9-11-2021, 08:26 | ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistana çağırış edib

ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatının imzalanmasının ildönümü münasibətilə rəsmi Bakı və İrəvana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) xətti də daxil olmaqla, münaqişə ilə bağlı bütün qalan məsələləri həll etmək üçün əlaqələrin intensivləşdirilməsinin zəruriliyinə işarə edib.
"Biz Ermənistan və Azərbaycanı həll olunmamış bütün məsələlərin kompleks həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla, qarşılıqlı fəaliyyəti davam etdirməyə və intensivləşdirməyə çağırırıq", - Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında deyilir. //milli.az//
9-11-2021, 08:21 | Şuşaya bayrağımızın sancıldığı gün, saat...

Şuşaya Azərbaycan bayrağı 2020-ci il noyabrın 7-də sancılıb.
Bu barədə Xüsusi Təyinatlı Qüvvələrin üzvü "Şuşa, sən azadsan" sənədli filmində məlumat verib.
Onun sözlərinə görə, bu zaman saat 13:45-i göstərib.
Saat 13:50-də isə Azan verilib. Azan bitəndən sonra isə, XTQ üzvləri dövlət himnini oxuyublar.
"qafqazinfo
9-11-2021, 08:18 | Oynaqları balla müalicə edin. RESEPTLƏR

Oynaqlar xəstəlikləri zamanı bal çox yaxşı müalicəvi təsir edir.
Aşağıda təqdim etdiyimiz xalq təbabəti reseptləri xəstə oynaqlarda ağrıları və iltihabı azaldır.
1. 1/2 litr ilıq suda 1 xörək qaşığı bal və 1 çay qaşığı darçın həll edin və gün ərzində için. Müalicə kursu - 1 ay.
2. Həmçinin balı xəstə oynağa çəkin (bal duru olmalıdır), 5 dəqiqə ərzində massaj edin ki, bal dəriyə tam hopulsun və sonra oynağı yun şərflə bağlayın. Bunu axşam edib sarığı səhərə kimi saxlayın.
3. Balla duzun qarışığı da oynaq xəstəlikləri zamanı yaxşı kömək edir. 1 xörək qaşığı bal 1 xörək qaşığı narın duzla yaxşı qarışdırın və xəstə oynağa çəkib massaj edin. Daha sonra oynağı pambıq parça, sonra isə yun şərflə bağlayın və səhərə kimi saxlayın.
Sadaladığımız müalicə üsulları həkimlə məsləhətləşdikdən sonra istifadə edin.
9-11-2021, 08:14 | Rusiyanın təşəbbüsləri Azərbaycanın mövqeyi ilə üst-üstə düşür - İqor Korotçenko

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi 2020-ci ilin əsas hərbi-siyasi hadisəsi oldu və obyektiv olaraq Azərbaycanı təkcə regionun deyil, həm də dünyanın aparıcı ölkələri sırasına daxil etdi.
Bunu Trend-ə Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko deyib.
O bildirib ki, Azərbaycan Qarabağ müharibəsində Qarabağı darmadağın etməklə faktiki olaraq kapitulyasiya etmiş Ermənistanın "dişlərini" qopardı:
"Müasir Ermənistan yalnız lokal hərbi təxribatlara qadirdir ki, bununla da məşğul olur. Amma hərbi, təşkilati baxımdan bu gün erməni ordusu mövcud deyil".
İ.Korotçenko vurğulayıb ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin bərpası ünü perspektivlər açılır:
"Bu gün siyasi baxımdan maraq kəsb edən təşəbbüslər ilk növbədə regionda nəqliyyat kommunikasyalarının açılması və bütün iqtisadi proseslərin işə salınması və sürətləndirilməsidir. Azərbaycanın İkinci Qarabağ müharivəsində Zəfəri regionda çiçəklənmə, təhlükəsizlik, dayanıqlı inkişafı gətirir".
Ekspertin sözlərinə görə, Rusiya üçün Cənubi Qafqazda sabitlik və təhükəsizlik ən başlıca prioritetlərdəndir:
"Bir çox istiqamətlərdə Rusiyanın təşəbbüsləri Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Biz birlikdə üçtərəfli bəyanatın reallaşdırılmasının tərəfdarıyıq. Amma təəssüf ki, Ermənistan hələlik sülhə hazır deyil. Bundan sonra hazır olacaqmı, bunu növbəti addımlar göstərəcək. Çünki noyabrın 8-ə Yerevanda təyin olunmuş müxalifət mitinqi ilə yüksək qeyri-stabillik, turbulentlik mühiti bir il əvvəl baş verənlərin təkrar olunmasısı istisna etmir. Ötən il kütlənin hökumət binalarına daxil olaraq Paşinyanın fiziki məhv etmək üçün axtarmaqlarını xatırlamalıyıq. Bu, şovinist, hətta yarıfaşist əhval-ruhiyyənin üstün olduğu erməni cəmiyyətinin tolerantlıq səviyyəsinin göstəricisidir. Biz, yəqin ki, gücə əsaslanan sülhə, Ermənistanın konstruktiv davranışa vadar edilməsinə ümid edə bilərik. Gözləyirik ki, "3+3" təşəbbüsünün reallaşması, Zəngəzur nəqliyyat dəhlizi layihəsinin işə salınması ilə Cənubi Qafqaz dünyanın dinamik inkişaf edən regionlarından birinə çevrilməyə şans qazanacaq".
9-11-2021, 08:11 | Şəkər xəstələrində göz problemləri

Retina - gözün işığı qəbul edən hissəsidir. Eynilə fotoaparatdakı görüntünü qəbul edən fotolent kimi. Şəkər xəstəliyi zamanı retina zədələnir.
Xəstəliyin əlamətləri:
- Ani və ya tədricən görmənin itməsi
- Görüntüdə əyilmələr
- İşıq çaxmaları
- Uçuşan qara nöqtələr hissiyatı
- Görüşün pərdələnməsi
- Görmə sahəsində qaranlıq bölgələrin yaranması
Xəstəliyin gedişatı:
Diabet xəstəliyi ümumi xəstəlik olduğundan orqanizmin hər bir hissəsində, hər bir orqanında əlamətləri biruzə verir. Əsasən sinir hüceyrələrini, ürək, böyrək və gözü zədələyir. Gedişatına görə I tip (özünü tez büruzə verir) və II tip (özünü gec büruzə verir) şəkər xəstəliyi olur.
I tip şəkər xəstəliyi diaqnozu qoyulandan 5 il sonra göz əlamətləri yaranır, amma II tip şəkər xəstəliyinin diaqnozu qoyulmuş olanda artıq göz əlamətləri başlamış olur. Ona görə belə xəstələr hər 6 aydan bir göz müayinəsində olmalıdırlar. Xəstəliyin tipindən asılı olmayaraq şəkər xəstəliyi zamanı damar keçiriciliyi pozulduğundan damarlar şəklini dəyişir, içəriləri tıxanır və gözdə qidalanma pozulur, retinanın içinə su və yağ toplanmağa başlayır. Sonradan kövrəlmiş damarların divarı cırılır və qanamağa başlayır, bu səbəbdən göz içinin şəffaf mühiti bulanır. Qidasız qalan retina özünə yeni damarlar cəlb edir və bu yeni damarlar gözün optik sisteminin, görmənin fizikasını daha da pozur. Bu prosesin davamı olaraq retina üzərinə pərdə gəlir və görmə tam pozulur, göz daxili təzyiq artır və dayanılmaz ağrılar yaranır.
Diqqət! Diabet xəstəliyi nə qədər nəzarətsiz qalırsa, bir o qədər sadalanan prosesslər kəskinləşir. Eyni zamanda qan təzyiqinin yüksək olması, hamiləlik, köklük, böyrək xəstəliyi diabet retina xəstəliyini artıran faktorlardı.
Müalicəsi:
- Endokrinoloqun nəzarəti altında qanda şəkəri stabil saxlamaq
- Retinaya yığılmış su və yağ toplantılarının sorulması üçün gözə iynələrin vurulması
- Yeni damarların yaranmasını əngəlləmək üçün lazer istifadəsi
- Tıxanmış damarları açmaq üçün iynələr vurulması
- Pərdənin və bulanmış göziçi mühitin təmizlənməsi üçün vitreoretinal əməliyyat
- Pozulmuş qidalanmanı bərpa etmək üçün oksigen barokamerası
Azər Kərimov
milli.az
9-11-2021, 08:09 | İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - FOTO

Azərbaycanın Vətən müharibəsində əldə edilən Zəfərin birinci ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən "Fatih Sultan Mehmet" və "Yavuz Sultan Səlim" körpüləri, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.
Tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi və Quru Yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub.
İşıqlandırma noyabrın 7-i və 8-i olmaqla iki gün davam edib.

9-11-2021, 08:05 | Qan qrupu insanın sağlamlığına necə təsir edir? Təəccüblü faktlar

1901-ci ildə Vyana həkimi Landşteyner mühüm bir kəşf edib.
Landşteyner insanların qanında olan fərqləri aşkar edib ki, nəticədə qan 4 qrupa bölünmüşdür. Saglamolun.az bildirir ki, bu vaxta kimi həkimlər qan köçürülməsi zamanı tez-tez resepiyentlərin (qan alan insan) ölümü ilə üzləşir və bunu heç nə ilə izah edə bilmirdilər. Yalnız Landşteynerin kəşfi buna aydınlıq gətirib.
Məsələ burasındadır ki, qan köçürülməsi zamanı yalnız uyğun olan qanı köçürtmək olar. Bu uyğunluq olmasa, donorun qanı resepiyentin qanında olan eritrositlərin bir biri ilə yapışmasına səbəb olacaq ki, bu da resepiyent üçün çox pis nəticələnəcək. Qan qrupların və daha sonra 1940-cı ildə rezus-faktorun kəşf edilməsi buna son qoydu.
Beləliklə, 4 qan qrupu mövcuddur - I (0), II (A), III (B), IV (AB).
I-ci qan qrupu olan insanların eritrositlərin membranlarında (qişalarında) xüsusi maddələr A və B aqqlyütinogenlər (zülallar və karbohidratlar birləşməsi) yoxdur. II (A) qan qrupu olanlarda A tip aqqlyütinogenlər, III (B) qan qrupu olanlarda B tip aqqlyütinogenlər, IV (AB) qan qrupu olanlarda hər ikisi var. Bu aqqlyütinogenlər yalnız qan hüceyrələrinə deyil, orqanizmin bütün hüceyrələrində olur və ya olmur (qrupdan asılıdır).
Statistikaya əsasən, dünyada yaşayan əksər insanların qan qrupu I(0)-dir (50% yaxın). II-ci-qrup 2-ci, III-cü qrup 3-cü, IV-cü qrup 4-cü yer tutur. IV qrup ən nadir qrupdur (6% yaxındır).
Tibdə insanın qan qrupunun onun sağlamlığına olan təsiri ilə bağlı çox maraqlı nəzəriyyə var.
Belə ki, belə hesab olunur ki, I(0) qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə (xüsusilə mədə və 12 barmaq bağırsağı xorasına) daha tez-tez təsadüf edilir. Bunun səbəbini həkimlər bu insanların selikli qişalarında (o cümlədən, mədə-bağırsaq sistemi selikli qişalarında) aqqlütinogenlərin olmaması ilə əlaqələndirir. Bu aqqlütinogenlər müdafiə funksiyasını yerinə yetirir. Aqqlütinogenlər olmadıqda müdafiə zəifləyir və nəticədə selikli qişalar (xüsusilə mədə-bağırsaq sisteminin selikli qişaları) mənfi təsirlərə qarşı daha davamsız olur ki, mədə-bağırsaq sistemində müxtəlif xəstəliklər - qastrit, xora xəstəlikləri, kolit - inkişaf edir.
II(A) qan qrupuna aid olan insanlarda bu kimi xəstəliklərin inkişafı riski artmış olur: revmatik xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri, allergiyalar, ürəyin işemik xəstəliyi, qara ciyər xəstəlikləri, onkoloji xəstəliklər.
III(B) qrupuna aid olan insanlar bəzi viris və mikrobların təsirinə qarşı daha davamsızdır. Bu səbəbdən onlarda nəfəsalma sistemi xəstəlikləri, infeksion xəstəliklər, sepsis, qadınlarda irinli mastit kimi xəstəliklərinə tez-tez təsadüf edilir.
IV(AB) qrupuna aid olan insanlarda qan xəstəlikləri, infeksion xəstəliklər, dayaq-hərəki sistemi xəstəlikləri (sümük və oynaqlar xəstəlikləri) daha tez-tez inkişaf olur.
9-11-2021, 08:01 | 44 günlük Vətən müharibəsinin xronikası: 9 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Xocavənd, Xocalı,
Zəngilan, Qubadlı və Laçın rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev "BBC News"a müsahibə verib.
- Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Dövlət Bayrağı Günü münasibətilə paylaşım edilib.
- Prezident İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib.
- Cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub.
- Düşmənin bir gündə darmadağın edilən texnikalarının siyahısı açıqlanıb.
- Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.
- Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilməsin videogörüntüsü yayılıb.
- Zəngilanın Bartaz qəsəbəsinin videogörüntüləri yayılıb.
- Şuşa istiqamətində düşmənin döyüş texnikaları məhv edilməsinin videogörüntüsü yayılıb.
- Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib.
- Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilməsinin videogörüntüsü yayılıb.
- İşğaldan azad olunmuş Şuşa şəhərinin videogörüntüləri yayılıb.
- Xocavənd istiqamətində yaşayış evlərinin arasında gizlədilən "Tor-M2KM" ZRK darmadağın edilməsinin videogörüntüsü yayılıb.
- Cəbhənin Xocavənd istiqamətində düşmənin "Osa" ZRK-sı məhv edilməsinin videogörüntüsü yayılıb.
- Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv edilməsinin videogörüntüsü yayılıb.
- Bu gün azad olunan ərazilərin tam siyahısı.
9-11-2021, 08:00 | Borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir?

Son illər vergiödəyiciləri tərəfindən borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları çox aktual məsələyə çevrilib. Təsərrüfat subyektinin fəaliyyətinin formalaşdırılması və yaxud da hər hansı bir əməliyyatın reallaşdırılması üçün təcili maliyyə vəsaitinə ehtiyacın olması və bu ehtiyacın təcili formada təsisçi tərəfindən reallaşdırılması kimi əməliyyatlar təcrübədə çox baş verir.
Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, belə əməliyyatların rəsmiləşdirilməsi ilə bağlı yaranan suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.
Onun sözlərinə görə, borc vəsaitləri həm fiziki, həm də hüquqi şəxslərdən alına bilər. Borc müqavilələri isə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmalıdır. Borc müqavilələri ilə əlaqədar gələcəkdə mübahisələrin yaranmaması üçün notarial qaydada təsdiqlənməsi məqsədəuyğundur.
A.Cəfərov bildirib ki, qanunvericilikdə borc əməliyyatlarında məbləğlə bağlı məhdudiyyətlər qoyulmayıb. Belə ki, məbləğlərin rəsmiləşdirilməsi məsələləri isə "Nağdsız hesablaşmalar haqqında" Qanunla tənzimlənir və faizsiz pul vəsaitlərinin (vergiödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması nağdsız formada həyata keçirilməlidir: "Deməli, borc məbləğlərini nağd və nağdsız formada limitsiz qəbul etmək olar. Amma borc məbləğləri ancaq nağdsız formada qaytarılmalıdır. Lakin borcu verən fiziki şəxs olduqda, nağd formada da qaytarmaq olar".
9-11-2021, 07:57 | Ağızda qəribə dad beyin şişi əlaməti ola bilər - Məşhur həkim

Ağızda qəribə acı, turş, metallik dadın hiss edilməsi, sanki ağzında paslı dəmir varmış kimi hiss beyin şişinin əlaməti ola bilər.
Bunu rusiyalı məşhur həkim Aleksandr Myasnikov bildirib.
Dad reseptorlarında dəyişiklik beyində sinir problemləri və ya yeni törəmələrlə bağlı olur.
Düzdür, belə hal kovid zamanı da yaranır. Amma digər hallarda insan ağzında dəmir metal tamı hiss edərsə, baş beyin müayinə olunmalıdır.
Bəzi təzyiq dərmanları və antibiotiklər də ağız dadını dəyişir. /medicina.az















