7-02-2020, 12:52 | Mikayıl Cabbarov: "Azərbaycan iqtisadiyyatında KOB-un rolu artır"

Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında sahibkarlığın rolu gündən-günə artır.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Xaçmazda KOB Evinin açılışı mərasimində deyib.
Nazir bildirib ki, həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir.
M.Cabbarov vurğulayıb ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransı zamanı Prezident İlham Əliyev əsas hədəflər qismində sahibkarlığın inkişafı, ortamüddətli dövrdə ÜDM-in əsas hissəsinin iqtisadiyyatın bu sektoru hesabına formalaşmısını və bu sahədə məşğulluğun artmasını müəyyən edib.
Nazir əlavə edib ki, sahibkarlara dövlət dəstəyi tədbirlərinin davamı qismində Xaçmazda yaradılmış KOB Evi və Mərkəzi sahibkarlara keyfiyyətli və şəffaf xidmətlərin təqdim olunması baxımından rahat platformadır.
7-02-2020, 12:32 | Zaqatalada yol polisi əməkdaşlarına qarşı ictimai münasibət dəyişir

Yol polisi əməkdaşlarının daşıdıqları vəzifə olduqca məsuliyyət və tələbkarlıq tələb edir. Belə ki, illər öncə yol polisi sahəsində yaşanan problemlər, əksəriyyətin üzləşdiyi olaylar, əmələ gələn çoxsaylı qanunsuzluq halları və s. zaman-zaman ictimai müzakirələrə səbəb olurdu. Hətta elə hallar da olurdu ki, bu sahədə çalışan əməkdaşların atdıqları addımların bəziləri, tam əksəriyyət tərəfindən qınaq obyektinə də çevrilirdi. Çünki, bəzən çoxsaylı sürücülər yol polisi əməkdaşlarının əsassız hədələri, qanunsuz tələbləri, rüşvət tələb etmək adımları ilə üz-üzə qalırdılar. Yəni, elə hallar da olurdu ki, heç bir əsas olmadan müəyyən addımları əsas gətirmək şərtilə sürücülərə protokollar tərtib olunur, onlar yol polisi şöbələrində günlərlə getgələ də salınırdılar. Bir sözlə, əsas narazılıq hissinin baş qaldırmasına səbəb olan amillərin kökündə, yol polisi əməkdaşlarının sürücülərdən rüşvət tələbetmələri, heç bir əsas olmadan onları incitmələri, getgələ salmaları, saysız-hesabsız xoşagəlməz olaylarla üz-üzə qoymaları olurdu.
Yəni, hər kəs o faktın varlığını təsdiq edir ki, neçə illər bundan əvvələ qədər bu kimi amillərin varlığı yol polisinin daxili aləminə o qədər sirayət etmişdi ki, yaşanan problemlərin həll olunması, sanki hər kəsdə müəyyən şübhələrin baş qaldırmasına da səbəb olmuşdu. Bütün bunlara baxmayaraq, illər keçdikcə yeni dövr ortaya yeni tələblərin çıxmasını zəruri etdi. Yəni, zaman keçib illər bir-birini əvəzlədikcə, yol polisi sahəsində fərqli ab-hava formalaşmağa başladı. Belə ki, bu sahədə idarəçiliyin fərqli forması tətbiq olundu, yol polisi əməkdaşlarının sürücülərə qarşı ata biləcəkləri addımlarla bağlı lazımi maarifləndirmə tədbirləri həyata keçirildi, onların əmək haqları artırıldı, lazımi texniki avadanlıqlarla təminatları yaxşılaşdırıldı. Bütün bunlar da onu söyləməyə əsas verir ki, bu gün yeniləşən respublikamızda yol infrastrukturunun yenidən qurulması, müasir tipli işıqforların, yol ötürücülərinin, hərəkəti tənzimləyən kameraların və digər avadanlıqların yol kənarlarına quraşdırılması, lazımi təminolunmaların həyata keçirilməsi və s. tam şəkildə başa çatdıqca, yol polisi sahəsində ümumi ab-hava da dəyişməyə başlayır. Yəni, əldə olunan uğurların əhəmiyyəti ilə bərabər, kəmiyyəti də yeni dövrün tələblərinə uyğunlaşdırılır.
Bit faktı da qeyd edək ki, illər öncə görünməni məhdudlaşdıran “plyonkalar”dan, əcaib səslər çıxaran siqnal qurğularından, istifadəsi qadağan olunmuş texniki vasitələrdən istifadə edən sürücülərə, avtoşluq edən, həmçinin yol hərəkəti qaydalarını pozanlara və digər qanunsuzluq əməllərinə qol qoyan şəxslərə qarşı mübarizə tədbirlərinin, sərtləşdirilmiş cəza tədbirlərinin gücləndirilməsi və s, həyata keçirilən islahatların tərkib hissəsi oldu. Ən əsası, Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edən, polis general-mayoru cənab Ramiz Zeynalovun son vaxtlar atdığı təkmil addımlar, verdiyi müvafiq tapşırıqlar, bu sahədə əldə olunan uğurların əhatə dairəsini daha da genişləndirdi.
Hələ illər öncə, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən məlum müşavirədə, yol polisi sahəsindəki problemlərin qısa zaman kəsiyində aradan qaldırması yöndə müvafiq tapşırıqlar verilmişdi. Dərhal verilmiş tapşırıqlardan sonra yol polisinin şəxsi heyyəti bu yöndə səfərbər olundu və hər cür neqativ amillərin aradan qaldırılmasına başlanıldı. Sözsüz ki, atılan addımların hər birinə cənab Ramiz Zeynalovun şəxsən nəzarət etməsi, verilmiş tapşırıqların qısa zaman kəsiyində yerinə yetirilməsi ilə nəticələndi.
Bu gün üzərinə düşən vəzifə borcunu layiqincə yerinə, artıq hər kəsin hörmət və rəğbət hissi ilə qarşıladığı şöbələrdən biri də, Zaqatala rayon Dövlət Yol Polisi Şöbəsidir. Adı çəkilən bu şöbəyə rəhbərlik edən polis baş leytenantı Elgün Əliyevin ilk gündən tətbiq etdiyi idarəçilik, məhz bu şöbədə yeni bir ab-havanın əmələ gəlməsi ilə nəticələnib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, illər öncə ciddi problemlərin yaşandığı bu şöbədə, hal-hazırda fərqli idarəçilik tətbiq olunur, hər bir sürücüyə qarşı fərqli münasibət də bəslənilir. Fakt budur ki, Elgün Əliyev Zaqatala rayon Dövlət Yol Polisi Şöbəsinə rəis təyin olunduğu ilk gündən, əksər sələflərindən fərqli addımlar atmağa başlayır. Yəni, bu şəxs idarəçiliyin elə bir formasını tətbiq edir ki, heç bir sürücü hansısa haqsızlıqla üz-üzə qalmır.
Sözsüz ki, belə bir addımların atılmasında, ilk öncə Elgün Əliyevin xarakterik xüsusiyyətinin göstəricisi, çevik idarəçilik bacarığının varlığı, ona həvalə olunmuş vəzifəsinin məsuliyyətini lazımınca dərk etməsi, ən əsası bir şəxs olaraq özündə cəmləşdirdiyi potensialın göstəricisidir. Belə bir səbəblər üzündəndir ki, bu gün Zaqatalada Elgün Əliyevi tanıyan hər kəs ona hörmətlə-izzətlə yanaşırlar.
Bəli, bu şəxs harada işləməsindən asılı olmayaraq hər zaman sevilib, kollektiv arasında hörməti olub, hər kəsin xeyir-duasını qazanıb. O, xarakterik xüsusiyyətində nə qədər prinsipal olsa da, bir o qədər də humanizmi sevən bir insandır. Daim çalışır ki, haqqı nahaqqa qurban verməsin. Bu şəxsin bir amalı var, o da yalnız Vətəninə, xalqına layiqincə xidmək etmək, hər kəsin məhəbbətini qazanmaqdır. Odur ki, hər kəs Elgün Əliyev kimi layiqli və ləyaqətli Vətən oğullarının qürurlu adı ilə fəxr edib, iftixar hissi də keçirirlər.
7-02-2020, 12:10 | İqbal Məmmədov kampaniyanın son gününədək görüşlərini davam etdirir - FOTOLAR

78 saylı Lerik seçki dairəsindən YAP-ın deputatlığa namizədi İqbal Məmmədov seçki kampaniyasının son günlərində də seçicilərlə görüşlərini davam etdirir. İ.Məmmədov bu dəfə Lerikin daha dörd kədində görüşlər keçirib.
Lerikin sərt iqlim şəraitinə baxmayaraq, təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirən namizəd rayonun Hamarmeşə, Bibiyani, Peştətük və Rəzgov kəndlərində seçicilərilə görüşüb. YAP-ın namizədi kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclərlə söhbətləşib.
İ.Məmmədov öz seçicilərilə ötən 5 il ərzindəki deputat fəaliyyəti və qarşıda duran məsələlər haqqında geniş fikir mübadiləsi aparıb. Eyni zamanda, “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında növbəti 5 ildə də Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində daha yüksək nailiyyətlər əldə ediləcəyindən bəhs edib. Görüşdə iştirak edən seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər.












7-02-2020, 12:06 | İqbal Məmmədov Conu KİƏD-nə daxil olan kənd sakinləri ilə görüşüb-FOTO/VİDEO

78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının yeganə namizədi İqbal Məmmədovun seçicilərlə kənd-bə-kənd görüşləri uğurla davam edir.
Deputatlığa namizəd İqbal Məmmədov növbəti uğurlu görüşünü Lerik rayonunun Conu kənd İƏD-nə daxil olan kəndlərin sakinləri ilə keçirib. Görüş əsanasında qaldırılmış problemlərdən biri də bu inzibati ərazi vahidi daxilində olan kəndlərin yollarının keçilməz halda olması olub. Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə keçilməz qayalıqlar partladılaraq illər boyu bu ərazi kəndlərinin yol problemləri də həllini tapıb. Sonradan bu yol Dövlət Proqramına daxil edilərək, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən əsaslı tikintisinə başlanılmış və ölkə Başçısı tərəfindən 2018-ci ilin oktyabr ayında 27 km-lik Piran-Hamarat-Vijaker yolunun açılışı həyata keçirilib.
Kənd sakinləri Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəklədiklərini və bu Partiyanın namizədi İqbal Məmmədova səs verəcəklərini bildiriblər. İqbal Məmmədov havanın sərt keçməsinə baxmayaraq onunla görüşə gələn kənd ağsaqqalarına və sakinlərinə minnətdarlığını bildirib. (aia.az)


6-02-2020, 12:29 | Rafael Mehrəliyev Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır.
Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya "Bakı meriyasının gizli oliqarxı: Rəfael Mehrəliyev imperiyası haqda ilginc dosye var".
Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Millidestek.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, “nin rəisi Rafael Mehrəliyev haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyevdir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Rafael Mehrəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Rafael Mehrəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Rafael Mehrəliyevdən danışdılar yaxşı ki, Rafael Mehrəliyev Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi təyin olunub… Rafael Mehrəliyev öz isguzarlığı ilə tanınır və seçilir….
Rafael Mehrəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Rafael Mehrəliyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Rafael Mehrəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Rafael Mehrəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Rafael Mehrəliyev ani və düzgün qərar qəbul edən insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Rafael Mehrəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Rafael Mehrəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Rafael Mehrəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün postlarda Rafael Mehrəliyev özünü doğruldub. Bizdə hörmətli Rafael Mehrəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Ilkin Soltan
6-02-2020, 12:15 | Gəlin Adilə səs verək

Fevral ayının 4 də Nərimanov rayonundaki
" Abu Arena " idman zalında minlərlə rayon sakinlərinin, muharibə və əmək veteranlarının,şəhid ailələrinin, qazilərin, görkəmli idmançıların, elm, mədəniyyət və incəsənət xadimlərinin və digər qonaqların istirakı ilə Nərimanov rayon 20 saylı ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Adil Əliyevlə möhtəsəm görüş keçirilmişdir.
Onu da qeyd edək ki, təbligat- təsviqat kompaniyası ərəfəsində kecirilmis hər bir görüş izdihamla qarşılanmış və millət vəkilinə el məhəbbəti qabariq dərəcədə hiss olunurdu. Beləki bir çox rayonların sakinləri öz deputatlarını tanımadıqları halda, Nərimanov rayonunda elə bir ailə olmaz ki Adil Əliyevi tanımasın.
İnsanlara sevgi və məhəbbətlə yanaşan xeyirxah insanlar tarix boyu hər zaman qürurla xatırlanırlar. Adil Əliyev də məhz belə xeyirxah, mərd, sözübütöv insandir. Əsl Allah adamıdir. Allahın ən mömin bəndələrindəndir. Namaz əhlidir. Muqəddəs Həcc ziyarətində olmuş və öz doğulduğu kəndində İki qoşa minarəli məscid tikdirmiş bu insanın xeyirxahlıqlarını sadalamaqla bitməz.
Adil muəllim usaqliq və yeniyetməlik illərini xatirlayaraq deyir : Məni internat məktəbinə gətirəndə hamı mənə iztehza ilə baxırdı. Sonra Leninqradda ( indiki Sankt Peterburqda )Ali Hərbi Akademiyada oxuyanda da hərbiçi olmağıma çoxları gülürdü.Ali məktəbdə oxuyarkən,mən vaqon bosaldarkən o vaxt çoxları valideyn qaygısıyla əhatə olunaraq hazır ev xörəyi yeyirdi.Gecə- gündüz çalışmışam.


6-02-2020, 10:54 | Azərbaycan Əsilli Alimlərin Assosiasiyası yaradılır

Azərbaycan Milli Elmlər Akademiyası xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması haqqında qərar qəbul edib.
Akademiyadan verilən məlumata görə, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, ölkələrarası əlaqələrin sürətli inkişafı, dünyada qlobal problemlərin mövcudluğu və elmi inteqrasiyanın getdikcə daha da genişlənməsi alimlərin ortaq fəaliyyətini şərtləndirir.
Hazırda dünyanın bir sıra nüfuzlu elm və təhsil mərkəzlərində müxtəlif elm sahələrini təmsil edən çoxsaylı Azərbaycan əsilli görkəmli alimlərin fəaliyyət göstərdiyini qeyd edən akademik-katib həmin alimlərlə elmi əlaqələrin qurulması, onların elmi potensialından və zəngin təcrübəsindən məqsədyönlü istifadəsi üçün kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
Qeyd edilənləri nəzərə alaraq Rəyasət Heyəti AMEA-da xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması haqqında qərar qəbul edib.milli.az
6-02-2020, 10:51 | Prezident İlham Əliyev Mixail Qusmana “Şərəf” ordenini təqdim edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasının TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana "Şərəf" ordenini təqdim edib.
Xəbər yenilənəcək AZƏRTAC








6-02-2020, 10:43 | XİN: “Təyyarə qəzasında yaralananlar arasında Azərbaycan vətəndaşı olmayıb” - YENİLƏNİB

İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olmayıb.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
O bildirib ki, İstanbulda Sabiha Gökçen hava limanında qəzaya uğrayan "Pegasus" şirkətinə məxsus təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması ilə bağlı XİN-ə məlumat daxil olmayıb.
Xatırladaq ki, İzmirdən İstanbula uçan "Pegasus" şirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib. Ən son məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb, 179 nəfər xəsarət alıb.
----------
09:43
İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır.
AZƏRTAC-a ölkəmizin İstanbuldakı Baş konsulluğundan məlumat verilib.
Hazırda bu şəxsin kimliyi araşdırılır.
Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.
Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.
6-02-2020, 09:50 | Prezidentin tapşırığı icra olunur: Bu şəhərlərdə içməli su təminatı layihəsi işə başlayacaq

Azərbaycanda vətəndaşların içməli su ilə təminatı ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə "Azərsu" ASC ölkə vətəndaşlarının içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirir: "Cənab Prezident ölkənin hər bir sahəsi kimi, bu sahəni də daim nəzarətdə saxlayır, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün lazım olan bütün şəraiti yaradıb.
Dövlət başçısının nəzarəti ilə həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verib. Nəticədə bu gün ölkənin bir çox ərazilərində əhali tam olaraq içməli su ilə təmin edilib. Digər ərazilərin isə təminatı ilə bağlı sürətli işlər görülür. Bu sahəyə göstərilən xüsusi diqqət nəticəsində indiyə qədər "Azərsu" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 52 şəhər və rayon mərkəzində əhalinin içməli su ilə təmin olunması və kanalizasiya xətləri ilə bağlı işlərə başlayıb.
Artıq 31 şəhər və rayonda su və kanalizasiya, 10-da isə su layihəsinin icrası yekunlaşıb. Bu gün regionlarda - Qusar, Masallı, Lerik, Astara, Lənkəran, Hacıqabul, Beyləqan, Tərtər, Daşkəsən, Mingəçevir, Ağdaş və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərciklər 100 faiz su alırlar. Bundan başqa, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala şəhərlərinin 95 faizi, Cəlilabad, Ucar, Zərdab, Kürdəmir, Şabran, Xaçmaz və Göyçay şəhərlərinin 90 faizindən çoxu 24 faiz içməli su ilə təmin olunub.
Bu gün "Azərsu" ASC-nin 8 regional idarəsi var. Deyə bilərəm ki, 6 saylı regional idarənin ərazisində əhalinin içməli su ilə təminatı 96 faizdir. Şirvan, Gəncə, Salyan, Neftçala , Yevlax, Horadiz, və Şəki şəhərlərində su təminatı nisbətən azdır. Burada içməli su təminatı layihələri yeni başlayıb. Bərdə və Balakən şəhərlərində isə bununla bağlı yaxın vaxtlarda işə başlanacaq".