 2,4 dəfə artdı.

Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası ilə bağlı verilmiş qərarlar nəticəsində xarici ticarətin liberallaşdırılması istiqamətində səmərəli və davamlı tədbirlər reallaşdırıldı. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişləndi, möhkəmləndi və inkişaf etdi. 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdursa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128-ə yüksəldi, xarici ölkələrlə ticarət dövriyyəsi 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollarına çatdı. Bu illər ərzində Azərbaycanda xarici investisiyalı müəssisələrin sayı da kəskin surətdə artdı. Əgər 1996-cı ildə ölkədə fəaliyyət göstərən xarici ivestisiyalı müəssisələrin sayı 602-yə bərabər idisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104 olmuş, xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı isə 94,1 faiz artaraq 957-yə çatdı.

Azərbaycan Respublikasında bazar iqtisadiyyatının hərtərəfli inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlərlə yanaşı, qiymətlərin və ticarətin sərbəstləşdirilməsinə də xüsusi diqqət yetirildi, azad rəqabət üçün əlverişli şərait yaradıldı. Bu tədbirlər nəticəsində istehlak qiymətlərinin aşağı salınması təmin edildi. 1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə artması müşayiət olunduğu halda, aparılmış düzgün iqtisadi siyasət nəticəsində inflyasiyanın artım surətinin kəskin azaldılmasına, onun birrəqəmli səviyyədə saxlanılmasına nail olundu. Bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və ötən əsrin 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artaraq 910,2 milyon manata çatdı, xərcləri isə 72,2 dəfə artaraq 931,8 milyon manat təşkil etdi. Büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ildəki 7,1 faizdən 2002-ci ildə 0,4 faizə endirildi. Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən-ilə artdı. 1993-cü ildə bu məqsədlərə 1,1 milyon manat və ya ümumi büdcə xərclərinin 8,5 faizi sərf olunmuşdursa, 2002-ci ildə bu xərclər 190,3 milyon manata çatdırıldı ki, bu da büdcə xərclərinin 20,4 faizinə bərabər idi.

Ümummilli lider əmək bazarının inkişafına, məşğulluq və işsizlik problemlərinin həllinə geniş yer verməsi nəticəsində iqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payının 1995-ci ildəki 43,9 faizdən 2002-ci ildə 69,7 faizədək artmasına nail olundu. Azərbaycanda bu dövrdə qəbul edilmiş Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, Demoqrafik İnkişaf və Pensiya İslahatı konsepsiyaları, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı əmək və əhalinin sosial müdafiəsi sahələrində yeni strateji istiqamətlərin əsasını qoyub.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi milli maraqlardan irəli gələn müstəqil siyasətə əsaslanan kursa sadiq qalan Prezident İlham Əliyev 18 ildə Azərbaycanın möhtəşəm qələbələr əldə etməsinə nail olub. Dövlətimizin başçısı siyasi sabitlik, sosial rifah, milli birlik, iqtisadi güc, uğurlu xarici siyasət və ordu quruculuğu istiqamətlərində gerçəkləşdirdiyi islahatlar nəticəsində İkinci Qarabağ müharibəsində parlaq qələbə əldə etdi.

Ölkə rəhbərinin prezidentlik fəaliyyəti dövründə həyata keçirdiyi uğurlu daxili siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirib. Bununla bərabər, dövlətimizin başçısı xarici siyasət kursunu da varislik prinsipi üzərində qurub, müstəqil xarici siyasətə üstünlük verib, daim geosiyasi reallıqlara uyğun innovativ təkliflərlə çıxış edib. Milli dövlətçilik maraqlarının müdafiəsi zamanı həm ikitərəfli, həm də çoxtərəfli formatda reallaşdırdığı siyasəti hər zaman diqqət mərkəzində saxlayıb. Bu cür müstəqil xarici siyasət kursunun həyata keçirilməsi ilə əldə edilən uğurlar isə, hətta dünyada bir-birinə qarşı duran güclər tərəfindən də müsbət dəyərləndirilib. Ümumiyyətlə, Azərbaycan rəhbərinin xarici siyasətinin əsasını ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edib. Şübhəsiz ki, belə bir xəttə, mövqeyə əsaslanan müstəqil və qətiyyətli siyasət beynəlxalq güc mərkəzləri tərəfindən yüksək razılıqla qarşılanıb.

Prezident İlham Əliyevin son 18 illik fəaliyyətinin bəzi məqamlarına diqqət yetirsək, bunu aydın görmək olar. Məsələn, ulu öndər Heydər Əliyevin müəllifi olduğu enerji təhlükəsizliyi siyasətinin reallaşdırıldığı sonrakı dövrdə qarşıya müxtəlif obyektiv və subyektiv çətinliklər çıxıb. Lakin dövlətimizin başçısın müdrik siyasəti ilə problemlər aradan qaldırılıb, bununla da Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının gerçəkləşdirilməsinə nail olunub.

Burada bir məqamı da vurğulayaq ki, 2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib.

Neft strategiyasının uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabına regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaşdırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda uğurlu enerji siyasəti ilə yanaşı, çox böyük nəqliyyat layihələri də icra olunub. Şərq-Qərb nəqliyyat marşrutu reallaşdırılıb. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu işə salınıb. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti istiqamətində mühüm layihələr həyata keçirilib. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün tədbirlər uğurla yerinə yetirilib.

Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan bu gün, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.

Ümumiyyətlə, son illərdə gerçəkləşdirilən mühüm layihələr nəticəsində respublikamızın Avrasiyaboyu strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı Azərbaycanın transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Ölkəmiz beynəlxalq aləmdə Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Viking” Qatarı layihəsinin fəal iştirakçısı kimi tanınıb.

İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu hal Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi ölkəmizin iqtisadi və siyasi nüfuzunu daha da artıracaq.

Dövlətimizin başçısı çıxışlarının birində Zəngəzur dəhlizinin-Horadiz-Zəngilan-Ağbənd dəmir yolu istifadəyə veriləndən sonra bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsinə əminliyini ifadə edib. Eyni zamanda, bu dəmir yolunun digər nəqliyyat layihələrinin də reallaşdırilmasına mühüm təsir göstərəcəyini diqqətə çatdırıb: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.

Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları da Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin uğurla reallaşdırılacağına imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına və möhkəmlənməsinə də əsaslı təsir göstərəcək.

Ölkəmizdə nəqliyyat layihələrinin uğurla reallaşdırılmasının nəticəsidir ki, Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava yollarının səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətinin səmərəliliyinə görə isə 25-ci yerdə qərarlaşıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyadakı beşulduzlu 10 hava limanından biri kimi qəbul edilib. Bütün bunlarla bərabər, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 27-ci, MDB məkanında isə 1-ci yeri tutub. “Doing Business” hesabatına əsasən, ölkəmiz hökumətin uzunmüddətli strategiyası üzrə həm də dünyada 10-cu yerdə qərarlaşıb. Ölkə rəhbərinin islahatlara sadiqliyinə görə Azərbaycan 5-ci, əhalinin elektrik enerjisinə əlçatanlığına görə isə 2-ci yerdə möhkəmlənib. Eyni zamanda, respublikamız Dünya Bankı tərəfindən “dünyanın ən islahatçı 10 ölkəsindən biri” kimi qiymətləndirilib.

Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi bütün bu uğurlarla bağlı çıxışlarının birinə deyib: “Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir… Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq…”.

Nəhayət, sonda bir məqamı da xatırlatmaq istərdim. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən İkinci Qarabağ müharibəsi başlananadək ötən dövr ərzində Qarabağ zəfərinə uzanan yolda Azərbaycan qarşıya qoyduğu müqəddəs vəzifəni gerçəkləşdirmək üçün siyasi, iqtisadi, sosial sahələrdə son dərəcə ciddi layihələr həyata keçirdi. Dövlətimizin başçısının bu istiqamətdə reallaşdırdığı müdrik xarici siyasəti Ermənistanın işğalçı mövqeyi barədə dünya ictimaiyyətində aydın təsəvvür yaradıb, həmçinin xalqımızın birliyi, milli vəhdəti getdikcə daha da möhkəmlənib, bərabərlik, doğmalıq ruhu güclənib. Erməni faşizminin yaşatdığı ağrı-acılar, haqsızlıq, ədalətsizlik bütün dünyaya nümayiş etdirilib. Ən nüfuzlu, ən böyük dövlətlər tərəfindən Azərbaycanın mövqeləri dəstəklənir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu yeni mərhələyə daxil olub, Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələri sırasında qərarlaşıb. Bütün bunlar isə 44 günlük Vətən savaşında möhtəşəm qələbəmizi şərtləndirib.

Prezident İlham Əliyev müdrik siyasəti ilə parlaq qələbəmizə doğru uzanan bir yolda ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və bir çox digər nüfuzlu qurumlarla Azərbaycanın ədalətli mövqeyini dəstəkləmək üçün çox möhkəm beynəlxalq təməl yaratdı. Azərbaycan bu təmələ, həmçinin BMT-nin nizamnaməsinə əsaslanaraq, eyni zamanda, beynəlxalq hüquq çərçivəsində hərəkət edərək, əks-həmlə əməliyyatı 2020-ci ildə 44 günlük savaşla torpaqlarımızı düşməndən təmizlədi.

Vətən müharibəsindən sonra Qarabağda bərpa-quruculuq işlərinə başlanılıb. Ötən müddətdə enerji, kommunal xidmət obyektlərinin, nəqliyyat infrastrukturlarının inşası sürətlə davam etdirilib. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ilə Azərbaycan iqtisadiyyatı artıq bir neçə dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektorial strukturu dəyişib, habelə Qarabağ ərazisinin iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar üzə çıxarıb.

Beləliklə, istər ümummilli liderin hakimiyyəti dönəmində, istərsə də onun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi illərində əldə edilən uğurlar Heydər Əliyevin dövrün çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət olmasını sübuta yetirir. Bəli, onun fəaliyyəti sabaha, bügünümüzə ünvanlanmışdı. Ona görə də Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun misilsiz xidmətləri ölçüyəgəlməzdir.

Ümummilli lider Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biri olaraq əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq..

Qara Abdullayev,
Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi .

10-05-2022, 13:35 | DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər - VİDEO

DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər - VİDEO


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər.

Milli.Az Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

10-05-2022, 09:05 | Zelenski Ukraynanın iyunda Aİ-yə namizəd statusu alacağını gözləyir

Zelenski Ukraynanın iyunda Aİ-yə namizəd statusu alacağını gözləyir


Bu gün Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün xüsusi sorğunun cavablarının ikinci hissəsini təqdim edib.

APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

"Bu gün biz Avropa İttifaqına gedən yolda çox vacib bir addım atdıq. Ukrayna hər bir ölkənin doldurmalı olduğu xüsusi sorğu anketinə cavabların ikinci hissəsini təqdim edib.

Bunun üçün adətən aylar sərf olunur. Amma biz hər şeyi bir neçə həftə ərzində etdik", - deyə prezident bildirib.

O, bu sənədin minlərlə səhifədən ibarət olduğunu vurğulayıb.

"Və bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Avropaya inteqrasiyamız haqqında söhbətimiz oldu. Xanım Ursula qeyd etdi ki, rəsmilərimizin sürətinə heyran qalıb. Anketi doldurdu", - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Ukraynanın Aİ-yə namizəd statusu alması ilə bağlı iyunda müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün sənəd imzalayıb.

Martın 18-də Zelenski Avropa Komissiyasının prezidenti ilə söhbətindən sonra AK-nın üzvlük müraciəti ilə bağlı rəyinin bir neçə ay ərzində hazırlanacağını açıqlayıb.

10-05-2022, 08:49 | Azərbaycan Kosta Rika prezidentinin andiçmə mərasimində təmsil olunub

Azərbaycan Kosta Rika prezidentinin andiçmə mərasimində təmsil olunub


Azərbaycanın Kosta Rikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş prezidenti Rodriqo Çaves Roblesin andiçmə mərasimində iştirak edib.

Səfirlikdən verilən məlumata görə, paytaxt San Xosedə, ölkənin parlament binasında keçirilmiş mərasimin ardınca ölkədə akkreditə olunmuş və tədbirdə təmsil olunan diplomatik nümayəndəliklərin rəhbərləri ilə keçirilən görüş zamanı M.Talıbov Kosta Rikanın dövlət başçısı Rodriqo Çaves Roblesə Kosta Rika xalqı üçün bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Kosta Rika Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Prezident R.Çaves hökumətinin Kosta Rikanın Azərbaycanla arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Mərasimdə iştirak edən Kosta Rikanın yeni Xarici Əlaqələr və Etiqad naziri Arnoldo Andre Tinoko ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Kosta Rika Konqresinin sədri Rodriqo Arias Sançes ilə baş tutmuş söhbət zamanı iki ölkənin parlamentlərarası əlaqələrinin vacibliyi vurğulanıb.

Həmçinin, mərasimdə iştirak edən Kolumbiya Respublikasının prezidenti İvan Duke və Panama Respublikasının prezidenti Laurentino Kortizo ilə səfir Məmməd Talıbov arasında baş tutmuş söhbət zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamları çatdırılıb, ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

1-03-2022, 11:31 | Şəhid ailələri üçün 500-ə yaxın ev tikilir

Şəhid ailələri üçün 500-ə yaxın ev tikilir


Azərbaycanın 41 şəhər və rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi evin tikintisi artıq yekunlaşmaq üzrədir.

Milli.Az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında qeyd edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev bildirib ki, evlər yaxın vaxtlarda istifadəyə veriləcək.

Nazir 2021-ci ildə imtiyazlı kateqoriyalardan olan vətəndaşlara təqdim edilən mənzillərin sayının 3 il əvvələ nisbətən 5 dəfə artaraq 3 minə çatdığını, cari ildə də bu istiqamətdə işlərin davam etdirildiyini deyib: "İndiyədək həmin vətəndaşlara 12 300-dən çox mənzil və fərdi ev verilib. 2022-ci ilin növbəti islahat paketi olaraq 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlarla başladığını, bu artımlara illik əsasda əlavə 2,1 mlrd. manat sərf olunacağını diqqətə çatdırıb.

Qeyd edilib ki, ötən dövrdə yaradılan, Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 2,1 mln. əhalini, o cümlədən sosial müdafiəyə cəlb olunmuş 450 min şəxsi əhatə edən 5 DOST mərkəzi tərəfindən 700 mindən çox vətəndaşa xidmət göstərilib. Bu il Bakı şəhəri üzrə 5 saylı Bakı DOST Mərkəzinin və DOST Agentliyinin ilk regional mərkəzi kimi Bərdə rayonunda DOST mərkəzinin açılması planlaşdırılır.

Agentliyin "Şərqi Zəngəzur və Qarabağ" Proqramı çərçivəsində Şuşa şəhərində xüsusi statusa malik Şuşa DOST filialı da açılacaq. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində isə "Ağıllı kənd" layihəsi çərçivəsində bu il "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq.

Ümumən DOST şəbəkəsinin bölgələr üzrə genişlənməsi üçün bu il və növbəti illərdə müvafiq addımlar atılacaq. "Könüllü DOST" proqramının nailiyyətlərindən bəhs olunub və proqramın rəsmi saytının da hazırlanmaqda olduğu diqqətə çatdırılıb.

Əlilliyin müəyyən edilməsində yeni meyarların tətbiqinə hazırlıq işləri aparıldığı, əməkdaşların bu sahədə peşəkar səviyyədə hazırlığı üçün təlimlərə cəlb olunduqları və s. qeyd edilib. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən səyyar reabilitasiya və icma əsaslı reabilitasiya xidmətlərinə də başlanmasının nəzərdə tutulduğu, fərdi reabilitasiya proqramının tətbiqi işləri diqqətə çatdırılıb.

Bu il Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinin başa çatdırılacağı və istifadəyə veriləcəyi, 2 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin də əsaslı təmir və yenidənqurmadan sonra, həmçinin müəssisənin tikilən yeni korpusunun bu il açılışının nəzərdə tutulduğu bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin filialları əsasında 12 Regional Sosial Xidmət Mərkəzi və onların tabeliyində ixtisaslaşmış sosial xidmət mərkəzlərinin yaradılacağı barədə məlumat verilib. Sosial təminat və sosial xidmət proqramların əhatə dairəsinin genişləndirilməsinin, uşaqların müəssisələrdən ailələrə qovuşmalarını nəzərdə tutan re-inteqrasiya tədbirlərinin gücləndirilməsinin əsas hədəflərdən olduğu, "Sosial Məsuliyyət Platformasının" hazırlanması işlərinin aparıldığı bildirilib.

Sosial sahədə rəqəmsal innovasiyaların tətbiqinin genişləndirilməsi işlərindən bəhs olunub. Nazirlik üzrə 110 e-xidmətin, o cümlədən 46 proaktiv xidmətin fəaliyyət göstərdiyi, Nazirliyin Elektron hökümət portalına yerləşdirilmiş xidmətlərinə bu ilin yanvar-fevral aylarında 2 635 400, e-sosial.az portalına 2 766 553 müraciət qeydə alındığı diqqətə çatdırılıb.

Nazirlik üzrə 30 növ e-arayış xidmətinin olduğu və həmin xidmətlər vasitəsilə bu ilin əvvəlindən artıq 108,8 min arayışın e-qaydada verildiyi bildirilib.

Qeyd edilib ki, Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən bu ilin əvvəlindən Nazirliyin informasiya bazalarına sorğu sayı 35 milyon olub.
Yeni hazırlanmaqda olan e-sistemlər barədə də məlumat verilib.

İclasda 2022-ci il üzrə qarşıda duran sosial hədəflərə doğru mühüm işlərin aparıldığı vurğulanıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Sosial Xidmətlər Agentliyinin, Əlillik siyasəti, Sosial təminat siyasəti, Strateji planlaşdırma və innovasiyalar şöbəsinin, Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbələrinin, Nazirliyin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin, DOST Agentliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin 2021-ci il üzrə fəaliyyətinin nəticələri və 2022-ci ildə qarşıda duran vəzifələri müzakirə olunub.

Həmçinin Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən həssas əhali qruplarından olan şəxslərə (ailələrə) maddi yardımın göstərilməsinə dair Təlimatın, yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi məsələlərinin müzakirəsi aparılıb.

Nyus.Az


1-03-2022, 10:14 | Zelenski Rusiya ilə danışıqlarda heç bir nəticənin olmadığını bəyan etdi

Zelenski Rusiya ilə danışıqlarda heç bir nəticənin olmadığını bəyan etdi


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Moskva ilə danışıqlarda hələ də istənilən nəticəni əldə etməyib. Bu barədə Ukrayna lideri videomüraciətdə bildirib.

Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raundunun hansı formatda keçiriləcəyinə qərar verəcək.

Qeyd edək ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

1-03-2022, 09:56 | ABŞ Rusiyanı NATO üçün təhlükəli hesab etmir

ABŞ Rusiyanı NATO üçün təhlükəli hesab etmir


ABŞ Rusiyadan NATO müttəfiqləri üçün heç bir təhlükə görmür.

"qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.

Kirbi bu barədə verilən suala cavabında təhlükə görmədiyini qeyd edib.

1-03-2022, 09:54 | Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir


Bu gün Od çərşənbəsidir.

Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu "Kitabi-Dədə Qorqud" dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.

Qeyd edək ki, martın 8-də Yel (Hava), 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.



Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

1-03-2022, 09:21 | Bütün günü yorğun, yuxulu olursunuzsa... 6 ən yayılmış SƏBƏB

Bütün günü yorğun, yuxulu olursunuzsa... 6 ən yayılmış SƏBƏB


Bütün gecəni yatan insan buna baxmayaraq gün ərzində daim yatmaq istəyirsə, yuxulu, süst olursa, bunun səbəbini mütləq araşdırmaq lazımdır. Bəzən bu çox ciddi xəstəlik və pozulmalara işarə edir.

Saglamolun.az sizi günorta yuxululuğunun səbəbləri ilə tanış edir.

1. Qanazlığı

Yuxululuq, süstlük və zəiflik qanazlığına işarə edə bilər. Bu pozulma daha çox qadınlarda inkişaf edir. Qanazlığının səbəbindən asılı olaraq (dəmir defisiti, B12 vitaminin defisiti və s.) xəstəyə xüsusi pəhriz və müalicə təyin oluna bilər.

2. D vitamininin çatışmazlığı

D vitamininin defisiti orqanizmdə xroniki yorğunluğa, yuxu və diqqətin pozulmasına səbəb olur. D vitamininin defisiti xüsusi qan analizinin köməyi ilə aşkar olunur. Defisit təsdiq olunarsa xəstəyə D vitamini təyin olunacaq.

3. Yuxu apnoesi

Yuxuda xoruldayan insanlar adətən pis yatır, tez-tez oyanır və bu da günorta vaxtı yuxululuğa səbəb olur. Apnoe əslində çox ciddi pozulmadır və apnoedən əziyyətə çəkən insanlarda insult və ani ölümün riski xoruldamayan insanlarla müqayisədə daha yüksək olur.

Apnoedən xilas olunmaq üçün mütəxəssislər böyür üstə yatmağı, siqaretdən imtina etməyi, artıq çəki varsa arıqlamağı, yatmazdan qabaq sakitləşdirici və yuxu dərmanları mümkün qədər qəbul etməməyi, spirtli içkiləri içməməyi tövsiyə edirlər.

4. Aşağı təzyiq



Təzyiqin düşməsi də yuxululuq və zəiflik kimi simptomlara səbəb olur. Aşağı təzyiqin səbəbləri arasında bunlardır: ürək xəstəlikləri, ürək qüsurları, qanazlığı, qalxanvari vəzi xəstəlikləri, uzunmüddətli streslər, qanaxmalar və s. Lakin bir çox hallarda hipotoniyadan əziyyət çəkən insanda heç bir buna səbəb ola bilən xəstəlik aşkar olunmur. Belə hallarda həkimlər düzgün qidalanmağı, sağlam həyat tərzi sürməyi, yorulmamağı, stresli vəziyyətlərdən uzaq olmağı tövsiyə edirlər.

5. Depressiya

Depressiyanın əsas simptomlarından biri daimi səbəbsiz yorğunluqdur. İnsan heç bir işlə məşğul ola bilmir, bütün günü yatmaq istəyir.

6. Hormonal dəyişikliklər və pozulmalar

Qadınların orqanizmində menstrual dövrlə bağlı olan hormonal dəyişikliklər onların ümumi vəziyyətinə də təsir edir. Belə ki, menstruasiyadan 1-2 gün əvvəl və 5-6 gün sonra qadınlar yuxululuq hiss edə bilərlər.

Digər hormonlarla bağlı olan səbəb - qalxanvari vəzinin funksiyasının zəifləməsidir. Bu hal "hipotireoz" adlanır. Hipoterioz zamanı maddələr mübadiləsi ləngiyir və bu da yuxululuq və reaksiyaların ləngiməsinə səbəb olur.

Saglam

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.