11-05-2021, 08:17 | İnstitut 400 minə "qəssabxana" tikir - Şübhəli tender

Azərbaycanda dövlətdən maliyyələşən qurumların sifarişçi olduqları tenderlərdə maxinasiya hallarının olması barədə zaman-zaman ölkə mediasında yazılıb. Son illər ölkədə aparılan hüquqi islahatlar, "Dövlət Satınalmaları Haqqında Qanun"a edilən dəyişikliklər də satınalmalar sahəsində baş verən acınacaqlı vəziyyətin qarşısını ala bilmir. Belə ki, hələ də sifarişçi olan təşkilatlarla qalib edilən təşkilatlar arasında müxtəlif variantlarda işbirliyi ortaya çıxır.
Qlobal.az xəbər saytının əldə etdiyi məlumata görə ciddi şübhələrə yol açan satınalmalardan biri də Qida Təhlükəsizliyi İnstitutu ilə "Aras Group" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalnmış tender müqaviləsidir. İnstitut ilə MMC arasında mart ayının 16-da yekun vurulmuş "Ağdam rayonu Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi işlərinin satın alınması" lotu üzrə tenderin məbləği 402.207 manat təşkil edib.


Bu satınalma müqaviləsində şübhəli məqamlardan biri budur ki, sifarişçi təşkilatın, yəni Qida Təhlükəsizliyi İnstitutunun tender komissiyası görüləcək işlərin detalları barədə aydın məlumat göstərmir. Belə ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində dövlət bedcəsi hesabına inşa ediləcək "kiçik ölçülü heyvan kəsimi məntəqəsinin" sahəsinin neçə kvadrat metr olacağı, hündürlüyü, ümumi sahəsi, həcmi barədə məlumat yoxdur.

Sadiq Məmmədov, Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri
Həmçinin "kiçik ölçülü ət kəsimi məntəqəsi"nin tikintisində hansı mal-materiallardan istifadə olunacağı barədə də bilgilər göstərilmir.
Hazırda ölkənin müxtəlif yerlərində inşa edilən müasir tipli ət kəsimi məntəqələrinin tikintisində əsasən metal məmulatlardan daha çox istifadə olunur. Əgər Ağdam rayonunun Quzanlı qəsəbəsində nəzərdə tutulan kiçik ət kəsimi məntəqəsinin tikintisində də metal konsruksiyalardan istifadə olunacaqsa qalib elan edilən şirkətin - "Aras Group" MMC-nin qaynaq işləri aparmağa lisenziyasının olub-olmaması əsas suallardan biridir.
Məlumata görə isə tikinti işləri aparmaq üçün "Aras Group" MMC müvafiq dövlət orqanlarının tələb etdiyi lisenziyalara sahib deyil.
Digər əsas məsələ Ağdam rayonunda inşa ediləcək "kiçik ölçülü ət kəsimi məntəqəsinin" smetası ilə bağlıdır. Bu tikintinin qiymətinin həddindən artıq "şişirdildiyi" deyilir. Əlbəttə ki, tikintinin sahəsinin, həcminin Qida təhlükəsizliyi İnstitutu ictimaiyyətə açıqlamadığı üçün məntəqənin real dəyərinin nə qədər olduğunu hesablamaq mümkün deyil. Amma hazırkı bazar qiymətlərinə və eləcə də ölkədə keçirilən satınalmalara diqqət etdikdə Ağdam rayonunun Quzanlı qəsbəsində inşa ediləcək kiçik ölçülü ət kəsimi məntəqəsinin qiymətinin 60-70 faiz artırıldığı görünür.
Burada maraqlı məqamlardan biri də qalib elan edilən şirkətlə - "Aras Group" MMC ilə bağlıdır.

Öncə onu qeyd edək ki, "Aras Group" MMC 2014-cü ilin yanvar ayında dövlət reyestrində qeydiyyata alınıb.
Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Sultanov Azad Yusif oğludur.
Şirkət arasgroup.az domenli websaytda özü haqqında müxtəlif məlumatlar verir. Məsələn, şirkət "xidmətlər" bölümündə hidrolizasiya, epoksid, qumlama-boyama, linoleum, beton işləri və boya tətbiqi sahələri üzrə xidmət göstərdiyini elan edir. Gördüyümüz kimi burada xüsusi lisenziya tələb olunan qaynaq işləri və digər tikinti işləri aparması barədə şirkət heç bir məlumat vermir.
Şirkət websaytında qeyd edir: "Aras Group MMC şirkəti 2013-cü ildə yaradılmış dinamik bir şirkət olub müxtəlif subpodrat işlərinin icrasında professional xidmət göstərməkdədir". Yuxarıda da vurğuladığımız kimi dövlət reyestrində Aras Group MMC-nin 2014-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkət isə öz səhifəsində 2013-cü ildən fəlaiyyət göstərdiyini yazır. Belə olan təqdirdə sual meydana çıxır: Araz Media Group bu bir ili dövlət qeydiyyatına alınmadan, vergi ödəmədən çalışıb? Ancaq bu, yəni "Aras Group" MMC-nin özünü "bir il qocaltması" bizi yazının əsas mahiyyətindən yayındırmasın.

Qida Təhlükəsizliyi İnstitutunun "Ağdam rayonu Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderin smetasının 402.207 manat həddində olması ciddi şübhə doğuran məqamdır. Bu şübhəni isə sözügedən tikintinin sahəsi, forması və digər texniki şərtləri açıqlamaması daha da artırır.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin ötən ilin may ayının 6-da İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsi istiqamətində həyata keçiridiyi xüsusi əməliyyatın videosunda danışan tikinti şirkətinin sahibi Səyalı Səfərova isə qalib olduğu tenderin məbləğinin 30 %-ni icra başçısına "otkad" formasında verdiyini deyirdi.(dia.az)
11-05-2021, 08:07 | Göyçayda MEYDAN SULAYAN KİMDİR? - NARAZILIQ!

Göyçay rayon Qaraməryam kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu DİA.AZ-a şikayət ərizısi ilə müraciət edib.
Müraciət müəllifi DİA.AZ-a yazır: "Gördüyünüz bu mənzərə göyçay rayon Qaraməryam kəndinə aid çərmədil dağı adlanan ərazidə yerləşən kəndimizin örüş sahələridir.kənd icra nümayəndəsi Mürvət Saabəli oğlu Abuzərov həmin böyük bir hissəsini müvafiq qurumlardan saxta arayışlar əsasında satmışdır ki bununda nəticəsində örüş sahələrimiz məhv olmaqla yanaşı həmin dağ qəzalı vəziyyətə düşmüş,hal hazırda insanların və heyvanlarımızın həyatı üçün təhlükə mənbəyinə çevrilmişdir.dəfələrlə bu barədə şikayətlərin olunmasına baxmayaraq dövlətimizin qanunla qorunan mənafeinə zidd olan törədilmiş əməl hüquqi müstəvidə Mürvət Abuzərovu himayə edən qara əllərin köməkliyi ilə öz həllini tapa bilməmişdir.bununla yanaşı Mürvət Abuzərov videoda görünən kəsilmiş su borusunu satmaq məqsədi ilə kəssədə lakin müəyyən səbəblərdən həmin borunu hələlik sata bilməmişdir.lakin həmin ərazidən bir qədər irəlidə kənd əhalisinin əkin sahələrinin suvarılması məqsədi ilə çəkilmiş diametri 200 santımetrdən artıq olan,kilometrlərlə və dəyəri yüzminlərlə hesablanan su borularını sataraq şəxsi ehtiyacları üçün xərcləmişdir.Bu barədə də hüquq mühafizə orqanları tərəfindən cinayət işi başlanılsada sonradan kimlərinsə təsirləri nəticəsində cinayət işi bağlanmışdır.
Mürvət Abuzərov kənd icra nümayəndəliyinin həyətini dövlət torpağını qanunsuz olaraq saxta arayışla satmış,orada olan ağacların kəsilərək məhv edilməsinə şərait yaradaraq,həmin ərazidə ticarət obyekti tikilməsi üçün hər hansı bir maraqlandırıcı maraqlar müqabilində şərait yaratmışdır.bu barədə etdiyim haqlı şikayətlərim göyçay rayon prokurorluğunda öz təsdiqini tapsa da, Lakin Mürvət Abuzərovu qoruyan qara əllərin rayon prokurorluğuna etdikləri təsir nəticəsində 3 aydır ki,Abuzərova bu məsəlı ilə bağlı heç bir təsirli tədbir görə bilmir.onun bu əməli bununla kifayətlənmir! Belə ki toxunulmaz kəndxudamız Qaraməryam kəndində yerləşən "pemka" adlı yaşayış binalarının "katelni"sinin dəyəri minlərlə manat qiyməti olan borusunu da satmış,bu barədə bina sakinlərinin kütləvi şikayətlərinə baxmayaraq cənab Abuzərov bu məsələdəndə üzü ağ çıxmağı bacarmışdır.demək olar ki bizim kəndxudamızın rayonda toxunulmazlıq statusu vardır.
Sonuncu rəsmi cavablarda obyektin qanunsuz tikilməsini təsdiq edən rəsmi cavablardır
Mətbuat Vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına və ölkənin Baş Prokuroru cənab Kamran Əliyevə müraciət edərək bildirmək İstəyirəm ki, Göyçay rayon icra hakimiyyətinin Qaraməryam kəndi üzrə icra nümayəndəsi Mürvət Saabəli oğlu Abuzərov kənd icra nümayəndəliyinin həyətyanı sahəsini dövlət torpağını saxta arayışla sataraq sözügedən yerdə ağacların kəsilərək məhv edilməsinə şərait yaradıb həmin yerdə ticarət obyekti tikilməsini təmin edərək dövlətin qanunla qorunan mənafeyinə xələl gətirmişdir".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
11-05-2021, 08:04 | Deputat dələduzu himayə edir? – Parlamentdə yeni Rəfael Cəbrayılov olayı

Azərbaycan Milli Məclisinin deputatı Elnur Allahverdiyevlə bağlı ilginc iddialar ortaya çıxıb. Belə ki, deputatın adı vətəndaşların küllü miqdarda pulunu mənimsəyən dələduzu himayə etməkdə hallanır. Birinci Qarabağ savaşının iştirakçısı, keçmiş polis əməkdaşı Umud Məmmədov ona qarşı edilən dələduzluqda deputatın adının keçdiyini bildirir. Hadisənin təfərrütaı ilə bağlı məlumat veririk ki, U.Məmmədov polis sıralarından çıxdıqdan sonra dükan açaraq zinət əşyalarının əlveri ilə məşğul olub. Paytaxt sakini Mina Lütfəliyeva hissə-hissə ödəməklə ondan zinət əşyaları götürüb. Bir müddət ödənişləri vaxtlı vaxtında etsə də sonradan M.Lütfəliyeva həm götürdüyü zinətlərin dəyərini artırıb, həm də ödənişi dayandırıb. Beləliklə, borc miqdarı 37 555 manata çatıb.
M.Lütfəliyevanın aldatdığı yeganə şəxs U.Məmmədov olmayıb. O yüksək vəzifəli məmurla yaxın əlaqələri olduğunu bildirərək müxtəlif şəxslərə daxili işlər orqanında, səhiyyə, təhsil sistemində işə düzəltməyi söz verib. Həmin şəxslər də U.Məmmədovun yaxınları olub və bu proses zamanı üst-üstə 122 425 манат pul mənimsəyib. Beləliklə, U.Məmmədov və zərçəkmiş digər 12 şəxs Səbael Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib və Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə cinayət işi başlanıb. İstintaqda M.Lütfəliyeva günahılnı etiraf edib və vətəndaşlara dəymiş ziyanı ödəyəcəyini bildirib. Amma ötən ilin oktyabrında açılmış cinayət işi heç bir nəticəyə gəlməyib və M.Lütfəliyeva haqda nə tədbir görülüb, nə də pullar geri qaytarılıb. Məsələ ilə bağlı U.Məmmədovun sözlərinə istinadən bildiririk ki, M.Lütfəliyeva arxasında deputat Elnur Allahverdiyevin durduğunu bildirir və buna görə cəzasız qalacağından əmindir: “Belə olmasaydı istintaq aylarla uzadılmazdı, heç bir səbəb olmadan müstəntiqlər dəyişilməzdi”. Məsələ ilə bağlı mediaya açıqlama verən deputat M.Lütfəliyevanı tanıdığını etiraf edib: “O və həyat yoldaşı mənim seçicimdir. Seçiciləri dinləmək və onların problemlərinə köməklik göstərmək borcumuzdur. Mina Lütfəliyeva ötən ilin yayında göz yaşı içində mənə müraciət edərək haqsız yerə dələduzluqda ittiham olunduğunu bildirib və mən də polisə zəng edərək işə obyektiv baxılmasını xahiş etmişəm. İnsanlar çox şey danışa bilərlər. Mina xanımla başqa heç bir əlaqəm yoxdur”.
Xatırladaq ki, Milli Məclisin sabiq deputatı Rəfael Cəbrayılov haqqında da oxşar iddialar səslənirdi. R.Cəbrayılov hazırda həbsdədir.
cumhuriyyet.az
10-05-2021, 00:00 | Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.
Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.
Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
Bu il ilk dəfədir ki, Azərbaycanın müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin ərazi bütövlüyü şəraitində anılır. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.
8-05-2021, 08:52 | Nəcməddin Sadıqovun yeri niyə boş qalıb? - AÇIQLAMA

“Bunun çoxlu səbəblər ola bilər. Məncə, ilk növbədə başqalarından ciddi şəkildə fərqlənən və mübahisəsiz qəbul oluna biləcək parlaq fiqurun olmamasıdır”.
Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəhbər təyinatının gecikmə səbəbi barədə Moderator.az-ın sualını cavablandırarkən deyib.
Millət vəkili qeyd edib ki, ikinci səbəb Prezidentin həmin posta iddialı generalların və bölgədə marağı olan güclərin özlərini necə apadığını müşahidə etmək istəyi ola bilər:
“O da ola bilər ki, Orduda aparılacaq islahatların tərkib hissəsi kimi həmin posta təyinat olacaq. Mənim fikrimcə isə bu işi çox da yubatmaq olmaz. Çünki bəzi iddialı şəxslərin əsəbləri davam gətirməyə və orduda kompromat müharibəsi başalaya bilər ki, bu da Silahlı Qüvvələrimizin imicinə bərpa olunması çətin olan ciddi ziyan vura bilər.
Orduda islahatlara gəlincə isə, Q.Həsənquliyev bildirib ki, ilk növbədə qanunvericiliyə ciddi dəyişikliklər etməklə Orduya mülki nəzarət gücləndirilməlidir:
“Müdafiə naziri mülki şəxs olmalı və müqavilə əsasında peşəkar ordu qurulmalıdır. Orduya özünün və dövlətimizin ləyaqətini qorumağı bacaran, bunun üçün hər an ölməyə və öldürməyə hazır olan, döyüş üçün doğulmuş gənclərimiz cəlb olunmalı, dövlət onların layiqli həyatını təmin etməlidir”.
Qeyd edək ki, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov 44 günlük müharibənin gedişində vəzifəsindən azad edilmişdi.
8-05-2021, 08:49 | Rafil Hüseynovun həbs olunacağı deyilir... - Ramiz Mehdiyevin kadrıdır...

Bir müddət əvvəl keçmiş deputatlarımızdan birinin heç bir əndazəyə sığmayan, tərbiyəsiz hərəkətləri barədə yayılan video ABŞ-ın məşhur telekanallarından birində nümayiş etdirildi.
Sosial şəbəkələrdə onunla bağlı nələr yazmadılar. Ki, özümüzdə yayılmağı cəhənnəm, hələ bir Amerikada da bizi “reklam” elədilər. Düzdür, sabiq deputat layiq olduğu “mükafat”ları aldı.
Bunu nə üçün yada saldıq ?
Allah qoymasa, Masallının keçmiş, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynov və polis zabiti olan oğlu Şəhriyar Hüseynzadə barəsində ölkə mediasında yazılanlar artıq Biləcəridən o yana keçib, qardaş Türkiyə mediasına yol tapıb. Deyilənlərə görə, bugün-sabah Yaxin Şərqə yayılacaq. Bu da oldu bizim növbəti “reklamımız”. Birini sabiq deputat elədi, birini də icra başçısı ilə oğlu.
Eyy, Rafil Hüseynov !
Dünya çox balacalaşıb ee. Uzaq Çində öskürəndə iyisi Amerikadan gəlir. Siz məmurlar da başınızı salmısınız kabinetinizə ətraf mühiti və cəmiyyəti korluyursunuz və elə bilirsiniz eşidən-bilən yoxdur. Dur, pəncərəni aç, qorxma, çəkən yoxdur.
Eyy Rafil Hüseynov !
Deyilənə görə, seyid, molla, falabaxan, cadugər-zad axtarırsan, kabinetində nəsə gəzirsən, deyirsən kabineti ovsunlayın, görən-çəkən olmasın.
Cənab başçı !
Lazım olanların hamısı çoxdan çəkilib ee.
Artıq gecdir. Polis zabiti olan oğlunun restoranlarda, barlarda, gecə klublarında çəkilən “kasset”ləri bir azdan dünyanı dolaşacaq.
Sən nəyi gizlədə bilərsən, ey Rafil Hüseynov ?
Novxanıdakı 60 sot ərazidə 5 milyon dəyəri olan 3 mərtəbəli villanı necə gizlədə bilərsən..? Bu iynə-zad deyil e.
Yadına düşürmü, Rafil Hüseynov, Novxanıdakı villanın damı deşilmişdi, su basmışdı, içəridə nələr olurdu hamısını görürdük..
Səndən bir gün soruşacaqlar ki, aldığın maaşla bu boyda villanı hansı pulla tikdirmisən ?
Maaş dedik yadımıza cibində gəzdirdiyin maaş kartları düşdü. Hamısı çəkilib, Rafil Hüseynov, dua-zad yazdırmağın faydası yoxdur.
Deyirlər, Ağcabədidəki fermalarındakı heyvanlara da “Qurd duası” yazdırmısan ki, qurd yeməsin.
Eyy, Rafil Hüseynov !
Atalar deyib ki, çaqqal var gödən dağıdır..
İndi bəzi məmurların yanında vallah yazıq çaqqal-çuqqal toya getməlidir. Həmən gödən dağıdan məmurlar indi içəridədirlər.
Hazır ol, Rafil Hüseynov !
Kamera-zad məsələsinə çox vaxt ayırma. Bir də gördün gəldilər. Çamadanını hazır saxla...
//gundelik-baku.com//
8-05-2021, 08:02 | Əhmədzadənin heyəti iş başındadır... - İTTİHAM

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC ) ilə bağlı ötən yazımızda bildirmişdik ki, dünyada neft-qaz müharibələri başa çatır. Növbəti illər SU uğrunda dünyada amansız mübarizə gedəcək.
Dünyada gedən mürəkkəb siyasi prosesləri dəqiq bilən Prezidentimiz İlham Əliyev cənabları dönə-dönə SU mövzusunu əbəs yerə gündəmə gətirmir.
Dövlət başçısı su təsərrüfatının vəziyyətinə dair videokonfransda su itkisini xüsusi ilə qeyd etmişdi: “Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.
Bəli, su itkisi 40, bəzən 50 faizidir. Dünyada belə bir hal yoxdur.
Biz ötən yazımızda 100 illər əvvəl babalarımızın su arxlarına DAŞ döşəməsini və bununla SU İTKİSİ-nin qarşısını almasına əbəs yerə yada salmamışdıq.
Bəs görəsən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( MST SC ) rəhbərliyi bunu başa düşmür ?
Ötən yazımızda SC-nin Aparat rəhbəri Cahan Məmmədovdan və sədrin müavini Rafiq Aslanovdan bəhs etmişdik.
Məlumat üçün bildirək ki, Rafiq Aslanov 1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib, 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb və 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.
Bu adam AXC hakimiyyəti dövründə, İsa Qəmbərin yerlisi olaraq karyera qurub.
Biz ötən və indiki yazımızda əbəs yerə qeyd eləmədik ki, Azərbaycanda su itkisi Prezidentimizin dediyi kimi 40, bəzən 50 faizdir.
Bunu dövlət başçısı cənab İlham Əliyev deyir.
40-50 faiz su itkisinin arxasında bilirsiniz nələr durur?
100 milyonlar. Siz elə bilirsiniz həmən 40-50 faiz su havaya buxarlanır ?
Xeyr, həmən 40-50 faiz su itmir, Rafiq Aslanovların cibinə, daha doğrusu Londona gedir.
Bu adamın Londonda mülkləri, biznes şəbəkəsi, Türkiyədə otelləri və s.
Rafiq Aslanovun bacısıoğlu “Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyevin əməllərindən, kranı 1 milyona satmasından növbəti yazıda bəhs edəcəyik.
İndi isə Rafiq Aslanovun oğlunun bahalı avtomobil kolleksiyasına baxın.
Avtomobillərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyasındandır”.
Deməli, su itkiyə getmir, Rafiq Aslanovların cibinə gedir.
Araşdırmamız davam edir. //gundelik-baku.com//
8-05-2021, 08:00 | Baş bankir də büdcəyə belə HƏKK GƏLİB... - Milyonlar belə yeyilir...
Azərbaycan Respublikasının Mərkəzi Bankının 6 və 7 may tarixlərində keçirdiyi 7 tenderin qalibi bir şirkət olub.
7 tenderin qalibi olmuş “GT SOLYUŞNZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 gün ərzində ümumilikdə 2 milyon 48 min 16 manat qazanacaq.
Tenderləri təqdim edirik:
1. Mərkəzi Bankının rəsmi internet səhifəsinin dəstəklənməsi – 13947.6 AZN
2. Mərkəzi Bankda istismarda olan Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi – 484980 AZN
3. Mərkəzi Bankda istismarda olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin proqram platformasının dəstəklənməsi – 84960 AZN
4. Mərkəzi Bankda istismarda olan Maliyyə savadlığı portalının proqram platformasının dəstəklənməsi – 31435.2 AZN
5. Mərkəzi Bankda istismarda olan Menecment informasiya sisteminin proqram platformasının dəstəklənməsi – 308475.6 AZN
6. Mərkəzi Bankda istismarda olan Elektron Xidmətlər Portalının proqram platformasının dəstəklənməsi – 369930 AZN
7. Mərkəzi Bankda istifadə olunan standart proqram təminatları üzrə lisenziyaların satın alınması – 749288.2 AZN
40 manat nizamnamə kapitalına “GT SOLYUŞNZ” MMC 15.01.2007 tarixində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elxan Həsənov Mirhadi oğludur.
Şirkət 25.09.2019 tarixindən indiyə kimi təkcə Mərkəzi Bankdan 15 tender qazanıb.
Şirkətlə bağlı internet resurslarında məlumatlar yalnız satınalmaların qalibi olması ilə bağlıdır. //AzToday.az//
8-05-2021, 07:55 | Neftçala sakinləri çarəsiz durumda... - Başçı isə...

“HOLLYWOOD”da çəkilən “Beşinci element” filminə baxmamış olmazsınız. “Azərbaycanfilm”in istehsalı olan “Torpaq, Dəniz, Od, Səma” filmi ilə oxşar sujet xətti olan bu filmin əsas məğzi ondan ibarətdir ki, beşinci element olan insanın olması üçün, qalan dörd elementin, torpağın, odun (Günəşin), suyun və havanın (küləyin) var olması labüd şərtlərdir.
Əgər insan orqanizminin 60 faizini maye təşkil edirsə, bu dörd elementin arasında suyun hansı önəmə sahib olmasını başa düşmək üçün o qədər də dərin ağıla sahib olmağa ehtiyac yoxdur.
Əbəs yerə, su-həyatdır deməyiblər axı…! Lakin əfsuslar olsun ki, Neftçala rayonunun başda şəhərin Köhnə qəsəbə adlanan hissəsi olmaqla bir çox yaşayış yerləri, kənd və qəsəbələri neçə illərdir ki, su problem ilə, ilin on iki ayı, sutkanın iyirmi dörd saatı sözün əsl mənasında ölüm-dirim savaşı verirlər.
Ötən ildən Kür çayında suyun şorlaşması bu savaşın pik həddi oldu. Rayona yeni su xəttinin çəkilməsi xəbəri hansı sevincə səbəb olmuşdu onu təsəvvür etmək çətindir. Lakin bu sevincimiz uzun sürmədi. Ötən il iyun-iyul aylarında şorlaşmağa başlayan Kür çayı, bu il artıq aprel ayından şor su ilə bizləri “sevindirdi”. Yeni çəkilən su xətti ilə verilən suyun həcmi hələ bu gün əhalinin tələbatını ödəmirsə, qarşıdan gələn qılınc kimi istilərdə biz neynəyəcəyik?!
Bu problemlə bağlı “Azərsu” ASC-nin qaynar xəttinə (955), rəhbərliyinə yazılı, şifahi neçə dəfələrlə müraciətlərimiz olub, nə faydası, problem necə var idisə eləcədə qalıb!
Neftçala Su-Kanal idarəsinin rəhbərliyinə də müraciət edəndə, idarənin müdiri cənab Nizami Manafov bildirir ki, yeni çəkilən su xəttinə verilən suyun həcminin artırılmasına “Salyan icazə vermir”?!
Binalara quraşdırılmış su sayğacları sadəcə görüntü yaratmaq üçün dayanıb, suyun yolunu gözləyə-gözləyə paslanırlar. Binaların qarşısına inşa edilmiş su çənləri yağışdan sonra çıxan göbələkləri xatırladır. Əvvəllər bu çənlərin yerində oturacaqlar, uşaqlar üçün oyun meydançaları var idi, indi isə daş, dəmir, plastik su çənləri?! Üstəlik bu çənlərə və çənlərdən mənzillərə suyun ötürülməsi üçün su nasosları! Bu nasoslara sərf olunan elektrik enerjisinin məbləğini hesabladıqda Neftçala Su-Kanal idarəsinin abonentlərə borcu çıxır, nəinki abonentlərin bu idarəyə. Həftə ərzində iki gün verilən suyun üstündə qonşular arasında çıxan saçyoldudan danışmaq ayıbıma gəlir. Əsasən gecə saatlarında gələn suyu nasosla çənə vuran zaman elektrik çarpması nəticəsində ölüm hadisəsi də “Azərsu”nun Yezidlərinə təsir etmədi!
Bütün bunlar azmış kimi hələ abonentlərə su pulu da hesablanır?! Necə deyərlər, utanmasan oynamağa nə var ki…! Ötən il məhəllələrə plastik su çənləri qoydular və bu çənlər vaxtaşırı su maşınları ilə doldurulurdu. Bu il bu çənləri yığışdırdılar, niyəsini konkret izah edən tapılmasa da, bəzilərinin dediklərinə görə bu çənlər satılıb! Babalı deyənlərin boynuna! “Azərsu”ya müraciət etməkdən cana yığılan əhali, məcbur qalıb kollektiv ərizə ilə ölkə başçısına müraciət ediblər. Bir sözlə Neftçalanın çox yeri Kərbəla, hər yeri Aşuradır!
Amma yaxşısını Allah bilir! Ümid Allahdan kəsilməz! Yəqin ki, bir gün bizim də dərdimizə dərman edən tapılar!
Ümidimiz göydə Allaha, yerdə Möhtərəm Prezidentimizədir! //gundelik-baku.com//
8-05-2021, 07:54 | Nurlana Əliyeva YOLA SALINIR... - İDDİA

Aprelin 29-da Azərbaycanın müxtəlif mətbu orqanlarında Bakı Slavyan Universitetində “140 min manatı mənimsəyən şöbə müdirinə cinayət işi açıldı” sərlövhəli yazılar dərc edilib.
Bu informasiyaya cavab olaraq universitetdən bildirilib ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva bu ali təhsil müəssisəsinin “Əlavə və qiyabi təhsil şöbəsi”nin sabiq müdiri, dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri (hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Təhsil Nazirliyinə və ölkənin Baş Prokurorluğuna müraciət edib. Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.
Dürdanə Əliyeva ölkədən qaçıb?
Əldə etdiyimiz bəzi məlumatlara görə isə Slavyan Universitetində baş verən olay keçən ilin hadisəsidir. Dürdanə Əliyeva hələ keçən ildən ölkəni tərk edib və bir daha geri qayıtmayıb.
140 min manat isə göstərilən kiçik məbləğdir. Şöbə müdiri təxminən 600 min manata yaxın pul ələ keçirərək Bakını tərk edib. Yığılan pullar isə tək təhsil haqqı deyil, şöbə müdirinin tələblərdən yığdığı rüşvət də daxildir. Rektorun bu vaxta qədər susmağı da buna görə imiş.
Ali təhsili olan hər kəs bilir ki, universitetin 140 min manat pul toplaması bir günün işi deyil. Çünki ali məktəblərdə “kommersiya maxenasiyaları” ya qəbul, ya imtahan, ya da müxtəlif müdafiələr zamanı reallaşdırılır. “Dəllal dekanlıqlar”ın kəsir şantajlı dilənçilikləri ən çox semestr sonlarına təsadüf edir. Yəni, yarımillik dövründə hansısa yollarla fakültə, kafedra, dekanlıq və universitet rəhbərləri olmuş bəzi insanların üzü gülməyə başlayır. Bura “qayıb dolya”ları da aiddir.
Rektor niyə indi prokurorluğa müraciət edib?
Bunları hamının bildiyi halda sual yaranır ki, “Şöhrət” ordeninin sahibi olan rektor həmsoyadı olan Dürdanə haqqında Baş Prokurorluğa niyə məhz indi müraciət etdi? Onun rəhbərlik etdiyi universitetin şöbə müdirinin 140 min manat mənimsədiyi barədə xəbərlərin sosial mediada yayıldığı tarixdə. Məgər rektor öz hazırkı, yaxud eks kollektivinin fəaliyyətindən xəbərsizdir?
Bir faktı da deyək ki, ali təhsil ocaqlarının rektorları hər dərs otağından tutmuş bufetə qədər bütün baş verənlərdən agahdırlar. Çünki çox vaxt pul dövr edən şöbələrə özlərinə yaxın insanları təyin edirlər. Azərbaycanda bu tendensiya təkcə universitetləri əhatə etmir. BSU rektoru isə təhsil sistemi ilə 2016-cı ildə tanış olmayıb. Belə ki, Nurlana Əliyeva 51 il öncə (1970) metodist, ardınca müəllim, kollec direktoru, 2004-cü ildə “Əməkdar müəllim” adına layiq görülüb və s.
Bundan dolayı, dosent Əliyevanın (Dürdanə) professor Əliyevaya (Nurlana) kələk gəlməsi inandırıcı deyil.
Slavyan Universitetində hansı rüşvət mexanizmi var?
Min tələbənin yarısının bir imtahan pulu 100 AZN, kurs işi 500, diplom işi 1000 manatdan hesablansa, 6 aya 800 minə yaxın pul edir. Bu üsulla “savad kağızı”na yiyələnənlərin sayını bir az da azaltsaq, yarımmilyon pul toplanır. “Məhsul yığımı”nda əziyyəti keçənlərin payını ayırmaqla da yığılan pul mənimsənildiyi deyilən məbləğdən qat-qat çoxdur. Həm də biz sadəcə 6 ayın toplamasını apardıq. 4 illik tələbəlikdə isə bu rəqəm hər kursda ikiyə vurulur. Hələ siyahıya təmir-tikinti, maddi-texniki bazaya dövlətdən ayrılan vəsaitləri daxil etmədik.
BSU-da da rüşvət ilə bağlı xəbərlər 2019-cu ildə yayılıb. Belə ki, tələbələrdən 60 min manat pul yığılıb. Hələ bu məbləğ əsassız illik ödənişləri borcu ilə bağlıdır. Sanki tələbəyə kreditə pul verilib.
Maraqlısı budur ki, belə xəbərlər BSU-nun əvvəlki rektoru Kamal Abdullanın dövründə elə də yox, məhz Nurlana Əliyevanın rektorluğunda nəzərə çarpıb. Çünki “Nurlana Əliyeva BSU-nu rüşvət yuvasına çevirdi” başlıqlı yazılar çoxdur.
BSU universitetlər arasında korrupsiya onluğuna necə düşdü?
Bir şey ki, 2016-cı ilin sonunda BSU adı rüşvətdə hallanan universitetlərin onluğuna da düşüb. Belə ki, həmin il Slavyan Universitetindəki rüşvətxorluq barədə 408 xəbər dərc olunub.
Qeyd edək ki, Nurlana Əliyevanın rektorluğunacan BSU korrupsiya beşlik və onluqlarında yer almırdı. Universitetin rəhbəri olan kimi isə Kamal Abdullanın dövründə çalışan kadrları uzaqlaşdırıb. Bəzilərinə bəhanə kimi “pensiya yaşının çatdığı”” göstərilib. Guya özünün neçə yaşı var…
Bütün faktlar və rüşvət elenentlərini nəzərdən keçirəndə bəlli olur ki, 140 min manat işin ancaq görünən tərəfidir. Şöbə müdirinə açılan cinayət işi, yaxud Dürdanənin istintaqı, hansısa əməkdaşların istefasında daha böyük kadr islahatlarını axtarmağa dəyər.
Bir vaxtlar heç kimin ağlına gəlməzdi ki, Abel Məhərrəmov BDU rektorluğu ilə vidalaşar… //aktualxeber.az//















