27-12-2021, 12:02 | Yaxın zamanlarda beynəlxalq məhkəmələrə müaricət edəcəyik - Ceyhun Bayramov

Yaxın zamanlarda beynəlxalq məhkəmələrə müaricət edəcəyik - Ceyhun Bayramov

Azərbaycan yaxın zamanlarda bir neçə konvensiya üzrə - azad olunmuş ərazilərdə ekologiya, ətraf mühitə vurulan ziyan, həmçinin enerji resurslarının, təbii sərvətlərin qanunsuz istifadəsinə dair müvafiq konvensiyalara uyğun olaraq Beynəlxalq məhkəmələrə müaricət edəcək.

Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, üçtərəfli bəyanatın müddəalarının icra edilməsi istiqamətində praktiki addımlar atılması zərurəti var idi.

"Mövcud olan platformalarda, həmçinin 2021-ci ildə bu məqsədlə yaradılan yeni platformalarda Azərbaycan dövləti öz mövqeyini ifadə edərək bu istiqamətdə işlər aparıb.

Xarici siyasətimizin əsas prioritetləri həm ikitərəfli, həm çoxtərəfli, eyni zamanda Vətən müharibəsinin yaratdığı yeni reallıqlar kontekstində bu münasibətləri inkişaf etdirməkdir", - deyə o, bildirib

27-12-2021, 11:31 | Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub - FOTO

Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.

AZƏRTAC-a istinadən bildirir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verdi.

Xəbər yenilənəcək

27-12-2021, 11:12 | Hazırda əsas məsələ azad edilmiş ərazilərin minalardan təmizlənməsidir - General

Hazırda əsas məsələ azad edilmiş ərazilərin minalardan təmizlənməsidir - General

Hazırda əsas məsələ işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış silah sursatlardan təmizlənməsi və vətəndaşlarımızın öz ata-baba evlərinə dönməsidir.

Trend-ə istinadən bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Məhərrəm Həsənov "Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda keçirilən təlimdə deyib.

"Torpaqlarımızın azad edilməsi ilə Azərbaycan Cənubi Qafqazda güc mərkəzinə çevrilib.

Hazırda əsas məsələ işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış silah sursatlardan təmizlənməsi və vətəndaşlarımızın öz ata-baba evlərinə dönməsidir. İşlər sürətlə davam etdirilir", - General mayor qeyd edib.

Rəis müavininin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizin minalarla çirklənməsi böyük olduğundan kinoloji taborun xüsusi təyinatlı itləri də prosesə cəlb olunub. Hazırda 10 baş it bu işə cəlb edilib.

"2020-ci ilin yanvarından bu yana pirotexniki qruplarımız Ağdam və Füzuli istiqamətində böyük ərazilərin minalardan təmizlənməsində iştirak edib.

Digər qurumlarla birlikdə fəaliyyətlər davam etdirilir.

Əməkdaşlarımız minaların təmizlənməsi sahəsində beynəlxalq sertifikatlar alıblar və təmizləmədə yüksək səviyyədə iştirak edirlər", - M.Həsənov deyib.

FHN rəsmisi vətəndaşları partlamamış silah-sursat, mina olan ərazilərdə hərəkət edərkən ehtiyatlı olmağa çağırıb.

27-12-2021, 11:09 | Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransı keçirir - CANLI

Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransı keçirir - CANLI

Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət sahəsində ilin yekunlarına dair mətbuat konfransı keçirir.

27-12-2021, 05:45 | KT və MRT-nın fərqi - Hansı daha az şüalıdır?

KT və MRT-nın fərqi - Hansı daha az şüalıdır?

Hazırda çox həkimlər ilkin diaqnozu dəqiqləşdirmək məqsədi ilə KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası) kimi dəqiq və müasir müayinələrdən istifadə olunur.

saglamolun.az-a istinadən bildirir ki, bir çox insanların fikirinə görə, bu müayinələr bir birinə bənzəyir. Lakin bu heç də belə deyil. Əksinə bu müayinələrin arasında olan fərq çox böyükdür.

KT zamanı rentgen şüalanma istifadə olunur. Tomoqrafın skaneri insanın bədəninin ətrafında fırlanaraq müxtəlif nöqtələrdən çoxsaylı rentgen şəkilləri çəkir. Daha sonra bu şəkillər kompüter vasitəsi ilə cəmləşir və işlənir ki, nəticədə müayinə olunan orqan və ya bədən hissəsinin 3-ölçülü təsviri alınır.

MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Bu sahənin təsirindən insan orqanizmində olan hidrogen atomları maqnit sahəsinin istiqamətində "düzülür". Apparat elektromaqnit impulsları göndərir. Atomlar bu impulslara "cavab verir", siqnallar göndərir (buna "rezonans" deyilir). Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonansları göndərir. MRT bu siqnalları toplayır və onlardan 3-ölçülü təsvirləri yaradır.

Bəzən xəstələr həkimlərə belə sual verir: hansı müayinə daha yaxşıdır, daha dəqiqdir - KT yaxud MRT? Bu suala birmənalı cavab vermək mümkün deyil. Bu metodların hər ikisində müəyyən üstünlüklər və müəyyən nöqsanlar var. Bəzən KT-nın istifadəsi daha effektlidir, bəzən isə yalnız MRT-nın istifadəsi dəqiq nəticə verə bilər. Bəzi hallarda isə həkim xəstəyə həm KT həm də MRT təyin edə bilər.

MRT daha yaxşı yumşaq toxumaları "görür" (əzələlər, beyin, onurğa sütunu fəqərələri arası disklər, damarlar və s.). Lakin MRT sümüklərdə olan kalsiumu "görmür". KT isə sümük toxumasını daha yaxşı "görür". Bu səbəbdən sümüklərin müayinəsi üçün adətən KT və ya rentgenoqrafiya istifadə olunur.

MRT orqan və toxumalarda gedən dinamik proseslərin müayinəsində (məsələn, qan dövranı və onun pozulmaları) xüsusilə effektlidir.

MRT neyrocərrahiyyədə və nevrologiyada geniş istifadə olunur (köhnə beyin travmaları, insult (gecikmiş mərhələlərdə), baş beyini və onurğa beyini şişləri və s.).

KT sümük zədələmələri və travmalar zamanı ən effektli müayinə üsuludur. Bundan əlavə KT-da təzə qanaxma aydın görünür ki, bu səbəbdən KT baş, döş qəfəsi və qarın boşluğu travmaları və insult (ən erkən mərhələsində) zamanı istifadə olunur.

Beləliklə, MRT-nın istifadəsi bu kimi pozulmalar zamanı daha effektlidir:

- yumşaq toxumalarda olan şişlər və şişəbənzər törəmələr;

- hipofizin şişləri,

- baş beyini və onurğa beyini qişalarının və toxumalarının patologiyaları və zədələmələri,

- insult (gecikmiş mərhələdə), dağılmış skleroz, beyin toxumasının iltihabı, beyin şişləri;

- əzələlər, oynaqlar və bağların zədələmələri, onurğa sütununun fəqərələri arası disklərin yırtıqları,

- onkoloji prosesin mövcudluğu və onun yayılması.

KT isə bu kimi pozulmalarda daha dəqiq diaqnostik üsul sayılır:

- kəllə sümüklərinin, burun ətrafı boşluqların, çənələrin zədələnmələri;

- anevrizmalar və damarların aterosklerotik zədələnmələri;

- döş qəfəsi orqanlarının xəstəlikləri (vərəm, pnevmoniya və s.);

- qalxanvari vəzi xəstəlikləri;

- sümük və oynaqların zədələnmələri;

- beyin və kəllə sümüklərinin, döş qəfəsinin, qarın boşluğunun travmaları;

- onurğa sütunu xəstəlikləri (osteoporoz, skolioz).

MRT zamanı şüalanma istifadə olunmur. Bu səbəbdən MRT KT-dan fərqli olaraq hətta hamilə qadınlar üçün (hamiləliyin 2-ci və 3-cü üçaylığında) əks göstəriş sayılmır. Lakin bu məsələ tibdə mübahisəli sayılır. Bir sıra həkimlər bu müayinənin hamiləlik zamanı keçirilməsinin tərəfdarı deyil.

İnsan orqanizmində metal implantantant, elektrokardiostimulyator, metal "spiral", süni oynaq, metal dişlər və s. olduqda bu MRT üçün əks göstərişdir.

MRT daha uzunsürən proseduradır. Belə ki, insan bədəninin hər hansı hissəsi KT vasitəsilə bir neçə dəqiqə ərzində, MRT vasitəsilə isə (eyn hissə) yarım saata qədər vaxt ərzində müayinə olunur.

Həmçinin MRT KT-dan fərqli olaraq müəyyən psixoloji diskomforta səbəb ola bilər. Bu xüsusilə nevroloji xəstəlikləri olanlara aiddir.

Bu müayinələrdən özbaşına və həkim təyinatı olmadan keçmək olmaz.

27-12-2021, 05:42 | Erkən yaşlarda uşağa şirin çay verilməsi məsləhət deyil

Erkən yaşlarda uşağa şirin çay verilməsi məsləhət deyil

Çayın faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də olur. Xüsusilə də səhər süfrələrində çox istifadə edilən şirin çayın xeyli ziyanlı təsirləri var. Böyüklər şirin çayı səhərlər içsələr də, azyaşlılara günün müxtəlif saatlarında içirirlər.

Həkim-pediatr Günay Rəsulova bildirir ki, xüsusilə 1 yaşınadək körpələrə, nəinki şirin çay, meyvə şirələri də vermək yolverilməzdir: "Tədqiqatlar göstərib ki, şəkər damar divarını zədələdiyinə görə, şirin su və şirin çay istifadəsi uşaqlarda gələcəkdə şəkərli diabet, yüksək qan təzyiqi, erkən diş çürükləri riski yaradır. Çayın tərkibində kofein olduğuna görə, sinir sistemində oyadıcı təsirə, uşaqda yuxu pozğunluğu və əsəbi oyanıqlıq hallarına səbəb olur. 3 yaşına qədər uşaqlara çay verməməyi, şirin çayın isə ümumiyyətlə, içilməməsi tövsiyə olunur".

Şirin çay iştahasızlığa, çəki artımına və əsəbiliyə aparıb çıxarır. "Uşaqlara süni şəkər əvəzinə təbii şəkər verilməsi məsləhətdir. 1 yaşdan sonra təmiz bal, təbii meyvə və tərəvəzlərdən alınan şəkər onların gündəlik tələbatını ödəməyə kömək edir",- deyə həkim-pediatr əlavə edib.

Mütəxəssislər bildirirlər ki, şirin çaydan həddindən artıq istifadə zaman keçdikcə orqanizmdə şəkər asılılığı və artıq çəki problemi yaradır. Odur ki, sağlamlığın qayğısına qalmaq naminə çox sevilən qidalardan da imtina etməyi bacarmaq lazımdır. AZƏRTAC

24-12-2021, 10:28 | Azərbaycanın tarixi uğurlarındakı möhtəşəm imza

Azərbaycanın tarixi uğurlarındakı möhtəşəm imza

2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Pandemiyanın doğurduğu çətinliklərə rəğmən 2021-ci ili ciddi sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurur. Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi strategiyanı 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirsək, dövlət başçısının fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani şəkildə görərik.

Prezident İlham Əliyev Azərbaycanı son onillikdə iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin Avropa regionunun enerji təhlükəsizliyi missiyasını öz üzərinə götürməsi də danılmaz reallıqdır.İqtisadi baxımdan inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməyi qarşıda başlıca məqsəd qoyan ölkə başçısı hüququn aliliyinə, ictimai həyatın müxtəlif sahələrində şəffaflıq və hesabatlılığın gücləndirilməsinə, hər bir vətəndaşın qanuni maraq və mənayefinin təminatına yönəlmiş siyasət yürüdür.

İqtisadiyyatın uğurlu inkişafının bariz göstəricilərindən biri də pandemiya şəraitində özünün pik həddinə çatan qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirlərinin minimum həddə olmasıdır. Sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət son iki ildə Azərbaycanın pandemiya ilə mübarizədə möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarıb.

Pandemiya ilə qlobal mübarizədə tutduğu ədalətli mövqeyinə görə Prezident İlham Əliyevbeynəlxalq ictimaiyyətin rəğbətini qazanmışdır. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı öz etirazını bildirən ölkədir. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir. Azərbaycanıntəşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilib.

Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyası ölkə vətəndaşlarının böyük sevinc və məmnunluğu ilə qarşılanır. Azərbaycanın Vətən müharibəsindəki layiqli qələbəsi Prezident İlham Əliyevin son bir ildə regional və qlobal miqyasda nüfuzunu daha da artırıb, bu ilin yekunları üzrə dünyanın ən uğurlu liderləri sırasında

yer almasını təmin edib.Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Onun fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulub.

Oktay Abdullayev,
Xızı rayon Təhsil şöbəsinin müdiri.
Əməkdar müəllim.

24-12-2021, 10:11 | Müdrik lider, böyük strateq, qalib sərkərdə

Müdrik lider, böyük strateq, qalib sərkərdə

Görkəmli dövlət xadimi, yeni əsrin modern lideri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 18 ili tamam olur. Ümummilli lider Heydər Əliyevin xalqımıza ən böyük əmanəti olan müstəqil Azərbaycan dövləti bu müddətdə ulu öndərin ən layiqli varisi, ideya və əməllərinin sadiq davamçısı İlham Əliyevin rəhbərliyi altında daha da güclənmiş, sürətlə inkişaf etmişdir.

Bu gün Azərbaycan Avropa ilə Asiyanı əlaqələndirən ölkə kimi dünyanın Qərb siyasətində də, Şərq tərəfdaşlığında da mühüm geosiyasi məkandır. Müstəqillik qazanmış yeni ölkələr sırasında bütün mənalarda Azərbaycan müstəqil dövlət kimi inkişaf etməyin və fəaliyyət göstərməyin ən müasir modelidir. Aparı­lan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilmiş və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunmuşdur.

1993-cü ildən ulu öndər Heydər Əliyevin vətəndaş qar­şıdurmalarından, parçalanma təhlükəsindən, sosial-iqtisadi problemlər məngənəsindən xilas edərək inkişaf yoluna çıxardığı, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində əzmlə irəliləməsinə nail olduğu Azərbaycanın taleyini xalqımızın 2003-cü ilin oktyabrında Heydər Əliyev yolunun davamçısı cənab İlham Əliyevə etibar etməsi yeni tariximizdəki növbəti doğru seçim idi.

Ölkə rəhbəri İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Prezident İlham Əliyev son 18 ildə Azərbaycan Respublikasını təməl dövlətçilik prinsipləri zəminində və ardıcıl ya­radıcı fəaliyyət əsasında yenidən qurub, sürətlə və hərtərəfli şəkildə inkişaf etdirərək yeni mərhələyə çatdırmağın mümkünlüyünü qəti şəkildə isbat etmişdir. Keçən dövr ərzində aparılmış məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə, inkişaf etmiş və modernləşdirilmiş iqtisadiyyata, güclü hərbi-sənaye kompleksinə, davamlı milli-mənəvi dəyərlərə malik olan qüdrətli dövlət səviyyəsinə çatdırılmışdır.

Əsrə bərabər 18 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaq­larımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika almışdır. Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev müstəqilliyini yeni qazanmış dövlətimizi çoxəsrlik tarixinin ən qüdrətli ölkəsinə çevirmiş, ən güclü inkişaf mərhələsinə çatdırmışdır. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəldərək Azərbaycanı başdan-başa abad­lıq-quruculuq meydanına çevirmiş­dir. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilmişdir.

Bu gün ölkəmiz sabit şəraitdə sürətli inkişafını davam etdi­rir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Bu müddətdə İlham Əliyev daim milli və dövləti maraqlardan çıxış edərək, ulu öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq Azərbaycan dövlətçiliyi və xalqı üçün yorulmadan çalışmışdır. İndi İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi son 18 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişaf yaradıldığına əmin oluruq.

Prezident İlham Əliyev ulu öndərin müəyyən etdiyi dövlətçilik kursuna uyğun ola­raq Azərbaycanın, sözün əsl mənasında, tam müstəqilliyini təmin etmişdir. Dövlət rəhbəri ölkənin sosial-iqtisadi cəhətdən kiminsə asılılığında olmasına imkan verməyərək, Azərbaycanı ən önəmli, rəyi, mövqeyi ilə hamının hesablaşmağa məcbur qaldığı nüfuzlu ölkəyə çevirmişdir. Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqla­rın əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısıdır.

Ölkəmizin təşəbbüsü və ya­xından iştirakı ilə həyata keçirilən qlobal enerji-kommunikasiya layihələri regionun geopo­litik mənzərəsini yenidən müəyyənləşdirmişdir. Bu mənzərədə Azərbaycan qlobal in­kişaf proseslərinin mərkəzindədir. Dünya iqtisadiyyatı üçün yeni həyat mənbəyi rolunu oynayan bir çox şəbəkələr, enerji-kommunika­siya xətləri məhz Azərbaycanda kəsişir və burada üst-üstə düşərək, dünyada dayanıqlı inkişafa, sülhə, rifaha can atan hər kəs üçün fayda verir.

Azərbaycan bu gün fərqli mədəniyyətlərin, Şərq və Qərb si­vilizasiyalarının təmas mərkəzidir, tolerantlıq örnəyidir. Aydın strateji baxışı, faydalı təşəbbüsləri ilə ümumilikdə dünyamızın bugünü və gələcəyinə dəyərli töhfələr verən ölkədir. Belə bir səviyyəyə Azərbaycan, ilk növbədə, iqti­sadi inkişafı sayəsində nail ola bilibdir. Çünki iqtisadi imkanlar, maliyyə resursları bütün inkişaf proseslərinin təməl qaynağıdır.

Müstəqil dövlətimiz region­da mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Ölkəmizin fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr, bütövlükdə, regionun inkişa­fında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilibdir. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir.

Malik olduğumuz iqti­sadi imkanlar beynəlxalq münasibətlər sistemində də ölkəmizin mövqelərini getdikcə gücləndirməkdədir. Bu gün xarici investorların ölkəmizə olan güclü marağı da təsadüfi deyil. Bu, sərmayədarların Azərbaycanın əlverişli coğrafi mövqeyini, böyük tranzit potensialının, müasir infrastrukturunun mövcudluğu­nu yüksək dəyərləndirmələri ilə bağlıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektoru­nun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici in­vestisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunmuşdur. Dövlət başçısının nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Daxili siyasətdə Azərbaycan Prezidenti idarəetmədəki islahatları tamamilə sosial-iqtisadi, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət, ekologiya, sənaye, kənd təsərrüfatı, hərbi və başqa sferalardakı yeniləşmələrlə, iri həcmli maliyyə tələb edən proq­ramlarla uyğunlaşdıra bilmişdir.

Dövlətimizin başçısı bu iki aspekti cəmiyyətdə həyata keçirilən və vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən islahatlarla harmoniya halına sala bilmişdir. Sosial-iqtisadi, ener­ji, nəqliyyat və digər sahələrdə uğurların analizi göstərir ki, Azərbaycan 18 il müddətində nəhəng irəliləyiş əldə etmişdir. Bu irəliləyişin ən gözəl cəhəti ondan ibarətdir ki, həm ayrı-ayrı sfera­larda aparılan islahatlar bir-birini tamamlayır, həm də onların hər biri insanların həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi ri­fah halının yaxşılaşmasına xidmət edir.

Bütün bunlar isə əsası ümum­milli lider Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezident cənab İlham Əliyevin zama­nın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli sosial-iqtisadi mo­delin uğurlarıdır.

Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və respub­likanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezi­denti Mehriban xanım Əliyevanın yaxından iştirakı, ümumi tərəqqiyə verdiyi geniş ictimai dəstəyin müşayiəti ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha fira­van həyatına qovuşmasına mütləq təminat yaradır.

Azərbaycan müasir dünyamı­zın çağırışlarına münasibətdə çox həssasdır. Ölkə həyatına gətirilən innovasiyalarla, mövcud resurs­ların insan kapitalına çevrilməsi üçün görülən işlərlə özünü sürətlə gələcəyə, dəyişən çağırışlara hazırlaya bilir. Bu məsələlərdə Azərbaycan Respublikasının Birin­ci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da əməyi çox böyük­dür. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən sosial-humani­tar layihələr inkişaf proseslərinə, sosial-iqtisadi problemlərin həllinə mühüm töhfələr verir. Birinci vitse-prezidentin Azərbaycanın dünya­da yüksək və qədim mədəniyyətə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri vardır.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək yara­dan, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qa­rabağa çoxsaylı səfərlər, dünyaya səs salan möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili də Bi­rinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazandı­ğımız zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaq­larımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən şəhidlərimizin ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.

Ölkəmizdə hər zaman olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezi­dent Mehriban Əliyevanın mü­vafiq göstərişlərinə əsasən bu kateqoriyadan olan insanların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu gün də bu istiqamətdə tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.

Belə mövqe cəmiyyətdə hər birimizin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilmişdir. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşıla­nır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, dəstəyini gündən-günə artırır.

Heydər Əliyev Fondu da Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi bu qurum həssas kateqoriyadan olan insanların qay­ğıları ilə yaxından maraqlanır, on­ları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.

Beləliklə, siyasi və makroiq­tisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasın­da etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin, ulu öndərin yüksək siyasi iradəsi ilə 1994-cü il sent­yabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və icrasına baş­lanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməlinin qoyulmasının məntiqi nəticəsidir.

44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdə, 30 ildən sonra torpaqlarımızın düşməndən təmizlənməsində də iqtisadi amillər çox mühüm rol oynadı. Həyat sübut etdi ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nümunəsi olan genişmiqyaslı islahatlar qarşıya qoyulan hədəfə çatdı. Məhz Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizə güclü bir ordu qurmaq imkanı yaratdı. Elə bir ordu ki Vətən müharibəsində tarix yazdı.

Silahlı Qüvvələrimiz bu savaşda tətbiq etdiyi innova­tiv silahlar, döyüş metodları ilə XXI əsrin müharibəsini apardı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordu­muzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsi Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi ta­nıtdı. Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevir­di. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

Bu gün Azərbaycanın arzusu Cənubi Qafqazı çiçəklənən bir diyara çevirməkdir. Dövlət rəhbərimiz bununla bağlı təkcə danışmır, bəyanatlar vermir, eyni zamanda, gerçək perspek­tivi göstərməyi, hiss etdirməyi də bacarır. Dayanıqlı sülhə, əməkdaşlığa nail olmaqdan ötrü hər kəs səyləri birləşdirərsə, regi­onda bütün maraqlı tərəflər üçün nə qədər böyük imkanların yarana biləcəyini özünəməxsus lider baxışı ilə anladır.

Azərbaycan Vətən müharibəsindəki qələbəmizi da­vam etdirən diplomatik nailiyyətləri ilə də bölgədə yeni reallıqlar yaradır. Azərbaycan indiyə qədər dövlət rəhbərliyimizin əzmkar siyasəti sayəsində çox xəyalları reallaşdırmağa müvəffəq ol­muşdur. İrəlidəki bir çox böyük perspektivlər də zaman-zaman gerçəkliyə çevriləcək və ölkəmiz dünyanın bugünü və gələcəyinə mühüm töhfələr verəcəkdir. Düşməndən təmizlənmiş ərazilərimizdə başlanan dirçəliş prosesləri, resurslarla zəngin bu torpaqlarda sosial-iqtisadi həyatın bərpası da ölkəmiz üçün yeni inkişaf imkanları yaradır.

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansi­yaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrast­ruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur.

Bütün bu söylənilənlərin fonunda bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev həm də dünyanın inkişaf etmiş dövlətlərinin liderləri ilə bir sırada dayanan görkəmli dövlət xadimi, bəşəriyyətin gələcəyini düşünən humanist bir siyasətçidir. Prezi­dent İlham Əliyev Azərbaycan Respublikasının timsalında bir dövlətin mükəmməl bir rəhbəri olmaqla bərabər, 50 milyonluq dünya azərbaycanlılarının da sevimli lideridir.

Azərbaycanın dövlət başçısı İlham Əliyev, eyni zamanda, planetin taleyüklü məsələlərinin həllində söz sahibi olmaq haqqı qazanmış nüfuzlu liderlərdən biridir. Siyasi liderlik üçün xarak­terik olan zəngin dövlət idarəçiliyi təcrübəsi, möhkəm siyasi iradə, müdriklik və uzaqgörənlik, qətiyyət və cəsarət, natiqlik məharəti kimi keyfiyyətlərin hamısı Prezident İlham Əliyevin şəxsində ahəngdar şəkildə birləşmişdir.

Ötən 18 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, inanmış, ona arxa və dayaq olmuşdur. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağ­lam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qar­şılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.

İlham Əliyev kimi misilsiz bir lideri xalqımıza bəxş etmiş 24 dekabr günü, haqlı olaraq, ölkəmizdə əlamətdar tarixi günlər sırasında qədirbilənliklə qeyd olunur. Nəsimi rayonunun ictimaiyyəti də bu təntənələrə qoşularaq müdrik Prezidentimiz İlham Əliyevi anadan olmasının 60 illiyi münasibətilə səmimi təbrik edir, sevimli rəhbərimizə möhkəm cansağlığı və ali rəhbər missiyası­nın gerçəkləşməsində yeni uğurlar arzulayır.

Rafael Mehrəliyev,
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi.

24-12-2021, 09:59 | Milli maraqlara söykənən liderlik missiyası

Milli maraqlara söykənən liderlik missiyası

Fuad Hacıyev,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru.

24-12-2021, 09:53 | Müstəqil Azərbaycanın çağdaş intibahının gerçək mənzərəsi

Müstəqil Azərbaycanın çağdaş intibahının gerçək mənzərəsi

Dünyada ani bir zaman kəsiyində baş verən gərgin və ziddiyyətli geosiyasi dəyişikliklər hər bir müstəqil dövlətin davamlı xarici siyasət kursunun vacibliyini şərtləndirir. Buna sadəcə Cənubi Qafqaz regionunda 2020-ci ildə baş verən hadisələri misal göstərmək olar. Ötən il baş verən Ermənistan – Azərbaycan münaqişəsinin yendən alovlanması və Azərbaycanın 44 günlük müharibədə qarşı tərəfi kapitulyasiya sənədi imzalamağa məcbur etməsi bu regionun yeni simasını və gələcəyini müəyyənləşdirdi. Azərbaycanın hərbi uğurları, diplomatik uğurları ilə paralel irəlilədi. Çünki ölkəmizin yeni şəraitin tələblərinə cavab verən kurs müəyyənləşdirməsi strateji mahiyyət kəsb edirdi və bunun üçün həm milli-tarixi ənənədən qaynaqlanan qaydalar gözlənilməli, milli maraqlar təmin edilməli, həm də diplomatiyanın müasir metodlarından yararlanılmalı idi. Belə də oldu. Azərbaycan Prezidentinin daxili və xarici siyasəti o qədər dəqiq cizgilərlə müəyyənləşdirildi ki, Ermənistan həm hərbi sahədə, həm də diplomatiya sahəsində idman termini ilə ifadə etsək, nakaut vəziyyətinə düşdü.

Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət kursunun əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Təcrübə göstərir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan nəticələr həm də gələcəyə ümidlə bax­mağa əsas verir. Bu bağlılıqda Prezident İlham Əliyevin xarici siyasətin qarşısında duran yeni vəzifələri müəyyənləşdirməsi xü­susi əhəmiyyətli məsələ kimi göz önünə gəlir. Həmin məqamların işığında elə təkcə bu il baş tutan mötəbər beynəlxalq görüşləri qeyd etməklə Azərbaycanın xarici siyasətinin bir sıra aspektlərini yada salmaqda fayda var.

Bir neçə gün əvvəl Avropa İtti­faqı Şurasının prezidenti Şarl Mi­şelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü­nün ardınca verdiyi bəyanatda de­yilir ki, Azərbaycan və Ermənistan rəhbərləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul edilmiş Azərbaycan – Ermənistan – Rusiya üçtərəfli bəyanatları çərçivəsində götürülmüş əsas öhdəliklərin yerinə yetiriləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə olunmuş anlaşmaların inkişafı zərurətini bir daha təsdiqləyiblər. Bu isə o deməkdir ki, Avropa İttifaqı da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli formatda indiyə qədər əldə edilmiş və milli maraqları­miza xidmət edən razılaşmaları dəstəkləyir, eləcə də Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirir. Məlumdur ki, Soçidə əldə edilmiş anlaşmalar arasında Zəngəzur dəhlizinə dair müddəalar var idi. Brüssel görüşündə isə həmin anlaşmaların həyata keçirilməsi istiqamətində müəyyən irəliləyiş əldə edildi. Bəyanatda Azərbaycan və Ermənistan arasında nəqliyyat infrastruktur­larının bərpasının əhəmiyyəti vurğulanır. Bu istiqamətdə işlərə dəmir yolu xətlərinin bərpasından başlanılması, sərhəd və göm­rük nəzarətinin qarşılıqlı prinsip əsasında təşkil olunması barədə razılığa gəlindiyi qeyd olunur. Qar­şılıqlı prinsipin tətbiqi Prezident İlham Əliyevin Brüsseldə açıq şəkildə səsləndirdiyi arqumentə əsaslanır. Prezident bildirmişdir ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük məntəqələrinin olmasında israr etsə, onda biz eyni yanaşmanın Laçın dəhlizinə də tətbiq edilməsində israr edəcəyik. Prezident İlham Əliyevin arqumentinə müvafiq olaraq qarşılıqlı prinsip kimi ifadə edilmiş formula gələcəkdə Ermənistan və Azərbaycan sülh danışıqlarında müəyyən mənada presedent və ya baza prinsipi rolu oynaya bilər.

Geosiyasi zərurət onu tələb edir ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımalıdır. Əks-təqdirdə Ermənistanın da ərazi bütövlü­yü tanınmaz və Qərbi Zəngəzur və digər tarixi torpaqlarımızla bağlı iddia qaldıra bilərik. Avro­pa İttifaqı da bu prosesdə ma­raqlı olduğunu nümayiş etdirdi və nəqliyyat infrastrukturlarının yaradılması layihələrini iqtisadi baxımdan və investisiya vasitəsilə dəstəkləməyə hazır olduğunu bəyan etdi. Habelə, nəqliyyat bağ­lantılarının yaradılmasına dəstək məqsədilə iqtisadi məşvərət plat­formasının yaradılması təklifinə müsbət yanaşdı. Qeyd edilənlər göstərir ki, Zəngəzur dəhlizinin açılması regionun simasını həm iqtisadi inkişaf və tərəqqi, həm də sülh və təhlükəsizlik baxımın­dan dəyişəcək. Bura münaqişə bölgəsindən müxtəlif tərəflərin əməkdaşlıq etdiyi sülh və inkişaf bölgəsinə çevriləcək.

Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proq­ramının 6-cı Sammiti çərçivəsində baş tutmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev Brüssel səfərində NATO-nun mənzil-qərargahında olub, təşkilatın baş katibi Yens Stoltenberqlə görüşüb və NATO-nun Şimali Atlantika Şu­rasının iclasında iştirak edib. Baş katib Stoltenberq Azərbaycanın təşkilatla əməkdaşlığını yüksək qiymətləndirib. O, Azərbaycan hərbçilərinin Əfqanıstanı sonun­cu tərk edən koalisiya qüvvələri sırasında olduğunu xüsusi vurğulayaraq, onların Kabul Hava Limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyyə edilməsində göstərdikləri müstəsna xidmətini təqdir edib.

Dövlət başçımız İlham Əliyev də, öz növbəsində, NATO ilə əməkdaşlıqdan razılığını ifadə edib və qarşı tərəfə Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, Azərbaycanın mövqeyi və Ermənistanla sülh danışıqlarına başlamağa hazır olması barədə məlumat verib. Prezident İlham Əliyev NATO-ya üzv olan 20-yə yaxın ölkənin Azərbaycandan neft və 4 ölkənin isə qaz idxal etdiyini diqqətə çatdı­rıb. Bununla, Azərbaycanın NATO üzvlərinin enerji təhlükəsizliyinin təmin edilməsi məsələsinə önəmli töhfə verməsi qeyd olunub.

Səfər çərçivəsində keçirilmiş tədbirlər və görüşlər Azərbaycanın həm Avropa İttifaqı ilə, həm də NATO ilə münasibətlərinin di­namik, səmərəli olduğunu və bərabərhüquqlu tərəfdaşlığa əsaslandığını bir daha təsdiq etdi. Azərbaycanın dünyanın müxtəlif hərbi, siyasi və iqtisadi qütblərində duran dövlətlər və təşkilatlarla konstruktiv, bərabərhüquqlu və məhsuldar tərəfdaşlıq münasibətlərində olması onun ayırıcı deyil, birləşdirici rol oy­namasını və beynəlxalq sülh və əməkdaşlığa töhfə verən ölkə kimi çıxış etməsini şərtləndirir. Azərbaycanın xarici siyasət tarixində Prezidentin Brüssel səfəri xüsusi bir hadisə kimi nəzərə çarpdı. Bununla yanaşı, Azərbaycan sammitin yekun sənədi kimi qəbul edilmiş Birgə Bəyannamənin Belarusla bağlı 11-ci paraqrafına qoşulmayaraq, öz müstəqil mövqeyini də ortaya qoydu.

Bundan əlavə, Brüsseldə keçirdiyi görüşlərdə və iştirak etdiyi tədbirlərdə qalib dövlətin Prezidenti və möhtəşəm zəfər çalmış ordunun müzəffər Ali Baş Komandanı kimi İlham Əliyevə göstərilən xüsusi diqqət də aydın sezilirdi. Təsadüfi deyildir ki, Azərbaycana qarşı, adətən, qərəzli mövqe tutan və güclü erməni diasporu və lobbisinin təsiri altında olan Fransa Prezi­denti Emmanuel Makron təşəbbüs göstərərək, Prezident İlham Əliyev və Ermənistan baş nazirinin iştirakı ilə qeyri-formal görüş keçirib və sonra da öz rəsmi sosial şəbəkə hesabında Azərbaycan dilində paylaşımlar edib.

Səfər çərçivəsində Brüsseldə İspaniyanın “El Pais” qəzeti Prezident İlham Əliyevdən geniş müsahibə alıb. Müsahibə zama­nı verilmiş suallar, xüsusən də Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiya­mızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyətin təzahürüdür. Bu kontekstdə bir məqamı da qeyd etmək yerinə düşərdi. İlham Əliyev Şərq Tərəfdaşlığı sammitində çıxışı zamanı bildir­di ki, Ermənistan rəhbərliyi ilk dəfə olaraq beynəlxalq tədbirdə Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar etməyib. Bu halın özü hərb meydanında böyük Zəfərimizin, Beynəlxalq Cinayət Məhkəməsində və hüquqi müstəvidə haqlı olduğumuzun və Soçidən Brüsselə qədər uzanan diplomatik təsirimizin nəticəsidir.

Ümumiyyətlə, Brüssel görüşü bir sıra məsələlərin müzakirəsi ba­xımından səmərəli və məhsuldar oldu. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə çıxarılaraq müzakirə olundu. Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalar­dan təmizlənməsi məsələsində Azərbaycana yardım göstərməyə hazır olduğunu ifadə etdi. Eyni zamanda, Ermənistan – Azərbaycan dövlət sərhədinin müəyyənləşdirilməsi zamanı tərəflər arasında müvəqqəti işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olundu. Bir sözlə, əminliklə qeyd etmək olar ki, Brüssel görüşündə müzakirə olu­nan, imza atılan və qəbul edilən Azərbaycan xalqının milli maraq­ları, iradəsi bütünlüklə əks olundu. Prezident İlham Əliyevin müdrikli­yi, qətiyyəti, uzaqgörənliyi, həyata keçirdiyi mükəmməl xarici siyasət erməni revanşistlərinin bütün ümidlərinin üstündən xətt çəkdi.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, milli maraqlarımızın fəal müdafiəsi üçün biz hücum diplomatiyası yürütməliyik. Müasir diplomati­yada ictimai diplomatiya adlanan istiqamətin bu mənada böyük əhəmiyyəti var. İctimai diploma­tiyanın məğzi ondan ibarətdir ki, onun vasitəsilə ölkənin ma­raqları xarici auditoriyalara və beynəlxalq ictimaiyyətə daha səmərəli çatdırılır. Nəticədə xarici ictimai rəydə ölkənin milli maraqları haqqında dürüst fikir yaranır və mahiyyət etibarilə beynəlxalq dəstək əldə edilir. Ha­zırkı şəraitdə Azərbaycanın belə müsbət beynəlxalq ictimai rəyə və dəstəyə xüsusi ehtiyacı var. Bu, Vətən müharibəsində qazanılan Qələbənin nəticələrini beynəlxalq müstəvidə möhkəmləndirmək üçün zəruridir. Avropada geniş oxucu kütləsinə malik nəşr olan, ingilis və ispan dillərində yayımla­nan “El Pais” qəzeti üçün Avropa ictimaiyyətinə çıxış baxımından yaxşı platforma hesab edilir. Prezi­dent İlham Əliyev də bu fürsətdən tam yararlanaraq, hücum diplo­matiyamızı ictimai diplomatiya müstəvisində növbəti dəfə tətbiq etdi.

Prezident bildirdi ki, son dövrdə Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insidentlər, sərhədlərin açılması və Ermənistanla böyük sülh sazişinə dair danışıqların başlanması Azərbaycanın haqlı mövqeyini ortaya qoysa da, dövlət başçısı bir daha sülh mesajı verərək bildirdi ki, “yetərincə müharibə oldu, biz sülh istəyirik”.

Belə bir nüfuzlu nəşrin Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevdən müsahibə alması Avropada ölkəmizə göstərilən maraq və verilən əhəmiyyətin təzahürüdür. Jurnalist tərəfindən sualların qoyu­luşu və ifadə tərzi də həmin maraq və əhəmiyyətdən xəbər verirdi. Xüsusən də, Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiyamızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyəti göstərirdi. Jurnalistin İsrail və Türkiyə istehsalı olan PUA-ların Vətən müharibəsində tətbiqi ilə bağlı sualına Prezident İlham Əliyevin verdiyi cavab göstərdi ki, Qələbə təkcə dronların sayəsində deyil, onların digər hərbi texnika ilə koor­dinasiyalı şəkildə düzgün istifadəsi və mükəmməl hərbi strategiya nəticəsində qazanıldı. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, “moti­vasiya, ruh yüksəkliyi və cəsarət Qələbəmizin əsas amilləri oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi.

Prezident İlham Əliyev onu da bildirdi ki, Ermənistan “bü­tün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq, bizim torpaqlarda oturmuşdu, torpaq­larımızı dağıdırdı, iddia edirdi ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti – onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi. Lakin onlar, sadəcə, orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar.

Beləliklə, dövlətimizin başçısı bu fürsəti də layiq­li dəyərləndirərək, Qərb ictimaiyyətinin diqqətinə çatdırdı ki, Qələbəmiz Avropa mediasın­da, adətən, təqdim edildiyi kimi, təkcə dronların hesabına baş verməmişdir. Daha önəmli amil xalqımızın motivasiyası və ruh yüksəkliyidir ki, bunun da səbəbi Ermənistanın torpaqlarımızı işğal etməsi ilə 30 il ərzində barışma­mağımızdır.

Beləliklə, Prezident İlham Əliyevin Brüssel səfəri xarici siyasət prioritetlərimizin növbəti dəfə hədəfə çatması, böyük diplomatik uğurun yeni təntənəsi kimi qəbul edilməlidir. Brüssel görüşlərindən əvvəl bir sıra xarici siyasi ekspertlər və o cümlədən, elə erməni siyasətçilər də, guya, Qərbin və beynəlxalq qurumla­rın Paşinyanın tələblərini yerinə yetirəcəyini, onu dinləyəcəklərini, üstünlüyü ona verəcəklərini qeyd edirdilər. Əlbəttə, biz bunun tam əksini gördük. Haqlı tərəf olaraq Azərbaycan bütün parametrlərdə dəstəkləndi. Brüssel görüşlərində də şərtləri diktə edən tərəf Azərbaycan idi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və müdrik siyasəti nəticəsində Azərbaycanın irəli sürdüyü bütün təkliflər qəbul edildi. Bu, onu göstərir ki, Azərbaycan dünyada həm qüdrəti, həm də çevik xarici siyasət manevrləri ilə ağır siyasi çəkiyə malik ölkəyə, hesablaşılan, qəbul edilən dövlətə çevrilir.

Şahin Şirinzadə,
Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.